SON XƏBƏRLƏR

İrəvan Moskvasız torpaqları işğaldan azad edə bilməz

2021.10.20, 07:36
İrəvan Moskvasız torpaqları işğaldan azad edə bilməz

Gunaz.tv
"İrəvan Moskvasız torpaqları işğaldan azad edə bilməz" ermenistan.jpg Mikayıl Rəhimli: "Ankara isə dəfələrlə bəyanlayıb ki, Ermənistan Azərbaycan torpaqlarının işğaldan azad etdikdən, "soyqırım" və ərazi iddialarından geri çəkildikdən sonra sərhədləri aça bilər" Ermənistan prezidenti Serj Sərkisyan türkiyəli həmkarı Abdulla Gülün çətin qərarlar qəbul etməyə hazır olduğunu söyləyib. Onun sözlərinə görə, Türkiyənin xarici işlər naziri Əli Babacan da Ankaranın öz keçmişinə nəzər salmağa, nəzərdə tutulan komissiyanın rəyilə üz-üzə durmağa hazır olduğunu bildirib. Yeri gəlmişkən, bu arada ABŞ-ın nüfuzlu "Woodrow Wilson" Mərkəzinin yaydığı hesabatda Ankaranın Ermənistanla sərhədləri açmaq məsələsində ciddi olduğunu vurğulayıb. Bəs Serj Sərkisyanın açıqlamaları nə anlam verir? Abdulla Gül hansı "çətin qərarları" qəbul etməyə hazırdır? BAXCP Ali Məclisinin sədri Mikayıl Rəhimli deyir ki, Ermənistanla Türkiyə arasında üç prinsipial məsələdə fikir ayrılığı var. Bunlardan birincisi Azərbaycanın Dağlıq Qarabağ və digər ərazilərini Ermənistanın işğal etməsidir. Ramiz Mikayıloğlu İkincisi, "soyqırım", üçüncüsü, Türkiyəyə yönəlik ərazi iddialarıdır. İrəvan bu üç məsələnin heç birini gündəlikdən çıxarmadan Ankaranın sərhədləri açmasını istəyir. Türkiyə bu üç problemin həllindən sonra Ermənistanla əlaqələrin yaradılmasını məqbul sayır. Mikayıl Rəhimli bildirdi ki, hələlik tərəflərdən hansınınsa bu məsələdə güzəşt edə biləcəyilə bağlı hər hansı mesaja rast gəlinmədi. Abdulla Gül də BMT Baş Assambleyasındakı çıxışı zamanı bu yöndə hər hansı mesaj vermədi. Sadəcə, bir müddət əvvəl Serj Sərkisyanla Abdulla Gül İrəvanda birgə futbol oyununa baxıblar. O ərəfədə də söhbətləşiblər və hər hansı razılaşmanın əldə ediləcəyilə bağlı fikir ifadə olunub. BAXCP funksioneri hesab etmir ki, Ankara həmin üç məsələnin hansındasa Ermənistana güzəştə getsin. İrəvanın da işğalçılıq siyasətindən və iddialarından geri çəkilməsi real deyil. Əgər müstəqil dövlət olsaydı, Ermənistan indiyədək özü üçün həyati əhəmiyyət daşıyan bu məsələlərin həllinə çalışar və həll edərdi. Amma ermənilər Azərbaycan torpaqlarının işğalına Rusiyayla birgə nail olublar. İrəvan Moskvasız torpaqları işğaldan azad edə bilməz. "Soyqırım" da Ermənistan dövlətinin yox, erməni diasporunun qaldırdığı məsələdir. Erməni diasporu "soyqırımı" özü üçün bayrağa, əsas məsələyə çevirib. Çünki bunsuz diasporun fəaliyyəti sıfıra bərabər olar. Ermənistan dövləti də diaspordan, onun maliyyə yardımından asılı vəziyyətə düşüb. Ona görə də İrəvanın bu iddiadan da geri durması ağlabatan görünmür. Türkiyəyə ərazi iddiaları da Ermənistanın xarici siyasətində yer alıb, Konstitusiyasında əksini tapıb. Mikayıl Rəhimli əmindir ki, Rusiyanın, Qərbin birgə dəstəyi olmadan Türkiyə həmin problemlərin həllində gerçək irəliləyişlərə nail ola bilməyəcək. Serj Sərkisyanın Türkiyənin xarici işlər nazirinin sözlərindən sitat gətirməsinə gəlincə, BAXCP Ali Məclisinin sədri bunu söz oyunu sayır. Çünki Ankara həmişə bəyanlayıb ki, arxivləri açıqdır, "soyqırım"ın araşdırılması üçün ortaq komissiya yaradılmasına hazırdır, məsələyə tarixi aspektdə yanaşılmasının tərəfdarıdır. Amma birgə komissiya ideyasına İrəvan müsbət yanaşmır, Ermənistanın istədiyi formada tarixi proseslərə qiymət verilməsini tələb edir: "Yəqin ki, Abdulla Güllə Serj Sərkisyanın söhbətində həmin komissiyanın prespektiviylə bağlı hansısa razılaşma əldə olunub. Mümkün variantdır. Amma hesab etmirəm ki, Ermənistan prezidenti bu məsələdəki mövqeyində axıracan iradəli olacaq və komissiyanın yaradılmasına, işinin təşkilinə dəstək verəcək". "Woodrow Wilson"un hesabatına da toxunan Mikayıl Rəhimli nəzərə çatdırdı ki, həm ABŞ, həm də Avropa Birliyi Türkiyənin Ermənistanla sərhədləri açmasında maraqlıdırlar. Bəzi hallarda Ankaradan bunu tələb də edirlər. Amma İrəvanın yuxarıda sadalanan üç məsələylə bağlı mövqeyi Türkiyə üçün qəbuledilməz vəziyyət yaradıb: "Ankara isə dəfələrlə bəyanlayıb ki, Ermənistan Azərbaycan torpaqlarının işğaldan azad etdikdən, İrəvan "soyqırım" və ərazi iddialarından geri çəkildikdən sonra sərhədləri aça bilər. Amma öncə də vurğuladığım kimi Ermənistan müstəqil dövlət deyil ki, Rusiyasız, diasporasız mövqe ortaya qoya bilsin. Tükiyə hazırda çalışır ki, ən azı bu məsələlərdən biriylə bağlı Rusiyanı neytrallaşdırsın. "Woodrow Wilson" əslində Qərbin istəyini çatdırmağa çalışıb. Türkiyə də sərhədləri açmaqda maraqlıdır, Avropa Birliyinin üzvü olmaq istəyir, özünə kənarda problem axtarmır. Ermənistan Türkiyənin kiçik bir əyaləti qədərdir, ciddi iqtisadi potensiala da malik deyil. Amma hamı başa düşür ki, Ermənistanın hazırda irəli sürdüyü şərtlər fonunda bunu etmək mümkün deyil". xalqcebhesi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar