İranda daha üç iaşə obyekti bağlandı
Urmiya komandası İran Voleybol Premyer Liqasında daha üç xal qazandı
Azərbaycan və Türkiyə XİN rəhbərləri görüşüb
Küveyt İran səfirini Xarici İşlər Nazirliyinə çağırdı
İranda daha 9 məhbus edam edildi
Ceyhun Bayramov Ankarada TDT XİN Şurasının iclasında iştirak edib
İran edam və repressiyaları dərhal dayandırmalıdır- Hollandiya
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana təbrik ünvanlayıb
Rəsmi Seul Hörmüz boğazına hərbi qüvvə göndərməklə bağlı ABŞ-la danışıqlar aparır
Ceyhun Bayramov Türkiyəyə səfər edib
Qəzvinli fəal həbs edildi
Türkiyədə Cümhuriyyət Günü qeyd olunur
Tramp İranla müharibəni çox qısa müddətdə başa çatdırmaq niyyətindədir
İran polisi daha bir bəlucu öldürdü
İran məhkəməsi daha bir bəhaiyə ağır həbs cəzası verdi
İsrail və ABŞ razılaşıb: İrana genişmiqyaslı hücum bərpa ediləcək
Türkiyədə ABŞ İran arasında görüş keçirilməsi təklif edilib
İran Əmək Nazirliyinin rəsmisi ilin sonunadək 1 milyon 400 min iş yerinin itirilməsi təhlükəsi barədə xəbərdarlıq edib
Əmirhüseyn Ağayi Təbrizdə həbs edilib
Güneyli fəal Mehrdad Qaderi Təbriz həbsxanasına köçürülüb
İranda illik inflyasiya 76,8 faizə çatıb: ərzaq məhsullarında kəskin bahalaşma
Küveyt İran səfirini çağırıb
Ramil Həsən Cevdet Yılmazla Azərbaycan-Türkiyə münasibətlərini müzakirə edib
ABŞ İsrailə daha çox “Patriot” hava hücumundan müdafiə sistemi göndərir
Sabah Ankarada TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək
Ermənistan parlamenti TRIPP layihəsi üzrə sazişi təsdiqləyib
Allahşükür Paşazadə: Dindarlar hər zaman dövlətimizin yanındadırlar, xaricdən gələcək hər bir təxribata cavab verməyə hazırıq
Iranda daha altı məhbus edam edilib
İrandan Azərbaycana külli miqdarda narkotik vasitənin keçirilməsinin qarşısı alınıb
Sulduzlu sosial media fəalı müvəqqəti olaraq sərbəst buraxılıb
Netanyahu: İran heç vaxt olmadığı qədər zəifdir
Tramp seçkilərdən sonra İrana zərbə endirilməsinin mümkün olduğunu bildirib
İranın şəhər bələdiyyə sədri silahlı hücum nəticəsində öldürülüb
ABŞ İranın Amerika hərbi gəmilərinin Hörmüzdən çıxması barədə bəyanatını təkzib edib
CNN: ABŞ İrana genişmiqyaslı hərbi zərbələr endirməyə hazırlaşır
Biləsuvarda daşqın səkkiz kəndə ziyan vurdu
Ərdəbilli fəal həbs edilib
İranda iki Litva vətəndaşı həbs edilib
ABŞ İrana qarşı mümkün hərbi əməliyyat barədə Körfəz ölkələrini xəbərdar edib
İraqlı etirazçılar: “İran, itlərini geri çək!” (Video)
İran işğalçı rejiminin Azərbaycan Respublikasında din və hicabı müdafiə etməsi, işğal altındakı Əhvazda isə sünnilərin və vilayəti-fəqihə tabe olmayan şiələrin toplantılarını qadağan etməsi və onları həbs etməsi arasındakı ziddiyyət!!
İranda Güneyli rejissor həbs və əmlakının müsadirəsi cəzasına məhkum edilib
Dövlət Bağçalı: Azərbaycan-Türkiyə qardaşlığı siyasi məsələlərdən üstündür
Rusiya və Gürcüstan arasında beş günlük müharibə başa çatsa da, nəticələri hələ uzun müddət müzakirə mövzusu olaraq qalacaq. Belə ki, prezident Mixail Saakaşvili qəfil müharibəyə başlamaqla Gürcüstanın itirilmiş torpaqlarını geri alma cəhdi sonda uğursuzluqla başa çatdı. Əvəzində əlində olan torpaqları da itirdi. Düzdür, müharibənin ilk günlərində müəyyən uğurlar olsa da, hərbi əməliyyatların sonrakı gedişi Saakaşvili siyasətinin uğursuzluğu ilə nəticələndi. Gürcüstan prezidentinin böyük ümidlər bəslədiyi ABŞ kimi fövqəldövlət belə hərbi əməliyyatların ilk günündə müharibənin başlanmasını düzgün olmayan addım adlandırdı. Belə fikirdə olanlar sırasında yüksək rütbəli NATO rəsmiləri, hətta ABŞ dövlət katibinin müavininin köməkçisi Metyu Brayza da oldu. Sonuncu açıq şəkildə bildirdi ki, Gürcüstan hərbi əməliyyatlara başlamaqla düzgün addım atmadı və özünü yaxşı qurulmuş tələyə saldı. Bunun ardınca isə prezident M.Saakaşvilinin apardığı siyasətin uğursuzluğunu gürcü siyasətçiləri də səsləndirməyə başladılar. Onların sırasında parlamentin keçmiş spikeri Nino Burcanadze də var. Ötən həftənin sonunda sensasion bir bəyanat səsləndirən eks-spiker ölkə rəhbərliyinin onun 43 sualına cavab verməsi tələbi ilə çıxış edib. Eks-spiker ilk olaraq tələb edib ki, hakimiyyət nə üçün Rusiya ilə hərbi münaqişənin qarşısını ala bilməyib. "Nə üçün Tbilisi Moskvanın təxribatlarına uyaraq hərbi əməliyyatlara başladı? Hərbi əməliyyatlar hansı əsasla başladı?" - deyə spiker sual verib. N.Burcanadze, həmçinin Cənubi Osetiyanın gürcü əhalisinin münaqişə zonasından vaxtında çıxarılmamasının səbəblərini də prezident M.Saakaşvilidən soruşub. O xatırladıb ki, parlamentin indiki sədri David Bakradze hərbi əməliyyatlar zamanı partizan müharibəsini başlamaq barədə çağırış edib. Bunun ardınca isə qoşunlara geri çəkilmək əmri verilib. Nəhayət o, hakimiyyət dairələrindən müharibədə məğlub olub-olmadıqlarını etiraf etmələrini istəyib: "Baş verənlərə görə məsuliyyət kimin üzərinə düşür?". Gürcü leyboristlərinin lideri Şalva Natelaşvili isə ölkə rəhbərliyinin Ermənistan rəhbərliyi ilə sıx əlaqələr qurmasını kəskin tənqid edib. Mətbuat konfransı keçirən müxalifətçi Gürcüstanla Ermənistan arasında Acarıstandan keçməklə inşa ediləcək Yerevan-Batumi avtomobil yolunun tikintisinə qarşı çıxıb. O, bunu Cənubi Otsetiyadakı Roks tunelinə oxşadıb. Onun sözlərinə görə, belə bir yolun tikintisi növbəti separatizmə yol aça bilər. Bəlli olduğu kimi, hərbi əməliyyatların qızğın vaxtında gürcü KİV-i ölkə ərazisini bombalayan rus təyyarələrinin məhz Ermənistandan havaya qalxdıqları barədə dəfələrlə faktlar ortaya qoyublar. Lakin rəsmi Tbilisi bir dəfə də olsun onlara reaksiya vermədi. Ş.Natelaşvili onu da əlavə edib ki, avqust hadisələri zamanı Ermənistan prezidenti Sery Sarkisyanın tutduğu mövqe kəskin qiymətləndirilməlidir: "Sxinvali yaxınlığında gürcü əsgərlərinin meyidləri yollara düzüldüyü vaxt Sery Sarkisyan Rusiya prezidenti Dmitri Medvedyevlə badə qaldırırdı". Ən maraqlısı isə odur ki, Gürcüstan prezidenti hərbi əməliyyatlar zamanı onun ölkəsinin ərazisini bombalamağa icazə verən bir ölkənin prezidentini Gürcüstana dəvət edir və onu "Şərəf" ordeni ilə mükafatlandırır. Danışıqlarda Gürcüstan prezidenti bir dəfə də olsun qeyd olunan məsələyə toxunmur, əksinə, iki ölkə arasında dostluq və mehribançılıq, eləcə də strateyi münasibətlərdən dəm vurur. Halbuki Gürcüstan blokada şəraitində olanda ona dəstək verən ölkə Ermənistan yox, məhz Türkiyə və Azərbaycan oldu. Hər iki ölkə özünün quru və hava yolları vasitəsilə Gürcüstana zəruri vasitələr çatdırmaqla əvəzsiz köməklik göstərmiş oldular. Lakin Gürcüstan prezidenti bu barədə bir kəlmə də olsun danışmır. Rusiya ilə Gürcüstan arasında qısamüddətli müharibə nəticəsində bir sıra mətləblər tam açıqlansa da, arxa planda gizlədilmiş bəzi qaranlıq məqamlar hələ də diqqətdən kənarda qalmaqdadır. Bəlli olduğu kimi, uzun illərdir ermənilər dənizdən-dənizə xülyası ilə yaşayır, Xəzər dənizi ilə yanaşı Qara dənizə çıxış əldə etmək istəyirlər. Gürcüstanın Cavaxetiya bölgəsində yaşayan ermənilərin muxtariyyət tələbi ilə mübarizə aparmaları da bu arzuya xidmət edir. Belə ki, regional siyasətlə məşğul olan ekspertlər ermənilərin "muxtariyyət tələbləri"nin arxasında onların Cavaxetiya dəhlizi ilə Acarıstana çıxmaq və burdan Qara dənizə qovuşmaq məqsədləri dayandığını dəfələrlə vurğulayıblar. Son hadisələr də göstərir ki, ermənilər Gürcüstandakı vəziyyətdən istifadə etməklə Qara dənizə çıxmaq istiqamətində fəaliyyətlərini daha da aktivləşdiriblər. Erməni mətbuatı Batumi limanı ətrafında baş verən hadisələri çox həssaslıqla izləməyə başlayıb. Bu da anlaşılandır: Ermənistan həm dünya, həm də Rusiya ilə bağlantıları məhz Batumi üzərindən həyata keçirirdi. Rusiyanın hərbi əməliyyatları üzündən hazırda Batumi terminalında Ermənistana məxsus 1800 ton benzin, xeyli miqdarda taxıl və başqa ərzaq məhsulları yığılıb qalıb. Belə bir versiya möcuddur ki, Rusiyanın Gürcüstana hücumu zamanı ermənilər Cavaxetiya tərəfdən hərbi əməliyyatlara qoşulmalı, Marneulini ələ keçirərək Batumiyə çıxmalıymışlar. Sadəcə olaraq son anda rus hərbi elitası bu prosesin reallaşmasına imkan verməyib. Amma proseslər başa çatmayıb və ermənilərdən də hələ çox şey gözləmək mümkündür. Onu da qeyd edək ki, Rusiyanın hərbi təcavüzü ərəfəsində və hərbi əməliyyatların gedişində istər Gürcüstandakı ermənilər, istərsə də Ermənistandakı siyasi qüvvələr Rusiyaya rəğbət nümayiş etdiriblər. Rəsmi Yerevan xalqların öz müqəddəratını təyinetmə hüququna hörmətin vacibliyinə diqqəti çəkmiş, müxalifətin lideri Levon Ter-Petrosyan isə Rusiyanın osetin xalqını "genosid"dən xilas etdiyini vurğulamışdı. Azər NURİYEV kaspi
Küveyt İran səfirini Xarici İşlər Nazirliyinə çağırdı
İran edam və repressiyaları dərhal dayandırmalıdır- Hollandiya
Türkiyədə Cümhuriyyət Günü qeyd olunur
İran polisi daha bir bəlucu öldürdü
İsrail və ABŞ razılaşıb: İrana genişmiqyaslı hücum bərpa ediləcək
Türkiyədə ABŞ İran arasında görüş keçirilməsi təklif edilib
Iranda daha altı məhbus edam edilib
Netanyahu: İran heç vaxt olmadığı qədər zəifdir
İranın şəhər bələdiyyə sədri silahlı hücum nəticəsində öldürülüb
Biləsuvarda daşqın səkkiz kəndə ziyan vurdu
İranda iki Litva vətəndaşı həbs edilib
ABŞ İrana qarşı mümkün hərbi əməliyyat barədə Körfəz ölkələrini xəbərdar edib
Dövlət Bağçalı: Azərbaycan-Türkiyə qardaşlığı siyasi məsələlərdən üstündür
Culfalı müəllim kəşfiyyat idarəsində dindirilib
Misir husilərin hücumlarına qarşı Səudiyyə Ərəbistanına hərbi dəstək göstərilməsinə icazə verib
Küveyt Baş nazir müavininə sui-qəsd planı ittihamı ilə Iranla əlaqəli üç nəfəri edama məhkum edib – AFP
İranla atəşkəs vaxt itkisi idi - Tramp
Təbrizsə təqaüdçülər yenidən aksiya keçirdilər
Dəniz blokadası İranın ixracatını 23% azaldıb
Ocanda əfqanistanlılar həbs edilib
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
ABŞ diplomatlarını regiondan çıxarır
İranda daha səkkiz məhbus edam edildi
İranla bağlı Çin və Rusiya ilə əməkdaşlıq edirik- Tramp
Türkiyədə 13 ölkədən 33 şair və yazıçının iştirakı ilə görüş keçirilib: Güney Azərbaycanı təmsil edən şairlər Talasda
Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə hörmət etməyə çağırıb
Kürd partiyasının düşərgəsi vuruldu- SEPAH
İranın dəstəklədiyi terrorçuların Məkkə və Mədinəyə raket hücumu
ABŞ Türkiyə-Livan təklifinin mövcudluğunu təkzib edib: İranın dəstəklədiyi Hizbullah tərksilah olunmalıdır
Səkkiz aydır görüntü və səs yoxdur; İran rəsmiləri Müctəba Xamenei ilə görüşdüklərini bildirirlər
Iranda daha altı məhbus edam edilib
Reuters: Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır, İrandan on milyonlarla dollar alıb
BMT-nin İrandakı xüsusi məruzəçisi: Müharibə ölkədə repressiyaları daha da gücləndirib
İran agentlərinin ABŞ ərazisində olması ehtimalı yüksəkdir- New York Times
İranda hicaba görə daha on səkkiz iaşə obyekti bağlandı
Rusiyalı nüvə alimləri İrandan təxliyə edilib?
Urmiya gölünün son vəziyyəti açıqlandı
İranda daxili təyyarə biletləri 45 faiz bahalaşıb