SON XƏBƏRLƏR

Müxalifət Konstitusiya Məhkəməsinə şikayət edib

2021.10.20, 07:36
Müxalifət Konstitusiya Məhkəməsinə şikayət edib

Gunaz.tv
“Qarabağ və Respublika Uğrunda” Vətəndaş Hərəkatı cümə axşamı keçirilən toplantısında martın 18-də referendum keçirilməsi barədə parlamentin 2008-ci il 26 dekabr tarixli qərarından Konstitusiya Məhkəməsinə şikayət edib. RİA-nın məlumatına görə, bu barədə Hərkatın bu gün keçirilən toplantısında qərar qəbul edilib. Toplantıdan sonra jurnalistlər üçün brifinq keçirən Sülh və Demokratiya institutunun direktoru Leyla Yunus bildirib ki, Hərəkat rəhbərliyi Milli Məclisə müraciət edib və referendum aktının Konstitusiyaya zidd olduğunu əsas gətirərək onun ləğv olunmasını vacib sayıb. İclasda, həmçinin, referendumun keçirilməsi ilə bağlı parlamentin 2008-ci il 26 dekabr tarixli qərarının qeyri-qanuni olması ilə bağlı Konstitusiya Məhkəməsində iddia qaldırılmasına qərar verilib. İddianı Müsavat Partiyasının başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, ADP sədri Sərdar Cəlaloğlu, Milli Birlik Hərəkatının lideri Lalə Şövkət, Ümid Partiyasının sədri İqbal Ağazadə, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, Sülh və Demokratiya İnstitutunun sədri Leyla Yunus imzalayıb. L. Yunus bildirib ki, toplantıda hərəkatın “Azərbaycan Xalq Cümhuriyyəti” və “Milli İstiqlal” Təşəbbüs qruplarına etdiyi müraciətlərin nəticəsi də müzakirə olunub. “Həmin Təşəbbüs qruplarına hərəkata daxil olmaqla bağlı ilkin müraciətlər telefon vasitəsi ilə, daha sonra yazılı formada olub. Lakin davamlı və israrlı dəvətlərə baxmayaraq, onların sərgilədiyi mövqe və mətbuatda ifadə etdiyi fikirlər ciddi təəssüf doğurur. Biz hesab edirik ki, onların bu mövqeyi hakimiyyətin referendumla bağlı manevr imkanlarını artırır”, - deyə Leyla Yunus bildirib. Ria.Az

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar