SON XƏBƏRLƏR

İran iqtisadiyyatının tənəzzülə uğramasının səbəbləri: daha ağır sanksiyaların tətbiqi, neftin qiymətinin kəskin aşağı düşməsi və prezidentin səriştəsizliyi

2021.10.20, 07:36
İran iqtisadiyyatının tənəzzülə uğramasının səbəbləri: daha ağır sanksiyaların tətbiqi, neftin qiymətinin kəskin aşağı düşməsi və prezidentin səriştəsizliyi

Gunaz.tv
İran iqtisadiyyatının tənəzzülə uğramasının səbəbləri: daha ağır sanksiyaların tətbiqi, neftin qiymətinin kəskin aşağı düşməsi və prezidentin səriştəsizliyi Prezident Əhmədinejadın ən yaxın məsləhətçilərindən biri olan, İran Milli Təhlükəsizlik Şurasının rəhbəri Ayətulla Əhməd Cənati oktyabr ayının əvvəlində ictimaiyyət qarşısında çıxış edərək Qərb ölkələrində baş verən maliyyə böhranının sevindirici hal olduğunu vurğulamışdır. Lakin onun bu sevinci uzun müddət davam etməmişdir. Belə ki, bu ölkəyə tətbiq edilən sanksiyaların ağırlaşması, neftin qiymətinin kəskin düşməsi, habelə prezident Əhmədinejadın iqtisadi sahədə səriştəsizliyi səbəblərindən İran da maliyyə böhranı ilə üzləşmişdir. Vasitəçilər tərəfindən bank əməliyyatlarının aparılmasının qadağan edilməsi İranın son ümidini puç etmişdir. Vasitəçilər tərəfindən banklararası pul köçürmələrinin ləğv olunması anından İranın maliyyə durumu daha da kəskinləşdi – bununla da İran Qərbi maliyyə sistemlərindən tam təcrid olunmuşdur. Vasitəçilərin köməyi ilə əməliyyatların aparılması İrana pul vəsaitlərinin ABŞ banklarına köçürülməsini təmin edirdi, bu da öz növbəsində Amerikan banklarından pul vəsaitlərinin “ofşor” banklara maneəsiz köçürülməsinə şərait yaradırdı. Qadağa qoyulmamışdan əvvəl bəzi Qərb qurumlarına iranlı müştərilərin sifarişi ilə pul vəsaitlərinin köçürülməsinin həyata keçirilməsinə icazə verilirdi. Yeni qadağa üsulları BMT tərəfindən artıq tətbiq edilmiş 3 mərhələli sanksiyaların təsirini daha da artırmaq məqsədilə həyata keçirilmişdir. Bu sanksiyalar İranın nüvə zənginləşdirilməsi proqramının dayandırılmasına nail olmaq məqsədilə tətbiq edilmişdir. Qərb ölkələri dəfələrlə xəbərdarlıq etmişlər ki, İran maliyyə sanksiyalarından yayınmış, habelə bir çox üsullardan istifadə edərək nüvə silahının yayılmasında birbaşa iştirakını gizlətməyə çalışmışdır. Əməliyyatların faktiki mənşəyini gizlətmək məqsədilə İran tərəfi bir çox bankların adını saxtalaşdırmışdır. Qərb ölkələrinin 1979-cu ildə İrana ticarət sanksiyalarını tətbiq etdiyi vaxtdan, ABŞ dolları ilə bəzi əməliyyatların həyata keçirilməsinə nail olmaq üçün bu ölkə pul vəsaitlərini məhz vasitəçilərin köməyi ilə köçürməyə məcbur olmuşdur. Bu kimi əməliyyatlar Yaxın Şərq və Asiya da daxil olmaqla dünyanın bir çox ölkələrinin bankları vasitəsilə həyata keçirilmişdir – lakin, İrana tətbiq edilmiş sanksiyaların təsirinin daha da artması son illər belə əməliyyatların sayının kəskin azalmasına səbəb olmuşdur. İran hakimiyyətinə məxsus “İxracın inkişafı bankı”, “Sepah”, “Fyuçer bank”, “Melli” və “Mellat” banklarının sifarişi ilə vasitəçilər tərəfindən pul köçürülməsinin aparılması əvvəlki sanksiyanın tələbinə əsasən qadağan edilmişdir. Bu kimi yeni qadağalar hətta fərdi banklara və İran Mərkəzi Bankına da pul köçürmələrinin vasitəçilərin köməyi ilə həyata keçirməsinə icazə vermir. Yeni quruculuq hələ də Qərb banklarına İran hakimiyyəti adından bəzi pul köçürmələrinin həyata keçirilməsinə imkan verir. Vətəndaşlar öz qohumlarının hesablarına pul köçürmək, xarici səfərlərini maliyyələşdirmək, habelə qadağan olunmamış digər pul əməliyyatlarını həyata keçirmək iqtidarındadırlar. Sanksiyalar İranı, Rusiya və Qatarla birgə qaz yataqlarını tədqiq etməyə məcbur etmişdir İranın iri həcmli qaz yataqlarına malik olmasına baxmayaraq qazın ixracı çox ləng həyata keçirilir. Müşahidəçilərin fikrincə, ixracın reallaşdırılması üçün tələb olunan qurğuların vaxtlı vaxtında inşa edilməməsi səbəbindən İran xarici dövlətlərə müraciət etməli olur. Hazırda İran, Rusiya və Qətərin birgə iştirakı ilə təbii qazın istehsal olunub satılmasını həyata keçirmək üçün yeni istehsalat birliyi formalaşdırılır. Rusiyanın “Kommersant” qəzetində dərc olunmuş məqaləyə əsasən, Rusiyanın qaz inhisarçısı “Qazprom”, maye qaz ixrac edən Qətər şirkəti və İranın Milli Neft şirkəti hasil olunacaq qazın mayeləşdirilməsi üçün Cənubi Pars bölgəsini Qətərlə birləşdirəcək qaz kəmərini inşa etməyi planlaşdırırlar. Müşahidəçilər qeyd etmişlər ki, xarici investisiyanın olmaması səbəbindən İranda neft və qaz yataqlarının təhqiqatı layihələrinin həyata keçirilməsi tam dayandırılmışdır. Əhmədinejadı valyuta ehtiyatlarını dağıtmaqda günahlandırırlar Tənqidçilərin söylədiklərinə görə, neft istehsal edən şirkətlərin azlıq təşkil etməsi səbəbindən İran qida məhsullarını və benzini xarici ölkələrdən idxal etmək məcburiyyətində qalmışdır. Əhmədinejad isə neftdən əldə olunan, rekord həddə çatmış gəlirlərin bütün hissəsini bu kimi məhsulların alınmasına sərf etmişdir. Sabiq iqtisadçı-reformator Möhsən Səfael Fərahani söyləmişdir ki, “İran xalqının qarşısında yeni imkanların yaranmış, lakin hakimiyyətin irəli sürdüyü səhv siyasət nəticəsində bu imkanlar əlçatmaz olmuşdur”. Hesab edilir ki, milli borcları ödəmək və milli valyutanın məzənnəsinin sabit saxlanılması üçün yığılan pul vəsaitlərini özündə cəmləşdirən dövlət valyuta fondu hazırda cəmi 9 milyard ABŞ dolları həcmindədir. Bu fondun dağıdılması sakinlərin ciddi narazılığına səbəb olmuşdur. Onlar Əhmədinejadı bu fonddan pul vəsaitlərini qanunsuz mənimsəməkdə günahlandırmışlar. Son 3 il ərzində neftin qiymətinin bahalaşması səbəbindən İranın neft satışından əldə etdiyi gəlir ən azı 3 dəfə artmışdır. İran iqtisadçılarının hesablamalarına əsasən, Əhmədinejadın prezident olduğu son 3 il ərzində hakimiyyət neft ixracından 200 milyard, yəni ildə 66 milyard ABŞ dollarından artıq pul vəsaiti əldə etmişdir. Bundan əvvəlki 8 il ərzində isə İranın neft ixracından əldə etdiyi gəlir 173 milyard, yəni ildə 21 milyard ABŞ dolları təşkil etmişdir. İqtisadçıların fikrincə bu cür gəlirlər hesabına çox asanlıqla 100 milyard ABŞ dolları həcmində fond yaratmaq olardı. İranın iqtisadi sektorunda çalışan yüksək vəzifəli işçilərindən biri qeyd etmişdir ki, İran hakimiyyəti BMT tərəfindən tətbiq edilmiş sanksiyaların təsirini azaltmaq üçün valyuta ehtiyatlarından gizli şəkildə istifadə edir. İranın Mərkəzi Bankının sabiq müşaviri Bidjan Bədibəd söyləmişdir ki, tətbiq edilən sanksiyalardan yayınmaq məqsədilə İran hakimiyyəti bu cür iqtisadi tədbirlərə əl atmağa məcbur olmuşdur. İran üçün arzuolunmaz iqtisadi xəbərlər Valyuta fondunun dağıdılması ilə əlaqədar yaranan münaqişələr Əhmədinejad üçün arzuolunmaz iqtisadi xəbərlərdən ən başlıcasıdır. Tehran birjasında indeksin bir neçə il sabir qalmasına baxmayaraq son 1 həftə ərzində 12 faiz aşağı düşməsi müşahidə olunmuşdur. İnflyasiyanın 27 faizdən aşağı düşməməsi sıravi vətəndaşların gəlirinə ciddi təsir etmişdir. İran iqtisadçıları açıq şəkildə xəbərdarlıq etmişlər ki, neftin qiyməti 1 barel üçün 60 ABŞ dollarından artıq olmasa növbəti il büdcə kəsiri yaranacaqdır. Beynəlxalq valyuta fondunun hesablamalarına əsasən, İran dövlətinin böhrandan çıxması üçün neftin qiymətinin bir barel üçün 90 ABŞ dollarından yuxarı olması vacibdir. Əhmədinejadın hərbi siyasəti iqtisadi böhranı daha da ağırlaşdırır Prezidenti reformatorlarla birgə, onu hakimiyyətə gətirən konservatorlar da tənqid edirlər. Onlar söyləmişlər ki, prezident ölkənin daxili problemlərinin həlli yollarını axtarmaq əvəzinə bütün qüvvə və vasitələri xarici ölkələrə qarşı mübarizəyə sərf edir. Bundan əlavə hərbi xərclər ölkəyə baha başa gəlir. İran nüvə proqramının gerçəkləşməsinə, habelə Livanın “Hizbullah” qruplaşması kimi təşkilatlara külli miqdarda pul vəsaiti xərcləyir. Hesab edilir ki, təkcə 2006-cı ildə Əhmədinejad “Hizbullah” qruplaşmasına 1,2 milyard pul ayırmışdır. İranın orta təbəqədən olan nümayəndələri dəfələrlə prezidentin iqtisadi sahədə səriştəsiz olduğunu bildirmişlər. İyul ayında Əhmədinejad öz çıxışında neftin qiymətinin bir barel üçün 100 ABŞ dollarından aşağı düşməyəcəyini söyləmişdir. İqtisadçılar İran iqtisadiyyatının Əhmədinejadın hakimiyyətə gəldiyi vaxtdan əvvəl də çətinliklərlə üzləşməsi faktını təsdiq etmişlər. Eyni zamanda onlar Əhmədinejadın hakimiyyəti dövründə iqtisadiyyatın daha da zəifləməsini söyləmişlər. İqtisadi böhranın daha da artması prezident Əhmədinejadı hər tərəfdən tənqidə məruz qalmasına səbəb olmuşdur. Müşahidəçilər hesab edirlər ki, iqtisadi böhranın yaranmasına səbəb prezidentin nüvə proqramını davam etdirməsinə görə BMT tərəfindən tətbiq edilmiş sanksiyalar olmuşdur. Sözügedən sanksiyalar ölkəni xarici investisiyalardan məhrum etmiş, habelə hakimiyyət iqtisadiyyatın böhrandan çıxarılması üçün ciddi tədbirlərə əl atmağa məcbur olmuşdur. Şəraitin kəskinləşməsinə baxmayaraq Əhmədinejad problemin mövcudluğunu təkzib etmişdir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar