SON XƏBƏRLƏR

İranın Türkiyə və Azərbaycanda mənəvi etkisi . Güntay Gəncalp

2021.10.20, 07:36
İranın Türkiyə və Azərbaycanda mənəvi etkisi . Güntay Gəncalp

Gunaz.tv
İranın Türkiyə və Azərbaycanda mənəvi etkisi image.php?img=7&yaz=2 Güntay Gəncalp İran bölgə ölkələrinin sosialpsixologiyasını çox yaxşı bilir. İranda islam inqilabını gerçəkləşdirən enerjinin bölgə ölkələrində də olduğunu təsbit etmiş və bunun üzərinə gözlə görünməyən yeraltı dış politikasını yürütməkdədir. Bu gözlə görünməyən dış politikasını da dövlətlər arası anlaşmalar çərçivəsində gerçəkləşdirir. Tehranın Bakıda və Ankarada açdığı mədəni mərkəzlər bu amaca xidmət göstərir. Ayrıca, İranın dini mərkəzlərində təhsil alıb və bu gün Türkiyənin və Bakının qəzetlərində İran mərkəzli din fəlsəfəsi qonusunda məqalələr yazan yetişkin insanlara və ən çox da qadınlara rast gəlirik. M. Mütəhhəri, Ə. Şəriəti kimi onlarca islam inqilabının ideoloqlarının əsərləri Türkçəyə tərcümə edilmiş və özəlliklə Türkiyədə təkrar-təkrar çoxlu tirajla yayınlanır. Hətta Türkiyə qəzetlərində bəzən İran inqilabı haqqında elə ayrıntılı bilgilərə rast gələrik ki, bu bilgilər İranda çox az bilinməkdədir. Bunun səbəbi nədir? Bunun səbəbi bu yazarların İran kültürünə və islam inqilabına olan sevgiləridir. Türkiyənin bəzi qəzetlərində, hətta əski kommunistlərin Moskovanı xəyal dünyasında təsəvvür etdikləri kimi Tehran haqqında yazılar. Tehran, o, islam dünyasının ”qəhrəman” şəhəri! Orta Doğuda Filistin- İsrail qarşıdurmaları dərinləşdikcə İran heyranlığı da bir o qədər Türkiyədə artmağa başlayır. Şiə Əhmədinəjadın İstanbulda bir sünni məscidində namaz qılmaq istərkən sünni fanatiklərin göstərdikləri münasibət, hətta Əhmədinəjadın özünü də şaşırtmışdı. Pərdələr arxasında nələrin olduğunu bilməyən türkiyənin dinçi kəsimi Əhmədinəjadın İsrailə qarşı açıqlamalarından çox məmnun görünürlər. İrana olan heyranlıq sünni cəbhəsində bu şəkildə ikən Türkiyə şiələrinin qibləgahı Tehran olaraq görünür. Türkiyə şiələri İrandakı türklərin milli istəklərini islam düşməni Qərbin və İsrailin şum planı kimi görürlər. Hətta türkiyə şiəsinin baş mollası Səlahəddin özgündüz İranda türklərin heç bir problemlərinin olmadığını canlı tv proqramlarında söylədi və Xaməneinin ”türk” olduğunu da buna örnək göstərdi. İşin ilginc yanı budur ki, məhərrəmlik ayında şiənin və ələvilərin qullandıqları mərsiyə ədəbiyatının hamısı İran qaynaqlı. İranın Türkiyə toplumu üzərində etkisi hər keçən gün artmaqdadır. Azərbaycanı isə artıq duyğusal davranış açısından sanki tam olaraq kontrol etmiş duruma gəlmişdir. örnəyin İranda türklərin haqlarının göz ardı edildiyini söyləyən Azərbaycan vətəndaşları millət vəkilləri haqqında Azərbaycan vətəndaşları din xadimləri ölüm fətvası çıxarırlar. Tarixdən gələn İran qaynaqlı din anlayışı İranın əl-qolunu açmışdır. 30 milyon türkü öz içində asimilə edən İran bununla yetinməmiş və ölkə dışındakı türklərin üzərinə də öz etkisini sürdürməkdədir. Türklərin fars hədəfləri yolunda bu qədər qullanılmasının səbəbi nədir? Nədən Osmanlı imperatorluğunda bir tək fars insanı olmadan yüzlərcə şair fars dilində yazmışdır? Nədən Osmanlı yobazlarının sarayında fars dili qullanılmışdır? Əslində diqqətlə baxıldığında heç bir şey dəyişməmişdir. Yenə də farslar türk kimliyi üzərində öz üstün mövqelərini sürdürməkdədirlər. Orta çağ tarixində türklərə ”qılınc ərənləri” və farslara ”qələm ərənləri” deyilmişdir. Bu durum olduğu kimi davam etməkdədir. İran modern dünyada öz kitabları ilə səfirliklərini donatır. Türkiyənin sadəcə İran, Əfqanistanda deyil, hətta türk cümhuriyətlərində də bir tək kitab evi yoxdur. Əskidən ora-bura əlində qılınc soxulub mədəniyətləri dağıdan türklər öz alışqanlıqlarından vaz keçə bilmirlər. Bir türlü bu şiddət enerjisi əqli və elmi plana keçə bilmir. Uluslar arası kitab oxuma miqdarı üzərinə yapılan araşdırmada İran Türkiyənin çox önündədir. Modern dünyada da Türkiyə NATO gücləri tərkibində hammalıq yapır böyük dövlətlərə. Türk dilində kitabların dünyanın heç bir yerində olmadığı halda farslar əskidən olduğu kimi kitabla girir özəlliklə bölgə ölkələrinə. Azərbaycan və Türkiyədə İranın onlarca mədəniyət və kültür mərkəzi var ki, buralarda saysız-hesabsız fars dilində və bu ölkənin dillərinə tərcümə edilmiş kitablar var. Yenə də əskilərdən olduğu kimi türklər farsların qarşısında fikrən məğlub durumdadırlar. Bəlkə bunun daha geniş çaplı təsirini bu gün görmürük, ancaq orta vədədə bunlar öz bəhrəsini verəcək. Zaman keçdikcə qabalıqdan uzaqlaşıb əhliləşən Orta Doğu insanına da kitab lazım olur. Türkiyə Türkçəsində dünyanın bir çox elmi, fəlsəfi, tarixi, sosioloji, ədəbi qaynaqları olmasına baxmayaraq, bir türlü Türkiyə Cümhuriyəti Osmanlı yobazlığının xatirələrindən ayrıla bilmir. Bir türlü türk dilinə uluslararası münasibətlərdə önəm verməyi ağlından keçirmir. Azərbaycanın isə nə kitabı var, nə də səfirliklərinin dili türkçədir. Azərbaycan səfirliklərinin işçiləri qürur duyurlar ki, rusca danışa bilirlər. Azərbaycan nə zaman dövlət olacaq? Onlarca qələm sahibi Bakıda və Ankarada İranın dəyərləri və İrani kimliyi təbliğ yolunda saysız oxucular üçün məqalələr, kitablar yazırlar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar