SON XƏBƏRLƏR

BMT Azərbaycanda insan haqlarının durumu ilə bağlı hesabat qəbul edib

2021.10.20, 07:36
BMT Azərbaycanda insan haqlarının durumu ilə bağlı hesabat qəbul edib

Gunaz.tv
BMT Azərbaycanda insan haqlarının durumu ilə bağlı hesabat qəbul edib c33a0d44-bf81-482b-9227-23b895a83921_w203_s.jpg BMT-nin İnsan Haqları Şurası 2011-ci ilə kimi hər bir ölkədə insan haqlarının vəziyyətinə baxış keçirməlidir Fevralın 6-da BMT-nin İnsan Hüquqları Şurasında Azərbaycanın bu sahədə üzərinə götürdüyü öhdəliklərin icrası barədə hesabat qəbul olunub. Bu haqda Azərbaycanın BMT-nin Cenevrə ofisindəki daimi nümayəndəsi Elçin Əmirbəyov ANS televiziyasına məlumat verib. O deyir ki, sənədin tam detalları açıqlanmasa da, konstruktiv xarakter daşıyır. Azərbaycan hökuməti öz mövqeyini sənədlə tanışlıqdan sonra açıqlayacaq və lazımi texniki düzəlişlərin ediləcəyi istisna olunmur. Şuranın iclaslarında insan hüquqlarının müdafiəsinə dair Xarici İşlər nazirinin müavini Xələf Xələfovun təqdim etdiyi hesabat xeyli tənqid olunub. Azərbaycan özü də BMT İnsan Haqları Şurasının üzvüdür. Bütün şura üzvlərinin vəziyyəti hər 4 ildən bir müzakirə olunur. azadliqradiosu

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar