İranda qatar biletlərinin də qiyməti artdı
İranın etnik qrupları güc balansını dəyişə bilər – RƏY
ABŞ İran milli komandasının məsullarına viza vermədi
İranda manat bahalaşdı
Küveyt İranın hücumlarını suverenliyin pozulması kimi qiymətləndirib
“Rosneft” rəhbəri: İran müharibəsindən ən çox ABŞ neft şirkətləri faydalanır
ABŞ Küveytə 1,98 milyard dollarlıq antidron sistemlərinin satışını təsdiqləyib
İranda məişət texnikasının qiyməti yenidən artdı
Bəhreyn İranın Bəhreyn və Küveytə raket hücumlarını qınayıb
Elyar 27 günlük hüquqi mübarizədən sonra doğum haqqında şəhadətnamə ala bilib
ABŞ mayda Hörmüz boğazından 100-dən çox gəminin keçməsinə kömək edib
Azərbaycanlı vəkilə qarşı yeni ittiham irəli sürülüb
İrandan Azərbaycana keçməyə cəhd göstərən əcnəbilər saxlanılıb
KİV: Uitkoff və Kuşner nüvə mütəxəssisləri ilə görüşüblər
Tramp: İran raket arsenalının təxminən 22 faizini qoruyub saxlayıb
“Fitch”: Azərbaycanın strateji valyuta ehtiyatları 2026-cı ildə 93 mlrd. dollara çatacaq
İran, Rusiya və Çin nümayəndələri Qrossi ilə görüşüb
Tramp: ABŞ yaxın vaxtlarda İranla müharibəni saziş və ya sərt üsullarla başa çatdıracaq
ABŞ İranın hərbi hədəflərinə zərbələr endirib
Təbrizdə qadın məhbus edam edilib
ABŞ İranın Bəhreyn və Küveytə atdığı raketləri zərərsizləşdirib
Livan prezidenti İranın müdaxiləsinə sərt reaksiya verdi
ABŞ İranın maye qaz satış şəbəkəsinə qarşı yeni sanksiyalar tətbiq etdi
ABŞ İran milli futbol komandasının oyunçularına viza verdi
Ukrayna pilotsuzu Rumıniyada partladı; NATO narahatdır
Azərbaycan metan emissiyalarının azaldılması üçün geniş proqram həyata keçirir
Millət vəkilləri nazirin impiçmentini tələb edirlər
İran məhkəməsi daha bir etirazçı barədə ölüm hökmü çıxardı
Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Baraka hücumundan sonra nüvə riskləri barədə xəbərdarlıq edib
XİN "İsrail ordusunun Azərbaycanda yerləşdirilməsinə" münasibət bildirdi
Məhəbbət şairi Müşfiqin doğum günüdür
Keçmiş baş nazir xəstəxanaya köçürülüb
Rumıniyanın Konstansa limanında PUA partlayıb
XİN: Azov dənizində 25 Azərbaycan vətəndaşının olduğu iki xarici yük gəmisinə dron hücumu edilib, 5 vətəndaşımız həlak olub
Urmiya vilayətində yerləşən Quluncu kəndinin bələdiyyəsi kəndin tarixi türkcə yer adlarını bərpa edib
Maku sakini Naci Şərifi Zindəşti ilə Maku Azad Ticarət Zonasının baş direktoru arasında baş tutan görüşü ifşa etdiyinə görə saxlanılıb
Türkiyə ordusu “İHA-230” hipersəs ballistik raketlərinin ilk partiyasını təhvil alıb
Araz Əmani Nadarli Təbriz Mərkəzi Həbsxanasına köçürülüb
ABŞ blokadasından sonra İraqın Ümm Qəsr limanı İran üçün yeni tranzit mərkəzinə çevrilib
İran parlamenti sədrinin müavini Bab əl-Məndəb boğazını bağlamaqla hədələyib
İranda xidmət idxalı rekord həddə çatıb, mal idxalı isə kəskin azalıb
İsrail müsadirə etdiyi silahları İran kürdlərinə ötürüb - Media
ABŞ blokadasından sonra İranın neft ixracı kəskin azalıb
Redaksiya qonağı rubrikasında növbəti müsahibimiz tanınmış şairimiz Məmməd Aslandır. Əslində biz Məmməd müəllimlə bu müsahibəni hələ yayın əvvəllərində eləmək fikrində idik, sadəcə, şairin səhhətinin əl verməməsi və uzun müddət rayonda qalması bu arzumuzu gerçəkləşdirməyə imkan vermədi. Şairi baş redaktorumuz Enes Cansever qarşıladı və bu zamana qədərki redaksiya qonaqları ilə görüşlərimiz haqqında qısa məlumat verdi. Bu layihəni Yazıçılar Birliyinin sədri Anarla başladığımızı eşidən Məmməd Aslan çox məmnun oldu. Anar ədəbiyyatımızın pasportudur - İstəyən qəbul eləsin, istəyən eləməsin, bu bir həqiqətdir ki, Anar ədəbiyyatımızın pasportudur. O, bizi ölkəmizdə də, dünyada da ən gözəl şəkildə təmsil edən yazıçımızdır. Amma təəssüflər olsun ki, son dövrlərdə bu cür ziyalılarımıza qarşı hücum kampaniyasını həyata keçirənlər meydana çıxıblar. Bütləri qırırlar, dədə qoymurlar, dahilərə divan qururlar. Adam bir az ar eləyər, bir özünə, bir də haqqında danışdığına baxar. Kim kimi ittiham edir? Artıq Füzuliyə də söz atırlar. Füzulini ittiham edirlər ki, filan xanın xanımına şeir yazıb. Mən özüm 40-a yaxın xanıma şeir yazmışam. Xəstə-zad deyiləm ki... Füzuli Şərqin böyük söz ustasıdır, onun qəzəllərini dəvə üstündə yollarda dinləyirdilər. Bu gün çalışırlar ki, harada bir milli-mənəvi dəyərimiz varsa, qeyrətli adamlar varsa, onu qaralasınlar. Bu cür adamların işi goreşənlikdir, nə ölüyə rahatlıq verirlər, nə diriyə. Türk dönəri, kürd pendiri - Məmməd müəllim, yaşı 40-50 arasında olan vətəndaşlarımız Türkiyə ədəbiyyatını, Türkiyə sevgisini sizin hazırladığınız və yazdığınız kitablardan öyrənirlər. “İki zirvə”, “Həyat suyu” kitabları ilə türk ədəbiyyatını öyrənmişik, “Ərzurumun gədiyinə varanda” kitabı ilə böyümüşük. Yəni bizim yaşlı nəslinin təsəvvüründəki Türkiyə anlayışının formalaşmasında sizin müstəsna rolunuz var. Bu sevgi bu istək sizə haradan gəldi? - Nə qədər təkrar deyilmiş olsa da, yenə söyləyim ki, biz eyni xalqıq. Bu gün Bakının küçələrində danışanda deyirlər ki, türklər gəldilər, türklər getdilər, türklər belə etdilər. Mən də soruşuram: bəs sən özün kimsən, türk deyilsənmi? Uzun müddət qəzetdə, televiziyada işləmişəm və heç zaman “türklər” ifadəsini işlətməmişəm, sadəcə, Anadolu türkləri, Azərbaycan türkləri, Orta Asiya türkləri demişəm. Bizim kökümüz birdir, sadəcə, coğrafiyamız fərqlidir. Bir dəfə maşınla Yevlaxa tərəf gedirdik, yanımdakı dostlarımızdan biri dedi ki, bu Türkiyədən gələn yük maşınlarından birini saxla, oturaq, bir tikə çörək yeyək. Danışaq, hal-əhval tutaq... Mən də onun dediyi kimi elədim. Bir maşının qarşısına yeriyib əl elədim, saxladı, onları yeməyə dəvət elədim. Sən demə, bu marşrutun briqadiri də orada imiş. Təklifimi qəbul elədilər və yol kənarında yeməkxanada oturub, Allah verəndən yeyib-içdik. Bu zaman türkiyəli qardaşlarımızdan biri dedi ki, qoy gedim maşında bir az kürd pendiri var, onu gətirim. Mən də təəccübümü gizlətmədim, dedim ki, qoyun pendiri olar, mal pendiri olar, kürd pendiri nədir? Bu gün küçələrimizdə bir tərəfdə yazırlar toyuq dönəri, o biri tərəfdə yazırlar türk dönəri. Nə qədər məntiqsiz, anlamsız ifadədir. O Kəlbəcər, o Kəlbəcər... - Kəlbəcər yuxunuza girirmi? - Heç yuxumdan çıxırmı, gözlərimin önündən gedirmi? “Şuşa Qarabağın üzük qaşıdır” deyirlər. Özü də bir qayanın başında yerləşir. Kəlbəcərdə 5 min elə qaya üstü var idi. 550 Turş su bulağı qaynayıb axırdı, altında qızıl mədənləri vardı Kəlbəcərin, zəngin mineralları, inşaat materialları vardı. Kəlbəcər mənim üçün bir özgə dünya, bir özgə aləm, bir özgə həsrətdir. Bir bayatı var: Ay aşanda, Gün doğar ay aşanda, Səni gördüm də güldüm, Mən handa, gülmək handa? Kəlbəcər təkcə sərvəti ilə, təbiəti ilə deyil, insanı ilə də gözlərimin önündədir. Şücaət vardı, Bəhmən vardı, Dədə Şəmşir vardı, heç biri gözlərimin önündən getmir. Aşıq şeirimizin ustadı Ələsgərin şeirlərinin 90 faizindən çoxu Kəlbəcərdə maya tutub. Kəlbəcər mənim üçün abır-həya, ismət örnəyi kimi qalıb. Bir şeirimdə belə deyirəm: O Kəlbəcər qayıtmaz, qayıtsa, yüz Kəlbəcər. - Məmməd müəllim, siz ilk dəfə “tərcümə etdi” ifadəsi əvəzinə, “uyğunlaşdırdı” sözü işlətmisiniz. - Bəs başqa nə deyəydim ki? Kitablara baxırdım, görürdüm ki, Anadolu türkcəsindən şeirlər, hekayələr bizim dilimizə uyğunlaşdırılıb. Hamısının da qarşısından yazıblar ki, tərcümə edəni filankəs. Ay balam, sən bunun şəkilçisini dəyişmisən, buna tərcümə demək olmaz axı? Ona görə də “uyğunlaşdırdı” ifadəsini seçdim. Rəhmətlik İsmayıl Şıxlı da mənə dedi ki, 30-cu illərdə də bu ifadə işlədilib. Biz türk, onlar türk. Türk dilindən türk dilinəmi tərcümə edirik? Bu, sadəcə, uyğunlaşdırmadır, Anadolu türkcəsindən Azərbaycan türkcəsinə uyğunlaşdırma. Məmməd İsmayılla gizli gəzinti - Mən uşaqlıqdan türk adının vurğunuyam. Bir dəfə Məmməd İsmayılla bir-birimizə qoşulub dedik ki, gedək Türkiyə səfirliyinin həndəvərində dolaşaq, görək bir nəfər türkiyəli ilə görüşüb kəlmə kəsə bilərikmi? Getdik və səfirliyin ətrafında dolaşarkən iki nəfərin Türkiyə türkcəsində söhbət elədiyini eşitdik. Az müddətdə söhbətimiz alındı və oturub dərdləşə bildik. Gördük ki, nə qədər doğma, nə qədər yaxın insanlarıq bir-birimizə. - Məmməd İsmayıl dediniz, professor Tofiq Hacıyevin “Üç Məmmədin biri Araz, biri Aslan, biri İsmayıl” məqaləsi yadıma düşdü. - Həqiqətən də, o məqalə çap olunduğu andan az qala bir hadisəyə çevrildi. Çox səmimi, sevgi ilə yazılmış yazı idi, təhlillər də o qədər gözəl və ürəkaçıcı idi ki, başqa söz demək istəmirəm. Sadəcə, o vaxt da, elə indi də Tofiq müəllimə təşəkkürümü bildirirəm. Türkiyəyə ilk səfər - Məmməd müəllim, ilk dəfə Türkiyəyə nə vaxt getmisiniz? - Heç yadımdan çıxmaz: 1983-cü il, avqustun 19-u idi. Təyyarə ilə Türkiyəyə uçurdum. Aşağı baxdım və bir anlığa heyrətdən dondum. Gördüm ki, göy qübbəsi yerdədir. Sonra anladım ki, biz Qara dənizin üstündən uçuruq və göy qübbəsinin əksi sularda görünür. Çox gözəl mənzərə idi. Özümə söz verdim ki, bir yazı yazım, adını da qoyum “İkiləşən göy qübbəsi”. Onda 43 yaşım vardı və o səfərimlə Türkiyədə 43 gün gəzdim. Türkiyəni çox sevirəm. Sadə insanlarını, zəhmətkeş, fədakar vətəndaşlarını çox sevirəm. Bu zamana qədər Türkiyə haqqında çox kitablar, yazılar yazdım, amma bu qardaş ölkə haqqında xoşa gəlməyən bircə kəlməni belə qələmimə almadım. Türkiyənin mədəniyyəti də böyükdür, insanı da, bütün ölçüləri də. Mən Türkiyənin o üzünü çox sevdim, onunla fəxr elədim. Amma indi o böyük kişilərin cır nəvələri ortaya çıxıb elə əcaib mahnılar oxuyurlar, elə danışırlar ki, bilmirsən nə deyəsən. Biz sevginin ülviliyini, gözəlliyini başqa cür qəbul eləmişik, indi isə bir gənc “Kahr olasan seni, Allah seni kahr elesin, ay filan” deyə-deyə elə sərsəm şeylər oxuyur ki, adamın əti tökülür, əsəbiləşməyə bilmirsən. Avropanı təqlid eləməyə başlayıblar, eyni şey burada da görünməkdədir. İstanbulda bir toplantıda belə demişdim: “O günkü həsrət bugünkü vüslətdən daha şirindir”. Bir xatirəmi də söyləyim sizə: bir dəfə Çanaqqalada dostumla gəmiyə minib bu sahildən o sahilə keçirdik. Birdən çiynimə bir əl qondu. Dönüb baxdım, 40-45 yaşında bir adam idi: “Əfəndim, siz Məmməd Aslanmısınız?” deyə soruşdu. Təəccüblə: “Bəli”, - dedim, - “Haradan bildiniz?” O, köksünü ötürdü: “Əfəndim, bizi məhv etdilər, televizionlar, qəzetələr əxlaqımızı çeyneyir. Siz isə milli dəyərlərimizi təbliğ edirsiniz. Türk dünyasının gözəlliklərini yayırsınız”. Doğrusu, Türkiyə vətəndaşının məni bu cür tanıması və gördüyüm işləri təqdir etməsi xoşuma gəldi. - Məmməd müəllim, siz heç zaman siyasətlə məşğul olmamısınız. Amma həyatınızda çox ciddi və qətiyyətli bir addım var. Xatırlayırsınızsa, yazıçıların qurultayında... - Hə, yaxşı yadımdadır, rəhmətlik Heydər Əliyev o qurultaya qonaq gəlmişdi. Salonda camaatın arasında oturmuşdu. O dövrdə Heydər Əliyevin əleyhinə danışanlar çox idi. Çünki Moskvadan vurulub gəlmişdi. Nə qədər tərəddüd eləsəm də, vicdanım susmadı, Anar müəllimə balaca məktub göndərdim ki, Heydər Əliyevi Rəyasət Heyətinə dəvət eləsin. Anar müəllim də dedi ki, təklifini şifahi de. Mən də qalxıb söylədim. Bu zaman rəhmətlik Əliyev dedi ki, mən həmişə Rəyasət Heyətində oturub camaata oradan baxmışam. İndi də buradan, aşağıdan yuxarı baxmaq istəyirəm. Həqiqətən də, Heydər Əliyev həmişə söz adamlarının, yazıçıların qayğısına qalıb. Yazıçılar ailəsinin üzvü olub. Rəyasət Heyətində oturmaq onun mənəvi haqqı idi. Əslində o təklif mənim vicdanımın səsi idi, Heydər Əliyevin xidmətlərinə olan ehtiramımın ifadəsi idi. O da sonrakı fəaliyyətində məni unutmadı. - “Şöhrət” ordeniniz var. - İlk dəfə təltifi eşidəndə utandım və dedim ki, Məmməd İsmayıl, Musa Yaqub məndən daha çox layiq idilər. - İndi işsizsiniz. - Bəli, 7 aydır ki, işsizəm. Həm AzTV-də işimə son verdilər, həm də “Dərədən-təpədən”i dayandırdılar. Gündüzü gecə edə bilmirəm, hər gün 1 il kimi gəlir mənə. Söz kəsərdən düşəndə... - Məmməd müəllim, sizi həm də dilimizin sərrafı, təbliğatçısı, keşikçisi kimi tanıyırıq. Amma etiraf edək ki, son vaxtlar dilimizə də haram əllər uzanır. - Bu, mənim yaralı yerimdir. Sözümüz kəsərdən düşüb sanki. İndi qadağan demirlər, qəti qadağan deyirlər. Balın yanına xalis sözünü qoşurlar, elə bil hər şeyə dönə-dönə and içirlər, inandırmağa çalışırlar. Çünki sözü yıpratmışıq. Əslinə qalanda “qadağan” ifadəsi kifayətdir, amma qabağına “qəti” də qoyuruq ki, bir az da güclənsin. İşin gerçəyinə baxsan, yıpranan özümüzük, içimizdir. Hələ bunlar nədir ki? Avropa mənşəli sözlər gəlir dilimizə. İndi “maşallah”, “bərəkallah”, “əhsən” demirlər, “mersi” deyirlər, “pardon” deyirlər. Bir artist televiziyada “mersi” demişdi və mən də sərt bir məqalə yazıb onu biabır elədim. - Siz həm də dil-ədəbiyyat müəllimisiniz axı. - Bəli, 8 il dil-ədəbiyyat müəllimi işləmişəm. Dil hamımızın sərvətidir: müəllimin də, fəhlənin də, məmurun da. Onu qorumaq hamımızın borcudur. Tofiq Hacıyev də bir məqaləsində deyir ki, Məmməd Aslan şair olduğu qədər də dilçidir. Professorun bu sözü səmimiyyətimə, həssaslığıma verilən yüksək qiymətdir. - Şagirdlərinizə nə öyrədirdiniz? - Hər şeydən əvvəl özümü öyrətmək istəyirdim. Onlara dürüstlüyü, səmimiyyəti aşılamaq istəyirdim. İstəyirdim ki, yaxşı vətəndaş olsunlar. - Şagirdlərinizlə görüşürsünüzmü? - Aradabir rastlaşırıq. İndi hamısı yaşlı-başlı adamlardır. Sağ olsunlar, xətrimi saxlayırlar. Birindən bir dəfə “Məmməd” sözü eşitməmişəm, hamısı “müəllim” deyib mənə. Ondan qorxuram ki... - Dərd nədir Məmməd Aslan üçün? - Sarı Aşığın belə bir bayatısı var: Dərdü-naləm, Artıbdı dərdü-naləm. İstərəm dərdbilməzin Əlindən dərdin alam. Sözə fikir verirsinizmi? O dərdi çəkə bilmir, yaşaya bilmir, hayıf edir, zay edir. Aşıq da istəyir ki, dərdi ondan alıb doya-doya, yaşaya-yaşaya çəksin. Əslində dərd bir mənada həm də İlahi nemətdir. İstəyirsiniz Füzuliyə baxın, istəyirsiniz Yunus Əmrəyə, istəyirsiniz Mövlanaya. Füzuli deməyibmi ki, “mən istərəm bəlanı, çü istər bəla məni”. - Ölümdən qorxursunuzmu? - Ölümdən yox, başqalarına əziyyət verməkdən qorxuram. Bilirsiniz ki, şəkərim yüksəkdir. Şəkərlilər də bəzən gözdən, əldən məhrum qala bilirlər. Məni qorxudan budur. Köhnə kişilər kimi hərdən dua edirəm: Allah-Təala məni dirigözlü qəbir evinə aparsın. - Ölümü sevmək olarmı? - Ölümü yox, amma ölüb qovuşacağın məkanı, Allahı və Onun Rəsulunu sevmək şərtdir. Sevgilərin başı Allah sevgisidir, Peyğəmbər sevgisidir. Əgər sən sidq-ürəkdən Allahı və Peyğəmbərini sevə bilirsənsə, bu sevgi səni bir tərəfə çıxaracaq. Bir qarı hönkürdü - Siz Aşıq Şəmşiri görmüsünüz, onunla uzun-uzun söhbətləşmisiniz və dəfni haqqında da bir xatirə danışırsınız. - Hə, onu deyirsiniz. Fevralın 12-də Aşıq Şəmşir ölmüşdü və onu dəfn eləməyə aparırdıq. Hər tərəf qar, yol-iriz itib. Aşıq Şəmşiri uşaq qəbiristanlığında dəfn eləməyə aparırdıq. Aşığın oğlu Qəmbər müəllimlə yanaşı gedirdik. Birdən sanki kimsə israrla mənə dedi ki, dön, o tərəfə bax. Döndüm və baxdım. Gördüm ki, qoca bir qarı ağappaq saçları qarın içinə dağılmış halda palıd ağacını qucaqlayıb hönkürür. Qəmbər müəllimdən soruşdum ki, o kimdir? Dedi ki, dədəm ölmüşün günahları. Məsələ aydın oldu. O söhbəti eşitmişdim. Aşıq Şəmşirin ilk sevgilisi idi, qovuşmamışdılar. Bəlkə heç kəlmə də kəsməmişdilər, amma o sevginin təravətinə, bəkarətinə baxın ki, qoca bir qarı 93 yaşlı aşığın dalınca necə hönkürürdü. Həmin qadının ölümü aşığın yeddisinə qarışdı. Əl-ələ tutsaq, olar - Məmməd müəllim, bu gün dünyada xeyli türk dövlətləri var. Siz bu sahədə zəhmət çəkmiş və gerçəklərə vaqif olmuş bir yazar kimi, ziyalı kimi əlaqələrimizin sabahını necə görürsünüz? Türkiyə ilə Azərbaycan arasında münasibətlərimiz sizi qane edirmi? - Bir qırğız Türkiyədə çıxış edirdi və dedi ki, mən bura gələndən telekanalları izləyirəm və görürəm ki, bir-birinizi qırırsınız. Nə qədər çox problemləriniz var imiş. Siz öz içinizdə birləşə bilmirsinizsə, bizimlə necə birləşəcəksiniz? O qırğızın dediklərində müəyyən qədər həqiqət var. Yəni öncə içimizdəki problemləri çözməliyik, sonra birləşməliyik. Ən böyük uğurumuz odur ki, hər kəs birləşməli olduğumuzu anlayıb. Əslində bu, böyük nailiyyətdir. Bu şeirə fikir verin: Tutsaq, olar, Türk necə dutsaq olar? “Qurtuluş olmaz” demə, Əl-ələ tutsaq, olar. Həqiqətən də, əl-ələ tutmaq zamanıdır, birlik-bərabərlik zamanıdır, tarixin bizə verdiyi bu misilsiz imkandan istifadə etməyin zamanıdır. Bu mənada sizin təmsil elədiyiniz “Zaman” qəzetinin xidmətlərini yüksək qiymətləndirirəm. Siz hələ Azərbaycan müstəqillik qazanmamışdan öncə bura gəlmisiniz və hər zaman da ölkələrimiz arasında dostluğun, qardaşlığın inkişafına xidmət eləmisiniz. Başa düşürəm, hərdən sizə də söz atanlar, dil uzadanlar olur, amma karvan gərək sağ-soluna fikir verməyə, yolunu gedə. Bu mənada “Zaman” təbrikə layiqdir. Son zamanlar qəribə ifadələr çıxarıblar: “Adriatikdən Çin səddinə qədər”. Amma təkcə sözlə, şüarla iş olmur, ciddi addımlar atılmalı, işlər görülməlidir. Xalqı toylarla ölçürlər - Məmməd müəllim, elə bil münasibətlərimizdə də çox şeylər dəyişir. Klassik mənada əxlaq anlayışı deformasiyaya uğrayır. - Qapan bilirsinizmi nədir? Ağır yükləri onda çəkərlər. Bir şair deyir ki, mənim dərdimi çəkmək üçün qapan lazımdır. Əslində indi qapan yoxdur, çünki qapanda çəkiləcək mal yoxdur. Gileylənirəm hərdən. Gəncliyimiz dəyişir və bu, məni çox üzür. Biz yurd-yuvamızdan çıxanda Kəlbəcər 64 min nəfər idi. Bir qadının adı pisə çıxmamışdı. Bu, bizim mənəvi göstəricimiz idi, amma indi çox şey dəyişir, ar azalır, abır azalır. Ona görə də yaşamaq çətinləşir. Bir kəlbəcərli dostum deyir ki, biz o vaxt doğma yurda qayıdacağıq ki, kəlbəcərlilərin sayı bir maşına sığacaq qədər olsun. Amma dediyim kimi, o Kəlbəcər qayıtmaz, qayıtsa yüz Kəlbəcər. Çox şeyimiz əlimizdən gedib. Təsəvvür edin ki, indi xalqın yaxşı tanıdıqları xalqa dərs verirlər. Xalqı toylarla ölçürlər. Əgər toyda süfrə zəngindirsə, demək, o adam varlıdır. Amma hamı da bir-birini beləcə borca boğur. Bir Bakı ətrafına çıxın, oradakı xalqı da görün. Azı 700 nəfər ailəsinin dolanışığını zibilliklərdən qazanır. Günlərlə zibillikdə qalmış çörəyi yığır, oradan yeməyə ərzaq axtarır. Peyğəmbərimizdən sonra onun həyatı - Ən çox kimləri oxuyursunuz, kimlərdən öyrənirsiniz? - Birisi mənim haqqımda demişdi ki, Fəthullah Güləni və Osman Nuri Topbaşı Azərbaycana Məmməd Aslan gətirib. Yəni mən onların yazılarını dilimizə uyğunlaşdırıb çap eləmişəm, təbliğ eləmişəm. Əslində onlar sevilməyə, hörmətə layiq gözəl insanlardır. Doğrusunu axtarsanız, onların heç biri ilə şəxsən görüşməmişəm. Amma Gülənin həyatı haqqında çox şeylər öyrənə bilmişəm. Onun nə qədər fədakar insan olduğunu, öz həyatını xalqına, insanlığa fəda etdiyini yaxşı bilirəm. Peyğəmbərimizin həyatından sonra ən çox onun həyatını sevirəm. Bu insanlar öyrənilməli, məktəb insanlardır. Ərzurumu çox sevirəm, hər dəfə Ərzuruma gedəndə elə bil ki, Gülənlə görüşürəm. Əslində ərzurumlular da məni çox sevirlər. Yazıçılar Birliyinə getmirəm - Ən çox kimlərlə görüşürsünüz, ürəyiniz kimi istəyir? - Vallah, bir qədər əvvəl Məmməd İsmayılın və Musa Yaqubun adlarını çəkdim. Amma heç onlarla da görüşə bilmirəm, elə dərdimlə baş-başayam. Gündüzümü gecə, gecəmi səhər edirəm. - Yazıçılar Birliyinə gedirsinizmi? - Nəyə gedim axı ora? Orada ziyalılar bir-birini söyürlərsə, oralarda nə işim var? - Soyadınız hansı mənanı ifadə edir? - Heç bir şeyi, sadəcə babamın adıdır, “ov”unu atdım, qaldı Aslan. - Universitetdə müəllim işləmək istəyirsinizmi? - Bu haqda heç düşünməmişəm, amma onu da deyim ki, 80-ci illərdən bəri mən ancaq Anadoluda çap olunmuş kitablar oxuyuram. Dərs demək üçün gərək ciddi hazırlaşasan. Yox, mən o işin altına girə bilmərəm, həm də xəstəyəm, səhhətim imkan verməz. - Sizcə, alimlər elmin zəkatını verirlərmi? - Bir cəmiyyətdə ki, təhsildə də rüşvət baş alıb gedə, onda salam-əleyküm. Nə elmdən danışmağa dəyər, nə zəkatdan. - Məmməd müəllim, sizi yormadıq ki? - Əslində çox xoş oldu. Siz bir qəribi sevindirdiniz. Allah da sizi sevindirsin. - Söhbətimiz necə keçdi? - Mən səmimi oldum, sizi də səmimi gördüm. Siz soruşdunuz, mən də içimdəkiləri açıb tökdüm. - Biz də elə bu səmimi söhbət və münasibət üçün sizə sevgilərimizi, sayğılarımızı çatdırır və cansağlığı, daha böyük ədəbi uğurlar arzulayırıq. Əli Çərkəzoğlu zaman
İranın etnik qrupları güc balansını dəyişə bilər – RƏY
ABŞ Küveytə 1,98 milyard dollarlıq antidron sistemlərinin satışını təsdiqləyib
Bəhreyn İranın Bəhreyn və Küveytə raket hücumlarını qınayıb
İran, Rusiya və Çin nümayəndələri Qrossi ilə görüşüb
Təbrizdə qadın məhbus edam edilib
ABŞ İranın maye qaz satış şəbəkəsinə qarşı yeni sanksiyalar tətbiq etdi
Ukrayna pilotsuzu Rumıniyada partladı; NATO narahatdır
Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Baraka hücumundan sonra nüvə riskləri barədə xəbərdarlıq edib
Məhəbbət şairi Müşfiqin doğum günüdür
Urmiya vilayətində yerləşən Quluncu kəndinin bələdiyyəsi kəndin tarixi türkcə yer adlarını bərpa edib
Türkiyə ordusu “İHA-230” hipersəs ballistik raketlərinin ilk partiyasını təhvil alıb
ABŞ blokadasından sonra İraqın Ümm Qəsr limanı İran üçün yeni tranzit mərkəzinə çevrilib
İranda xidmət idxalı rekord həddə çatıb, mal idxalı isə kəskin azalıb
İsrail müsadirə etdiyi silahları İran kürdlərinə ötürüb - Media
İran qonşularına hücumdan təbliğat kimi istifadə edir- Bin-Taleblu
İranda siqaret çəkən qızların sayı kəskin artıb
İranla qarşıdurmada qələbə qaçılmazdır - Tramp
Geosiyasi fürsət: Hörmüz boğazının bağlanması və Rusiya-Ukrayna müharibəsi fonunda Azərbaycanın əhəmiyyəti artır
Xaməneinin dəfn mərasimi ilə bağlı xəbər təkzib edildi
Qərbi Azərbaycan əyalətində silah-sursat aşkarlanıb
Güneyli tədqiqatçı dünyasını dəyişib
NYT: İranın mühafizəkar qanadı ABŞ ilə mümkün razılaşmanı pozmağa çalışırlar
İranda neft oğurluğu- 7 nəfər saxlanılıb
İsrail yenidən İranla müharibəyə hazırlaşır- "Haaretz"
Müharibə naziri: İranla razılaşma əldə olunmasa, ABŞ hərbi əməliyyatları yenidən başlatmağa hazırdır
Bloomberg: İranın Küveytə zərbəsi nəticəsində bir neçə amerikalı yüngül xəsarət alıb
İran məhkəməsi daha bir etrazçını ölümə məhkum etdi
Milli fəalların məhkəməsi oldu- Lisani, Kari və Xeyrcu qatılmadılar
Meksika da İran millisinə viza verməyib
İran rəsmilərinin villaları müsadirə olunacaq - Bessent
Məsud Pezeşkian hökumət iclasında çıxış etdi - Davam edəcəyəm
AP: ABŞ blokadanı yarmağa çalışan ticarət gəmisini sıradan çıxarıb
Tanınmış Qaşqay şair və tədqiqatçı İlyas Bəhrampur Laçın vəfat edib
Dəniz minaları Oman sularında da müşahidə olunub
Axios: İran ABŞ-la danışıqlarda üstünlük qazanmaq üçün Hizbullaha müharibəni genişləndirməsi üçün təzyiq göstərir
Əhər-Təbriz yolunda ağır qəza: 3 nəfər həyatını itirdi
Səudiyyə KİV: İranın Hörmüz rüsum sistemi Səudiyyə-Çin neft ticarətini hədəfə alır
İsrail qüvvələri Livanın cənubuna irəliləyib