SON XƏBƏRLƏR

Slavyanlar “ari” idilərmi?

2021.10.20, 07:36
Slavyanlar “ari” idilərmi?

Gunaz.tv
Slavyanlar “ari” idilərmi? Qərbi Avropanın klassik irqçiliyinin baniləri (Linney, Büffon, Volter, Brok, Hant, Hekkel, Spenser, Vaqner, Marr, Qobino, Lapuj, Şpeyer, Şpenqler, Smit, Kiplinq, Çemberlen, Nitşe, Hitler və d.) uydurduqları “ali ari irqi” nəzəriyyəsində seçmə millətlər sırasına uzunbaş (dolixo- kran) avropoidlərin nordik (şimal) tipinin daşıyıcısı olan ingilisləri, fransızları, almanları və digər Qərbi Avropanın çağdaş xalqlarını aid etmişlər. “Hind-avropa dil” sırasına daxil olan slavyanlar, ermənilər, farslar, hindlilər və qaraçılar isə, onlara görə, guya Şərqə getmiş “arilərin” yerli qul qadınları zorlamasından törəmiş qanı təmiz olmayan və “Ari irqinə” ləkə olan tör-töküntülər ki- mi qiymətləndirilirdi. Hətta, 20-ci illərin sonunda Hitler və d. Avropa irqçiləri müasir fars-hind dilli və d. bu qəbildən olan xalqların da “hind-avropa”, “hind-german” və ya “ari” kimi qiymət- ləndirilməsini qəti qəbul etmirdilər. Belə ki, qaraçıların “hind-german, ari” kimi qəbul edilməsi, bütünlüklə, qədim “hind-avropalıların”, “hind-germanların”, guya döyüşkən, məğrur, mədəni, sarışın, göygöz olmuş “arilərin” əslində, qaraşın, qorxacaq, mədəniyyətsiz, oğru bir vəhşi olması nəticəsini ortaya atırdı. Bu baxımdan slavyanlar da klassik Avropa irqçiliyində “ari olmayan”, “qanı natəmiz” və aşağı irq sayılırdılar. Hətta, avropalı irqçi klassiklər slavyanların “ali ari irqi- nin qulu” olduğunu iddia edir və bunu latın (Roma) dilindəki “qul” (latınca “slave”) sözü ilə izah edirdilər. Hitler isə, slavyanlar içində ən mədəni millət olan çexləri “ali ari irqini təqlid edən id- bar cırtdanlar” adlandırırdı. Hal-hazırda Qərbi Avropada və anqlo-sakson dünyasında irqçilik ideyası pislənilsə də, “hind-avropaçı” anti-türk tarix məktəbində hətta slavyan, erməni, hind-fars və qaraçı millətlərinin “ari köklü” olması barədə elmdən uzaq fikir qəbul edilsə də, bu soylara aşağılayıcı baxışlar qalmaqdadır. Sovet elmində də güya türklərin əzəldən monqoloid olması, avropoid german-hind-fars dilli “arilərin” Orta və Ön Asiyaya mədəniyyət gətirməsi barədə anti-türk irqçilik baxışları Debets, Yablonski, K.F. Smirnov, Y. Kuzmina və d. əsərlərində özünə yer etmişdi. İndi isə, yenə də rus irqçi “fikrinə” qayıdaq... Gülməil durumdur ki, rus skinhed və irqçilərinin böyük bir qismi qanına görə heç slavyan da deyillər. Rus dazbaşlarının içində 3 il tədqiqat aparmış yazıçı-sosioloq və jurnalist S. Belikova görə, rus skinhedləri içində ruslaşmış tatarlara, ermənilərə, yəhudilərə, moldavlara, qarışıq soylu ailələrdən olanlara, xarici görünüşü “ağdərili, göygöz, sarışın ali ari irqinin” əfsanəvi özəlliklə- rindən tam fərqli, qarabuğdayi, türk, qafqaz, monqoloid simalılara daha tez-tez rast gəlmək olar. Həmçinin, Rus Milli Birlik partiyasının lideri Barkaşovun soyadı slavyan mənşəli deyildir. Bu rus neonasi partiyasının Krasnodar-Rostov bölgələri üzrə kuratorunun soyadı Kasumovskidir. Əlavə şərhə ehtiyac yoxdur! Anti-türk qərəzini özündə əks etdirən, irqi dözümsüzlüyü təbliğ edən uydurma “ali ari irqi” ideologiyası dünya elmində üzdəniraq “hind-avropaçı akademik tarix məktəbinin” qeyri-elmi te- zislərinə əsaslanır. Göstdərdiyimiz kimi, “hind-avropa” dil ailəsi prototürk və sami-bask soylarının qarışmasın- dan (Ulenbek, Qornunq, Danilenko, Trubetskoy və d.) törəmiş sintetik, “metis” dildir. İlk “hind-avropadillilər” heç də sarışın, göygöz deyildilər. Müasir Qərbi Avropa əhalisinin ağ dərili, sarışın, göygöz antropoloji özəllikləri hələ “hind-avropa dil ailəsinin” yaranmasından öncə minilliklər boyu var idi. Hind-avropa dilli soyların axını və onlarla qarışmadan Qərbi Avropanın həmən əhalisi öz ilk dillərini itirmişdir. Bu itirilmiş dillərin sami-bask, ural-altay və ya daha qə- dim nostratik paleavropa dilləri olması barədə elmdə mübahisələr hələ də davam etməkdədir. Unutmaq lazım deyil ki, min ildən çox davam edən katolik xristianlaşdırma Avropanın yerli əha- lisinin özəl dillərinin itməsinə, latınlaşmaya səbəb olmuşdur. Ona görə, bu gün alman və norveç alimləri arasında qədim alman, kelt tayfalarından hansının hind-avropa, hansının türk-altay dilli olması barədə mübahisə və mülahizələr səngimək bilmir. Ona görə, bu gün Cənubi-Qərbi Avro- pa əhalisinin (italyanlar, ispanlar, cənublu fransızlar) Qafqaz-Şimali Afrika irqi tipinə mənsubdu- lar, və bunu “hind-avropaçı”qərəzkar alimlər izah etməkdən qaçırlar. Hind-avropa dil ailəsinin bir doğu (şərq) qolu olan hind-fars dilli tayfaların ilkin antropoloji görkəminin heç də sarışın ol- madığı, “irqçilik nəzəriyyəsinin banisi” A. J. Qobinonun “aşağı irqin özəlliyi” kimi dəyərlən- dirdiyi, yastıbaş (braxisefal) kəllə quruluşuna malik olması barədə fikirlər elmdə indi də möv- cuddur. Bu irqi özəlliklər e.ə. 2-minilliyin sonundan çağdaş İran, Orta Asiya və Hindistan ərazi- sində göründü. Elə hind-farsların gəlmə dövrü ilə eyni vaxtda. Çağdaş bir sıra hind-avropa dilli etnoqrafik qruplar bu ilk “hind-avropa dillilərə məxsus” irqi tipi daşımaqdadırlar. Özü də, bu qə- dim “hind-fars” tayfaları qədim Orta Şərqə gələndə buradakı türk-elam-dravid sivilizasiyası on- lardan qat-qat yüksəkdə durmuşdu (Kamoliddin, Əsgərov, M. Eliade və d.). Gəlmə protohind- farslar sadəcə qədim İran və Hindistan, Orta Asiya ərazisində türk-dravid sivilizasiyasının nailiy- yətlərini əxz etmişlər. Bu gün bizim “fars, İran və ya hind mədəniyyəti” kimi tanıdığımız məv- hum əslində aborigen və qədim türk-elam-dravid mədəniyyətinin fars və hind dillərinə “tərcümə edilmiş” surroqatıdır. Bu konuda isə, “ari” terminin hələ hind-farslaradək qədim Hindistanın elam-dravid sivilizasiyasında rəhbər kastaya məxsus bir söz olduğunu və nə “tayfa”, nə “irq” və nə də ayrı bir mənada işlənmədiyini görürük. Tarixdə “ari” adlı, göygöz, sarışın, Avropadan gəl- mə, “hind-fars-german” dillərində danışan tayfa olmamışdır; bu tezis X1X əsr Avropa irqçiləri- nin “akademik tarix” adlandırdıqları və tarixin özünə alternativ olan bir fantastik və irqçi nağıllar “məktəbinin” hələ da yaşamaqda davam edən uydurmasıdır. Amma anti-türk mahiyyətli qərəzkar “hind-avropaçı” “akademik tarix” yenədə pas atmış köhnə tezislərindən əl çəkmir. Bu “elmdə” qədim Şərqin mədəni xalqlarının “hind-avropa dilli” olması- nı sübut edən bütün dəlillər şübhəlidir. Məsələn, Qədim Şərqdə Mittani dövlətinin dilindəki “hind-avropa sözlərini” tapmış çex alimi Qroznını elə, Qərbi Avropa alimlərinin özləri də məs- xərəyə qoyurdular. Ona görə ki, bu alim Mittani gil lövhə yazılarında “slavyan sözlərini axtarıb tapmışdı” ?! Daha sonra, qərəzkar Avropa “akademik” tarixçiləri Çin mənbələrində “yueci”, “to- xar”, “dinlin”, “kanqlı” kimi adları verilmiş soyları çığır-bağırla fars, “hind-german” tayfaları kimi qələmə verirlər. Yalnız ona görə ki, çinlilər bu kimi soyların sarışın olduqlarını qeyd edirdi- lər. Bu cür qeyri-elmi, anti-türk qərəzli baxışları tanınmış sinoloq Eberhard dəfələrlə tənqid et- mişdir. Hətta, XX əsrin 60-cı illərində Çində tapılmış və eramızın 6-7 əsrlərinə aid edilən fars- dilli yazı lövhəciklərini əsas gətirərək, sakların, yuecilərin, toxarların “hind-fars-german dilli” olduqlarının isbat edildiyini göstərirdilər. Çox məntiqsiz və qeyri – elmi bir “isbatdır”! Əvvəla, bu lövhəciklərdəki dilin kimə mənsub olduğu bilinmir. Farsdilli tacirlər, dini konfessiya diaspo- rası da bu lövhəciklərin sahibi ola bilərdilər. Gülməli məqam odur ki, eramızın 6-7 əsrlərinə aid yazılara görə, bu dövrdən min il əvvəl bu ərazilərdə yaşamış sakları da farsdilli elan edirlər?! Bu ağılsız məntiqə qalsa, onda bu gün ABŞ-da ingiliscə çıxan qəzetlərin mövcudluğuna görə demək olar ki, min il əvvəl Kolumbadək Amerikada hindular ingiliscə danışıblar?! Son dövrlərdə, tarixi Kanqlı türk ittifaqının farsdilli olması barədə fikiri elmə sırımaq istəyirlər. Belə ki, bu soy birli- yinin ərazisində, üzərində yazılar olan bişmiş kərpic lövhələr aşkar edilmişdir. Hələ bu mətnlər oxunmamış, artıq onların “fars” dilində olduğunu iddia etmişlər. İngilis alimi, paleolinqvist Nikolos Sims-Vilyams bu iddia ilə, yazılar üzərində işlədikdən sonra, konkret bir oxunuş mətni ortaya çıxarmadan, “kanglıları” farsdilli elan edir. Amma bu mətnləri əski türkcədə oxumağa heç kim nə cəhd, nə də cürət etdi. Çünki, “akademik tarix” elmi e.ə. 3-2 əsrə aid türkcə oxunuşu qə- bul etməyəcəkdi; baxmayaraq ki, yazılar Qazaxstandakı Kültəpə qazıntılarında tapılıb?! Qədim yazıların farslaşdırılması üzrə üzdəniraq “mütəxəssislər” içərisində Livşitsi, Klyaştornını, fran- sız Fussmanı və digərlərini göstərmək olar. Yenə də, heyfslənərək demək olar ki, istər Azərbay- can, istərsə də Türkiyə tarix elmində qədim dillər, qədim yazılar, hind-fars-Avropa dilləri, Dra- vid, hətta paleotürk dilləri üzrə indiyədək samballı dilçilər, qədim Avroasiya arxeologiyası üzrə mütəxəssislər hələ də yoxdur ki, irqçiliyin əsasını qoymuş uydurma “pan-hind-avropaçılığa” qarşı elmdə öz obyektiv sözünü desin... Pərviz Elay Müstəqil tədqiqatçı

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar