SON XƏBƏRLƏR

Xəzər barıt çəlləyinə dönür

2021.10.20, 07:36
Xəzər barıt çəlləyinə dönür

Gunaz.tv
Xəzər barıt çəlləyinə dönür Rusiya Xəzərdə yeni hərbi-dəniz təlimlərinə hazırlaşır. Zahiri görüntü ilə bahəm Moskvanın regiondakı maraqlarının təmin olunması xatirinə Azərbaycanla Qazaxıstana da "dəvət" yollanacağı həmin təlimlərdə "terrorizmlə mübarizədə birgə səylər, dəniz daşımalarının təhlükəsizliyinin effektiv təminatı və koordinasiya edilmiş antiterror fəaliyyəti" məsələlərinin önəmli yer tutacağı bildirilir. Moskva 2002-ci ildən bəri artıq 8-ci dəfədir ki, Xəzəri manevr hövzəsinə döndərəsidir. Sözügedən manevrlər yayda keçiriləcək "Qafqaz-2009" təlimlərinə hazırlıq səciyyəsi daşıyır. Təbii, Sovetlər Birliyi dönəmində də sahilində yaşadığımız dənizdə indikindən qat-qat böyükmiqyaslı manevrlər keçirilərdi: fəqət, həmin manevrlərdə bir-birləriylə qarşılıqlı şəkildə bağlı olan çox geniş çeşiddə məsələlər həll olunmurdu. Moskvanın Cənubi Qafqaz və Xəzər regionlarda yürütdüyü siyasətin bir qədər dəyişməsinə, daha doğrusu sərtləşməsini göstərən şərtlər arasında təlimlər əsnasında müşahidə olunan siyasi, hərbi və texniki məqamlar var. Belə ki, son illərdə Kremlin yürütdüyü siyasət Xəzərdə geosiyasi və dövlət maraqlarını qorumağa çalışmaqla bahəm, sırf iqtisadi, hətta biznes mənafelərini də təmin etməyə çalışır. Bundan başqa, Moskva bütün Xəzəryanı dövlətlərə bir daha göstərmək istəyir ki, həyata keçirdiyi təbliğat və siyasi aksiyaları güc strukturlarının hərəkəti ilə uzlaşdırmaq bacarığını hələ də itirməyib. Rusiya Müdafiə Nazirliyindən verilən məlumata görə, Xəzərdəki təlimlərdə Şimali Qafqaz Hərbi Dairəsi, hərbi-hava qüvvələrinin IV ordusu və hava hücumundan müdafiə qüvvələriylə yanaşı aviasiya və Qara dəniz hərbi donanmasının xüsusi birləşmələrinin iştirakı gözlənilir. Bununla yanaşı, Xəzərdəki manevrlərdə Rusiyanın Daxili İşlər, Federal Sərhəd Xidməti, Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarından ibarət qrupların qatılması da ehtimal olunur. Rusiya Nəqliyyat Nazirliyinini ictimaiyyətlə əlaqələr xidmətindən verilən açıqlamada isə bildirilir ki, bu qurumun da 12 mütəxəssisi təlimlərdə iştirak edəcək. RF-nin Xəzər hərbi-dəniz donanmasının komandanı kontr-admiral Viktor Kravçukun başçılıq edəcəyi bu təlimlərin ciddiliyini və uzaq perpsektivə hesablanmasını Rusiyanın müdafiə naziri Anatoli Serdyukov və HDQ komandanı Vladimir Vısotskinin də iştirakı da göstərir. Təlimlərə cəlb ediləcək hərbçilər, texnika və avadanlığa gəldikdə isə, orada 8500 hərbi qulluqçu, 23 gəmi və 28 təyyarənin qatılacağı gözlənilir. Bütün bunlarla yanaşı, Rusiyanın Müdafiə Nazirliyi bu ilin sonunadək Xəzər hərbi-dəniz donanmasına "Serna" tipli iki desant gəmisi verməyə hazırlaşır. Qazaxıstan hərbi-dəniz qüvvələrinin komandanı Rüstəm Komratov isə dünən "Xabar" telekanalına bildirib ki, təlimlərdə ciddi şəkildə təmsil olunmaq fikrirləri var. Əməkdaşımızın əldə etdiyi məlumatlara görə, Rusiyanın rəhbərliyi və nəzarəti ilə keçiriləcək hərbi-dəniz manevrlərinə Qazaxıstan 42 ton tutumlu "Burkit", 13 tonluq "Sunkar" və 7 ton tutumlu "Sapsan" gəmiləri ilə qatılacaq. Bundan başqa, Qazaxıstan hərbi-dəniz qüvvələrinin sərhəd mühafizə gəmisi olan "Sərdar"ın da manevrlərdə iştirakı istisna edilmir. Birləşmiş Ştatların Astanaya verməyə hazırlaşdığı 1000 ton su tutumlu "Rilayens" tipli sahil mühafizə gəmisinin isə təlimlərdə iştirakı istisna edilir. Rusiyanın Xəzər hövzəsində alternativsiz hərbi güc formalaşdırmaq planlarından narahatlıq keçirən sahilyanı dövlətlər də dənizdəki qüvvələrini artırırlar. Azərbaycanın hərbi-dəniz qüvvələrinin heyət və texnika sarıdan təkmilləşdirilməsi ilə bağlı apardığı işlər ötən ilin mart ayından aparılan intensiv şəkildə davam etdirilir. Qazaxıstan və Türkmənistan da Xəzərdə Rusiya ilə İranın güclənməsi fonunda zəif düşməmək üçün çıxış yolu qismində Azərbaycanla inteqrasiyaya can atırlar. Azərbaycan hərbi-dəniz qüvvələrinin kəşfiyyat-diversiya mərkəzində Qazaxıstan HDN-nin xüsusi təyinatlı dəstəsinin üzvlərinin "döyüş dalğıcları" proqramı üzrə hazırlıq keçmək barədə Bakı ilə razılaşma əldə etməsi də deyilənlərə dəlalət edir. Azərbaycanın Müdafiə Sənayesi Nazirliyindən əməkdaşımıza verilən açıqlamada bildirildi ki, regiondakı situasiyanın mürəkkəb olduğu nəzərə alındığına görə, "Alov" zavodunda "Motodor" və "Marador" tipli zirehli hərbi texnikanın seriyalı istehsalına başlanacaq. Cənubi Afrika Respublikasından alınan lisenziya əsasında buraxılacaq bu texnika ilə bağlı rəsmi Keyptaunla danışıqlar aparılıb, müqavilə bağlanıb. Eyni zamanda, Elektron Hesablama Maşınları Zavodu (EHMZ) da istehsal üçün tam hazır vəziyyətdədir. Həmin zavodda Türkiyənin "Raketsan" və "Aselsan" şirkətləri ilə aparılmış danışıqlar əsasında gecəgörmə texnikası, radionaviqasiya və lokasiya avadanlığı ilə texnikası da istehsal ediləcək. Müvafiq texnologiyalar Azərabycana gətiriləndən sonra 2010-cu ildə istehsala başlanacaq. Bütün bunlarla yanaşı, Pakistanın Müdafiə və Sursat Korporasiyası ilə aparılmış danışıqların nəticəsi kimi İslamabadla Kəraçi şəhərlərindəki müəssisələrdəki aviasiya bombaları istehsalı texnologiyaları Bakıya gətiriləcək. Həmin texnologiyalar aviabombalarla yanaşı, artilleriйa mərmilərinin istehsalına imkan verir. Müdafiə Sənayesi Nazirliyi 2011-ci ilədək 53 obyekti yenidən quracaq. 8 obyektin smeta sənədləri isə aprel ayınadək tamamlanacaq, müvafiq işlərə başlanacaq. Dövlət büdcəsindən müdafiə sənayesinin obyektlərinin inşası və onların avadanlıqla təchizatına 548 milyon manat ayrılıb. Hal-hazırda isə Azərbaycanda 444 adda hərbi-sənaye məhsulu istehsal olunur. Ötən il dövlət büdcəsindən hərbi və müdafiə sənayesinə 141 milyon ayrılsa da, bu il həmin rəqəmin minimum 32% artıq olacağı ehtimal olunur. Qazaxıstandakı Müdafiə Araşdırmaları Mərkəzinin eksperti Aytan Janıbekov əməkdaşımızla söhbətində bildirdi ki, rəsmi Astana da Azərbaycanın təcrübəsindən yararlanaraq hərbi-müdafiə sənayesini sürətlə inkişaf etdirmək niyyətindədir. Bu məqsədlə Kokçetav, Atırau, Almatı şəhərlərində hərbi-sənaye obyektləri ilə müəssisələrinin inşası nəzərdə tutulub. "Rusiya Azərbaycan, Qazaxıstan və Türkmənistanı da cəlb etməklə Xəzərdə özünün rahat şəkildə idarə edə biləcəyi hərbi-dəniz qruplaşmasını yaratmağa çalışır. Azərbaycanla Qazaxıstan isə son 6 ildə yalnız iki dəfə Rusiyanın keçirdiyi təlimlərə qatılıblar. Hər dəfə də gəmilərimiz yalnız brakonyerlərlə mübarizə, qəzaya uğramış gəminin xilas edilməsi və gəmilərin sıra yürüşündə iştirak etdilər", - A.Janıbekovun sözlərinə görə, Qazaxıstan Rusiyanın hərbi-sənaye kompleksindən asılı olduğundan, bu problemin həllini öz hərbi sənayesini gücləndirmək, habelə Qərb ölkələri ilə əməkdaşlığı intensivləşdirməkdə görür. Xəzəryanı ölkələrin intensiv silahlanma prosesindən İran da geri qalmaq niyyətindjə deyil. "İslam İnqilabı Keşikçiləri" korpusunun hərbi-dəniz qüvvələrinin kontr-admiralı Məhəmməd DEhqani bildirib ki, rəsmi Tehran Xəzərdə "kənar ölkələrin varldığı ilə hev zaman barışmamaqla yanaşı, bu regionda sülh və əmin-amanlığın dayanıqlı olması üçün təhlükəsizlik tədbirlərini daha da gücləndirəcək". Bütün bu yaşanan proseslərdə ən maraqlı cəhət odur ki, Xəzərdə "dəmir yumruq" formalaşdırıb sahilyanı ölkələri "gözüqıpıq" vəziyyətdə saxlamağa çalışan Rusiya eynən 2003-cü ildən bəri keçirdiyi təlimlərdə olduğu kimi, indi hazırlaşdığı manevrə də ad verməyib. İnanılmaz olsa da, belədir: hərbi praktikada çox nadir hallarda təsadüf olunan hal Xəzərdə ildən-ilə inadla təkraralanır. Yç ölkənin iştirakı gözlənilən təlimlərin strateji, taktiki və operativ miqyası açıqlanmamaqla bahəm, onun adı da çəkilmir. Rusiya əvvəllər olduğu kimi, indi də təlimlərin "antiterror" səciyyəli olduğunu bəyan edəsidir. Fəqət, Rusiya Federasiyasıın Xəzər hərbi-dəniz donanmasının terrorçularla mübarizəyə hesablanmış xüsusi təyinatlı hərbi-dəniz qruplaşması yox, müstəqil əməliyyatlar aparmaq iqtidarında olan operativ birləşmə olduğunu nəzərə alsaq, Kremlin növbəti dəfə ağ yalan danışmağa hazırlaşdığını indidən demək olar. Ən azı ona görə ki, Rusiyanın Xəzər donanmasındakı 32 döyüş vahidi sırf "antiterror" məqsədli təlimlər üçün yumşaq desək, bir qədər izafi güc təsiri bağışlayır. 5 raket kateri, 7 desant gəmisi və hava yastığı üzərində katerlər, onlarla artilleriya katerləri və tral gəmiləri... Eyni zamanda, Xəzərdə dünyada yeganə olan 11-ci əlahiddə aviaqrup var -sözügedən qrupa raket ekranoplanları daxildir. Doğrudur, son 10 ildə qrup azalaraq cəmi 1 ekranoplan halına düşsə də, Kaspiysk limanındakı 903 layihəli "Lun" hələ də qorxunc qüvvədir. "Lun"dakı 6 "Moskit" raketinin də "terrorçular" üçün nəzərdə tutulduğunu düşünmək məntiqsizlikdir. Nədən ki, aviadaşıyıcı gəmiləri partlatmaq üçün hazırlanmış bu raketlərin hər biri İran, Azərbaycan və ya Qazaxıstanın Xəzərdəki hərbi kateri dəyərindədir. Rusiyanın Xəzərdəki regional aviaqrupu da sahilyanı dövlətlərin hər birinin hərbi-hava qüvvələrindən kəmiyyət və keyfiyyat baxımına görpə qat-qat güclüdür. Və ən nəhayət... Terrorçulara qarşı raket yaylım atəşləri açılmır. Rusiya isə hazırlaşdığı təlimlər əsnasında Olya limanından çıxacaq gəmilərdən raket atışlarını gerçəkləşdirmək niyyətindədir. Kremlin bu təlimlər vasitəsilə Xəzəryanı ölkələrə və bu regionda maraqları olan dövlətlərə "güc mesajı" vermək niyyəti isə absurd iddia təsiri bağışlayır. Nədən ki, hər hansı ölkədə belə miqyaslı təlimlər əvvəlcədən planlaşdırılır və həmin dövlətin silahlı qüvvələriylə digər güc strukturlarının 1 il üçün nəzərdə tutulmuş hərbi hazırlıq planının məcburi elementi sayılır. Buna rəğmən, Moskvanın bölgədə iqtisadi, siyasi və hərbi dominanta roluna yiyələnmək cəhdləri indidən uğursuzluğa düçar olmuş səylər də sayıla bilər. Həsən AĞACAN

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar