SON XƏBƏRLƏR

Türkiyənin “Cümhuriyyət” qəzeti Güney Azərbaycanla bağlı geniş bir məqalə dərc edib

2021.10.20, 07:36
Türkiyənin “Cümhuriyyət” qəzeti Güney Azərbaycanla bağlı geniş bir məqalə dərc edib

Gunaz.tv
Türkiyənin “Cümhuriyyət” qəzeti Güney Azərbaycanla bağlı geniş bir məqalə dərc edib 2009-01-16_9516.gif Türkiyənin “Cümhuriyyət” qəzeti yanvarın 11-dəki bazar günü sayında Güney Azərbaycanla bağlı geniş bir məqalə dərc edib. Məlumat ADAPP-dan daxil olub. Jurnalist Berat Günçıkanın qələm aldığı yazını olduğu kimi diqqətinizə çatdırırıq. Məqalədə bildirilir ki, İran adlanan yerdə qadınlar mövcud iqtidarın bütün basqılarına rəğmən, bərabərlik mübarizəsini davam etdirir. Şahnaz Qulami də bu savaşın içində olan qadınlardan biridir. İran adlanan yerdə geniş yayılmış webbloq vasitəsilə yazılarını oxucularının diqqətinə çatdırır. Qadınların problemlərini qaldırmaqla yanaşı, milli kimliyi uğrunda da mücadilə aparır. Güney Azərbaycan türklərinin üzləşdiyi problemləri, milli fəalların qətlə yetirilməsini yazıya alır və fars şovinist rejimindən hesabını soruşur. Şahnaz Qulami indi səbəbsiz həbsdədir. Türkiyə yaşayan Azərbaycan türkləri onun sərbəst buraxılmasını istəyir. Jurnalist yazır ki, Şahnaz Qulami kilometrlərlə uzaqda gənc bir qadının özünü qurtarmaq üçün necə çırpındığını görmür. Ehtimal ki, dünyanın bir yerlərində sərbəst buraxılması üçün çabalayanlar, xüsusilə də qadınlar olduğunu bilir, amma onların kimliyini tanımır. Şahnaz Qulami 45 yaşında Güney azərbaycanlı jurnalistdir. Ən çox da qadın problemləri və haqlarından yazır. Eyni zamanda İran adlanan yerdə öz tarixi torpaqlarında yaşayan 35 milyondan artıq Azərbaycan türkünün varlıq və kimlik problemləri də onun qələmə aldığı mövzular arasındadır. Bu da onu zaman-zaman İran adlanan yerin polisilə qarşı-qarşıya qoyur. İndi yenə həbsxanadadır, aclıq aksiyası keçirir və vəkilinin İranda Azərbaycan Siyasi Məhbuslarını Müdafiə Assosiasiyasına verdiyi məluma görə, durumu heç də ürək açan deyil. Bu reportaj Şahnaz Qulaminin yuxarıdakı durumunu anladan və dəstək istəyən bir e-maildən doğdu. E-maili yollayan özünü Türkiyədə yaşayan, 18 yaşlı Güney Azərbaycanlı olaraq tanıdırdı. Eyni zamanda İranda Azərbaycan Siyasi Məhbuslarını Müdafiə Assosiasiyasının (ADAPP) üzvüdür. Adını da yazmışdı. Ancaq mövzu reportaja gəlincə, tək bir tələbi oldu O da gizlilikdi. Nə ismi, nə də fotoqrafı olacaqdı. Düzdür, üz-üzə görüşə bilərdik, ancaq gizliliyini saxlayacağıma söz verdikdən sonra. Bütün xüsusi xidmət orqanları kimi, İran “Ettelaat”ının əllərinin haraya qədər uzana biləcəyini anladığım üçün söz verdim. Amma sonra məlum oldu ki, onun bu tələbi İran xüsusi xidmət orqanlarından qorxu deyilmiş. Sadəcə, hazırda Güney Azərbaycanda yaşayan ailəsini qorumaqmış. Ailəsi, yəni müəllim atası və evdar qadın anası onun ən böyük qorxusudur. Ancaq o yenə də gizli şəkildə öz işini görməkdədir. Onların natahatçılığını, ümumiyyətlə, qorxmasını heç istəmir. Bu gün qorxu elə dərindir ki, əksər ailə İran adlanan yerin konsulluğuna getmək istəmir. Sırf bu səbəbdən sıradan bir sənəs belə davamlı olaraq ertələnir. Müsahibim Tehrandan Türkiyəyə gəldiklərində 5 yaşındaymış. Mühacirət səbəb isə Iraq-İran savaşı sonrası yaşanan siyasi və iqtisadi sıxıntılar və basqı olub. Düzdür ailəsinin siyasətlə bir bağlantısı yoxdur, ancaq onların əksəriyyəti "assimilyasiy"ya uğradıqlarını düşünür. Atasının ailəsi bir çoxları kimi, Sovet imperiyası qurulduqdan sonra Bakıdan Təbrizə köçmüş, İran adlanan yerdə Şah rejimi dövründə isə Təbrizdən Tehrana getmişdir. İslam inqilabından sonra köçənlərin sayı artmış, Azərbaycan türkləri Tehran əhalisinin yarısını təşkil etmişdir. Ancaq onun sözlərinə görə, əksəriyyət farslaşmışdır. İran adlanan yerdə "Turk-e her/ eşşək-aptal azərbaycanlı" fikirlərinin çox yayılmasının səbəbi də budur. Ona görə də əksəriyyət sanki üzərindən azərbaycanlı olmağın yükünü atmaq istəyindədir. Bir də sərhədlə bölünən şəhərlər var. Məsələn Culfanın yarısı İran adlanan yerdə, yarısı da Quzey Azəbaycan Respublikasındadır. Bundan əlavə, Astara, Cəlilabad və s. belədir. Arada Araz çayı sərhəd olub. Araz da ayrılığın simvbolu olaraq Azərbaycan ədəbiyyatına yol tapıb. Atası uzun müddət İngiltərədə yaşayıb, sadəcə evlənmək üçün ölkəsinə dönüb. Evlenib uşağı olduqdan sonra da bu dəfə Türkiyəyə doğru yola çıxıb O, litseyi bitirib, indi universitetə hazırlaşır, beynəlxalq əlaqələri oxumaq istəyir .İki-üç ildə bir dəfə Vətəninə gedir. çünki bütün qohum-əqrabaları Təbriz və Tehranda yaşayır. Ona qalsa daha sıx-sıx geder, ancaq olmur. Qohumları da sıx-sıx gəlmir. Bir az gündəlik həyatın ehtiyaclarını ödəmək, ən çox da pulsuzluq ucbatından... Gələn ay bibisinin gələcəyini umur... Berat Günçıkan qeyd edir ki, Şahnaz Qulami güneyli jurnalistdir. Kimliyinin iki parçası İran adlanan yerdəki mövcud fars şovinist rejimilə onu qarşı-qarşıya qoyur, qadınlığı və Azərbaycan türkü olması. İkisi üçün də mücadilə aparan Şahnaz Qulami indi həbsxanadadır. Nədə ittiham olunduğu hələlik bəlli deyil. Milli təhlükəsizlik əleyhinə çalışmaqdan dolayı yarğılanacağı ehtimal olunur... Güneyli qadınlar dünyanın diqqətini Şahnaz Qulamiyə çəkməyə çalışır... - Sizi İran adlanan yerlə bu qədər bağlayan nədir? - Oradan heç qopmaram, bu, mümkün deyil. Əslində oradakı qohum-əqrabalarım mənə "türkiyəli" gözüylə baxırlar. Ancaq İran adlanan yerin siyasətinə dair məlumatım olduğunu, hadisələri təqib etdiyimi gördükdə təəccüblənirlər. Təbii ki, Türkiyədəki məsələləri də təqib edirəm, ancaq hadisələrə Güney Azərbaycan gözüylə baxıram... - Həmin gözlə Türkiyə necə görünür? - Ən son xatırladığım bir televiziyada Xomeyniyi sevirəm deyən iki qızdır. Onların bu sözü məni çox incitmişdi. Sonra da dostlarım mənə Xomeyni kim, nə edib deyə suallar vermişdilər. Mən də onlara Xomeyninin xaricdən İran adlanan yerdəki İslam inqilabına necə istiqamət verdiyini, ancaq inqilab həyata keçirildikdən sonra insanlarda necə xəyal qırıqlığı yaratdığını bildiyim qədər izah etdim... İran adlanan yerin yaxın keçmişi qaranlıq və acıverici olaylarla doludur, Bəlkə də Türkiyənin tarixindən daha acıvericidir. Türkiyə tarixi deyilincə ağıla gələn 1968-cı ildəki hadisələrdir, yəni Dəniz Gəzmiş və dostlarının edamları, həbsxanalar, işgəncələr və sairdir... Türklərin bu tarixi görə bilmədiklərini düşünürəm. Ancaq İran adlanan yerdə bu şiddətin daha ağrılısı yaşandı və hələ də yaşamaqdadır. Türkiyədə acı acı da olsa, insanı sevindirən durumlar da yox deyil. Təbii ki, bu durumlar da İran adlanan yerlə bağlıdır. İran adlanan yerin prezidenti Mahmud Əhmədinejadın son Türkiyə səfərində türkiyəli heyranlarını görüb gerçəkdən çox üzülmüşdüm. Deyəsən bizlərin Türkiyədən çok böyük gözləntilərimi var... Türkcə, farsca, ingiliscə, bir də Azərbaycan türkcəsini bilirəm. Eyni zamanda ərəb əlifbasını bilirəm. - özünüzü ən yaxşı hansı dildə ifadə edə bilirsiniz? - Əlbəttə türkcə. Son günlər Türkiyə teleseriallarının ərəb ölkələrində izlənildiyini, İran adlanan yerdə çox geniş yayıldığını deyirlər. üstəlik, yasaq olmasına rəğmən. Farslar Türkiyə türkcəsini anlamır, bu səbəbdən tamaşıçıların əksəriyyəti Azərbaycan türkləridir. Farslar teleseriallar və filmləri izləyərkən Azərbaycan türkləri siyasi proqramları belə qaçırmır. Ona görə də Mahmud Əhmədinejadın Türkiyə səfərində nənəm "bu türkiyəlilər niyə belə etdilər, bizimkilərdən betərdirlər" dedi. - Əhmədinejada sadəcə Türkiyədə deyil, Avropa solçularında belə imperialistlərə qarşı olduğu düşünülərək isti münasibət var. Sizcə səbəb nədir? - Haqlısınız! Mənim də bildiyim qədər Avoupa solçularıyla münasibəti yaxşıdır. Ancaq Türkiyə fərqlidir. Türkiyə bizim qonşumuz, bizim yaşadığımız acılara avropalılardan daha yaxından şahid olmuş bir ölkədir. Hesab edirəm ki, Əhmədinejad Türkiyədə Avropadakından daha çox sevilir. - Sizcə tək səbəb dindirmi? - Xeyr, belə hesab etmirəm! İki ölkə arasında dini baxımdan böyük fərqlər var. İmperialistlərə qarşı olması səbəb kimi görünə bilər. Ancaq bu da sadəcə görüntüdür. çünki İran adlanan yerdə də xalq buna inanmır. İran adlanan yerdə əksəriyyət Əhmədinejadın Qəzzada və İraqda ölən məsum insanları göründüyü qədər əhəmiyyət vermədiyini düşünür. 19-20 yaşlarındakı iranlı gəncləri qətlə yetirən qəzzalı insanlar üçün necə üzülə bilər? Vicdan hər yerdə vicdan, şəfqət hər kəsə şəfqətdir, elə deyilmi? - Bir az əvvəl Türkiyə bizim qonşumuz dediniz, halbuki özünüzü ən yaxşı ifadə etdiyiniz dil türkcədir. İki ölkə arasında müəyyən sahələrdə nəysə çatışmadığını hiss edirmisiniz? - Xeyr! Tam əksinə, çok böyük bir zənginlik hiss edirəm. çünki iki ölkənin mədəniyyətini, toplumunun quruluşunu, siyasətini qarşılaşdırmaq imkanım olur. Bu çox böyük bir imkandır, insan bir çox şeyi daha yaxşı görür. Jurnalist daha sonra yazır ki, müsahibi və ailəsi Türkiyədəki farslarla heç görüşmür. Bunun da səbəbi hər iki tərəfin bir-birindən fərqli olmasıdır. çünki Türkiyədəkilərin əksəriyyəti şahçılardır, Azərbaycan türkləri onlara antipatiya bəsləyir. Bu fərqi yaradan da İran adlanan yerin "şok təbəqəli" bir yer olmasıdır. O deyir ki, Türkiyədə də var, amma bu, İran adlanan yerdə daha yüksəkdir. Əlbəttə ortaq nöqtələr də tapılır, ancaq bunlar da yetərsizdir. Bundan sonra Berat Günçıkan müsahibilə onu bir araya gətirən Şahnaz Qulami məsələsinə toxunur. Jurnalist bildirir ki, onun Şahnaz Qulamilə heç bir qohumluğu yoxdur. Bu mövzunu Türkiyənin gündəminə gətirmək istəyi ADAPP-ın üzvlüyündən qaynaqlanır. Ancaq səyləri göstərir ki, bu, qohumluqdan daha güclü və sıx bir bağdır. Şahnaz Qulaminin vəkililə son danışığı insanı ümidsizliyə vadar etsə də, ancaq vaz keçmir. Şahnaz Qulaminin aclıq aksiyası keçirməsini və dayandırmasını yaxından izləyir, sağlıq yardımının olmadığını, qızınması üçün əlavə yorğan-döşək verillmədiyini söyləyir. Ən pisi isə vəziyyətindən məlumatsızlıq olduğunu və bunun ruhi bir işgəncə kimi göründüyünü deyir. üstəlik, nədə günahlandırıldığı da bilinmir, yəqin Şahnaz Qulami də bilmir... - Bəs nə ola bilər? - Milli təhlükəsizlik əleyhinə çalışmaq. İran adlanan yerdə bütün siyasilərə və düşüncəsini açıq ifadə edənlərə o dəqiqə "dinə, Allaha, ya da dini liderə həqarət" ittihamı vurulur. - Yəni ən asan, ən ucuz, ən çox bilinən yol... - Bəli! - Bəs Şahnaz Qulami kimdir? - çox cəsur bir qadındır. O qədər cəsur ki, bu səbəbdən indiyədək iki dəfə həbsdə yatıb. Şahnaz Qulaminin ilk həbsə atıldığı tarix inqilabdan sonraya təsadüf edir. Minlərlə insanın bir göz qırpımında həbs edildiyi vaxt o da özünü həbsxanada görür. - İkincisi? - 2007-ci ildə bir il öncə keçirilmiş etiraz aksiyalarının ildönümündə fars şovinist rejiminin nümayişi vəhşicəsinə yatırdığını yazdığına görə həbs olunur. Bu səbədən ona 6 ay cəza verilir. Ancaq sərbəst buraxıldıqdan sonra da çalışmalarına heç ara vermədi. - Hansı qəzetdə yazırdı? - Qəzetdə yazmır. çünki bütün qəzetlər fars şovinist rejiminin nəzarəti altındadır. Şahnaz Qulami İran adlanan yerdə geniş yayılmış webbloqunda “Azerwomen”də yazırdı. İran adlanan yerdə webbloqlar Türkiyədəki kimi siyasətdən uzaq, özünü nümayiş etdirmək sahəsi deyil. Sərbəst jurnalistlərin ən çox istifadə etdiyi bir sahədir. Fars şovinist rejimi də sanki bir bloq savaşı aparır, onları qapadır, yazarlarını da cəzalandırır. "Bərabərlik üçün 1 milyon imza kampaniyası”nın ard-arda 7-8 dəfə bağlanılıb. Şahnaz Qulami bir dəfə ailə qurub, həyat yoldaşı vəfat etdikdən sonra qızı Aynazı təkbaşına böyüdüb. O indi 9 yaşındadır və nənəsilə qalır. Gecələri yuxuları anasıyla bağlı gördüyü qarabasmalara çevrilib. Nənəsi isə özünə baxamayacaq qədər yaşlı və xəstədir. Qızının belə sadəcə ismini xatırlayır... Şahnaz Qulaminin iki qardaşı da var, ancaq ikisi də qorxur, onun vəkilinə də yaxınlaşmırlar. Yəni Şahnaz Qulami tamamilə kimsəsiz biridir. - Şahnaz hansı mövzularda yazır? - Daha çox qadın haqları mövzusunda yazır. Eyni zamanda həyat yoldaşından boşanmaqda huquqi cəhətdən çətinlik çəkən, övladlarından ayrı qalan, ya da narkotik vasitələrə alışmış, fahişəlik edən qadınlar... Nə yazıq ki, bu qadınların sayı İran adlanan yerdə getdikcə artır... - Bəs Azərbaycan türklərinin problemləri?... -Bu mözuda da çox diqqətlidir. Geçən aylarda ana dilində təhsil haqqıyla bağlı işlər görən, sonra da işgəncə edilmiş cəsədi Təbriz gölünə atılan 26 yaşındakı bir gənclə əlaqədar Avropa mətbuatına reportaj vermişti. Son yazısında isə müxalifliyilə tanınan, 24 oktyabrda şübhəli bir avtomobil qəzasında ölən azərbaycanlı mühəndis Qulamrza Əmani haqqında yazmıştı. Bu olayın aydınlaşdırılmasını istəmişti. Həbsinin səbəbinin də bu yazı olduğu ehtimal edilir. İlk dəfə cinayətə şahid oldum! Reportajının sonunda jurnalist Şahnaz Qulaminin Almaniyadan yayımlanan “Radio Bərabəri”yə 2008-ci il avqustun 2-də "avtomobil qəzasın”da öldürülən 21 yaşlı Qadir Sadiqilə bağlı söylədiklərindən bir hissəni qeyd edir: "Təhlükəsizlik əməkdaşları “Səmənd” markalı (İran adlanan yerin əmniyyət qüvvələrinin istifadə etdiyi avtomobil markası) maşınla motosikletlə şiddətlə toqquşması nəticəsində üç dostumuz ondan yıxıldı. Qadir Sadiqi başının betona dəyməsi nəticəsində hadisə yerindəcə öldü. Bir dostumuz isə indi xəstəxanada, koma vəziyyətindədir və bədən üzvlərindən istifadə edə bilməmək riski var. Nə ailəsinə, nə də jurnalist olaraq bizim yanına girməyimizə izn verilmədi. Bu üç kişinin ailələrile görüşdük. Qadir Sadiqinin anası və bacısı təbii olaraq çox üzgündü. Anası bizə 21 il boyunca böyütdüyü, gələcəyini görmək istədiyi oğlunu ictimai-siyasi güvənsizliklərdən dolayı itirdiyini söylədi. Qadir Sadiqi bir milli fəaldı və bizimlə eyni məhəllədə yaşayırdı, yaxın dostlarımızdandı. Nəticədə bu hamımız üçün dayanılmaz və təhəmmül edilə bilməz bir hadisədir. Eyni zamanda mən həyatımda ilk dəfə bir cinayətə belə şahid oldum. O küçə, Qadir Sadiqinin öldürülmə üsulu, yerdəki qanları, insanların toplanması... İnanın həmin gündən sonra psixoloji olaraq rahatsızlandım. Dünən yenidən Qadir Sadiqinin evinə getdim, anası əvvəllər bir ürək infarktı keçirmişdi, oğlunun acısına dayana bilməyi daha bir dəfə keçirdi. Bacısı üzüntüdən huşunu itirdi...Yəni necə olur, insan daş deyil, robot deyil, bu, inanılmaz, çox üzücü..."

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar