SON XƏBƏRLƏR

Jurnalist Şahnaz Qulaminin Müdafiə Komitəsinin üzvləri İsveçin Xarici İşlər Nazirliyinin nümayəndəsi ilə görüşdülər

2021.10.20, 07:36
Jurnalist Şahnaz Qulaminin Müdafiə Komitəsinin üzvləri İsveçin Xarici İşlər Nazirliyinin nümayəndəsi ilə görüşdülər

Gunaz.tv
Jurnalist Şahnaz Qulaminin Müdafiə Komitəsinin üzvləri İsveçin Xarici İşlər Nazirliyinin nümayəndəsi ilə görüşdülər Jurnalist Şahnaz xanım Qulaminin Müdafiə Komitəsinin üzvləri Babək bəy Azəri və Eluca xanım Atalı 2008 -ci il dekabrın 19 - da İsveçin Xarici İşlər Nazirliyində Şahnaz Qulaminin müdafiəsi ilə bağlı görüş keçirmişdirlər. Əvvəlcədən qərarlaşdırıldığı kimi İsveçin Xarici İşlər Nazirliyinin Şimali Afrika və Orta Şərq Departamentinin məsullarından biri Kristin Erlandsson ilə görüşmüşdürlər. Komitə üzvləri ilə məsul arasında söhbət təqribən bir saat çəkmişdir. Söhbətin əvvəlində B. Azəri xatırlatmışdı ki, o bu fikirdə deyil ki, uzun - uzadı danışıb, onu yorsun. Elə bu səbəbə görə, Güney Azərbaycanın siyasi məhbusları, xüsusən Şahnaz xanım Qulami ilə bağlı ingilis və isveç dillərində beynəlxalq aləmdə çap olunmuş yazıları ona təqdim etmişdir. Və ondan xahiş etmişdir ki, bunları oxusun. Amma bunlardan da əlavə, şifahi formada Ş.Qulami ilə bağlı hərtərəfli məlumat vermişdi. Onun Təbriz zindanında qatillərlə və narkomanlarla birgə saxlanıldığını, isti paltarı olmadığını, zindanın döşəməsində yatmağa məcbur edildiyi, hələ də vəkili olmadığını məsulun nəzərinə çatdırmışdı. Kristina xanım Şahnaz Qulaminin nə üçün bu vaxta qədər vəkili olmadığı ilə bağlı suallar vermişdir. B. Azəri bunun səbəbini İranın daxili qanunlarının siyasi məhbuslara qarşı amansızlığı ilə və jurnalistinin şəxsi ailəsinin acınacaqlı vəziyyəti ilə əlaqədar açıqlamışdı. K. Erlandsson verilən məlumatları qeydə alıb: "Siz bu xəbərləri haradan əldə edirsiniz?" - demişdir. Babək Azəri onun nəzərinə çatdırılmışdır ki: "Mən 5 ildən artıqdır ki, www.azadtribun.net sitəsinin redaktoruyam və fars və türk dillərində qaynaqlardan məlumatları alır və eyni zamanda müxtəlif mətbuat orqanları sitədə yerləşdirmək üçün məlumatları mənə göndərirlər." Faktın doğruluğunu sübut etmək üçün, B.Azəri özüylə gətirdiyi fars və türk dillərində siyasi məhbuslar və Şahnaz Qulami haqda olan materialları ona təqdim etmişdi. Həmçinin Babək bəy İranda insan haqları ilə bağlı dövri mətbuatda türk dilində dərc olunmuş siyasi və hüquqi məqalələrini ona göstərərək, yazıların məğzi ilə bağlı şərh vermişdir. Kristin Şahnaz Qulaminin həbs olunma səbəblərini soruşmuşdu. Babək bəy bunun səbəbini iki halla bağlamışdı: Birincisi, milli fəal, mühəndis Əmani və onun iki qardaşının müəmmalı ölümüdür ki, buna jurnalist xanım münasibət bildirib və mövzuya aydınlıq gətirmək üçün bir həqiqəti üzə çıxaran komitənin yaranmasını israr etmişdi. İkinci səbəb, onun 13 dekabr üçün İsveçə dəvətli olması və viza alması idi. O, Stokholm və Malmö şəhərlərində çıxış edəcəkdi. Onun tutulması bu səbəbdən ola bilər ki, rejim jurnalistin burada hakimiyyəti ifşa edəcəyindən qorxurdu. B.Azəri bu son səbəbin üzərində təkid edib və xatırlatdı ki, elə bu səbəbə görə, İsveçin Xarici İşlər Nazirliyi Şahnaz Qulaminin müdafiəsi ilə bağlı çox aktiv rol oynamalıdır. O, konkret təklif verdi ki, İsveçin Xarici İşlər Nazirliyi rəsmi halda İran dövlətinə müraciət edib, Ş.Qulaminin vəziyyəti ilə bağlı izahat istəməlidir. İsveç dövlət dairəsinin İran hakimiyyətinə müraciəti kömək edər ki, bu məsələ dünya ictimaiyyətinin diqqət mərkəzinə gəlsin. Kristin xanım cavab verdi ki, biz İranda İnsan Haqlarının pozulması ilə bağlı tamam faktları toplayıb və eyni zamanda digər Avropa ölkələri ilə birlikdə çalışırıq İranda insan haqlarının yaxşılaşması ilə bağlı iş görək. Sonda o bildirdi ki: "Nə yaxşı ki, siz bu məsələyə xüsusi vaxt ayırıb, bizə hərtərəfli məlumat verdiniz." Kristin xanımla söhbətin ən maraqlı tərəfi ondan ibarətdir ki, o, Güney Azərbaycanla bağlı sual edərkən dedi ki, İranın dini rəhbəri Ayətullah Xameyneidi və o da Azərbaycan türküdür. Babək Azəri onun bu sözünə bir qədər əsəbləşib, gərgin halda belə cavab vermişdi: "O, özü deyir, mən nə türkəm, nə də Azərbaycanlı. Fərz edək ki, elə o Azərbaycanlıdır. Amerkalılar demişkən "so what?" "ki nəm nə!" Burda söhbət fərdlərdən getmir, prinsiplərdən gedir. Kristin xanım onun fikri ilə razı olduğunu bildirib. B.Azəri söhbət əsnasında demişdi ki, İsveçin Xarici İşlər Nazirliyi və kütləvi mətbuat orqanları fars lobbisinin mənfi təsiri altındadır. İsveçdə hələ də "İran, İran" - deyib, ancaq farslara fikir edirlər. Amma Amerikalılar bu gün İran gerçəkliklərini yaxşı düşünürlər. Misal üçün, Barak Obama milyonlarla Güneyli Azərbaycanlının ana dilində təhsil alma haqqını vurğulayır. Yaxşı olardı ki, İsveçdə də hökümət dairələri bu gerçəyi nəzərə alardılar ki, İranda farslardan əlavə, Azərbaycanlılar, kürdlər, bəluçlar, türkmənlər və ərəblər yaşayırlar. Bütün qeyri - fars millətlərin haqqı İran daxilində pozulur, onlar hakim farslar tərəfindən milli zülmə məruz qalırlar. Kristin xanım məsləhət gördü ki, İranda yaşayan qeyri - fars millətlərin nümayəndələri bir yer tutub, İsveçin Xarici İşlər Nazirliyi və hətta İsveçin digər hökümət dairələrinin nümayəndələrini dəvət edib, isveç dilində İranda insan haqlarının pozulması ilə bağlı məlumat versələr yaxşı olardı. Görüşün sonunda Kristin xanım xahiş edir ki, bundan sonra bütün bu məsələlər üçün onunla və departamentin digər insan haqları ilə bağlı çalışan üzvi ilə əlaqə saxlanılsın. Elə buna görə də, o, özünün və departamentin digər əməkdaşının bütün əlaqə ünvanlarını görüş iştirakçılarına təqdim edib. azadtribun

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar