SON XƏBƏRLƏR

İran məktəblərdə Azərbaycan dilində danışmağı qadağan edib

2021.10.20, 07:36
İran məktəblərdə Azərbaycan dilində danışmağı qadağan edib

Gunaz.tv
thumbnail.php?file=iran_856783598.jpg&size=article_medium İran İslam Respublikası Güney Azərbaycandakı təhsil müəssisələrində Azərbaycan dilində danışmağı qadağan edib. Bu barədə RİA-ya DAK mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, fevralın 4-də İranın Təhsil Nazirliyi azərbaycanlıların sıx yaşadığı bölgələrdəki təhsil müəssisələrində müəllim və tələbələrin Fars dilindən qeyri-dildə danışmasının qadağan edilməsi barədə sərancam imzalayıb. Sərəncamın nüsxəsi təhsil müəssisələrnin rəhbərlərinə göndərilib. Sərəncamda bildirilir ki, İran İslam Respublikasının rəsmi dövlət dili Fars dili olduğu üçün bütün tədris mərkəzlərində dərslərin və dialoqların bu dildə aparılması zəruridir. “Tələbələrin bilik və savadlarının inkişafi Fars dilinin qramatikasını yaxşı mənimsəməsindən asılıdır. Təhsil Nazirliyi bu istiqamətdə dəfələrlə universitet və orta məktəb rəhbərlərinə, məllimlərə göstəriş versə də, hələ də Azərbaycan vilayətlərindəki təhsil mərkəzlərində məllim və tələbələr yerli ləhcələrdən istifadə edirlər. Bu da İranda təhsilin inkişafının qarşısını alır. Bunun səbəbi univesitet və məktəb rəhbrlərinin bu işlə ciddi məşğul olmamasından irəli gəlir. Təhsil mərkəzlrinin rəhbərləri və məllimlər bu sahəyə nəzarəti gücləndirməli və ciddi tədbirlər görməılidir. İran İslam Respublikası qanunlarına qarşı olan və bu qanunların icra olunmasına hər hansi bir əngəl törədən şəxslər ciddi cəzalandırılacaq”, - deyə sərəncamda bildirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar