İranda daha üç iaşə obyekti bağlandı
Urmiya komandası İran Voleybol Premyer Liqasında daha üç xal qazandı
Azərbaycan və Türkiyə XİN rəhbərləri görüşüb
Küveyt İran səfirini Xarici İşlər Nazirliyinə çağırdı
İranda daha 9 məhbus edam edildi
Ceyhun Bayramov Ankarada TDT XİN Şurasının iclasında iştirak edib
İran edam və repressiyaları dərhal dayandırmalıdır- Hollandiya
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana təbrik ünvanlayıb
Rəsmi Seul Hörmüz boğazına hərbi qüvvə göndərməklə bağlı ABŞ-la danışıqlar aparır
Ceyhun Bayramov Türkiyəyə səfər edib
Qəzvinli fəal həbs edildi
Türkiyədə Cümhuriyyət Günü qeyd olunur
Tramp İranla müharibəni çox qısa müddətdə başa çatdırmaq niyyətindədir
İran polisi daha bir bəlucu öldürdü
İran məhkəməsi daha bir bəhaiyə ağır həbs cəzası verdi
İsrail və ABŞ razılaşıb: İrana genişmiqyaslı hücum bərpa ediləcək
Türkiyədə ABŞ İran arasında görüş keçirilməsi təklif edilib
İran Əmək Nazirliyinin rəsmisi ilin sonunadək 1 milyon 400 min iş yerinin itirilməsi təhlükəsi barədə xəbərdarlıq edib
Əmirhüseyn Ağayi Təbrizdə həbs edilib
Güneyli fəal Mehrdad Qaderi Təbriz həbsxanasına köçürülüb
İranda illik inflyasiya 76,8 faizə çatıb: ərzaq məhsullarında kəskin bahalaşma
Küveyt İran səfirini çağırıb
Ramil Həsən Cevdet Yılmazla Azərbaycan-Türkiyə münasibətlərini müzakirə edib
ABŞ İsrailə daha çox “Patriot” hava hücumundan müdafiə sistemi göndərir
Sabah Ankarada TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək
Ermənistan parlamenti TRIPP layihəsi üzrə sazişi təsdiqləyib
Allahşükür Paşazadə: Dindarlar hər zaman dövlətimizin yanındadırlar, xaricdən gələcək hər bir təxribata cavab verməyə hazırıq
Iranda daha altı məhbus edam edilib
İrandan Azərbaycana külli miqdarda narkotik vasitənin keçirilməsinin qarşısı alınıb
Sulduzlu sosial media fəalı müvəqqəti olaraq sərbəst buraxılıb
Netanyahu: İran heç vaxt olmadığı qədər zəifdir
Tramp seçkilərdən sonra İrana zərbə endirilməsinin mümkün olduğunu bildirib
İranın şəhər bələdiyyə sədri silahlı hücum nəticəsində öldürülüb
ABŞ İranın Amerika hərbi gəmilərinin Hörmüzdən çıxması barədə bəyanatını təkzib edib
CNN: ABŞ İrana genişmiqyaslı hərbi zərbələr endirməyə hazırlaşır
Biləsuvarda daşqın səkkiz kəndə ziyan vurdu
Ərdəbilli fəal həbs edilib
İranda iki Litva vətəndaşı həbs edilib
ABŞ İrana qarşı mümkün hərbi əməliyyat barədə Körfəz ölkələrini xəbərdar edib
İraqlı etirazçılar: “İran, itlərini geri çək!” (Video)
İran işğalçı rejiminin Azərbaycan Respublikasında din və hicabı müdafiə etməsi, işğal altındakı Əhvazda isə sünnilərin və vilayəti-fəqihə tabe olmayan şiələrin toplantılarını qadağan etməsi və onları həbs etməsi arasındakı ziddiyyət!!
İranda Güneyli rejissor həbs və əmlakının müsadirəsi cəzasına məhkum edilib
Dövlət Bağçalı: Azərbaycan-Türkiyə qardaşlığı siyasi məsələlərdən üstündür
(Zakir Sadatlının Medeniyyet.Net-ə müsahibəsi) - Zakir Sadatlı kimdir? - Çox sağ olun ki, özümü özümdən soruşdunuz. Çünki heç kim məni özüm kimi tanıya bilməz. Adətən, nabələd adam qapını döyəndə birinci sözümüz bu olur:”Kimdir?!” O, ya adını söyləyir, ya da “Allah qonağı” olduğunu deyir. Qonağın adından başqa, görünür, onun bir ilahi statusu da var. Və bu ” ilahi statusa” görə biz onu məhrəm bilib evimizə buraxırıq. Mən də bu ədəbiyyat ocağına həm bu adımla , həm də bu missiya ilə gəlmişəm. Adamların qəlbinə həqiqəti gətirdiyinə görə , elə yazıçı özü də Allah qonağı kimi bir şeydi. Bir də ki, özüm haqqında nə pisi, nə də yaxşını çox da qabartmaq istəməzdim. Çünki onsuz da bunu bizim əvəzimizə başqaları edəcək. - Dostum Qismətin “Vətən haqqında” yazdığı bir şeiri var, şeirdən əvvəl qeyd eləyir ki, bu vətən şeirini müsabiqə xatirinə yazır və müsabiqəyə pula eytiyyacı olduğuna görə qoşulur. Bəs siz, müsabiqəyə pul xatirinə qoşulmuşdunuz, yoxsa… Bir də müsabiqədə qalib gəlmiş hekayəni məhz müsabiqə üçünmü yazmışdınız ??? - Rəssam gəmi şəkli çəkəndə bu o demək deyil ki, o, okeanın o tayına üzüb getmək istəyir.Yazıçı da əsərini müsabiqə və mükafat müstəvisində qurmur. Onun bir borcu var: Yaxşı yazmaq!… Yazdıqlarının sonradan ona gətirəcəyi divident artıq taleyin işidir. Böyük sənət əsərləri və sənətkarlar olub ki, tale onlarla hüdudsuz ölçüdə sərt və amansız davranıb. Bəzən də əksinə olub. Taleyin nə qəddarlığı , nə də həlimliyi bizimçün izah olunan deyil. Bir şeyi yadda saxlamaq lazımdı – müsabiqələr, mülahizələr, mükafatlar və başqa “…lar”lar və ”…lər”lər zamanın bir köks ötürməyi qədərdir. Hər şey çıxıb gedəcək və gedəndə bizim qazandıqlarımızı da öz yükünə qatıb aparacaq. Yeganə təsəlli budur ki, ümidlərimizi və sevgilərimizi bağladığımız yaradıcılıq bu Yer üzündə bir ləpir kimi qalacaq. O zamana və fənaya müqavimət göstərən gücün sonuncu işartılarıdır. Mən də elə sizlər kimi bu dediklərimə istinad edib yazıram. - Neçə kitabınız var və ilk kitabınız nə vaxt işıq üzü görüb? Kitablarınızı öz xərcləriniz hesabına çap elətdirmisiniz yoxsa… ??? - Bu sualı mənə dəfələrlə veriblər. Gah ciddi, gah da zarafata salıb demişəm:”Kitabım yoxdu.” Doğrudan da, kitabım yoxdu. Vallah, arabir mənə elə gəlir ki , bu imzalar və kitablar tünlüyündə adamlara bir az mərhəmət göstərmək lazımdır. Amma deyəsən, yaxın vaxtlarda elə mən özüm də oxucuların üstünə “qəddarlıq qılıncı” çəkməli olacağam… - Şair Aqşin deyir ki, mən şeir yazmasaydım pis adam olardım, bəs siz yazıçı olmasaydınız kim olardınız? - Sözsüz ki, ədəbiyyat mənəvi kateqoriyadır. Onun tərbiyəvi, islahedici gücü var. İndicə yadıma düşdü ki, vaxtilə bu fikri M.Qorki də deyib…. Ədəbiyyat mənəvi baxımdan bəşəriyyəti iflasdan xilas edir.Ümumiyyətlə, minlərlə belə sitatlar gətirmək mümkündü. İndi mən desəm ki, xalq ədəbiyyatı yaratmır, ədəbiyyat xalqı yaradır –yəqin, bu bir az müəmmalı görünər. Amma bu yaxınlarda bir yapon aliminin bir maraqlı tədqiqatını oxudum. O, yazır ki, fikir maddidir, onun çəkisi var. Hətta bu qənaətini təcrübə vasitəsilə necə əldə etdiyini yazmışdı. Hər halda çox inandırıcı görsənirdi. Əvvəlki fikrimə qayıdıram. Hansı cəmiyyət ki, güclü fikir, güclü təfəkkür və güclü ədəbiyyat ortaya qoya bilirsə , sözsüz ki, o, dünyada aparıcı xalqa çevrilir.Uzağa getməyək, elə öz tariximizi götürək. Hansı dövrdə ki, bizim ədəbiyyatımız qüdrət saatını yaşayıbsa , o zaman biz bir xalq kimi güclü olmuşuq. Bu baxımdan fərdin pis və ya yaxşı olmaq anlamını qəbul etmək mümkündü. O ki qaldı sualın mənə aid olan hissəsinə, artıq özünü təsdiqləmiş faktdan üz döndərib, təxəyyül arxasınca qaçmaq istəmirəm. - Yazılarınızda daha çox həqiqət üstünlük təşkil edir yoxsa uydurma bədiilik? - Bir az yekəxanalıq çıxmasın. Mən həyatın elə kəskin təzadlarını və gözəlliklərini görüb duymuşam ki, elə o həqiqəti olduğu kimi ,rəngsiz və boyasız ədəbiyyata gətirə bilsəm böyük işdir. Çünki həqiqətin dili həmişə diridir. Bədii əsər insanı aldatmağa yox, duyub anladıqlarını, bildiklərini insanlarla bölüşməyə ünvanlanmalıdı. Yalan həmişə pisdir. İstər bədii olsun, istərsə də real. Bir anlıq həyatımızı yalansız və riyasız təsəvvür edin. Əgər bəşəriyyəti bircə günlüyə eyni vaxtda yalansız yaşatmaq mümkün olsa , o daha keçmişə qayıtmaz . Həqiqətin saf və təmiz havasının bircə dəfə tamını bilən bəşər övladı daha heç vaxt yalanların çirkabına bulaşmaq istəməz. Mən də yazılarımda o qədər maksimalistəm ki, həmişə mümkün olmayanları arzulayıram. - Kifayət qədər oxucularınız varmı? - Neçə illərdir ki,”Yaddaşımın Əfqanıstan yazıları”nın ayrı-ayrı fəsillərini müxtəlif ədəbi dərgilərdə çap etdirirəm. Əsərin doğurduğu rezonans, onun aurası, ədəbi dairələrdə dolaşan söz-sohbətlər mənə bəllidir. Düşünürəm ki, yazdıqlarım öz oxucu auditoriyasını tapıb. Çox vaxt tanımadığım adamlar gəlib məni tapanda, fikir və mülahizələrini mənimlə bölüşəndə, yazdığım sözün nə boyda potensial daşıdığını hiss edirəm. Bəzən bu məni vahimələndirir. Çünki hansı məsuliyyətlə üz-üzə dayandığımı anlayıram və nə boyda bir yükü çiyinlərimə götürdüyümü hiss eləyirəm. - Yazıçı oxucu toplamaq üçün yaxşı əsər yazmaqdan əlavə nə eləməlidir? - Nə yeni dəb və metodlar icad etmək, nə avantüraya getmək, nə də reklam xarakterli addımlar atmaq fikrim yoxdu. Toz-torpaq nə qədər göyə qalxsa da ,nə qədər vurçatlasın qoparsa da ,qiymətə minmir. Torpağın altında yatan xəzinələr var ki, minlərlə insan onun sorağındadı. Təkrar olmasın, yenə də deyirəm, yazıçının bircə işi var, o da yaxşı yazmaqdır. - Zakir Sadatlı yazmaqdan başqa nə bacarır? - Birinci onu bildirim ki, deyilənə görə yaxşı hərbçiyəm. Bir çox silahlardan düzgün istifadə etməyi yaxşı bacarıram. Uşaq vaxtlarımdan ovçuluqla məşğul olmuşam. Bu işin də bir çox incəliklərini bilirəm. Ev tikmək, bağ salmaq və bunlara bənzər bəzi praktiki işlər əlimdən gəlir. Və təvəzökarlıqdan kənar olmasın – özümü peşəkar televiziya mütəxəssisi hesab edirəm. Amma onu da deyim ki, çalışıram, bütün bunlar mənim ədəbi yaradıcılığıma xidmət eləsin. - Azərbaycan ədəbiyyatında razılaşdığınız və razılaşmadığınız cəhətlər barədə danışın. - Bütün dünyada olduğu kimi Azərbaycan ədəbiyyatının da müsbət və mənfi tərəfləri var. Bəri başdan deyim ki, bu olub, olur və olacaq. Əgər mən onun mənfi cəhətlərini qabarıq şəkildə üzə çıxarmaq niyyətində olsam, belə görünər ki, guya, onu islah etmək istəyirəm. Həqiqət belədir ki, ədəbiyyat dəniz kimi özü-özünü təmizləyir. Bəlkə də ədəbiyyat elə ona görə ədəbiyyatdı ki, onu xüsusi səliqə-səhmana sığışdırmaq olmaz. Biz orda səliqə-səhman yaratmaq istəsək, ümumi nizamı pozmuş olarıq. Ruminin sözü olmasın, çiçək gözəldir - arı ordan bal çəkir, ilan da zəhər. Bununla çiçəyin gözəlliyinə xələl gəlmir ki… Razılaşıb, razılaşmamaq mahiyyətə kölgə sala bilməz.Görünür ,ədəbiyyatın mayasında mənfiylə müsbətin –bu dualizmin ,gizlin kodlarının yaşı dünyanın özü qədər qədimdir. - Əgər Azərbaycan yazarlarının müəyyən bir antalogiyasını dərc eləməli olsaydınız və ora yalnız 5 şair və 5 yazıçı (müasirlərdən) daxil eləsəydiniz kimin əsərlərini seçərdiniz? - “Beş” rəqəmi müasir anlamda “əla” sözünün sinonimidir. Bu da əlaçılara verilən qiymətdir. Mənə, özünü Azərbaycan ədəbiyyatından imtahan götürən müəllim obrazını rəva görməyin. Çünki nə müəlliflərin, nə də onların yaradıcılığının qarşısına qiymət yazmaq kimi absurd bir işə imza atmaq niyyətim yoxdur. Bu qiyməti zaman özü verəcək. Sadəcə bir az səbrli olmaq lazımdır. Antologiya məsələsinə gəldikdə isə onu beş yazıçı arasında bölmək ədalətsizlik olardı. Bəlkə də onu beş kitaba, beş fəsilə sığışdırmaq mümkündü ,amma bu ayrı söhbətdir. - Sizə Türk dünyası hekayə müsabiqəsinin yekununda qalibiyyət arzulayırıq və belə bir sual: Sizcə qalib olsanız bu qalibiyyət sizdə nələri dəyişəcək? - Çox sağ olun,yaxşı arzudur. Elə sizin bu diqqətinizə layiq olmağın özü mənimçün xüsusi dəyər deməkdir. O ki qaldı nəyinsə dəyişib, dəyişməmək söhbətinə ,əgər insan həyatı düzgün yaşayırsa, onda bu həyatın güzgüsündə ancaq yaxşının əksini görəcək. Həyatda ona çatacaq mükafatların, töhfələrin ən qiymətlisi də elə budur. Ləyaqət-insanın özünün –özünə verdiyi ən böyük mükafatdır. Bu düsturdan kənar heç kəs ilahi hesablamalar aparıb, uğurlu sonluq əldə etmək fikrinə düşməsin. Mən bunu sizə yığcam şəkildə dedim. Amma əgər, dediklərimin bir qismini bədii formada oxucuya təqdim edə bilmişəmsə, deməli, mən bu həyat adlı müsabiqəni udmuşam. Məncə, elə bu qədər də bəsdir. Ps. Bu yaxınlarda Zakir Sadatlının Yaddaşımın Əfqanıstan yazıları romanından bir fəsli oxuculara təqdim edəcəyik. medeniyet
Küveyt İran səfirini Xarici İşlər Nazirliyinə çağırdı
İran edam və repressiyaları dərhal dayandırmalıdır- Hollandiya
Türkiyədə Cümhuriyyət Günü qeyd olunur
İran polisi daha bir bəlucu öldürdü
İsrail və ABŞ razılaşıb: İrana genişmiqyaslı hücum bərpa ediləcək
Türkiyədə ABŞ İran arasında görüş keçirilməsi təklif edilib
Iranda daha altı məhbus edam edilib
Netanyahu: İran heç vaxt olmadığı qədər zəifdir
İranın şəhər bələdiyyə sədri silahlı hücum nəticəsində öldürülüb
Biləsuvarda daşqın səkkiz kəndə ziyan vurdu
İranda iki Litva vətəndaşı həbs edilib
ABŞ İrana qarşı mümkün hərbi əməliyyat barədə Körfəz ölkələrini xəbərdar edib
Dövlət Bağçalı: Azərbaycan-Türkiyə qardaşlığı siyasi məsələlərdən üstündür
Culfalı müəllim kəşfiyyat idarəsində dindirilib
Misir husilərin hücumlarına qarşı Səudiyyə Ərəbistanına hərbi dəstək göstərilməsinə icazə verib
Küveyt Baş nazir müavininə sui-qəsd planı ittihamı ilə Iranla əlaqəli üç nəfəri edama məhkum edib – AFP
İranla atəşkəs vaxt itkisi idi - Tramp
Təbrizsə təqaüdçülər yenidən aksiya keçirdilər
Dəniz blokadası İranın ixracatını 23% azaldıb
Ocanda əfqanistanlılar həbs edilib
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
ABŞ diplomatlarını regiondan çıxarır
İranda daha səkkiz məhbus edam edildi
İranla bağlı Çin və Rusiya ilə əməkdaşlıq edirik- Tramp
Türkiyədə 13 ölkədən 33 şair və yazıçının iştirakı ilə görüş keçirilib: Güney Azərbaycanı təmsil edən şairlər Talasda
Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə hörmət etməyə çağırıb
Kürd partiyasının düşərgəsi vuruldu- SEPAH
İranın dəstəklədiyi terrorçuların Məkkə və Mədinəyə raket hücumu
ABŞ Türkiyə-Livan təklifinin mövcudluğunu təkzib edib: İranın dəstəklədiyi Hizbullah tərksilah olunmalıdır
Səkkiz aydır görüntü və səs yoxdur; İran rəsmiləri Müctəba Xamenei ilə görüşdüklərini bildirirlər
Iranda daha altı məhbus edam edilib
Reuters: Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır, İrandan on milyonlarla dollar alıb
BMT-nin İrandakı xüsusi məruzəçisi: Müharibə ölkədə repressiyaları daha da gücləndirib
İran agentlərinin ABŞ ərazisində olması ehtimalı yüksəkdir- New York Times
İranda hicaba görə daha on səkkiz iaşə obyekti bağlandı
Rusiyalı nüvə alimləri İrandan təxliyə edilib?
Urmiya gölünün son vəziyyəti açıqlandı
İranda daxili təyyarə biletləri 45 faiz bahalaşıb