SON XƏBƏRLƏR

GENERAL VƏLİ KİÇİK QƏZETİMİZƏ SENSASİON AÇIQLAMALAR VERDİ

2021.10.20, 07:36
GENERAL VƏLİ KİÇİK QƏZETİMİZƏ SENSASİON AÇIQLAMALAR VERDİ

Gunaz.tv
GENERAL VƏLİ KİÇİK QƏZETİMİZƏ SENSASİON AÇIQLAMALAR VERDİ İstanbulda ezamiyyətdə olan əməkdaşımız “Ergenekon” məhkəməsində iştirak edib 6831.jpg Qəzetimizin redaktor korpusunun üzvü Zabil Müqabiloğlu Türkiyədə, İstanbul şəhərində ezamiyyətdədir. Onun hazırladığı bir neçə xəbəri və müsahibəni “Yeni Müsavat”da dərc etmişik. Dünən əməkdaşımız Silivridə yerləşən cəzaevində keçirilən əsrin məhkəməsində - “Ergenekon” prosesində müşahidə apara bilib. Prosesdəki fasilədə vəkillərin köməyi ilə Azərbaycan əsilli general Vəli Kiçiklə görüşən əməkdaşımız ondan müsahibə götürüb. Bu, həbs olunandan sonra Vəli Kiçikin mətbuata verdiyi ilk müsahibədir. Qəzetimizlə əlaqə saxlayan Z.Müqabiloğlu bildirib ki, öz müsahibəsində jandarma generalı sensasion açıqlamalar verib, “Ergenekon” işindəki Azərbaycanla bağlı bütün iddialara, görünməyən məqamlara aydınlıq gətirib. General olay yaradacaq müsahibəsində konkret ismləri də çox ağır şəkildə ittiham edib. Müsahibəni sabahkı sayımızda, manşet yazısı olaraq təqdim edəcəyik.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar