SON XƏBƏRLƏR

Ermənistanın xoşbəxtliyi, bütün taleyi Azərbaycanla bağlıdır

2021.10.20, 07:36
Ermənistanın xoşbəxtliyi, bütün taleyi Azərbaycanla bağlıdır

Gunaz.tv
Novruz Məmmədov: ""Nabucco" kimə lazımdırsa, onlar daha fəal olmalıdırlar" Azərbaycan Prezidentinin İcra Aparatının beynəlxalq münasibətlər şöbəsinin müdiri Novruz Məmmədov son zamanlar regionda cərəyan edən proseslər, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində göstərilən səylər, "Nabucco" kəmərinin gələcəyi və digər mövzularla bağlı "Amerikanın Səsi" radiosuna müsahibə verib. "Turan" agentliyi müsahibənin tam mətnini yayıb. -Regiondakı son prosesləri necə qiymətləndirirsiniz? Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Qafqazdakı münaqişələrin tezliklə həllinin mümkünlüyü barədə son bəyanatları nə dərəcədə səmimi səslənir? - SSRİ və Varşava müqaviləsi dağılandan sonra dünya birliyi kamil bir təhlükəsizlik sistemi yarada bilmədi. Digər tərəfdən, bu gün dünya birliyi müəyyən münaqişələrin və anlaşılmazlıqların həllilə bağlı mexanizm də yarada bilməyib. Sualınızın ikinci hissəsinə gəlincə, regiondakı proseslər və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Rusiyanın xarici işlər naziri Lavrovun dedikirləri, əslində, çoxdanın həqiqətidir. Biz həmişə bildirmişik ki, Ermənistan münaqişəni törətməklə əslində çox şeyi uduzub. Son 20 ildə regionda gedən proseslərdən kənarda qalıb, özünü təcrid edib və müəyyən məqamlarda, sadəcə olaraq, onlar bunu daha qabarıq görür. Avqust ayından sonra Cənubi Qafqazda baş verən hadisələr bir daha göstərdi ki, Ermənistan rəhbərləri düzgün xarici siyasət kursu həyata keçirə bilmir. Bunun birinci səbəbi odur ki, Ermənistan özünü bir ölkədən asılı edib. Və mürəkkəb bir situasiya yaranan kimi artıq görürlər ki bu, təhlükəli haldır. İkincisi, kiçik dövlətlər xüsusilə avantürist siyasət həyata keçirməli deyil. Bu, tez-gec onların özləri üçün faciəyə çevrilir. Bu baxımdan, cənab Lavrovun fikirlərinin səmimi və yaxud qeyri-səmimi olmasına baxmayaraq, düzgün fikirlərdir. Bu gün Ermənistan rəhbərləri özlərinin nə dərəcədə çətin vəziyyətdə olduqlarını görür. Əslində onlar başa düşməlidirlər ki, Ermənistanın xoşbəxtliyi və ümumiyyətlə bütün taleyi Azərbaycanla bağlıdır. - Gürcüstandakı qarşıdurmadan sonra Dağlıq Qarabağ münaqişəsi ətrafında da bir diplomatik canlanma müşahidə olunur. Amerika, Avropa və Türkiyədən yüksəksəviyyəli nümayəndələr Bakı ilə İrəvana səfər etdilər. Bu təmaslardan sonra münaqişənin nəticəsi üçün konkret addımlar gözləyirsinizmi? - Bu hadisələrdən sonra regiondakı canlanmanı təbii hesab edirəm. Çünki baş verən son hadisələr bir daha göstərdi ki, dünyada sülh və təhlükəsizlik nə dərəcədə zəifdir, bəzən hətta adicə bir hadisədən asılıdır. Ona görə də bu hadisələrdən sonra dünyanın demək olar ki, bütün dövlətləri fikirləşdilər ki, belə münaqişələrin qalması gələcəkdə daha böyük faciələrə səbəb ola bilər. Artıq müəyyən məqsədlər həyata keçdikdən sonra sanki bu regionda indiki status-kvo ilə əlaqədar bir tənzimləmə aparmaq üçün cəhdlər ortaya qoyuldu. Bu sahədə Rusiyanın, Türkiyənin rəhbərləri, hətta İranın da, eləcə də Avropa və Amerikanın görkəmli nümayəndələri, siyasətçiləri regiona səfər etdilər, öz mülahizələrini bildirərək, bölgədə sülhün və təhlükəsizliyin əhəmiyyətini qabartdılar. Hətta bir sıra dövlət rəhbərləri bununla bağlı konkret təşəbbüslər də irəli sürdülər. -Yaranmış vəziyyətdə Azərbaycanın Dağlıq Qarabağla bağlı siyasətində bir dəyişiklik olacaqmı? Paralel olaraq Azərbaycan Ermənistan rəhbərliyindən də hansısa fərqli yanaşmalar və addımlar gözləyirmi? -Azərbaycan prezidentinin fəaliyyətinin böyük bir hissəsi münaqişənin həllinə yönəlib. Biz münaqişənin həllini yalnız və yalnız sülh danışıqlarında görürük. Lakin burada beynəlxalq birliyin rolu böyük olmalıdır. Çox təəssüflər olsun ki, dünyanın ən böyük dövlətlərinin rəhbərləri vaxtaşırı müəyyən bəyanatlar versələr də, o bəyanatlar elə söz, və yaxud kağız üzərində qalmaqda davam edir. Bəyanat verilirsə, onun bir davamı da olımalıdır, onunla bağlı həmin dövlətin siyasətində nələrsə ortaya qoyulmalıdır. Ermənistan tərəfi isə zaman-zaman bununla bağlı öz üzərində hər hansı təpki, təzyiq hiss etmədiyi üçün mövqeyi indiyə qədər dəyişməyib. Azərbaycanın ərazi bütəvlüyünün bərpasında beynəlxalq hüququn tətbiq edilməsi üçün məhz benəlxalq təşkilatlar - BMT, ATƏT, eləcə də dünyada ümumi qayda-qanunu, nizam-intizamı bərpa edən aparıcı dövlətlər öz sözlərini deməlidir. Təəssüf ki bu yoxdur. Fikrimcə, bu, həmin dövlətlərin xarici siyasətlərində ən böyük çatışmazlıqdır. Çünki bu təkcə Azərbaycan üçün yox, təkcə kiçik dövlətlərə yox, yeri gəldikdə onların özləri üçün də müəyyən vaxtlarda ziyan gətirir. Əslində, son hadisələr bunu bir daha göstərdi. Bu günki dünyaya qarşıdurma lazım deyil. Bunun nə qədər təhlükəli olduğunu indiki qlobal maliyyə böhranı yaşadığımız bir zamanda da görürük. Bu baxımdan Azərbaycan münaqişə ilə bağlı mövqeyində qəti qalır. İkinci dünya müharibəsindən sonra dünya dövlətləri beynəlxalıq hüquq deyilən mexanizm hazırlayıb. Bu mexanizmin tətbiq olunması üçün həmin dövlətlər tərəfindən səylər göstərilməlidir. Azərbaycan da bunu başa düşərək sülh və danışıqlar yolu ilə münaqişənin həllinə çalışır. Biz bilirik ki, Ermənistan da yalnız bu yolla udacaq. Çünki onun indiki çətin vəziyyətdən çıxması üçün başqa yol yoxdur. - "Nabucco" layihəsilə bağlı beynəlxalq narahatlıq hələ də qalmaqda davam edir. Qərb bu layihənin baş tutması üçün konkret olaraq nə etməlidir? -Azərbaycan gənc bir dövlət kimi, böyük problemi olduğu halda və üstəlik, bu problemə sıx əməkdaşlıq etdiyimiz aparıcı dövlətlər qətiyyətli ədalətli mövqe nümayiş etdirmədiyi bir situasiyada Azərbaycanın beynəlxalq əməkdaşlığa göstərdiyi xidmətin əvəzi yoxdur. Biz ABŞ-ın, Avropanın dəstəyi ilə region üçün çox mühüm layihələr həyata keçirmişik. BTC, BTƏ kəmərləri təkcə region üçün də yox, ümumilikdə Şərqlə Qərbi birləşdirmək üçün çox mühüm əhəmiyyət daşıyan layihələrdir. "Nabucco"ya gəldikdə, bu layihə nə deməkdir: Bir sıra Avropa ölkələri regiondan qaz almaq istəyirlər. Yaxşı, burada ən çox bu layihəyə ehtiyacı olan kimdir? Azərbaycanın hələlik belə bir ehtiyacı yoxdur. "Nabucco" layihəsilə bağlı, qaz kimə lazımdırsa, onlar - tutaq ki, Avstriya, İsveçrə, Macarıstan, Bolqarısan iradələrini ortaya qoyub konkret təkliflərini verməlidir. Yəni nə istəyirlər? Nə zaman üçün? Hansı miqdarda? Bununla bağlı müəyyən danışıqlar aparılmalı, konkret sənəd ortaya qoyulmalıdır. Qazın qiyməti qoyulmalıdır, alıcısı müəyyənləşməlidir və sair. Azərbaycan bu sistemdə halqalardan biri ola bilər. Ona görə də hazırda "Nabucco" layihəsilə bağlı bütün yükləri Azərbaycanın üzərinə qoymaq və həmişə bunu Azərbaycandan tələb etmək əslində beynəlxalq münasibətlərin indiki çətin şəraitində Azərbaycanın vəziyyətini müəyyən mənada çətinləşdirməkdir. Ona görə də "Nabucco" kimə lazımdırsa, onlar daha fəal olmalıdırlar. Azərbaycan beynəlxalq əməkdaşlıqla bağlı özünün üzərinə düşən missiyaları həmişə ləyaqətlə yerinə yetirir və etibarlı tərəfdaşdır. -İqtisadi şərhçilər belə bir versiya bildirirlər ki, "Nabucco" ilə bağlı problemlərdən biri də Türkiyə ilə qiymət məsələsində razılığın əldə oluna bilməməsidir. Bir rəsmi olaraq, problemin nədən ibarət olduğunu söyləyə bilərsiniz? -Belə məsələlərin olması təbiidir. Ymumiyyətlə hamı bilir ki, dünyanın bütün dövlətləri və onların rəhbərləri öz dövlətlərinin maraqlarına xidmət etməyə çalışır və bu zaman ola bilsin ki müəyyən problemlər yaranır. Bütün başqa maraqları öz maraqlarına qurban vermək, onun girovuna salmaq yaxşı deyil. Amma belə məsələləri də qarşılıqlı danışıqlar, diskusiyalar, söhbətlər zamanı həll etmək mümkündür. Lakin burada yenə ümumi bir platforma lazımdır, ümumi səylər göstərilməlidir. Bunun üçün ABŞ layihədə maraqlı dövlət kimi - necə ki, onun köməyi ilə Bakı-Tiflis-Ceyhanla bağlı müəyyən məsələləri aradan qaldıra bildik - bununla da bağlı Türkiyə, digər dövlətlər və Avropa İttifaqı ilə danışıqlar aparıb belə məsələləri həll edə bilər. Ona görə də, layihənin indiki vəziyyətində ağırlıq mərkəzini Azərbaycan-Türkiyə üzərinə salmaq istəmirəm, çünki belə məsələlər daim olub və danışıqlar prosesində həll edilib. -Amerika-Azərbaycan əlaqələrinin gələcəyini necə görürsünüz? Demokratlar hakimiyyətə gəldiyi təqdirdə bu əlaqələrdə hansısa dəyişiklik baş verə bilərmi? -Bizim ABŞ-la əlaqələrimiz çox intensiv, geniş, hərtərəfli, demək olar ki, bütün sahələrdə sürətlə inkişaf edir və yaxşı bir zəmin, fundament yaranıb. Bu gün də proseslər, əlaqələr inkişaf edir. Ymumiyyətlə, Azərbaycanın xarici siyasəti şəxslərlə qurulmağa yönəlməyib. Azərbaycanın xarici siyasəti dövlətlər, xalqlar, millətlərarası zəmin üzərində qurulub. Ona görə də, bizim xarici siyasətimiz Azərbaycanla ABŞ arasında əlaqələrin bütün sahələrdə inkişaf etdirilməsidir. İndi bir sıra sahələrdə - strateji tərəfdaşlıq səviyyəsində, təhlükəsizlik, beynəlxalq terrorizmə qarşı mübarizə, enerji əməkdaşlığı və digər sahələrdə əlaqələr qurmuşuq. Düşünürəm ki, bu əlaqələr bundan sonra da davam edəcək. Amma bir məsələ Azərbaycan-ABŞ münasibətlərinə müəyyən təsir göstərən məqamdır. Çünki biz elə ilk günlərdən Qərblə, Birləşmiş Ştatlarla əlaqələrimizi quranda, bu cür nəhəng layihələri həyata keçirəndə düşünürdük ki, heç olmasa bunun əvəzində ABŞ başda olmaqla Qərb Dağlıq Qarabağ münaqişəsinin həllinə ədalətli, konkret mövqe nümayiş etdirə bilər. - Rusiya XİN başçısı Lavrovun bəyanatı ilə ABŞ dövlət katibinin müavini Con Neqropontenin bəyanatı arasında müəyyən ziddiyyətlər var. Burada Minsk qrupunun fəaliyyəti barədə suallar ortaya çıxır. Minsk Qrupunun bu münaqişənin həlli yolunda gələcək rolu barədə nə deyə bilərsiniz? - Azərbaycanın başlıca vəzifəsi münaqişəni sülh və danışıqlar yolu ilə həlli etməkdir. Bunun üçün isə dünya birliyi başda ABŞ olmaqla, Rusiya və Avropa İttifaqı ATƏT çərçivəsində Minsk konfransı və onun Minsk qrupunu yaradıb. Amma burada bir məsələ var. Bu günə qədər olan müddətdə təəssüf ki, həmin dövlətlər Minsk qrupu çərçivəsində münaqişənin həlli üçün lazımı səylər göstərməyib. Yalnız bəyanatlarla kifayətlənmək mümkün deyil və olmaz. Son vaxtlar isə Cənubi Qafqazda baş verən hadisələr, regionla bağlı müəyyən məsələlərdə ABŞ-la Rusiyanın mövqeyində fərqli məqamlar ortaya qoyulduğu üçün məhz Minsk qrupuna münasibətdə də belə fikirlər formalaşdırır. Ancaq bizim əsas məqsədimiz bu fərqləri aradan götürüb, diqqəti başlıca məramımız olan münaqişənin həllinə yönəltməkdir. Avropa İttifaqı da var. Həmin bəyanatlardan sonra İttifaqın nümayəndəsi - fransalı həmsədr Bernard Fayse dedi ki, mən bütün həmsədrlərin adından danışıram. Belə düşünürəm ki, həmsədrlər öz dövlətlərinin başçıları və ya xarici işlər nazirləri səviyyəsində müzakirə aparıb münaqişənin həllinə səylərini yönəltməlidir. -Prezident Heydər Əliyevin dövründə Minsk qrupu formatından ikitərəfli danışıqlar formatına keçid baş vermişdi və iki ölkə prezidentləri ayrı-ayrılıqda bir neçə dəfə Naxçıvanın Sədərək rayonunda görüşlər keçirmişdi. Bu format iki dövlət arasında anlaşma baxımından daha yaxşı format deyilmi? -Bu, yaxşı formatdır. Biz də bunu dəstəkləyirik və proses indi də davam edir və yaxud etməlidir. Bununla bağlı bizim mövqeyimiz bir müddətdən sonra tam konkret olacaq. Ermənistanın rəhbəri əgər son dövrlərdə baş verən proseslərdə riyakarlıq və manevr etmirsə, düşdüyü çətin vəziyyətdən çıxmaq üçün müəyyən addımlar atmırsa, onda əlbəttə, bu görüşlər olmalıdır, davam etməlidir və ümumiyyətlə danışıqların yekunu kimi prezidentlər onları sona çatdırıb, müəyyən mövqelərini konkretləşdirməlidirlər. Burada başqa cür də ola bilməz. express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar