SON XƏBƏRLƏR

Rusiya Ermənistanda Qərbə qarşı ikinci cəbhə açır . Əziz Mustafa

2021.10.20, 07:36
Rusiya Ermənistanda Qərbə qarşı ikinci cəbhə açır . Əziz Mustafa

Gunaz.tv
yazar_5.jpg Əziz Mustafa [email protected]/* */ Rusiya Ermənistanda Qərbə qarşı ikinci cəbhə açır Cənubi Qafqazda sülh və uzunmüddətli sabitliyin bərpası, həmçinin regiondakı münaqişələrin həlli yolları üçün səylərin artırıldığı bir vaxtda Rusiya köhnə ampluasından əl çəkmək niyyətində olmadığını nümayiş etdirir. Rusiya Müdafiə Nazirliyi Ermənistanın Azərbaycanla sərhədində yerləşən İcevan rayonunda ikinci böyük hərbi bazasının yaradılacağını bəyan edib. Bu hərbi baza ən müasir hərbi texnika ilə təchiz olunaraq, Avropanın cənubunu və Türkiyəni hərbi nəzarəti altında saxlayamağa imkan verən və lazım gələcəyi anda əvvəlcədən seçilmiş hədəfləri bir andaca məhv etməyə qadir olan nüvə başlıqlı uzaq və ortamənzilli ballistik raketlərlə təchiz ediləcək. Təbii ki, sual ortaya çıxır: Türkiyənin Qafqazda Sabitlik və Əməkdaşlıq Platforması təşəbbüsü ilə çıxış edərək, üç bölgə ölkəsi (Azərbaycan, Gürcüstan və Ermənistan) və Rusiya ilə müvafiq danışıqlar apardığı bir vaxtda Moskva buna nə üçün bölgədə əlavə hərbi bazanın yaradılması ilə cavab verir? Görünür, bu sualın cavabını Rusiyanın regionda təkbaşına hökmranlıq etmək və buraya Türkiyə də daxil olmaqla digər dövlətləri buraxmaq niyyətində olmaması faktorunda axtarmaq lazım gələcək. Zənnimizcə, Rusiyanın bölgədə əlavə hərbi baza yaratmaq siyasəti faktiki olaraq, Türkiyə tərəfindən irəli sürülən Qafqazda Sabitlik və Əməkdaşlıq Platformasının reallaşmasını şübhə altına alır. Digər tərəfdən, Rusiya Azərbaycanla sərhədin lap yaxınlığında, Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərindən 15-20 dəqiqəlik məsafədə yeni hərbi baza yaratmaqla faktiki olaraq adıçəkilən hər iki kəmərin gələcək fəaliyyətini təhlükə altına alır. Amma ikinci hərbi bazanın həm də “Nabukko”nun reallaşmasına qarşı çevrildiyi şübhəsizdir. Rusiya bununla da yeni layihələrin reallaşdırılmasının təhlükəli ola biləcəyi və buna imkan verməyəcəyi barədə Qərb ölkələrinə dolayısı ilə xəbərdarlıq edir. Bu bazanın yaradılmasının yalnız neft və qaz kəmərləri üçün təhlükə doğura biləcəyini düşünmək də doğru olmazdı. Əslində İcevanda hərbi bazanın yaradılmasının arxasında daha bir qlobal məqsəd dayanır. Bu da, zənnimizcə, Gürcüstanın NATO-ya üzvlüyü məsələsinin reallaşması istiqamətində ABŞ-ın göstərdiyi səylərlə əlaqədardır. ABŞ-ın bu istəyi baş tutacağı halda, Gürcüstan NATO-ya üzv qəbul ediləcək və bununla da Rusiyanın cənubunda yeni bir təhlükə mənbəyi əmələ gələcək. Ola bilsin ki, məhz bu amil Rusiyanın Ermənistanın Azərbaycan və Gürcüstanla sərhədləri yaxınlığında əlavə hərbi baza yaradılması barədə müvafiq addımlar atmasına gətirib çıxarıb. Belə başa düşmək olar ki, əgər Gümrüdəki hərbi baza NATO üzvü olan Türkiyədən gələn təhlükənin qarşısının alınmasına yönəlibsə, İcevandakı hərbi baza NATO üzvü olacaq Gürcüstanı hədəfdə saxlayacaq. Necə deyərlər, Gürcüstan hələ NATO-nun üzvü olmadan Rusiya Ermənistan ərazisindən istifadə etməklə NATO-ya qarşı ikinci cəbhə açır. Buraya Gürcüstanın işğal edilmiş Abxaziya və Cənubi Osetiya ərazilərindəki çoxsaylı hərbi birləşmələri də əlavə edəndə Rusiyanın Qafqazı hər an partlamağa hazır olan barıt çəlləyinə çevirdiyi dərhal nəzərə çarpır. Yeni hərbi bazadan gələcəkdə Azərbaycan və digər qonşu ölkələrə qarşı da istifadə edilməsi təhlükəsinin kifayət qədər böyük olduğunu da unutmaq olmaz. Belə ehtimal etmək olar ki, Rusiya imkan düşən kimi Qafqazda Qərbin varlığına son qoymaq üçün bölgə dövlətlərinə qarşı hərbi əməliyyatlara əl atacaq. Kremlin bölgə dövlətlərini nəzarətə götürmək cəhdlərinin qarşısını almaq üçün Qərbin atacağı ən önəmli addım isə Rusiyanın daxilində separatçılığın körüklənməsi və onun öz silahı ilə vurulması ola bilər. Hər halda Qərbin vaxtilə Çeçenistana münasibətdə buraxdığı səhvlərdən nəticə çıxarması lazım gələcək. Bu baxımdan Avropanın və MDB məkanı ölkələrinin gələcəyinin Rusiyanın parçalanmasından asılı olduğu şübhə doğurmur. Zənnimizcə, vəziyyətdən yeganə çıxış yolunu da məhz Rusiyanın yenidən parçalanmasına nail olunmasında axtarmaq lazımdır. Yeri gəlmişkən, təəssüf hissi ilə deyək ki, əgər ötən əsrin 90-cı illərində Qərb Çeçenistanın müstəqilliyinin tanınması məsələsində qətiyyətli addımlar atsaydı, onda bu gün Gürcüstanda və Qafqazda ağır duruma düşməz və Avroasiya məkanı yenidən Rusiyadan gələn təhlükə ilə üzləşməzdi.zaman

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar