İranda daha 9 məhbus edam edildi
Ceyhun Bayramov Ankarada TDT XİN Şurasının iclasında iştirak edib
İran edam və repressiyaları dərhal dayandırmalıdır- Hollandiya
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana təbrik ünvanlayıb
Rəsmi Seul Hörmüz boğazına hərbi qüvvə göndərməklə bağlı ABŞ-la danışıqlar aparır
Ceyhun Bayramov Türkiyəyə səfər edib
Qəzvinli fəal həbs edildi
Türkiyədə Cümhuriyyət Günü qeyd olunur
Tramp İranla müharibəni çox qısa müddətdə başa çatdırmaq niyyətindədir
İran polisi daha bir bəlucu öldürdü
İran məhkəməsi daha bir bəhaiyə ağır həbs cəzası verdi
İsrail və ABŞ razılaşıb: İrana genişmiqyaslı hücum bərpa ediləcək
Türkiyədə ABŞ İran arasında görüş keçirilməsi təklif edilib
İran Əmək Nazirliyinin rəsmisi ilin sonunadək 1 milyon 400 min iş yerinin itirilməsi təhlükəsi barədə xəbərdarlıq edib
Əmirhüseyn Ağayi Təbrizdə həbs edilib
Güneyli fəal Mehrdad Qaderi Təbriz həbsxanasına köçürülüb
İranda illik inflyasiya 76,8 faizə çatıb: ərzaq məhsullarında kəskin bahalaşma
Küveyt İran səfirini çağırıb
Ramil Həsən Cevdet Yılmazla Azərbaycan-Türkiyə münasibətlərini müzakirə edib
ABŞ İsrailə daha çox “Patriot” hava hücumundan müdafiə sistemi göndərir
Sabah Ankarada TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək
Ermənistan parlamenti TRIPP layihəsi üzrə sazişi təsdiqləyib
Allahşükür Paşazadə: Dindarlar hər zaman dövlətimizin yanındadırlar, xaricdən gələcək hər bir təxribata cavab verməyə hazırıq
Iranda daha altı məhbus edam edilib
İrandan Azərbaycana külli miqdarda narkotik vasitənin keçirilməsinin qarşısı alınıb
Sulduzlu sosial media fəalı müvəqqəti olaraq sərbəst buraxılıb
Netanyahu: İran heç vaxt olmadığı qədər zəifdir
Tramp seçkilərdən sonra İrana zərbə endirilməsinin mümkün olduğunu bildirib
İranın şəhər bələdiyyə sədri silahlı hücum nəticəsində öldürülüb
ABŞ İranın Amerika hərbi gəmilərinin Hörmüzdən çıxması barədə bəyanatını təkzib edib
CNN: ABŞ İrana genişmiqyaslı hərbi zərbələr endirməyə hazırlaşır
Biləsuvarda daşqın səkkiz kəndə ziyan vurdu
Ərdəbilli fəal həbs edilib
İranda iki Litva vətəndaşı həbs edilib
ABŞ İrana qarşı mümkün hərbi əməliyyat barədə Körfəz ölkələrini xəbərdar edib
İraqlı etirazçılar: “İran, itlərini geri çək!” (Video)
İran işğalçı rejiminin Azərbaycan Respublikasında din və hicabı müdafiə etməsi, işğal altındakı Əhvazda isə sünnilərin və vilayəti-fəqihə tabe olmayan şiələrin toplantılarını qadağan etməsi və onları həbs etməsi arasındakı ziddiyyət!!
İranda Güneyli rejissor həbs və əmlakının müsadirəsi cəzasına məhkum edilib
Dövlət Bağçalı: Azərbaycan-Türkiyə qardaşlığı siyasi məsələlərdən üstündür
Traxtur “Malavan”a qarşı 3:0 hesabı ilə məğlub elan edildi
Məkkə Sazişi Türkiyə parlamentinin komissiyasında qəbul edilib
Əhməd Xatəmi: Müctəba Xameneinin seçilməsi Allahın işi idi! Onu cəmi bir dəqiqəyə seçdik!
Həmədanda iş qəzası- Daha bir nəfər həlak oldu
“Dağlıq Qarabağ bölgəsinə heç bir fransız şirkəti sərmayə yatırmır” Fransanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Qabriel Kellerin APA-ya müsahibəsi - Cənab səfir, hazırda Avropa İttifaqına sədrlik edən Fransanın fəaliyyətinin prioritetləri hansılardır ? - Fransa prezidenti Nikola Sarkozi əsas prioritetin Lissabon sazişinin ratifikasiyası prosesinin davam etdirilməsi olduğunu bəyan edib. Bu gün Avropa İttifaqına 27 üzv ölkədən 22-si sazişi ratifikasiya ediblər. Lissabon sazişi Avropa İttifaqının stabil qurumlarla və məqbul qaydalarla daha effektiv şəkildə fəaliyyət göstərməsinə imkan yaradacaq. Fransanın Aİ-yə sədrlik etməklə bu məqsədə paralel olaraq, həm də öz proqramını da inkişaf etdirib. Bu proqram 4 böyük fəaliyyət sahəsini əhatə edir. Bunlardan birincisi enerji sahəsidir və Fransa hazırda “Enerji iqlim paketi”ni həyata keçirir. Bu paketin mahiyyəti enerjiyə qənaət etmək, istixana effekti yaradan qazların atmosferə buraxılmasını məhdudlaşdırmaq və yeniləşən enerjilərdən istifadəni artırmaqdır. Digər üç sahə isə Avropanın qida təhlükəsizliyinin vacibliyini nəzərə alaraq, ortaq kənd təsərrüfatı siyasətinin 2013-cü ilə qədər yenidən qurulması, Avropanın müdafiə sisteminin möhkəmləndirilməsi, və “İmmiqrasiya və sığınacaq üzrə Avropa Müqaviləsi” adlanan Fransanın təşəbbüsünün həyata keçirilməsidir. Fransa diplomatiyası əvvəllər də bir çox digər təşəbbüslər irəli sürüb. Bu təşəbbüslərin hər biri barəsində ayrıca danışa bilmərəm, lakin onların arasında mən “Minilliyin yoxsulluğa qarşı mübarizə məqsədi” çərçivəsində “Afrikada inkişafa yardım”ı, Darfurda sülhün əldə edilməsi cəhdlərini, İranın nüvə proqramı böhranı ətrafında aparılan danışıqları, Afrika burnu regionunda narahatlıq doğuran dəniz quldurluğu sahəsində aparılan müzakirələri və s. kimi təşəbbüsləri sadalaya bilərəm. Lakin 6 ay ərzində yaranmış əsas prioritet, şübhəsiz, Gürcüstandakı müharibənin doğurduğu vəziyyətdir. Döyüş əməliyyatlarının dayandırılmasında və götürülmüş öhdəliklərin yerinə yetirilməsində fransız diplomatiyasının rolu həlledici olub. Bu gün Avropa İttifaqı Gürcüstanda 300 üzvdən ibarət müşahidə missiyası yaradır və onlardan 50-si fransızdır. Avropa İttifaqının daha bir təşəbbüsünə uyğun olaraq 15 oktyabrda Cenevrədə Gürcüstandakı vəziyyətə dair beynəlxalq müzakirələr keçirilməlidir. Cənubi Qafqaz regionunda təhlükəsizlik və stabilliyin olması zəruridir, buna görə də biz sülh naminə bütün diplomatik səyləri səfərbər etmişik. Biz Gürcüstanın bərpasına fəal dəstək göstəririk və eyni zamanda Rusiya ilə həm Avropaya aid məsələlərdə, həm də ikitərəfli əlaqələr sahəsində apardığımız dialoqu davam etdiririk. - Fransanın Avropa İttifaqına sədrliyi Azərbaycan münasibətlərinə necə təsir edə bilər ? - Fransa ilə Azərbaycan arasındakı ikitərəfli münasibətlər bizim Avropa İttifaqına indiki sədrlik mövqeyimizdən asılı deyil. Bu əlaqələr normal inkişaf edir, həmin münasibətlər Fransanın Avropa İttifaqına sədrliyindən sonra da əvvəlki qaydada davam edəcəkdir. Çünki Fransa Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələr sırasında olub. Viza rejiminin sadələşdirilməsinə gəldikdə isə Fransanın Avropa İttifaqına sədrliyinin ilk günlərindən “İmmiqrasiya və sığınacaq üzrə Avropa Müqaviləsi” təqdim edib və 27 üzv ölkə tərəfindən qəbul edilən bu müqavilənin məqsədi insan mübadiləsinə açıq olmaq (bərabər inkişaf, qanuni immiqrasiya və hər bir üzv ölkəyə uyğun olan sığınacaq siyasəti) və miqrasiya axınına nəzarəti təmin etmək arasında bir balans müəyyənləşdirməkdir. Bu müqavilənin qurumun 15 oktyabr tarixində baş tutacaq Avropa Şurasında (Avropa İttifaqının qurumlarından biridir) rəsmən qəbul edilməsi gözlənilir. Azərbaycan vətəndaşları üçün tətbiq olunan viza rejimi hazırda liberaldır. Fransa səfirliyi viza xahişlərinin çox az hissəsinə, təqribən 10 faizinə rədd cavabı verir. Bilirsiniz ki, biz bu məsələdə Şengen sazişi ilə sıx bağlıyıq. Vizaların verilməsi prosesinin daha çox liberallaşdırılması tərəflər arasında read-missiya ( digər ölkədə olan vətəndaşın sazişi imzalayan ölkəyə yenidən qəbulu) sazişlərinə və sərhədlərin idarə edilməsi əməkdaşlığına əsaslanır. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində Fransa Avropa İttifaqının sədri qismində deyil, Minsk Qrupunun həmsədri kimi fəaliyyət göstərir. Əlbəttə, Avropa İttifaqının bir çox üzv ölkəsi Minsk Qrupunda təmsil olunur, bu baxımdan Avropa İttifaqı da münaqişənin nizamlanması prosesində çox həlledici rol oynayır və bu rol da danışıqlar irəlilədikcə daha da artacaq. - Bölgədə baş verən son hadisələrdən sonra Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll imkanlarını necə qiymətləndirirsiniz? - Paradoksal olaraq, bu gün Dağlıq Qarabağ münaqişəsinin həll şansları Gürcüstandakı münaqişədən əvvəlki dövrə nisbətən daha çoxdur. Belə ki, Cənubi Qafqaz ölkələri öz zəifliklərinin, regional kontekstdən asılılıqlarının və hərb yolu ilə problemləri həll etməyin mümkünsüzlüyünün fərqinə vardılar. Bu şəraitdə Minsk Qrupu tərəfindən irəli sürülən təşəbbüslərin - Nyu-Yorkda xarici işlər nazirlərinin görüşü, 15 oktyabrdan sonra prezidentlərin görüşünün planlaşdırılması - nəticə verəcəyinə daha çox şans var. Danışıqlarda qeydə alınan hər bir uğur regionun təhlükəsizliyi və rifahı naminə müsbət ölçülərlə davam etdiriləcək. - Türkiyənin bölgədə vasitəçi rolunun Ermənistan-Azərbaycan münaqişəsinin həlli üçün xeyri ola bilərmi? - Regionda əməkdaşlıq və təhlükəsizlik şəraitini yaxşılaşdırmağa yönəlmiş hər bir təşəbbüs alqışlanmağa layiqdir, xüsusilə o halda ki bu təşəbbüslər Türkiyənin də daxil olduğu Minsk Qrupunun səylərini dəstəkləməyə yönəlib. Mən Fransanın Avropa İttifaqına sədrliyi çərçivəsində 4 sentyabr 2008-ci ildə yaydığı bəyanatı xatırlatmaq istərdim. Bu bəyanatda qeyd olunur ki, “Türkiyənin Qafqaz Stabillik və Təhlükəsizlik Platforması təşəbbüsünə böyük maraq göstərilir. Bu Türkiyə tərəfindən regionun stabilliyi, təhlükəsizliyi və inkişafı üçün bir töhfədir və Gürcüstandakı münaqişə kontekstində yeni bir miqyasa malikdir”. - Cənab Səfir, Ermənistan-Azərbaycan münaqişəsi Fransanın Cənubi Qafqaz dövlətləri ilə, xüsusən Azərbaycan və Ermənistanla iqtisadi əməkdaşlığına mane olurmu ? - Fransanın münaqişədə olan hər iki ölkə ilə iqtisadi əlaqələri yaxşıdır. Lakin şübhəsiz ki, bu münaqişə həllini tapdığı halda bu münasibətlər daha yaxşı ola bilər. Bir tərəfdən, Cənubi Qafqaz regionunun daxilində, digər tərəfdən isə bu regionla dünya arasında iqtisadi əməkdaşlıq imkanları münaqişənin həlli nəticəsində çox asanlaşmış olardı. Bir gün müharibə nəticəsində zərər çəkmiş regionlara sərmayə yatırmaq, dağıdılmış binaları yenidən tikmək, kommunikasiya yollarını bərpa etmək, iqtisadi fəaliyyəti yenidən qurmaq və yeni regional həmrəylik yaratmaq lazım gələcək. Bu yeni dinamika şübhəsiz həm bütün Cənubi Qafqaz, həm də digərləri üçün əlverişli olacaq. - Fransa ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığı genişləndirmək sahəsində müəyyən planlarınız varmı? - Fransa ilə Azərbaycan arasında iqtisadi tərəfdaşlıq qənaətbəxşdir və bu münasibətlərin inkişaf perspektivləri böyükdür. Fransa ötən il Azərbaycana 100 milyon avro həcmində mal ixrac edib və bu rəqəm artmaqdadır. Eyni zamanda biz hər il Azərbaycandan böyük həcmdə neft məhsulları idxal edirik. Fransız şirkətləri Azərbaycanın iqtisadi inkişafında iştirak edir. “Total” şirkəti “Şahdəniz” qaz yatağının istismarında tərəfdaş qismində iştirak edir və öz iştirakını möhkəmlətmək istəyir. Bu şirkət ARDNŞ ilə Abşeronda tədqiqatlar aparmaq üçün baza razılığı imzalayıb. Neft sahəsində həmçinin “SAIPEM”lə bərabər çalışan “TECHNIP” firması da varr və bu şirkət Xəzər dənizində yerləşən yataqların istismarı üçün neft platformalarının Azərbaycanda qurulmasında mühüm proqramlar həyata keçirir. Son illər ərzində biz Azərbaycana “Airbus” və “ATR” təyyarələri və vertolyotlar satmışıq. “Thales” şirkəti 2007-ci ilin iyul ayında Bakı hava limanını radarla təchiz edib və həmçinin Gəncə və Naxçıvan hava limanlarını radarla təchizatına dair də müqavilələr imzalanıb. Bizim şirkətlərimiz ətraf mühit sahəsində də fəallıq göstərir. Bakıda utilizasiya zavodunun tikintisi ilə bağlı “CNIM” şirkəti ilə İqtisadi İnkişaf Nazirliyi ilə aparılan danışıqlar son mərhələdədir. OTV firması isə Bakıda su təmizləyici stansiya tikir. Bunlardan əlavə bizim həmçinin istehlak malları sahəsində bir çox iqtisadi əlaqələrimiz var. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı deyə bilərəm ki, bu bölgəyə heç bir fransız şirkəti sərmayə yatırmır. Məndə olan məlumata görə, bu regionda heç bir fransız şirkəti kommersiya fəaliyyəti də həyata keçirmir. - Azərbaycanda insan hüquqlarının vəziyyətini necə qiymətləndirirsiniz? - Azərbaycanda insan hüquqlarının vəziyyəti Avropa İttifaqı, Avropa Şurası və xüsusilə ATƏT-in hesabatlarında yer alıb. Bu təşkilatların üzvü kimi Fransa, şübhəsiz ki, bu hesabatlardakı fikirlərlə həmrəydir. Bu günlərdə ölkədə seçkiqabağı vəziyyətə dair çap edilən növbəti hesabatını misal gətirmək istərdim. Bu hesabat obyektiv şəkildə həm hökumətin situasiyanı yaxşılaşdırmaq cəhdlərini, həm də demokratik ölkələrin beynəlxalq normalarına çatmaq üçün hələ də edilməli olan tərəqqini təsvir edir. Fransa insan hüquqları sahəsində Avropa İttifaqı ilə Azərbaycanın hökumət orqanları arasında qarşılıqlı hörmət əsasında mütəmadi dialoqun tərəfdarıdır və buna məsuliyyətlə yanaşır. LENT.AZ
Türkiyədə Cümhuriyyət Günü qeyd olunur
İran polisi daha bir bəlucu öldürdü
İsrail və ABŞ razılaşıb: İrana genişmiqyaslı hücum bərpa ediləcək
Türkiyədə ABŞ İran arasında görüş keçirilməsi təklif edilib
Iranda daha altı məhbus edam edilib
Netanyahu: İran heç vaxt olmadığı qədər zəifdir
İranın şəhər bələdiyyə sədri silahlı hücum nəticəsində öldürülüb
Biləsuvarda daşqın səkkiz kəndə ziyan vurdu
İranda iki Litva vətəndaşı həbs edilib
ABŞ İrana qarşı mümkün hərbi əməliyyat barədə Körfəz ölkələrini xəbərdar edib
Dövlət Bağçalı: Azərbaycan-Türkiyə qardaşlığı siyasi məsələlərdən üstündür
Culfalı müəllim kəşfiyyat idarəsində dindirilib
Misir husilərin hücumlarına qarşı Səudiyyə Ərəbistanına hərbi dəstək göstərilməsinə icazə verib
Küveyt Baş nazir müavininə sui-qəsd planı ittihamı ilə Iranla əlaqəli üç nəfəri edama məhkum edib – AFP
İranla atəşkəs vaxt itkisi idi - Tramp
Təbrizsə təqaüdçülər yenidən aksiya keçirdilər
Dəniz blokadası İranın ixracatını 23% azaldıb
Ocanda əfqanistanlılar həbs edilib
ABŞ qüvvələri İrana hücum üçün Trampın əmrini gözləyir- CNN
Zəncanda iş qəzası- Bir nəfər həlak oldu
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
ABŞ diplomatlarını regiondan çıxarır
İranda daha səkkiz məhbus edam edildi
İranla bağlı Çin və Rusiya ilə əməkdaşlıq edirik- Tramp
Türkiyədə 13 ölkədən 33 şair və yazıçının iştirakı ilə görüş keçirilib: Güney Azərbaycanı təmsil edən şairlər Talasda
Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə hörmət etməyə çağırıb
Kürd partiyasının düşərgəsi vuruldu- SEPAH
İranın dəstəklədiyi terrorçuların Məkkə və Mədinəyə raket hücumu
ABŞ Türkiyə-Livan təklifinin mövcudluğunu təkzib edib: İranın dəstəklədiyi Hizbullah tərksilah olunmalıdır
Səkkiz aydır görüntü və səs yoxdur; İran rəsmiləri Müctəba Xamenei ilə görüşdüklərini bildirirlər
Iranda daha altı məhbus edam edilib
Reuters: Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır, İrandan on milyonlarla dollar alıb
BMT-nin İrandakı xüsusi məruzəçisi: Müharibə ölkədə repressiyaları daha da gücləndirib
İran agentlərinin ABŞ ərazisində olması ehtimalı yüksəkdir- New York Times
İranda hicaba görə daha on səkkiz iaşə obyekti bağlandı
Urmiya gölünün son vəziyyəti açıqlandı
Rusiyalı nüvə alimləri İrandan təxliyə edilib?
İranda daxili təyyarə biletləri 45 faiz bahalaşıb