Financial Times: İranın yenidənqurma üçün pulu yoxdur
CENTCOM: Hörmüzdə mina iddiaları yalandır
Milli Məclis Azərbaycan ilə Özbəkistan arasında əbədi dostluq haqqında Müqaviləni ratifikasiya edəcək
İranda daha üç iaşə obyekti bağlandı
Urmiya komandası İran Voleybol Premyer Liqasında daha üç xal qazandı
Azərbaycan və Türkiyə XİN rəhbərləri görüşüb
Küveyt İran səfirini Xarici İşlər Nazirliyinə çağırdı
İranda daha 9 məhbus edam edildi
Ceyhun Bayramov Ankarada TDT XİN Şurasının iclasında iştirak edib
İran edam və repressiyaları dərhal dayandırmalıdır- Hollandiya
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana təbrik ünvanlayıb
Rəsmi Seul Hörmüz boğazına hərbi qüvvə göndərməklə bağlı ABŞ-la danışıqlar aparır
Ceyhun Bayramov Türkiyəyə səfər edib
Qəzvinli fəal həbs edildi
Türkiyədə Cümhuriyyət Günü qeyd olunur
Tramp İranla müharibəni çox qısa müddətdə başa çatdırmaq niyyətindədir
İran polisi daha bir bəlucu öldürdü
İran məhkəməsi daha bir bəhaiyə ağır həbs cəzası verdi
İsrail və ABŞ razılaşıb: İrana genişmiqyaslı hücum bərpa ediləcək
Türkiyədə ABŞ İran arasında görüş keçirilməsi təklif edilib
İran Əmək Nazirliyinin rəsmisi ilin sonunadək 1 milyon 400 min iş yerinin itirilməsi təhlükəsi barədə xəbərdarlıq edib
Əmirhüseyn Ağayi Təbrizdə həbs edilib
Güneyli fəal Mehrdad Qaderi Təbriz həbsxanasına köçürülüb
İranda illik inflyasiya 76,8 faizə çatıb: ərzaq məhsullarında kəskin bahalaşma
Küveyt İran səfirini çağırıb
Ramil Həsən Cevdet Yılmazla Azərbaycan-Türkiyə münasibətlərini müzakirə edib
ABŞ İsrailə daha çox “Patriot” hava hücumundan müdafiə sistemi göndərir
Sabah Ankarada TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək
Ermənistan parlamenti TRIPP layihəsi üzrə sazişi təsdiqləyib
Allahşükür Paşazadə: Dindarlar hər zaman dövlətimizin yanındadırlar, xaricdən gələcək hər bir təxribata cavab verməyə hazırıq
Iranda daha altı məhbus edam edilib
İrandan Azərbaycana külli miqdarda narkotik vasitənin keçirilməsinin qarşısı alınıb
Sulduzlu sosial media fəalı müvəqqəti olaraq sərbəst buraxılıb
Netanyahu: İran heç vaxt olmadığı qədər zəifdir
Tramp seçkilərdən sonra İrana zərbə endirilməsinin mümkün olduğunu bildirib
İranın şəhər bələdiyyə sədri silahlı hücum nəticəsində öldürülüb
ABŞ İranın Amerika hərbi gəmilərinin Hörmüzdən çıxması barədə bəyanatını təkzib edib
CNN: ABŞ İrana genişmiqyaslı hərbi zərbələr endirməyə hazırlaşır
Biləsuvarda daşqın səkkiz kəndə ziyan vurdu
Ərdəbilli fəal həbs edilib
İranda iki Litva vətəndaşı həbs edilib
ABŞ İrana qarşı mümkün hərbi əməliyyat barədə Körfəz ölkələrini xəbərdar edib
İraqlı etirazçılar: “İran, itlərini geri çək!” (Video)
Akif Nağı: "Dəfələrlə olub ki, Azərbaycan Qarabağ münaqişəsinin həllinə yaxınlaşanda Rusiya prosesə mane olub" Milli Məclisin payız sessiyasının ilk iclasında Azərbaycan və Rusiya arasında Dostluq və Strateji Tərəfdaşlıq haqqında Bəyannamənin müzakirəsi etirazla qarşılanıb. Bu sənədlə bağlı çıxış edən BAXCP sədri Qüdrət Həsənquliyev də dostluq bəyannaməsinin qəbulunu məqbul saymayıb. Prezidentliyə namizəd millət vəkillərini bu Bəyannaməni dəstəkləməməyə də çağırıb: "Sənədin ikinci bəndində yazılır ki, tərəflər Avropada və bütövlükdə dünyada təhlükəsizliyin əhəmiyyətini qeyd edərək beynəlxalq tanınmış sərhədlərin güc yoluyla dəyişdirilməsinin yolverilməzliyini təsdiqləyərək, Cənubi Qafqaz və Xəzər regionunda təhlükəsizliyin təmin edilməsilə bağlı əməkdaşlığı möhkəmləndirməyə hazır olduqlarını bəyanlayırlar. Tural Burada açıq qeyd olunur ki, beynəlxalq tanınmış sərhədlərin güc yoluyla dəyişdirilməsi yolverilməzdir. Amma bu bəyannamə imzalanandan qısa müddət sonra Rusiya bizim GUAM- dakı strateji tərəfdaşımız olan Gürcüstanın ərazi bütövlüyünü pozdu. Bu sənəd imzalanandan sonra Rusiya separatçı Cənubi Osetiya və Abxaziyanın suverenliyini tanıdı. Bundan əlavə, orada bir bufer zona da yaratdı". Gürcüstana indiki münasibəti Rusiyanın bizə qarşı 14 il əvvəl sərgilədiyini xatırladan millət vəkili məhz Rusiya Federasiyasının köməyilə 14 il qabaq Ermənistanın Dağlıq Qarabağı işğal etdiyini bildirdi:"Rusiya bu gün Gürcüstanda yaratdığı bufer zonanı 14 il əvvəl Azərbaycanda yaradıb. Bundan artıq Rusiya Azərbaycana neyləyəcək ki?". Qüdrət Həsənquliyev bəyannamədə tərəflərin MDB-nin effektivliyinin yüksəldilməsinə yardım göstərəcəkləri barədə bəndin olmasını da maraqlı məqam saydı:"Azərbaycan indiki əlverişli beynəlxalq şəraitdə Rusiya qarşısında məsələ qoymalıdır ki, özünün forpostu adlandırdığı Ermənistana təzyiq etsin və Qarabağ münaqişəsi həllini tapsın, ərazi bütövlüyümüz bərpa olunsun. Yoxsa torpaqlarımızı işğal edəndən sonra bizə "qardaş, dost olaq!" demələri keçməz. Azərbaycan Gürcüstan və Ukraynanın ardınca MDB-dən çıxmalıdır. Bir qurumun tərkibindəki bir dövlət digərinin ərazisini 20 ildən artıqdır ki, işğal altında saxlayır, 1 milyon insanı yurd-yuvasından didərgin salıb. Biz hələ bu MDB-nin güclənməsi istiqamətində fəaliyyət göstərəcəyimiz barədə üzərimizə öhdəlik götürürük. Rusiyadan çəkinmək lazım deyil. Rusiya onsuz da Azərbaycana etdiyini edib. Azərbaycan konkret olaraq bu məsələləri qoymalıdır". Millət vəkili Nəsib Nəsibli də bu sənədin parlamentdə tələsik qəbulunu mənfi hal sayıb, çünki Rusiya Gürcüstanı işğal edib. Söhbət tək etnik münaqişə zonalarından deyil, ondan kənardakı ərazilərdən də gedir: "Biz Gürcüstanla strateji müttəfiqik, bu ölkə Avropaya açılan qapımız, yolumuzdur. Gürcüstan da Azərbaycan kimi eyni tipli münaqişələrdən əziyyət çəkir. İki qonşu ölkədə eyni müəllifin diqtəsiylə eyni problemlər yaradılıb. Qarabağ, Cənubi Osetiya və Abxaziya problemlərinin müəllifi Rusiyadır. Biz ən azı bu sənədin qəbulunu ləngitməliyik. Çünki bir presedent yaranır, Qarabağ probleminin də həlli çətinləşir". Millət vəkilləri bəyannaməni 5 nəfər əleyhinə olmaqla qəbul etsələr də bəyannamə ictimaiyyət arasında da bir mənalı qarşılanmayıb. Qarabağ Azadlıq Təşkilatının(QAT) sədri Akif Nağı hazırda Rusiya ilə dostluq münasibətlərinin artırılmasında maraqlı olan qüvvələrin çoxalmasından təəssüfləndiyini bildirdi: "Belə qərarlar verilərkən Rusiyanın Azərbaycana qarşı tutduğu mövqe, xüsusilə də Dağlıq Qarabağ münaqişəsilə bağlı Moskvanın birbaşa rolu, yəni, işğala hərbi dəstək verməsi və daim ermənipərəst siyasət yürütməsi kimi amillər nəzərə alınmalıdır. Kreml ilə münasibətlərdə müəyyən bir konkretlilik olmalıdır. Ona görə də hesab edirəm ki, indiki məqamda bu kimi bəyannamələrin qəbulu yolverilməzdir. Biz demirik ki, şimal qonşumuzla açıq şəkildə düşmənçilik siyasəti sərgiləyək. Rusiya bizə qonşudur, böyük dövlətdir, imkanları genişdir. Amma bu o demək deyil ki, həmişə bu ölkəyə əyilməliyik". Akif Nağının sözlərinə görə əgər Moskva bizə qarşı müəyyən yollarla düşmənçilik mövqeyi sərgiləyirsə Azərbaycandan da bu münasibət hiss olunmalıdır. QAT sədrinin sözlərinə görə dəfələrlə olub ki, Azərbaycan Qarabağ məsələsinin həllinə yaxınlaşanda Rusiya prosesə mane olub: "Ona görə də belə amillər nəzər alınmalıdır və hələ ki, Rusiya ilə qurulan münasibətlərdə dostluqdan söhbət getməməlidir". Eks-spiker Yaqub Məmmədov Rusiya ilə münasibətlərin daha da yaxşılaşdırılmasını vacib saysa da, bunun dostluq bəyannaməsinin qəbul edilməsi həddinə kimi gətirilməsini normal hal saymır: "Əslində indiki məqamda Ermənistan istisna edilməklə, bütün qonşularımızla, o cümlədən Rusiya ilə dostluq əlaqələri qurulmalıdır. Cənubi Qafqazda proseslərin kəskinləşdiyi bir zamanda belə sənədlərin qəbulu bəlkə də müəyyən bir siyasi gedişdir. Ümumiyyətlə, son vaxtlar regionda gedən proseslər bir daha təsdiqlədi ki, Rusiyanın Qafqazda xüsusi maraqları var və bu ölkəsiz hansısa münaqişəni həll etmək də müşküldü. Yəqin ki, sözügedən bəyannamənin qəbulunda bu amil də xüsusi rol oynayıb. Çox güman ki, hazırda aparılan siyasətin əsas məqsədlərindən biri də Rusiyanın Gürcüstanda etdiklərinin Azərbaycanda təkrarlanmamasıdır. Biz elə bir siyasi xətt tutmalıyıq ki, Moskvanın Bakı üçün siyasi və hərbi sürprizlər hazırlamağa əsası olmasın. Zənnimcə, bu bəyanatın belə tələsik hazırlanması və qəbulu da bu kimi məsələlərdən irəli gəlib. Görünür, siyasətçilərimiz düşünürlər ki, bu regionda Rusiyanın maraqlarını nəzərə almadan xarici siyasət qurmaq mümkün deyil". AMİP Siyasi Şurasının üzvü Əli Orucov parlamentin atdığı bu addımın o qədər də müsbət qarşılanmadığını söylədi: "Rusiya ilə münasibətlər həmişə normal olub. Amma indi iki ölkə arasında münasibətlərin bu şəkildə rəsmiləşdirilməsi hansısa gizlin proseslərin məntiqi nəticəsi kimi qiymətləndirilməlidir. Çox güman ki, siyasilərimiz Azərbaycanın rus "poliqonuna" çevrilməməsi üçün bu bəyannamənin qəbulunu vacib sayıblar. Amma bu heç də o demək deyil ki, Azərbaycan Avropa ilə və ümumilikdə bütün demokratik dünya ilə əlaqələrə son qoyacaq". "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu parlamentin belə addım atmasını anormal hal saydı: "Belə tələsik qərarlar vermək yersizdir. Sanki biz Rusiyadan ehtiyat edirmiş kimi davranırıq. Dostluq və əməkdaşlıqla bağlı sənədi bir müddət keçəndən sonra da təsdiqləmək olardı". Ekspertin sözlərinə görə Kreml rəhbərləri belə tələskən siyasi qərardan elə anlayacaq ki, rəsmi Bakıya hər təzyiq ediləndə həmin an geri çəkiləcək. Politoloqun fikrincə, bu bəyannamədə MDB-nin gücləndirilməsi haqda maddənin olması da paradoksdur: "Bütün dünya MDB-nin süquta getdiyini dediyi bir vaxtda Bakı Moskvayla birgə bu qurumu necə gücləndirə bilər axı? İki ölkə arasında münasibətlərin Rusiya ilə münasibətlərini Azərbaycan və Rusiya arasında Dostluq və Strateji Tərəfdaşlıq haqqında Bəyannamə ilə rəsmiləşdirməsi bizim hansı yaramızı sağaldacaq? Qısası, son vaxtlar səslənən yersiz fikirlərin məntiqi sonluğunu da gördük-Azərbaycan Türkiyəyə hansı gözlə baxırdısa, Rusiyaya da eyni münasibət bəsləyəcək. Ankara Bakının strateji müttəfiqi olduğu halda Moskva Azərbaycan torpaqlarını işğal edən Ermənistanın strateji müttəfiqidir və əsl təzad da burada yaranır". Elxan Şahinoğlunun sözlərinə görə bu addımın Gürcüstan-Azərbaycan münasibətlərinə ciddi zərbə vuracağını da demək olmaz: "Çünki çox güman ki, hələ də Serj Sərkisyan Tiflisdə aldığı "Şöhrət" ordenini yaxasından çıxarmayıb. Halbuki Azərbaycan Gürcüstana Ermənistandan daha yaxın olmalıdır". xalqcebhesi
Küveyt İran səfirini Xarici İşlər Nazirliyinə çağırdı
İran edam və repressiyaları dərhal dayandırmalıdır- Hollandiya
Türkiyədə Cümhuriyyət Günü qeyd olunur
İran polisi daha bir bəlucu öldürdü
İsrail və ABŞ razılaşıb: İrana genişmiqyaslı hücum bərpa ediləcək
Türkiyədə ABŞ İran arasında görüş keçirilməsi təklif edilib
Iranda daha altı məhbus edam edilib
Netanyahu: İran heç vaxt olmadığı qədər zəifdir
İranın şəhər bələdiyyə sədri silahlı hücum nəticəsində öldürülüb
Biləsuvarda daşqın səkkiz kəndə ziyan vurdu
İranda iki Litva vətəndaşı həbs edilib
ABŞ İrana qarşı mümkün hərbi əməliyyat barədə Körfəz ölkələrini xəbərdar edib
Dövlət Bağçalı: Azərbaycan-Türkiyə qardaşlığı siyasi məsələlərdən üstündür
Culfalı müəllim kəşfiyyat idarəsində dindirilib
Misir husilərin hücumlarına qarşı Səudiyyə Ərəbistanına hərbi dəstək göstərilməsinə icazə verib
Küveyt Baş nazir müavininə sui-qəsd planı ittihamı ilə Iranla əlaqəli üç nəfəri edama məhkum edib – AFP
İranla atəşkəs vaxt itkisi idi - Tramp
Təbrizsə təqaüdçülər yenidən aksiya keçirdilər
Dəniz blokadası İranın ixracatını 23% azaldıb
Ocanda əfqanistanlılar həbs edilib
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
ABŞ diplomatlarını regiondan çıxarır
İranda daha səkkiz məhbus edam edildi
Türkiyədə 13 ölkədən 33 şair və yazıçının iştirakı ilə görüş keçirilib: Güney Azərbaycanı təmsil edən şairlər Talasda
İranla bağlı Çin və Rusiya ilə əməkdaşlıq edirik- Tramp
Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə hörmət etməyə çağırıb
Kürd partiyasının düşərgəsi vuruldu- SEPAH
İranın dəstəklədiyi terrorçuların Məkkə və Mədinəyə raket hücumu
ABŞ Türkiyə-Livan təklifinin mövcudluğunu təkzib edib: İranın dəstəklədiyi Hizbullah tərksilah olunmalıdır
Səkkiz aydır görüntü və səs yoxdur; İran rəsmiləri Müctəba Xamenei ilə görüşdüklərini bildirirlər
Iranda daha altı məhbus edam edilib
Reuters: Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır, İrandan on milyonlarla dollar alıb
BMT-nin İrandakı xüsusi məruzəçisi: Müharibə ölkədə repressiyaları daha da gücləndirib
İran agentlərinin ABŞ ərazisində olması ehtimalı yüksəkdir- New York Times
İranda hicaba görə daha on səkkiz iaşə obyekti bağlandı
Urmiya gölünün son vəziyyəti açıqlandı
Rusiyalı nüvə alimləri İrandan təxliyə edilib?
İranda daxili təyyarə biletləri 45 faiz bahalaşıb