Azərbaycan və Türkiyə XİN rəhbərləri görüşüb
Küveyt İran səfirini Xarici İşlər Nazirliyinə çağırdı
İranda daha 9 məhbus edam edildi
Ceyhun Bayramov Ankarada TDT XİN Şurasının iclasında iştirak edib
İran edam və repressiyaları dərhal dayandırmalıdır- Hollandiya
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana təbrik ünvanlayıb
Rəsmi Seul Hörmüz boğazına hərbi qüvvə göndərməklə bağlı ABŞ-la danışıqlar aparır
Ceyhun Bayramov Türkiyəyə səfər edib
Qəzvinli fəal həbs edildi
Türkiyədə Cümhuriyyət Günü qeyd olunur
Tramp İranla müharibəni çox qısa müddətdə başa çatdırmaq niyyətindədir
İran polisi daha bir bəlucu öldürdü
İran məhkəməsi daha bir bəhaiyə ağır həbs cəzası verdi
İsrail və ABŞ razılaşıb: İrana genişmiqyaslı hücum bərpa ediləcək
Türkiyədə ABŞ İran arasında görüş keçirilməsi təklif edilib
İran Əmək Nazirliyinin rəsmisi ilin sonunadək 1 milyon 400 min iş yerinin itirilməsi təhlükəsi barədə xəbərdarlıq edib
Əmirhüseyn Ağayi Təbrizdə həbs edilib
Güneyli fəal Mehrdad Qaderi Təbriz həbsxanasına köçürülüb
İranda illik inflyasiya 76,8 faizə çatıb: ərzaq məhsullarında kəskin bahalaşma
Küveyt İran səfirini çağırıb
Ramil Həsən Cevdet Yılmazla Azərbaycan-Türkiyə münasibətlərini müzakirə edib
ABŞ İsrailə daha çox “Patriot” hava hücumundan müdafiə sistemi göndərir
Sabah Ankarada TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək
Ermənistan parlamenti TRIPP layihəsi üzrə sazişi təsdiqləyib
Allahşükür Paşazadə: Dindarlar hər zaman dövlətimizin yanındadırlar, xaricdən gələcək hər bir təxribata cavab verməyə hazırıq
Iranda daha altı məhbus edam edilib
İrandan Azərbaycana külli miqdarda narkotik vasitənin keçirilməsinin qarşısı alınıb
Sulduzlu sosial media fəalı müvəqqəti olaraq sərbəst buraxılıb
Netanyahu: İran heç vaxt olmadığı qədər zəifdir
Tramp seçkilərdən sonra İrana zərbə endirilməsinin mümkün olduğunu bildirib
İranın şəhər bələdiyyə sədri silahlı hücum nəticəsində öldürülüb
ABŞ İranın Amerika hərbi gəmilərinin Hörmüzdən çıxması barədə bəyanatını təkzib edib
CNN: ABŞ İrana genişmiqyaslı hərbi zərbələr endirməyə hazırlaşır
Biləsuvarda daşqın səkkiz kəndə ziyan vurdu
Ərdəbilli fəal həbs edilib
İranda iki Litva vətəndaşı həbs edilib
ABŞ İrana qarşı mümkün hərbi əməliyyat barədə Körfəz ölkələrini xəbərdar edib
İraqlı etirazçılar: “İran, itlərini geri çək!” (Video)
İran işğalçı rejiminin Azərbaycan Respublikasında din və hicabı müdafiə etməsi, işğal altındakı Əhvazda isə sünnilərin və vilayəti-fəqihə tabe olmayan şiələrin toplantılarını qadağan etməsi və onları həbs etməsi arasındakı ziddiyyət!!
İranda Güneyli rejissor həbs və əmlakının müsadirəsi cəzasına məhkum edilib
Dövlət Bağçalı: Azərbaycan-Türkiyə qardaşlığı siyasi məsələlərdən üstündür
Traxtur “Malavan”a qarşı 3:0 hesabı ilə məğlub elan edildi
Məkkə Sazişi Türkiyə parlamentinin komissiyasında qəbul edilib
Bakı və Ankaranın blokada siyasəti öz bəhrəsini verir Azərbaycan və Türkiyənin bu vaxta qədər işğalçı Ermənistana qarşı yürütdükləri vahid blokada siyasətiylə bağlı zaman-zaman müxtəlif fikirlər səslənib. Hətta bu siyasətin öz bəhrəsini vermədiyini iddia edənlər olub. Belələrinə həm Azərbaycanda, həm də Türkiyədə rast gəlinir. Ancaq son dövrlər Ermənistanı Cənubi Qafqazda yeganə forpostu sayan Moskvanın təlaşları özünü kifayət qədər açıq şəkildə biruzə verir. Bu da Bakı və Ankaranın bu vaxta qədər yürütdükləri blokada siyasətinin nəticəsiz qaldığını söyləyənlərin arqumenlərinin yanlışlığını bir daha təsdiqləyir. Bəs Rusiya və Ermənistanın təlaşları özünü hansı formada göstərir? Bir neçə gün əvvəl Ermənistanın baş naziri Tiqran Sərkisyan Azərbaycan mediasına müsahibə verib. Həmin müsahibədə erməni xislətinə sadiq qalan baş nazir guya Türkiyə və Azərbaycanın 15 il ərzində tətbiq etdiyi blokadanın Ermənistanın iqtisadi inkişafına ciddi təsir göstərmədiyini iddia etməyə çalışıb. Ramiz Mikayıloğlu Ancaq müsahibəsində dilə gətirdiyi bir sıra fikirlər onun bu iddiasını təkzib edir. Ancaq öncə müsahibədəki bəzi məqamlara da nəzərə salmaq lazımdır. Məsələn, o bildirib ki, Türkiyə və Azərbaycanın blokadası səbəbindən Ermənistanın xarici ticarət dövriyyəsinin 70 faizi Gürcüstandan tranzit keçməklə gerçəkləşir. Cənubi Osetiya ətrafında baş verən son olaylar zamanı isə Ermənistan iqtisadiyyatına 670 milyon dollar ziyan dəyib. Gürcüstandakı müharibə zamanı İran da işğalçı ölkənin çətinliklərlə üzləşməməsində əsas rol oynayıb. Erməni biznesmenlər zəruri malları özünü "əsl müsəlman dövləti" sayan İrandan gətiriblər. Beləliklə də, Ermənistan enerji və buğda məsələsində böhranla üzləşməyib. Qısa müddətdə Gürcüstanın Avropa və MDB ölkələrindən bədnam qonşumuza malların ötürülməsini bərpa etməsi də işə yarayıb. Göründüyü kimi, müharibə zamanı ərazisi Ermənistandan qalxan rus təyyarələrindən belə bombalanan, özünü GUAM-da Azərbaycanın strateji müttəfiqi adlandıran Gürcüstan, eyni zamanda müsəlman dünyasının həmrəyliyinin zəruriliyindən danışan İran bu gün Ermənistanın ayaq üstə durmasını şərtləndirir. Buna baxmayaraq, nə Rusiyayla münasibətləri pis durumda olan, ancaq rus mallarının Ermənistana ötürülməsinə hələ maneəçilik törətməyən Gürcüstanın dağlıq yolları, nə də Qərbin ətrafında sanksiyaları sərtləşdirməkdə olduğu İran ermənilər üçün yetərli "həyat rolunu" oynayacaq statusda deyil. Baş nazir də müsahibəsində dolayı da olsa, bunu etiraf edir və erməni diplomatiyasının blokadadan qurtulmaq üçün bütün vasitələrdən yararlanmağa çalışdığına işarə vurur: "Hazırda bizim üçün "həyati əhəmiyyətli məsələ" regionun bütün ölkələri, ilk növbədə Azərbaycanla mehriban qonşuluq münasibətləri qurmaqdır. Regionda uzun müddətli əməkdaşlıq prespektivi baxımından Qafqaz Sabitlik və Əməkdaşlıq Platforması maraqlıdır". O, Ermənistanın bütün regional layihələrə, o cümlədən Bakı-Tiflis-Qars dəmiryoluna qoşulmaqda maraqlı olduğunu deyib. Tiqran Sərkisyanın bəzi hallarda üstüörtülü söylədiklərini Rusiyanın xarici işlər naziri Sergey Lavrov tam çılpaqlığıyla dilə gətirib. O bildirib ki, son hadisələr zamanı Ermənistan ən əvvəl Gürcüstandan tranzit şəkildə keçən yüklərin nəqlində çətinliklə üzləşib, erməni xalqını təmin edən birinci dərəcəli məhsulların çatdırılmasında problemlər yaşanıb. Sergey Lavrov bu problemlərin Dağlıq Qarabağ münaqişəsinin sürətlə və təcili tənzimlənməsinin vacibliyini göstərdiyini vurğulayıb: "Cənubi Osetiya və Abxaziya daim hərbi hücum təhlükəsi altında qaldığı təqdirdə, bunun da nəticəsizdə Ermənistan üçün həyati vacib tranzit xəttinin təhlükəsi qalması vəziyyətinin davam etməsi heç kəsin marağında deyil. Erməni tərəfi üçün oxşar nəqliyyat kəsilmələrindən qaçmaq prinsipial dərəcədə əhəmiyyətlidir. Elə buradan da Dağlıq Qarabağ münaqişəsini tez bir zamanda həll etmək maraqları ortaya çıxır. Bunun üçün isə təkcə Türkiyə ilə münasibətləri normallaşdırmaq yox, həm də Ermənistanın Türkiyə vasitəsilə dünya ilə əlaqələrinin açılması vacibdir. Türkiyə Qafqazla qonşudur və demək olar ki, regionun bütün ölkələri ilə yaxşı münasibətləri var. Ankaranın Qafqazda Sabitlik və Əməkdaşlıq Platforması təşəbbüsü Türkiyə diplomatiyasının təcrübəli olduğunu göstərir. Mənə elə gəlir ki, Qafqazda münaqişəli vəziyyət qalarsa, Ermənistanın bundan çox ciddi əziyyət çəkəcəyini anlaması, Türkiyə tərəfindən bu məqamın unikallığının başa düşülməsi və Minsk qrupu həmsədrlərinin verdikləri təkliflər Dağlıq Qarabağ probleminin həllinin tapılması üçün əsas yaradır". Qeyd edək ki, əslində Ermənistanın Türkiyə vasitəsiylə müstəqil şəkildə Qərblə ticari-iqtisadi münasibətlər qurması Rusiyanın maraqlarına cavab vermir. Çünki bu halda işğalçı ölkədə Qərbin təsir rıçaqları, nüfuzu möhkəmlənməyə başlayar. Elə buna görədir ki, Rusiya bütün imkanlardan yararlanıb Ermənistanın kommunikasiya xətlərinə, o cümlədən dəmiryoluna nəzarəti öz əlində cəmləşdirib. Yəni Ermənistan ən yaxşı halda Rusiyanın nəzarətiylə və müəyyənləşmiş çərçivədə Türkiyə üzərindən dünya bazarlarına çıxa bilər. Yuxarıda da dediyimiz kimi, bütün bunlar bir daha təsdiqləyir ki, Azərbaycan və Türkiyənin işğalçı ölkəni blokada siyasəti nəticəsiz qalmır və bunu İrəvan torpaqlarımızı işğaldan azad etməyə razılaşana, qardaş ölkəyə qarşı "soyqırım" və ərazi iddialarından əl çəkənə kimi davam etdirmək lazımdır. İndiki mərhələdə İrəvan və Moskvanın Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində müəyyən vədlərinə, bütün torpaqlarımız azad olmadan, qaçqın və məcbüri köçkünlərimiz doğma torpaqlarına qayıtmadan, yaxud Qarabağın statusu həllini tapmadan ətraf rayonların azad edilməsi şərtiylə sərhədlərin açılmasına nail olmalarına imkan vermək olmaz. Sergey Lavrovun son müsahibəsindəki əhval-ruhiyyə onların belə bir plan üzərində işlədiyini düşünməyə əsas verir...
Küveyt İran səfirini Xarici İşlər Nazirliyinə çağırdı
İran edam və repressiyaları dərhal dayandırmalıdır- Hollandiya
Türkiyədə Cümhuriyyət Günü qeyd olunur
İran polisi daha bir bəlucu öldürdü
İsrail və ABŞ razılaşıb: İrana genişmiqyaslı hücum bərpa ediləcək
Türkiyədə ABŞ İran arasında görüş keçirilməsi təklif edilib
Iranda daha altı məhbus edam edilib
Netanyahu: İran heç vaxt olmadığı qədər zəifdir
İranın şəhər bələdiyyə sədri silahlı hücum nəticəsində öldürülüb
Biləsuvarda daşqın səkkiz kəndə ziyan vurdu
İranda iki Litva vətəndaşı həbs edilib
ABŞ İrana qarşı mümkün hərbi əməliyyat barədə Körfəz ölkələrini xəbərdar edib
Dövlət Bağçalı: Azərbaycan-Türkiyə qardaşlığı siyasi məsələlərdən üstündür
Culfalı müəllim kəşfiyyat idarəsində dindirilib
Misir husilərin hücumlarına qarşı Səudiyyə Ərəbistanına hərbi dəstək göstərilməsinə icazə verib
Küveyt Baş nazir müavininə sui-qəsd planı ittihamı ilə Iranla əlaqəli üç nəfəri edama məhkum edib – AFP
İranla atəşkəs vaxt itkisi idi - Tramp
Təbrizsə təqaüdçülər yenidən aksiya keçirdilər
Dəniz blokadası İranın ixracatını 23% azaldıb
Ocanda əfqanistanlılar həbs edilib
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
ABŞ diplomatlarını regiondan çıxarır
İranda daha səkkiz məhbus edam edildi
İranla bağlı Çin və Rusiya ilə əməkdaşlıq edirik- Tramp
Türkiyədə 13 ölkədən 33 şair və yazıçının iştirakı ilə görüş keçirilib: Güney Azərbaycanı təmsil edən şairlər Talasda
Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə hörmət etməyə çağırıb
Kürd partiyasının düşərgəsi vuruldu- SEPAH
İranın dəstəklədiyi terrorçuların Məkkə və Mədinəyə raket hücumu
ABŞ Türkiyə-Livan təklifinin mövcudluğunu təkzib edib: İranın dəstəklədiyi Hizbullah tərksilah olunmalıdır
Səkkiz aydır görüntü və səs yoxdur; İran rəsmiləri Müctəba Xamenei ilə görüşdüklərini bildirirlər
Iranda daha altı məhbus edam edilib
Reuters: Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır, İrandan on milyonlarla dollar alıb
BMT-nin İrandakı xüsusi məruzəçisi: Müharibə ölkədə repressiyaları daha da gücləndirib
İran agentlərinin ABŞ ərazisində olması ehtimalı yüksəkdir- New York Times
İranda hicaba görə daha on səkkiz iaşə obyekti bağlandı
Urmiya gölünün son vəziyyəti açıqlandı
Rusiyalı nüvə alimləri İrandan təxliyə edilib?
İranda daxili təyyarə biletləri 45 faiz bahalaşıb