İraqlı etirazçılar: “İran, itlərini geri çək!” (Video)
İran işğalçı rejiminin Azərbaycan Respublikasında din və hicabı müdafiə etməsi, işğal altındakı Əhvazda isə sünnilərin və vilayəti-fəqihə tabe olmayan şiələrin toplantılarını qadağan etməsi və onları həbs etməsi arasındakı ziddiyyət!!
İranda Güneyli rejissor həbs və əmlakının müsadirəsi cəzasına məhkum edilib
Dövlət Bağçalı: Azərbaycan-Türkiyə qardaşlığı siyasi məsələlərdən üstündür
Traxtur “Malavan”a qarşı 3:0 hesabı ilə məğlub elan edildi
Məkkə Sazişi Türkiyə parlamentinin komissiyasında qəbul edilib
Əhməd Xatəmi: Müctəba Xameneinin seçilməsi Allahın işi idi! Onu cəmi bir dəqiqəyə seçdik!
Həmədanda iş qəzası- Daha bir nəfər həlak oldu
Sistan və Bəlucistanda daha bir neçə nəfər həbs edildi
Məqsəd Tehranın nüvə və raket proqramının məhvı olmalıdır- Eisenkot
Culfalı müəllim kəşfiyyat idarəsində dindirilib
İDDİA: Tehran görüşündən öncə zalda dinləmə cihazı tapılıb
Misir husilərin hücumlarına qarşı Səudiyyə Ərəbistanına hərbi dəstək göstərilməsinə icazə verib
Yəmən qüvvələri: 24 saat ərzində İranın dəstəklədiyi husilərin 382 üzvü öldürülüb
Küveyt Baş nazir müavininə sui-qəsd planı ittihamı ilə Iranla əlaqəli üç nəfəri edama məhkum edib – AFP
İranla atəşkəs vaxt itkisi idi - Tramp
Fevralın 28-dən mayın 9-dək 4 mindən çox şəxs həbs edilib, yanvar etirazları ilə bağlı 29 nəfər edam olunub
Azərbaycan Prezidenti: Özümüzü yarana biləcək istənilən çətinlikdən qorumaq üçün lazımi tədbirlər görməliyik
Prezident: Kiminsə bizə nəyisə diktə edə biləcəyi barədə əsassız düşüncələr bundan sonra da qətiyyətli mövqeyimizlə qarşılanacaq
Azərbaycan lideri: Dövlətçiliyimizi, müstəqilliyimizi və həyat tərzimizi qorumaq üçün qətiyyətli olmalıyıq
Təbrizsə təqaüdçülər yenidən aksiya keçirdilər
Qərbi Azərbaycanda bu qədər mədən ehtyatı var- Rəsmi
Dəniz blokadası İranın ixracatını 23% azaldıb
Pezeşkian Moskvadadır
KİV: Yəməndə SEPAH-ın Qüds Qüvvələri komandiri öldürülüb
Reuters: Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır, İrandan on milyonlarla dollar alıb
“Məkkə Sazişi” ölkələrinin yüksək səviyyəli rəsmiləri İranda səfərdədir
Səudiyyə Ərəbistanı təyyarəsi Tehran hava limanına eniş edib
Müharibə repressiyaları gücləndirib- Mai Sato
Şəbistərdə silahlı insident- Ölən var
SEPAH İraqın şimalında kürd bazalarını vurdu
Ərəb koalisiyası Husilərin raket anbarlarını məhv etdi
Prezident İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib
Azərbaycan sülh sazişi məsələsində son nöqtəni qoymağa hər zaman hazırdır
Azərbaycan QHT-ləri Pezeşkiana müraciət etdi
Azərbaycanla Özbəkistan arasında iki saziş təsdiqlənib
İranın birinci vitse-prezidenti azərbaycanlı qızlarla bağlı fərman verdi
Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib
Ocanda əfqanistanlılar həbs edilib
ETN: İranlı nazirin Azərbaycanda təhsillə bağlı açıqlaması tamamilə yersizdir, ölkəmizin daxili işlərinə müdaxilə cəhdidir
Nazirlik: İranda Azərbaycan dilində məktəb yoxdur, azərbaycanlılar öz ana dillərində təhsil almaq hüququndan məhrum edilirlər
ABŞ qüvvələri İrana hücum üçün Trampın əmrini gözləyir- CNN
Müharibəyə görə İranda daha dörd nəfər həbs edildi
Vüqar Bayramov: "İlin ikinci yarısında qiymətlərin bahalaşması, infilyasiya səviyyəsinin artmasıyla ikinci mərhələ başlanacaq" ABŞ-ın yeni prezidenti pessimist danışıb. Ötən gün George Mason Universitetində çıxış edən Barak Obama çıxış edərək bildirib ki, iqtisadiyyat üçün yeni qaydalar və dayanıqlı maliyyə sistemi tətbiq olunmalıdır, əks təqdirdə iqtisadi durğunluq illərlə davam edəcək: "Hazırda getdiyimiz yolun dəyişdirilməsinin gec olduğunu düşünmürəm. Ancaq təcili tədbirlər görməsək, gec olacaq. İşcizliklə bağlı göstəricilər ikirəqəmli olacaq". Barak Obama 775 milyard dollarlıq bir paketi həyata keçirməyi zəruri sayır. Bu paket vergi endirimlərini, yeni yaşayış sığıncaqlarının, körpü və məktəblərin tikintisini, eyni zamanda yenilənə bilən enerji növlərinin istehsalını nəzərdə tutur. Ramiz Mikayıloğlu Optimistlər 2010, pessimistlər 2012-ci ili göstərirlər Məsələ ilə bağlı fikirlərini öyrəndiyimiz iqtisadçı ekspert Vüqar Bayramov deyir ki, iqtisadi böhran başlanan zaman onun 2009-cu ilin birinci rübündə başa çatacağı ilə bağlı ilkin proqnozlar özünü doğrultmur. Artıq ən yaxşı proqnozlarda böhranın 2010-cu ilin əvvəllərində başa çatacağı qeyd olunur. Bu da o deməkdir ki, 2009-cu ildə qlobal maliyyə böhranı davam edəcək. Amma 2010-cu ilin əvvəllərində böhranın başa çatacağıyla bağlı proqnozların irəli sürülməsinə baxmayaraq, prosesin 2012-ci ilə qədər də davam edə biləcəyini düşünənlər var. Arqument o göstərilir ki, böhranın vurduğu ziyanların dairəsi olduqca genişdir. Kifayət qədər tanınmış şirkətlər müflisləşiblər. Tək ABŞ-da böhranın başlanğıcında bir maliyyə qurumunun itkisi 4,3 trilyona çatıb. Bu da ABŞ-ın federal büdcəsindən çoxdur. Böhran davam etdikcə həm ABŞ, həm də digər ölkələrdə müflisləşən müəssisələrin sayı artır. Eyni zamanda tək səhmlərin qiyməti azalmır, istehsalın səviyyəsinin də kəskin azalması müşahidə olunur. Bu azalmalar yaxın bir neçə aydan sonra özünü daha çox biruzə verəcək. Çünki böhran dünya bazarında qiymətlərin aşağı enməsinə səbəb olsa da, bu, uzaq olmayan gələcəkdə qiymətlərin artmasına gətirib çıxara bilər. Problem ondadır ki, qlobal maliyyə böhranı başladıqdan sonra bir sıra şirkətlər, hətta "General Motors", "Ford" kimi avtomobil şirkətlərinin, ərzaq istehsalıyla məşğul olan firmaların səhmlərinin dəyəri aşağı düşüb. Onlar da işçilərinin bir qismini ixtisara salmaq məcburiyyətində qalıblar. Üç aydan sonra kəskin bahalaşma gözlənir Bu ixtisarlar və itkilər həmin şirkətləri məcbur edib ki, qiymətləri aşağı salmaqla nəğd vəsaitlərin cəlb edilməsini artırsınlar. Ekspertə görə, bu gün dünyada məhsulların qiymətinin aşağı düşməsi sadəcə, bu gün müflisləşməkdən qaçmaq istəyən şirkətlərin öz ehtiyatlarını bazara çıxarmalarıyla bağlıdır. Güman olunur ki, apreldən başlayaraq aparıcı şirkətlərin malik olduqları ehtiyatların satışı başa çatacaq. Apreldən şirkətlər bazara real olaraq istehsal etdikləri məhsulları çıxaracaqlar. Tək ABŞ və Avropada deyil, hətta Asiyanın sənayeləşmiş ölkələrində də iqtisadi artım problemi var. Son on beş ildə Avropanın yalnız iqtisadi artım müşahidə olunan İslandiya kimi ölkələrində günümüzdə məhsul istehsalı əvvəlki dövrlərlə müqayisədə azalır. Bütün bunlar da bir neçə aydan sonra dünya bazarına təsir göstərəcək. Təklif olunan məhsulların azlığı dünya bazarında qiymətlərin qalxmasına gətirib çıxaracaq. Beləliklə, 2009-cu ildə qlobal maliyyə böhranının qiymətlərin aşağı düşməsiylə müşahidə edilən birinci mərhələsi başa çatacaq. Böhran ilin ikinci yarısından ikinci mərhələyə-qiymət artımları, infilyasiya səviyyəsinin yüksəlməsi, bir sıra müəssisələrin müflisləşməsi mərhələsinə qədəm qoyacaq. Vüqar Bayramov hesab edir ki, qlobal iqtisadi böhranın nə vaxt başa çatacağıyla bağlı dəqiq proqnoz vermək də çox çətindir, çünki itkilərin dairəsi genişlənir. Əvvəllər düşünülürdüsə ki, böhran yalnız maliyyə sektorundakı qurumlara təsir göstərəcək, ancaq reallıq göstərir ki, istehsal və istehsalla məşğul olmayan şirkətlərə də çox neqativ təsir etməkdədir. Məsələn, bu gün ABŞ-ın 8 aparıcı şirkətləri böhran başlayandan sonra öz aktivlərini 30 faiz itiriblər. Bunun özü çox böyük rəqəmdir. İri şirkətlərin aktivlərini itirmələri dünya iqtisadiyyatına neqativ təsir göstərir: "Ən yaxşı halda 2009-cu ilin sonlarından böhranın səngiməsi və 2010-cu ildə böhranın itkilərinin aradan qaldırılması gözlənir". Neftə tələbatın azalması, qiymətlərin aşağı düşməsi qaçılmazdır Vüqar Bayramov bu gün ABŞ və bir sıra Avropa ölkələrində müəyyən qədər stabillik görüntüsünün olduğunu söylədi. Amma bu, dünya bazarında baş verən qiymət azalmalarının yaratdığı mif kimi xarakterizə edilə bilər. Çünki dünya bazarında qiymətlərin azalmasının müşahidə olunmasıyla yanaşı, məhz Avropa Birliyi və ABŞ-da müflisləşən şirkətlərin sayının artması danılmazdır. Bütün bunlar da 2009-cu ilin böhran ili olacağını söyləməyə əsas verir və bu il böhrandan çıxmaq mümkün deyil. Digər tərəfdən, nəzərə alınsa ki, hazırkı qlobal maliyyə böhranı son yüz ilin ən böyük böhranıdır, təbii ki, bundan qısa müddətdə çıxmaq mümkün deyil. İndi qlobal maliyyə böhranı keçən əsrin 90-cı illərindəki iqtisadi böhranından daha ağır sayılırsa, keçən əsrdə bunun üçün illər lazım olubsa, güman edilmir ki, indiki çətin vəziyyətdən bir neçə aya can qurtarmaq mümkün olacaq. Onun sözlərinə görə, böhranın uzanması nəinki inkişaf etmiş, hətta inkişaf etməkdə olan ölkələr, o cümlədən Azərbaycan üçün də neqativ təsirlərə malikdir. Əvvala, böhran qaldıqca neftə tələbat azalır. Təlabat azalanda da qiymətlər aşağı enir. Baxmayaraq ki, İsrailin Qəzzaya hücumu neftin dünya bazarında qiymətinin qalxmasına yol açıb, bu, iqtisadi amillərlə sığortalanmayıb. Həm də neftin bir barrelini büdcədə 70 dollardan nəzərdə tutan Azərbaycan hökuməti üçün 50 dollar belə heç də uğurlu rəqəm deyil. Yaxın gələcəkdə siyasi amillər aradan çıxarsa, o halda neftin qiymətində azalmalar baş verə bilər. Bu da Azərbaycanın maraqlarına uyğun deyil. Maliyyə sektorumuz çökür, Rusiyadan göndərilən vəsaitlər azalır İqtisadçı ekspert dedi ki, qlobal maliyyə böhranı xüsusən Azərbaycanın maliyyə qurumlarının, kommersiya banklarının xaricdən borc, kredit cəlb etmək imkanlarını məhdudlaşdırır, yaxud sıfra endirir. Banklarımız üçün xaricdən vəsait cəlbi olduqca əhəmiyyətlidir. Digər tərəfdən, neft bir kənara qoyulsa, Milli Bankın məlumatına görə, ümumdaxili məhsulun (ÜDM) 70 faizi maliyyə-bank sektorunun payına düşür. Əgər bankların kredit vermək imkanları məhdudlaşırsa, bu, tikinti və digər sektorlarda da durğunluğa gətirib çıxarır. O da nəzərə alınmalıdır ki, qlobal maliyyə böhranı 2 milyon civarında soydaşımızın çalışdığı, işlədiyi qonşu Rusiyanın iqtisadiyyatına da ciddi təsir göstərir. Maliyyə böhranın başlamasından keçən dövr ərzində bu ölkə DM-nin 10 faizini itirib. Əhalinin alıcılıq qabiliyyəti də kəskin aşağı düşür: "Rusiya iqtisadiyyatının Azərbaycanın sosial vəziyyəti üçün olduqca böyük əhəmiyyəti var. Yuxarıda da dediyim kimi, 2 milyon civarında insan bu ölkəyə iş üçün gedib. Həmyerlilərimizin Rusiyadan Azərbaycana göndərdikləri vəsaitlərin həcmi heç də az deyil. Əgər müxtəlif mənbələr il ərzində Azərbaycana 3 milyard, Rusiyanın rəsmi orqanları 1 milyard dollardan artıq vəsaitin göndərildiyini bildirirlərsə, söhbət istənilən halda milyarddan, iri puldan gedir. Böhran nəticəsində həmyerlilərimizin öz ailələrinə, ölkəyə göndərdikləri vəsaitlərin də azalması müşahidə olunacaq. Bu da bütün hallarda sosial baxımdan arzuedilən deyil. Ona görə də böhranın uzanması həm Azərbaycanın iqtisadiyyatına, həm də bütövlükdə əhalinin sosial vəziyyətinə neqativ təsir göstərir".
Dövlət Bağçalı: Azərbaycan-Türkiyə qardaşlığı siyasi məsələlərdən üstündür
Culfalı müəllim kəşfiyyat idarəsində dindirilib
Misir husilərin hücumlarına qarşı Səudiyyə Ərəbistanına hərbi dəstək göstərilməsinə icazə verib
Küveyt Baş nazir müavininə sui-qəsd planı ittihamı ilə Iranla əlaqəli üç nəfəri edama məhkum edib – AFP
İranla atəşkəs vaxt itkisi idi - Tramp
Təbrizsə təqaüdçülər yenidən aksiya keçirdilər
Dəniz blokadası İranın ixracatını 23% azaldıb
Ocanda əfqanistanlılar həbs edilib
ABŞ qüvvələri İrana hücum üçün Trampın əmrini gözləyir- CNN
Zəncanda iş qəzası- Bir nəfər həlak oldu
İbrahim Kalın İrana səfər edəcək
Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə hörmət etməyə çağırıb
Kürd partiyasının düşərgəsi vuruldu- SEPAH
BMT-nin İrandakı xüsusi məruzəçisi: Müharibə ölkədə repressiyaları daha da gücləndirib
İranda bir ayda 79 məhbus edam edilib
Əhvaz ərəblərinin təşkilatı Azərbaycana dəstək bəyanatı yaydı
Pezeşkian Moskvaya gedir
ABŞ Türkiyə-Livan təklifinin mövcudluğunu təkzib edib: İranın dəstəklədiyi Hizbullah tərksilah olunmalıdır
Urmiya gölünün son vəziyyəti açıqlandı
İranda hicaba görə daha on səkkiz iaşə obyekti bağlandı
Qəzvin əyalətində daha 39 nəfər həbs edildi
Beynəlxlq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yaydı
Sualtı internet kabelləri İranın hədəfinə çevrilə bilər- SEPAH
Həmədanda iş qəzaları- 327 nəfər...
İran aviasiyası iflic olub- Səbəb
Traxtur klubundan federasiyaya təcili məktub: Etnik şüarlara və futbolçuların ailələrinə qarşı təhqirlərə baxılsın
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
Təbrizdə iki hüquqşünas həbs edilib
İraq da İranla sərhəddi bağladı
ABŞ diplomatlarını regiondan çıxarır
İranda daha səkkiz məhbus edam edildi
İranla bağlı Çin və Rusiya ilə əməkdaşlıq edirik- Tramp
Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib
İranda dollar yenidən bahalaşmağa başladı
TƏCİLİ | İranın cənubunda bir neçə partlayışın baş verdiyi bildirilir
Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə hörmət etməyə çağırıb
Türkiyədə 13 ölkədən 33 şair və yazıçının iştirakı ilə görüş keçirilib: Güney Azərbaycanı təmsil edən şairlər Talasda