SON XƏBƏRLƏR

Əlirza Quluncu Cavanbəxt: "Qızıl Xənəyə sakinlərinə həbsdən əlavə, 74 şallaq cəzası da verilib"

2021.10.20, 07:36
Əlirza Quluncu Cavanbəxt: "Qızıl Xənəyə sakinlərinə həbsdən əlavə, 74 şallaq cəzası da verilib"

Gunaz.tv
Əlirza Quluncu Cavanbəxt: "Qızıl Xənəyə sakinlərinə həbsdən əlavə, 74 şallaq cəzası da verilib" quluncu.jpg GÜNAZ.TV mətbuat mərkəzi GAİP,dən əldə etdiyi məlumata görə Güney Azərbaycanın Urmiya şəhərindəki Qızıl Xənəyə “Xaneqahe-Sorx” kəndində baş verən toqquşmada günahlandırılan 21 nəfərə məhkəmə cəzası kəsilib .DAK-DAN GAIP–a daxil olan məlumata görə, Azərbaycanlı Siyasi Məhbusların Müdafiə Komitəsinin rəhbəri Əlirza Quluncu Cavanbəxt bildirib ki, məhkəmənin qərarıyla 11 nəfərə 3 il, 1 nəfərə 2 il, 3 nəfərə 6 ay 2 gün həbs cəzası verilib. Qalan 6 şəxs isə 2 milyon rial cərimə ediliblər. Günahlandırılan 10-dan çox şəxs həbsdən başqa, 74 şallaq cəzasına da layiq görülüb: “Çox sərt cəzadır. Bunlar həm milli, həm də məzhəb sarıdan azlıqda qaldıqlarından belə təzyiqlərlə üzləşiblər. Hətta ittihamlar düzdürsə belə, bu cəza gözlənilən deyildi. Əlirza Quluncu qeyd edib ki, Qızıl Xənəyə kənd sakinləri sünnü təriqətinə mənsub azərbaycanlılardır. Qeyd edək ki, hələ ötən ay bu kəndin sakinləri ilə bir fabrik arasında su üzündən münaqişə yaranmışdı. Kənd sakinlərinin bildirməsinə görə, onların etiraz aksiyası yatırılarkən İran hüquq-mühafizə orqanları odlu silahdan istifadə etmişdi. Nəticədə iki nəfər kənd sakini güllə yarası almışdı. Bu münaqişədən sonra 20-dən çox Qızıl Xənəyə sakini həbs edilsə də, az sonra zaminə buraxılmışdılar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar