SON XƏBƏRLƏR

Rusiya Ukraynada “Timoşenko kartını” oynayır

2021.10.20, 07:36
Rusiya Ukraynada “Timoşenko kartını” oynayır

Gunaz.tv
Rusiya Ukraynada “Timoşenko kartını” oynayır Oktyabrın 2-də Ukraynanın Baş Naziri Yuliya Timoşenko Moskvaya səfər edərək Rusiyalı həmkarı Vladimir Putinlə görüşdü. İki baş nazir arasında müzakirələrin əsas mövzusu Rusiya-Ukrayna ticari-iqtisadi münasibətlərindəki problemlər və yeni inkişaf imkanları idi. Müzakirlər vaxtı və sonrasında verilən açıqlamda Putin Ukrayna ilə ticarət dövriyəsinin son bir ildə 54 faiz artaraq 25,1 milyard dollara çatdığını qeyd etdi və iki ölkə arasında potansial imkanı 5 milyad dollar olan sərbəst iqtisadi zonanın yaradılmasının təklif etdi. Putin Ukrayna rəhbərliyinin xarici siyasət kursundan narazılığını ifadə etsə də, Ukrayna ilə münasibətlərin daha da inkişaf etdirilməsini istədiklərini, başda Qara dəniz donamasının statusu olmaq üzrə bütün siyasi problemlərin müzakirələr yolu ilə həllini istədiklərini vurğuladı. Putin Ukraynanın Gürcüstana silah satmasından narahat olduqlarını, üstəlik bu silahların savaş dövründə Ukraynalı mütəxəssilər tərəfindən idarə olunduğuna dair məlumatlar aldıqlarını, bunun təsdiqlənməsi halında cavabdehlərin cinayət işlədiklərinin ortaya çıxacağını açıqladı. Timoşenko isə iki olkə arasındakı rekord həcmdəki ticarət dövriyəsinin Rusiyanın Ukraynanın mütləq strateji tərəfdaşı olduğunu ortaya qoyduğunu, müxtəlif beynəlxalq siyasi və iqtisadi problemlərə baxışdakı fərqliliklərə baxmayaraq, Moskva və Kiyev arasındakı münasibətlərin daha da yaxşılaşmasını istədiklərini vurğuladı. Rusiyanın Ümumdünya Ticarət Təşkilatına üzvülüyünə dəstək verəcəklərini və əlavə problem cıxarmayacaqlarını vəd edən Timoşenko iki ölkə arasında 11 mövzuda əməkdaşlığın prioritet olduğunu, müzakirələrdə aviasiya və kosmik raket sənayisi sahələrində əməkdaşlıq üçün konkret addımlar atıldığını bildirdi. Ukraynanın Gürcüstana silah satışı iddiasına da toxunan Ukrayna baş naziri bu məsələnin doğruluğunun parlament tərəfindən araşdırldığını qeyd etdi. Ukraynada silah satışının prezident və Təhlükəsizlik Şurasının səlahiyyətində olduğunu və hökümətin bu işlə əlaqəsinin olmadığını vurğulamayı da unutmayan Timoşenko məsələyə daha açıq münasibətin ancak iddia subut olunduqdan sonra nümayiş etdirilə biləcəyini qeyd etdi. Qarşılıqlı xoş niyət və əməkdaşlıq çağrışlarının səsləndirildiyi Putin-Timoşenko görüşünün ən mühüm nəticəsi isə tərəflər arasında daimi böhran mənbəyi olan enerji sahəsində yeni əməkdaşlıq müqaviləsinin imzalanması oldu. Görüşdən sonraı mətbuat konfransında Timoşenko imzalanan müqavilənin iki əsas prinsipə dayandığıını vurquladı. Onun açıqlamasına görə, əvvəla tərəflər 1 yanvar 2009-cu il tarixdən etibarən Qazpromun Ukraynaya qaz ixracatını Ukraynanın dövlət şirkəti Naftoqaz vasitəsiylə birbaşa əlaqə ilə həyat keçirilməsində razılaşdıqlarını qərarlaştırdılar. Xatırladaq ki, daha əvvəl Qazprom şirkərinin Naftoqaz şirkətinə qazı vasitəçi şirkət istifadə edərək satması böhrana səbəb olmuşdu. İkiincisi, tərəflər Rusiyanın Ukarynaya satacağı qazı nqiymətinin 3 il ərzində mərhələli olaraq beynəlxalq bazar qiyməti səviyyəsində çatdırılması barasində razılığa gəldilər. Xatirladaq ki, Qaz ehtiyacının 75 faizini Rusyadan təmin edən Ukrayna 2008 ilin üçün Rus qazının 1000 m³-na 179 dollar ödəyir. Rus rəsmilərin 2009-cu ildən Ukraynaya qazı beynəlxalq bazar qiymətlərindən satılacağını açıqlaması Ukrayna rəsmiləri tərəfindən ölkə iqtisadiyata endiriləcək şok zərbə olaraq qiymətləndirilməkdəydi. Belə ki, Qazpromun Prezidenti Aleksey Miller Timoşenkonun Moskva səfərindən bir gün əvvəl, yəni 1 Oktyabrda Avropaya satılan qaz qiymətinin 500 dollara yüksəldiyini elan etdi. Rəsmi Kiyevin 2009-cu ildəki ölkə büdcəsində Rus qazının 1000 m³-na 250-260 dollar ödənməsi nəzərdə tutduğu və Rusyadan asılılığın böyüklüyü bəzərə alındığında aradadakı qiymət fərqinin Ukraynaya, yəni ekonomidən məsul Baş nazir Timeşenkoya böyük problemlər yaradacağı açıqdır. Bu çərçivədə Putin-Timoşenko görüşündə əldə edilən razılaşma həm Ukrayna həm də Timoşenko üçün böyük önəm daşımaqdadır. Ancaq yeni qiymətin nə olacağının imzalanan memorandumla ortaya qoyulmamış olması və bunun üçün yeni bir müqavilə imzalanacağının açıqlanması razılaşma ilə bağlı müəyyən sual işarələri yaratmaqdadır. Hələ Timoşenkonun səfər öncəsində Qazprom Ukraynanın 2009-cu ildə 1000 m³ qaz üçün 400 dollar ödəməsinini istədiyini açıqlmışdı. Qazpromun Avropaya satdığı qazın 80 fazinin keçdiyi Ukrayna isə qazı daha ucuz qiymətə ala biləcəyini və bunun üçün təhlükəsiz və kəsintisiz tranzit zəmanəti, münasib keçiş qiymətləri və ölkədəki qaz ambarlarının saxlama potansiyalının münasib bazarlıq kartları olduğunu hesaplamaqdadır. Elə Moskvada imzalanan müqavilədə Ukraynanın bu imkanlarının istifadəsində əməkdaşlığın önəminin vurqulanmasını da bu çərçivədə dəyərləndirmək mümükündür. Timoşenkonun səfərin Ukraynada növbəti siyasi böhranın baş verdiyi dövrdə həyata keçməsi isə diqqətlərdən qaçmadı. Xatırladaq ki, Ukrayndada hələ 2000-ci illərin başından eibarən siyasi böhranlara səbəb olan hakimiyyət mübarizəsi 2004-cü ildəki “narinci inqilabdan” sonra daha da kəskinləşmişdir. Ukrayna siyasətçilərinin siyasi böhrandan çıxış yolu kimi iki dəfə növbədən kənar parlament seçkiləri keçirməsi isə problemi həll edəbilməmişdir. Son olaraq sentyabr ayında prezident Viktor Yuşenko ilə parlament arasında yaranan münaqişə Yuliya Timoşenkonun “Bizim Ukrayna” bloku ilə birlikdə qurduğu “narıncılar hökümətinin” dağılmasına gətirib çıxarmışdır. Prezident Yuşenko konstitutsiyaya görə qanuni vaxt içində, yəni oktaybrın 12-sinə qədər yeni hökümətin qurulmaması halında Radaya yeni seçkilər keçiriləcəyini elan etmişdir. Beləliklə Ukraynanın növbəti siyasi böhranı yaşadığı və bunu həll etmək üçün növbədən kənar parlament seçkiləri keçirilməsi yenə gündəmə gəlməyə başlamışdır. Ukraynada növbəti siyasi böhranın yaranmasında prezident seçkiləri və Rusiya amili əsas rolu oynamışdır. Bunlardan birincisi daxildə siyasi hakimiyətin əsas funksiyalarını özündə cəmləşdirən president kürsüsünün ələ keçirilməsidir. 2010-cü ildə keçiriləcək növbəti prezident seçkisi ölkə daxilindəki əsas iddiaçılar arasında siyasi mübarizəni daha da kəskinləşdirmiş və siyasi arenada yeni ittifaqları gündəmə gətirmişdir. Belə ki, narincı inqilabçılardan Timişenko keçmiş müttəfiqi prezident Yuşenkoya qarşı Bölgələr Partiyası lideri və keçmiş rəqibi Viktor Yanukoviçlə parlamentdə birlikdə hərəkət etməyə başlamışdır. Hətta bu ikilinin yeni höküməti də birlikdə quracağına dair xəbərlər belə gündəmə gəlmişdir. Bunun əvəzində isə Ukrayna prezidentinə tabi təhlükəsizlik orqanları Baş nazir Timoşenkonun Yuşenkonun zəhərlənməsi hadisəsiylə bağı istintaqa cəlb edilərək ifadə verməsini təmin etdilər. Ukraynada siyasi böhranın yaranmasında ənənəvi təsiri oladuğu yaxşı bilinən Rusiya amilinin son hadisələrdə də xüsusi rolu olduğu həm müstəqi müşahidəşilər, həm də Yuşenko tərəfdarları bildirməkdir. Rəsmi Moskvanın Ukraynada narinci koaliyadan uzun müddət narahat olduğu buna qarşı “Yanukoviç kartını” və enerji amilini istifadə etdiyi yaxşı məlumdur. Gürcüstana müdaxiləsinə Qərbin cılız və nəticəsiz reaksiyasından da həvəslənən Kreml rəhbərliyi Ukraynada əleyhinə olan stratejik tarazlığı öz lehinə dəyişmək üçün əlverişli vaxtın gəlib çatdığını düşünür. Daha əvvəlki siyasi proseslər sonucunda Ukraynadakı güclər tarazlığında Yuşenko-Timoşenko tandeminin Yanukoviç-Simoneko (Ukrayna Komunistlərinin lideri) tandemindən güclü olduğunu görən rəsmi Moskva “narıncı koalisyanın” pozulması istiqamətində bir müddətdən bəri müəyyən addımlar atmaqdaydı. Əvvəlcə Yuşenko üzərindən “narincı tandemi” parçalama və onu Rusiyanın yanına çəkmə taktikası işə salınsa da bu addım uğurlu sonuç verməmiş, Ukrayna prezidenti aprel 2008-dəki NATO üzvülüyü tələbi ilə Qərblə strateji müttəfiqlik məsələsində qərarlı olduğunu göstərmişdi. Yenə Buş admistirasiyasının prezident seçkilərində Yuşenkoya dəstəkləyəcəyinin işarələrini verməsi (ABŞ-dakı prezident seçkilərindən sonra bu mövqenin dəyişməsi mümkündür) rəsmi Moskva üçün Timoşenko amilini gündəmə gətirmişdir. Prezident olma növbəsinin ona gəldiyini düşünən Timoşenko isə daxildə Yanukoviç amilinə, xaricdə isə Rusiya amilinə investitsya qoymağa başlamışdır. Rusiyanın bir zamanlar axtarış elan etdiyi “narıncı ledi” ilə isti münasibətləri, eləcə də daha əvvəl hər fürsətdə rəsmi Moskvanı imperya maraqları güdməkdə günahlandıran Timoşenkonun “Rusiya məhəbbətinin” nə qədər strateji xarakterli və uzun müddətli olacağını indidən demək çox çətindir. Ancaq görünən odur ki, Rusiya və Timoşenko arasındakı qurulmaya başlayan isti münasibətlər mövcud şərtlərdə rəsmi Moskvaya narıncı koalisiyadakı ixtilafları dərinləşdirmə, iqtisadi və sosyal məsələlərdən məsul Baş Nazir Timoşenkoya isə siyasi maliyətini prezident seçkilərində ödəyəbiləcəyi enerji böhranından xilas olma imkanı verməkdədir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar