İraqlı etirazçılar: “İran, itlərini geri çək!” (Video)
İran işğalçı rejiminin Azərbaycan Respublikasında din və hicabı müdafiə etməsi, işğal altındakı Əhvazda isə sünnilərin və vilayəti-fəqihə tabe olmayan şiələrin toplantılarını qadağan etməsi və onları həbs etməsi arasındakı ziddiyyət!!
İranda Güneyli rejissor həbs və əmlakının müsadirəsi cəzasına məhkum edilib
Dövlət Bağçalı: Azərbaycan-Türkiyə qardaşlığı siyasi məsələlərdən üstündür
Traxtur “Malavan”a qarşı 3:0 hesabı ilə məğlub elan edildi
Məkkə Sazişi Türkiyə parlamentinin komissiyasında qəbul edilib
Əhməd Xatəmi: Müctəba Xameneinin seçilməsi Allahın işi idi! Onu cəmi bir dəqiqəyə seçdik!
Həmədanda iş qəzası- Daha bir nəfər həlak oldu
Sistan və Bəlucistanda daha bir neçə nəfər həbs edildi
Məqsəd Tehranın nüvə və raket proqramının məhvı olmalıdır- Eisenkot
Culfalı müəllim kəşfiyyat idarəsində dindirilib
İDDİA: Tehran görüşündən öncə zalda dinləmə cihazı tapılıb
Misir husilərin hücumlarına qarşı Səudiyyə Ərəbistanına hərbi dəstək göstərilməsinə icazə verib
Yəmən qüvvələri: 24 saat ərzində İranın dəstəklədiyi husilərin 382 üzvü öldürülüb
Küveyt Baş nazir müavininə sui-qəsd planı ittihamı ilə Iranla əlaqəli üç nəfəri edama məhkum edib – AFP
İranla atəşkəs vaxt itkisi idi - Tramp
Fevralın 28-dən mayın 9-dək 4 mindən çox şəxs həbs edilib, yanvar etirazları ilə bağlı 29 nəfər edam olunub
Azərbaycan Prezidenti: Özümüzü yarana biləcək istənilən çətinlikdən qorumaq üçün lazımi tədbirlər görməliyik
Prezident: Kiminsə bizə nəyisə diktə edə biləcəyi barədə əsassız düşüncələr bundan sonra da qətiyyətli mövqeyimizlə qarşılanacaq
Azərbaycan lideri: Dövlətçiliyimizi, müstəqilliyimizi və həyat tərzimizi qorumaq üçün qətiyyətli olmalıyıq
Təbrizsə təqaüdçülər yenidən aksiya keçirdilər
Qərbi Azərbaycanda bu qədər mədən ehtyatı var- Rəsmi
Dəniz blokadası İranın ixracatını 23% azaldıb
Pezeşkian Moskvadadır
KİV: Yəməndə SEPAH-ın Qüds Qüvvələri komandiri öldürülüb
Reuters: Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır, İrandan on milyonlarla dollar alıb
“Məkkə Sazişi” ölkələrinin yüksək səviyyəli rəsmiləri İranda səfərdədir
Səudiyyə Ərəbistanı təyyarəsi Tehran hava limanına eniş edib
Müharibə repressiyaları gücləndirib- Mai Sato
Şəbistərdə silahlı insident- Ölən var
SEPAH İraqın şimalında kürd bazalarını vurdu
Ərəb koalisiyası Husilərin raket anbarlarını məhv etdi
Prezident İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib
Azərbaycan sülh sazişi məsələsində son nöqtəni qoymağa hər zaman hazırdır
Azərbaycan QHT-ləri Pezeşkiana müraciət etdi
Azərbaycanla Özbəkistan arasında iki saziş təsdiqlənib
İranın birinci vitse-prezidenti azərbaycanlı qızlarla bağlı fərman verdi
Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib
Ocanda əfqanistanlılar həbs edilib
ETN: İranlı nazirin Azərbaycanda təhsillə bağlı açıqlaması tamamilə yersizdir, ölkəmizin daxili işlərinə müdaxilə cəhdidir
Nazirlik: İranda Azərbaycan dilində məktəb yoxdur, azərbaycanlılar öz ana dillərində təhsil almaq hüququndan məhrum edilirlər
ABŞ qüvvələri İrana hücum üçün Trampın əmrini gözləyir- CNN
Müharibəyə görə İranda daha dörd nəfər həbs edildi
Elxan ŞAHİNOĞLU «Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri [email protected]/* */ elxan.azeriblog.com Rusiya 1990-cı illərin başında ağır günlər yaşayır, siyasi və iqtisadi xaosdan qurtula bilmir, Çeçenistan müharibəsi onun olan-qalan enerjisini tükəndirirdi. Moskva fəal xarici siyasət yürütmək imkanında da deyildi, zamanında SSRİ ilə hesablaşan Vaşinqton Kremli siyahısının son sıralarına atmışdı. Vladimir Putinin hakimiyyətə gəlişiylə durum dəyişdi. Əvvəlcə böyük qurbanlar hesabına Çeçenistan ram edildi. Daha sonra neft dollarları hesabına büdcəni dolduran Putin ətrafa göz gəzgizdirməyə macal tapdı. Rusiyanın Yeltsinin zamanında itirdiyi mövqeləri bərpa etməyə girişdi. Kreml keçmiş SSRİ məkanını yenidən öz təbii maraqlarına aid etdi, ABŞ-ın dünya işlərinə başının çox qarışmasından istifadə edərək fəal xarici siyasət yürütməyə başladı. Özündənrazı Kreml heç kimlə hesablaşmaq istəmir. Kefi istəyir Abxaziya və Cənubi Osetiya əhalisinə Rusiya pasportları paylayır, beynəlxalq reaksiyadan çəkinmədən Gürcüstana müdaxilə edir və ya “dost” adlandırdığı Azərbaycanın başı üzərində Ermənistana silahlar göndərir. Ancaq hazırkı şərtlər daxilində Rusiya bütün bu yükü daşımaq gücündə də deyil. Putinin rəngi qaçıb. Neftin qiyməti kəskin düşüb, inflyasiya on milyardlarla pulu havaya sovurur, iqtisadiyyat çökmək üzrədir, fabrik və zavodlar kütləvi ixtisarlara hazırlaşır, bu tərəfdən də Ukrayna qaz boru xəttini bağlayıb. Sonuncu aksiya Rusiyanın prestijinə daha ağır zərbədir. Rusiya Ukrayna ilə mübahisə ucbatından Avropaya qaz ixrac edə bilmədiyindən köhnə qitədə tərəfdaşlarının inamını surətlə itirir. Rusiya-Ukrayna qaz qalmaqalı Avropada həm Moskvaya etibarı azaldıb, həm də enerji resurslarında yalnız bir dövlətə bağlılığın təhlükəli olduğunu bir daha gündəmə gətirib. Odur ki, Avropada alternativ enerji layihələri, o cümlədən “Nabukko” haqqında ciddi düşünməyə başlayıblar. İş o yerə çatıb ki, pis vəziyyətə düşən Putin də “biz “Nabukko” layihəsinin əleyhinə deyilik” söyləmək məcburiyyətində qalıb. Rusiya dost qonşu ölkələrin də inamını itirməkdədir. Elə bizdən başlayaq. Rusiyanın Ermənistana 800 milyon dollar həcmində silah ötürməsi faktının üzə çıxmasıyla rəsmi Bakı düşünməyə başlayıb. Azərbaycanın iqtidar cəbhəsindən Rusiya ilə münasibətlərə yenidən baxılması və Qərbin təhlükəsizlik institutlarıyla daha sıx əməkdaşlıq səsləri gəlməkdədir. Rusiyadan üz döndərmək istəyənlərdən biri də Özbəkistandır. Mərkəzi Asiyanın bu ölkəsi Moskvanın patronajlığıyla yaradılan Avrasiya İqtisadi Birliyindən ötən ilin sonunda çıxdığını açıqladı. Ardından prezident İslam Kərimov Kollektik Təhlükəsizlik Müqaviləsi Təşkilatının ötən ilin dekabrındakı zirvə toplantısına qatılmaqdan vaz keçdi. Bu arada Özbəkistan rəsmilərinin amerikalı həmkarlarıyla sıx təmaslara keçdiyi barədə xəbərlərin sayı artıb. ABŞ Özbəkistanda hərbi baza yaratmağı planlaşdırır. Özbəkistanın Rusiya ilə strateji müttəfiqliyi cəmi 3 il çəkdi. Qərb 2005-ci ildə Əndican hadisələrinə görə rəsmi Daşkəndi qınadıqda, Özbəkistan acığa GUAM-dan çıxaraq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına qoşuldu, Moskva ilə strateji əlaqələr haqqında anlaşma imzaladı. İndi isə yenidən əks proses gedir. Ona görə də Rusiya prezidenti Dmitri Medvedyev yaxınlarda Özbəkistana səfər etməyi qərarlaşdırıb. Fikrini tez-tez dəyişdirən tərs Kərimovu yola gətirmək asan məsələ deyil. Rusiya sınaqdan çıxardığı müttəfiqlərindən də əndişəlidir. Qazaxıstandan Rusiya üçün həyəcanlı xəbərlər gəlməkdədir. İqtidaryönlü “Zaman” qəzetinin yazdığına görə, ABŞ bu ölkənin hərbi hava limanından yararlanmaq məqsədilə Astanaya müraciət edib. ABŞ mərkəzi komandanlığının başçısı general Devid Petreus bugünlərdə Astanada Qazaxıstan prezidenti Nursultan Nazarbayevlə görüşüb. Məsələ burasındadır ki, Qırğızıstan “Manas” hərbi hava limanını ABŞ-ın üzünə bağlamaq istəyir. ABŞ Əfqanıstana hərbi təchizatını məhz bu hava limanı üzərindən gerçəkləşdirir. Ona görə də, ABŞ yaxın ərazilərdə “Manas”a əvəz tapmaq məcburiyyətindədir. Belə bir məkan isə Qazaxıstan və Özbəkistanda ola bilər. O ki qaldı Qırğızıstana, bu ölkədə sosial-iqtisadi vəziyyət günü-gündən ağırlaşır. Rusiya isə “Manas”ın ABŞ üçün qapadılması əvəzinə Qırğızıstana bir neçə milyard dollarlıq kredit vədi verib. Qırğızıstan rəhbərliyi də bu vədə uyaraq Vaşinqtona “yox” deməyə hazırlaşır. Ancaq “Manas”ın istifadəsiylə bağlı anlaşmanın bitməsinə hələ bir müddət var və bilmək olmaz, bəlkə həmin tarixə qədər Qırğızıstanın mövqeyi dəyişdi. Rusiya arxa baxçası hesab etdiyi Mərkəzi Asiya dövlətlərinin ABŞ-la əlaqələrini əndişəylə izləyərəkən ən yaxın müttəfiqi Belarusdan da istədiyini ala bilmir. Belarus prezidenti Aleksandr Lukaşenko Rusiyanın şəninə tərif söyləməsinə baxmayaraq Moskvanın “Abxaziya və Cənubi Osetiyanın müstəqilliklərini tanı” tələbini qularadına vurmaqdadır. Kremldə məəttəl qalıblar: Abxaziya və Cənubi Osetiyanın “müstəqilliklərini” uzaq Nikaraqua tanıdığı halda qardaş və strateji tərəfdaş Belarus məsələni uzatmaqla məşğuldur. Görünür, birtərəfli siyasətin Belarusa uğur gətirməyəcəyini anlayan Lukaşenko artıq bütün yumurtaları yalnız bir səbətə qoymaq istəmir. Avropa Birliyi ilə ABŞ da hərif deyillər. Onlar Rusiya-Belarus tandemini zəiflətmək üçün Likaşenkoya yönəlik reveranslarını artırıblar. Avropa Birliyi və ABŞ birinci addım kimi 2000-ci ildən Belarusa qarşı tətbiq etdikləri sanksiyaların bir hissəsini ya ortadan qaldırıblar, ya da xeyli yumşaldıblar. Belarus rəsmilərinin Qərb ölkələrinə səfərlərini əngəlləyən qadağalar ortadan qaldırılıb. Avropa Birliyində qurumla daha sıx inteqrasiyanı nəzərdə tutan “Şərq Tərəfdaşlıq Proqramı”nda Belarusun iştirakı imkanlarını götür-qoy edirlər. ABŞ isə Belarusla ticarət münasibətlərini intensivləşdirməyi hədəfləyən proqramlara baş vurub. Lukaşenkonun Qərblə münasibətləri yoluna qoyması, ölkəsini blokadadan qurtarması onu Rusiyanın diqtəsindən xilas edir. Beləliklə, Rusiya Qərbdən uzaq tutmaq və yalnız öz yanında görmək istədiyi dostlarını qaçırır. Ayrı necə ola bilər ki? Moskva bir qrup “dostunu” qaz sıxıntısına soxur, digərlərini silahlarıyla qorxudur. Dostuyla sabit davranmayan ölkədən isə çəkinməyə dəyməz. Beləsinə yaltaqlanmaq deyil, onunla başa düşdüyü dildə danışmaq lazımdır.
Dövlət Bağçalı: Azərbaycan-Türkiyə qardaşlığı siyasi məsələlərdən üstündür
Culfalı müəllim kəşfiyyat idarəsində dindirilib
Misir husilərin hücumlarına qarşı Səudiyyə Ərəbistanına hərbi dəstək göstərilməsinə icazə verib
Küveyt Baş nazir müavininə sui-qəsd planı ittihamı ilə Iranla əlaqəli üç nəfəri edama məhkum edib – AFP
İranla atəşkəs vaxt itkisi idi - Tramp
Təbrizsə təqaüdçülər yenidən aksiya keçirdilər
Dəniz blokadası İranın ixracatını 23% azaldıb
Ocanda əfqanistanlılar həbs edilib
ABŞ qüvvələri İrana hücum üçün Trampın əmrini gözləyir- CNN
Zəncanda iş qəzası- Bir nəfər həlak oldu
İbrahim Kalın İrana səfər edəcək
Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə hörmət etməyə çağırıb
Kürd partiyasının düşərgəsi vuruldu- SEPAH
BMT-nin İrandakı xüsusi məruzəçisi: Müharibə ölkədə repressiyaları daha da gücləndirib
İranda bir ayda 79 məhbus edam edilib
Əhvaz ərəblərinin təşkilatı Azərbaycana dəstək bəyanatı yaydı
Pezeşkian Moskvaya gedir
ABŞ Türkiyə-Livan təklifinin mövcudluğunu təkzib edib: İranın dəstəklədiyi Hizbullah tərksilah olunmalıdır
Urmiya gölünün son vəziyyəti açıqlandı
İranda hicaba görə daha on səkkiz iaşə obyekti bağlandı
Qəzvin əyalətində daha 39 nəfər həbs edildi
Beynəlxlq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yaydı
Sualtı internet kabelləri İranın hədəfinə çevrilə bilər- SEPAH
Həmədanda iş qəzaları- 327 nəfər...
İran aviasiyası iflic olub- Səbəb
Traxtur klubundan federasiyaya təcili məktub: Etnik şüarlara və futbolçuların ailələrinə qarşı təhqirlərə baxılsın
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
Təbrizdə iki hüquqşünas həbs edilib
İraq da İranla sərhəddi bağladı
ABŞ diplomatlarını regiondan çıxarır
İranda daha səkkiz məhbus edam edildi
İranla bağlı Çin və Rusiya ilə əməkdaşlıq edirik- Tramp
Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib
İranda dollar yenidən bahalaşmağa başladı
TƏCİLİ | İranın cənubunda bir neçə partlayışın baş verdiyi bildirilir
Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə hörmət etməyə çağırıb
Türkiyədə 13 ölkədən 33 şair və yazıçının iştirakı ilə görüş keçirilib: Güney Azərbaycanı təmsil edən şairlər Talasda