SON XƏBƏRLƏR

BBC-nin sorğusuna görə, İran və İsrail dünyanın ən pis imicli ölkələridir

2021.10.20, 07:36
BBC-nin sorğusuna görə, İran və İsrail dünyanın ən pis imicli ölkələridir

Gunaz.tv
"Türklər heç kimi sevmir" BBC-nin sorğusuna görə, İran və İsrail dünyanın ən pis imicli ölkələridir BBC-nin dünya üzrə keçirdiyi bir sorğu-anketin nəticələrinə görə, İran və İsrail dünyada ən az dəstəklənən ölkələrdir. Rusiya və Çin isə ötən illə müqayisədə daha neqativ imic sərgiləyiblər. Türkiyədə isə dünyaya neqativ bir baxış var. BBC sorğusuna dünyanın 21 ölkəsindən 13 min 500 respondent qatılıb. Sorğunun nəticələrinə görə, ABŞ-a münasibət əvvəlki illə müqayisədə az da olsa, yaxşılaşıb. Bununla belə, dünyada hələ də Birləşmiş Ştatlara münasibət neqativ olaraq qalır. Pis imici olan ölkələrin siyahısına İran başçılıq edir. Rəyi soruşulanların 55%-i İrana mənfi münasibətini açıqlayıb. İranı 51%-lə İsrail izləyir. ABŞ əhalisi İsraili pozitiv qiymətləndirib, rusiyalılar qərarsız qalıb, yerdə qalan 19 ölkə isə İsrailin dünyaya təsirini mənfi qiymətləndirib. Pakistanı isə 18 ölkə pis imicli sayır. Müsbət imicli ölkələrin siyahısına isə Almaniya başçılıq edir. Maraqlıdır ki, sorğuda iştirak edən 21 ölkədən 20-si Avropa Birliyinin dünyaya müsbət təsir göstərdiyini bildirib. Yalnız bir ölkə - Türkiyə isə əks fikirdədir. Türkiyədə əvvəlki ildə AB-ya pozitiv baxanların sayı 44% idisə, son anketdə bu rəqəm 34%-ə düşüb, mənfi münasibət bəsləyənlərin sayı isə 40-dan 44%-ə yüksəlib. Türklər yalnız Almaniyanı (44%) pozitiv dəyərləndiriblər. İngiltərə, Fransa, Kanada, Hindistan, Pakistan, Cənubi Afrika Respublikası, Rusiya, İran, Braziliya və Yaponiyaya pis münasibət bəsləyənlərin faizi əvvəlki sorğu ilə müqayisədə artıb. NTV telekanalı bu nəticəni "türklər kimsəni sevmir" kimi şərh edib. Rəyi soruşulanların 63 faizi ABŞ-a müsbət münasibət bəsləmir (ötən il 73%). Rusiyaya 30% müsbət, 40% mənfi yanaşır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar