SON XƏBƏRLƏR

Çin qəzəblənib_Rəsmi Pekin ABŞ-ın Tayvana silah satmasını milli təhlükəsizlik maraqlarına zərbə sayır

2021.10.20, 07:36
Çin qəzəblənib_Rəsmi Pekin ABŞ-ın Tayvana silah satmasını milli təhlükəsizlik maraqlarına zərbə sayır

Gunaz.tv
Çin qəzəblənib Rəsmi Pekin ABŞ-ın Tayvana silah satmasını milli təhlükəsizlik maraqlarına zərbə sayır 130910085.jpg ABŞ-Çin münasibətlərində böhranlı situasiyanın yaranmaqda olduğu müşahidə edilir. Belə ki, bu iki superdövlət arasında mövcud olan ziddiyyətlərin dərinləşməyə başladığı açıq-aşkar nəzərə çarpır. Ona görə də, Ağ Evlə rəsmi Pekinin son vaxtlar qarşılıqlı ittihamlara start verməsi o qədər də ciddi təəccüb doğurmayıb. Bu baxımdan, sözügedən nəhənglərin qarşıdurması nəticəsində ortaya çıxa biləcək təhlükəli situasiyaların hansı mahiyyəti daşıyacağı indi daha çox maraq doğurmaqdadır. Onu da qeyd etmək lazımdır ki, əslində, ABŞ-Çin münasibətləri heç vaxt müsbət keyfiyyətə malik olmayıb. Belə ki, bu iki superdövlət adətən, qarşılıqlı ziddiyyətlərə daha çox meyl göstərib. Ən azından ona görə ki, ABŞ və Çini bir-birinə yaxınlaşdıra biləcək faktorlardan daha çox bu dövlətləri qarşıdurmaya sövq edəcək amillər mövcuddur. Hər halda, bu iki nəhəng dövlətin münasibətlərinin keyfiyyətinin müəyyənləşməsində onların strateji hədəfləri xüsusi rol oynayır. Həmin hədəflərsə, əksər hallarda bir-biriylə kəskin şəkildə toqquşduğundan ABŞ və Çin arasındakı münasibətlərdə rəqabət mühiti daha qabarıq xarakter daşıyır. Məsələ ondadır ki, ABŞ və Çin dünyanın bir çox regionlarında maraqları kəskin şəkildə toqquşan superdövlətlər sayılırlar. Ən əsasısa, həm Ağ Ev, həm də rəsmi Pekin dünya hegemonluğuna iddialı dövlətlər olduqlarını qətiyyən gizlətmirlər. Ona görə də, bu superdövlətlərin milli və strateji maraqları əksər hallarda toqquşur. Və bu, istər-istəməz ABŞ-Çin qarşıdurmasını stimullaşdırır. Maraqlıdır ki, indiyə qədər ABŞ və Çinin hansısa məsələ ilə bağlı ortaq mövqedən çıxış etmələrinə çox nadir hallarda təsadüf olunub. Hətta BMT-nin Təhlükəsizlik Şurasında keçirilən müzakirələrdə bu iki superdövlətin bir-birinə qarşı zidd mövqe tutmaq ənənəsi formalaşıb. Belə ki, BMT-nin Təhlükəsizlik Şurasının beş daimi üzvünün sırasında yer alan ABŞ və Çin öz veto hüquqlarından əksər hallarda bir-birinə qarşı yararlanmaqla diqqəti çəkirlər. Yəni ABŞ-ın mənafelərinə uyğun məsələlərin müzakirəsi zamanı rəsmi Pekin birqayda olaraq özünün veto hüququndan əks mövqeydən yararlanıb. Eyni sözləri Ağ Ev haqqında da söyləmək mümkündür. Ancaq bu iki dövlət arasında hərdən ortaq mövqe nümayiş etdirmək meyllərinin görüntülərinə də hər halda rast gəlinib. Xüsusilə də, Şimali Koreya böhranının nizamlanması məsələsində ABŞ və Çin ümumi müzakirələrdə iştirak edən "altılıq dövlətləri"nin sırasına daxildir. Xatırladaq ki, Ağ Ev raket texnologiyasına və bəzi kütləvi qırğın silah növlərinə sahib olan Şimali Koreyanı ABŞ üçün ən ciddi hərbi təhlükə mənbəyi hesab edir. Hətta Pentoqon Şimali Koreyanı ABŞ-ın hərbi düşmənlərinin siyahısında ilk sıraya layiq görüb. Bu baxımdan, Ağ Evin Şimali Koreya böhranının nizamlanması prosesində rəsmi Pekinlə əməkdaşlığını sadəcə, məcburiyyətin doğurduğu reallıq da hesab etmək mümkündür. Təbii ki, Çin üçün də bu problemin həlli böyük əhəmiyyət daşıyır. Belə ki, rəsmi Pekin Çinin əsas söz sahibliyinə iddialı olduğu bir regionda Şimali Koreya kimi təhlükəli hərbi qüdrətə malik dövlətin mövcudluğunda maraqlı deyil. Ona görə də, rəsmi Pekin bu məsələ ilə bağlı ABŞ-la əməkdaşlığa qarşı çıxmır. Ancaq bu o demək deyil ki, rəsmi Pekin Şimali Koreyanın ümumiyyətlə, sıradan çıxarılmasına cəhd göstərir. Əksinə, Şimali Koreya kimi bir hərbi-siyasi problemin mövcudluğu müəyyən məqamlarla bağlı rəsmi Pekinin işinə yaraya bilər. Belə ki, Şimali Koreyanın ABŞ-ı hərbi təhlükə baxımından, təhdid etmək imkanında olması rəsmi Pekinin strateji maraqlarına tamamilə cavab verir. Sadəcə, rəsmi Pekin Şimali Koreya böhranının nəzarətdənçıxma ehtimalının təhlükəli həddə çatmayacağına tam təminat almağa can atır. Yəni rəsmi Pekin Şimali Koreyanın Çinin nəzarəti altında mövcudluğunda maraqlı olduğun sezdirir. Bu böhranın nizamlanma prosesində rəsmi Pekinin Şimali Koreyaya qarşı az qala loyal mövqedən yanaşaraq, ikibaşlı siyasi oyun oynamağa çalışması da belə düşünməyə tamamilə əsas verir. Təbii ki, Ağ Evin də Çinə qarşı səmimi olduğunu iddia etmək çox çətindir. Ən azından ona görə ki, ABŞ və Çin arasındakı ziddiyyətlərin öz aktuallığını daim qorumasında Tayvan problemi xüsusi rol oynamaqdadır. Belə ki, Tayvan vaxtilə Çinin əyalətlərindən olub. Ancaq bu əyalət ötən əsrin ortalarında birtərəfli qaydada Çindən ayrıldığını və müstəqil dövlət olduğunu elan edib. Həmin dövrdən üzübəri Tayvan ABŞ və onun bəzi müttəfiqlərinin yardımları hesabına öz mövcudluğunu qoruyub saxlaya bilsə də, rəsmi Pekin hələ də onu özünün ərazisi hesab edir. Və Ağ Evin Tayvana yönəlik istənilən təyinatlı yardımlarını açıq-aşkar qıcıqla qarşılayır. Maraqlıdır ki, ABŞ-ın Tayvana hərbi yardımları rəsmi Pekini daha çox əndişələndirir. Hər halda, həmin hərbi yardımların hesabına Tayvanın Çin qarşısında müqavimət gücünün artması kifayət qədər ciddi faktordur. Digər tərəfdən, Ağ Ev Tayvanın hərbi təhlükəsizliyini təmin etmək istiqamətində də xüsusi addımlar atmaqdadır. Belə ki, ABŞ-ın Cənubi Asiya regionunda yerləşdirdiyi hava hücumundan müdafiə sistemlərinin "qalxanları" Tayvanı da öz "təhlükəsizlik çətiri" altına alıb. Nəticədə, Tayvanın hərbi təhlükəsizlik maraqları böyük ölçüdə öz həllini tapmış kimi görünür. Halbuki Ağ Ev yalnız bunlarla kifayətlənmək niyyətində olmadığını da qətiyyən gizlətmir. Belə ki, ABŞ Tayvana ümumi dəyəri fantastik məbləğlərlə ölçülən müasir silahların satılması prosesini də davam etdirməkdədir. Son məlumatlara görə, bir müddət öncə ABŞ və Tayvan arasında 4,5 milyard dollar dəyərində silah satışı müqaviləsi imzalanıb. Hazırda ABŞ-Çin münasibətlərinin gərginləşərək böhranlı həddə çatması da məhz bu müqaviləylə bağlıdır. Belə ki, rəsmi Pekin Ağ Evin bu addımını yolverilməz davranış kimi dəyərləndirir. Və ABŞ-dan həmin müqavilənin reallaşdırılmasından dərhal imtina olunmasını tələb edir. Halbuki bu müqavilədən külli miqdarda maliyyə gəliri əldə edəcəyi gözlənilən ABŞ-ın həmin tələblərə əhəmiyyət verəcəyi o qədər də inandırıcı görünmür. Bu baxımdan, ABŞ-Çin münasibətlərinin daha da gərginləşə biləcəyi qətiyyən istisna olunmur. Elçin XALİDBƏYLİ sherg

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar