SON XƏBƏRLƏR

Fevralın sonunda ABŞ konqresinə qondarma erməni soyqırımı ilə bağlı yeni qətnamə təqdim ediləcək

2021.10.20, 07:36
Fevralın sonunda ABŞ konqresinə qondarma erməni soyqırımı ilə bağlı yeni qətnamə təqdim ediləcək

Gunaz.tv
Fevralın sonunda ABŞ konqresinə qondarma erməni soyqırımı ilə bağlı yeni qətnamə təqdim ediləcək usa-kongress.jpg Hazırda erməni lobbisi qətnamənin konqressmenlər tərəfindən daha çox dəstək qazanması üzərində işləyir ABŞ Nümayəndələr Palatasında Ermənistana dəstək qrupunun üzvləri fevralın sonunda qondarma erməni soyqırımı ilə bağlı yeni qətnamə təqdim edəcəklər. ANSPRESS “Panarmenian” agentliyinə istinadən xəbər verir ki, bu barədə Amerikanın Erməni Milli Komitəsi məlumat verib. "Qətnaməni Adam Şiff, Frenk Palloun, Corc Radanovç və Mark Kirk təqdim edəcəklər. Hazırda erməni lobbisi qətnamənin konqressmenlər tərəfindən daha çox dəstək qazanması üzərində işləyir”, deyə komitənin məlumatında bildirilir. Qeyd edək ki, 2007-ci il 30 yanvar tarixində konqressmen Adam Şiff ABŞ konqresinin gündəliyinə qondarma erməni soyqırımının tanınması barədə qətnamə təqdim etmişdi. 2007-ci il 10 oktyabrda qətnamə xarici əlaqələr üzrə nümayəndələr palatasının komissiyası tərəfindən bəyənilsə də, Corc Buş administrasiyasının etirazı nəticəsində palatada səsvermə keçirilməyib. /ANSPRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar