Financial Times: İranın yenidənqurma üçün pulu yoxdur
CENTCOM: Hörmüzdə mina iddiaları yalandır
Milli Məclis Azərbaycan ilə Özbəkistan arasında əbədi dostluq haqqında Müqaviləni ratifikasiya edəcək
İranda daha üç iaşə obyekti bağlandı
Urmiya komandası İran Voleybol Premyer Liqasında daha üç xal qazandı
Azərbaycan və Türkiyə XİN rəhbərləri görüşüb
Küveyt İran səfirini Xarici İşlər Nazirliyinə çağırdı
İranda daha 9 məhbus edam edildi
Ceyhun Bayramov Ankarada TDT XİN Şurasının iclasında iştirak edib
İran edam və repressiyaları dərhal dayandırmalıdır- Hollandiya
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana təbrik ünvanlayıb
Rəsmi Seul Hörmüz boğazına hərbi qüvvə göndərməklə bağlı ABŞ-la danışıqlar aparır
Ceyhun Bayramov Türkiyəyə səfər edib
Qəzvinli fəal həbs edildi
Türkiyədə Cümhuriyyət Günü qeyd olunur
Tramp İranla müharibəni çox qısa müddətdə başa çatdırmaq niyyətindədir
İran polisi daha bir bəlucu öldürdü
İran məhkəməsi daha bir bəhaiyə ağır həbs cəzası verdi
İsrail və ABŞ razılaşıb: İrana genişmiqyaslı hücum bərpa ediləcək
Türkiyədə ABŞ İran arasında görüş keçirilməsi təklif edilib
İran Əmək Nazirliyinin rəsmisi ilin sonunadək 1 milyon 400 min iş yerinin itirilməsi təhlükəsi barədə xəbərdarlıq edib
Əmirhüseyn Ağayi Təbrizdə həbs edilib
Güneyli fəal Mehrdad Qaderi Təbriz həbsxanasına köçürülüb
İranda illik inflyasiya 76,8 faizə çatıb: ərzaq məhsullarında kəskin bahalaşma
Küveyt İran səfirini çağırıb
Ramil Həsən Cevdet Yılmazla Azərbaycan-Türkiyə münasibətlərini müzakirə edib
ABŞ İsrailə daha çox “Patriot” hava hücumundan müdafiə sistemi göndərir
Sabah Ankarada TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək
Ermənistan parlamenti TRIPP layihəsi üzrə sazişi təsdiqləyib
Allahşükür Paşazadə: Dindarlar hər zaman dövlətimizin yanındadırlar, xaricdən gələcək hər bir təxribata cavab verməyə hazırıq
Iranda daha altı məhbus edam edilib
İrandan Azərbaycana külli miqdarda narkotik vasitənin keçirilməsinin qarşısı alınıb
Sulduzlu sosial media fəalı müvəqqəti olaraq sərbəst buraxılıb
Netanyahu: İran heç vaxt olmadığı qədər zəifdir
Tramp seçkilərdən sonra İrana zərbə endirilməsinin mümkün olduğunu bildirib
İranın şəhər bələdiyyə sədri silahlı hücum nəticəsində öldürülüb
ABŞ İranın Amerika hərbi gəmilərinin Hörmüzdən çıxması barədə bəyanatını təkzib edib
CNN: ABŞ İrana genişmiqyaslı hərbi zərbələr endirməyə hazırlaşır
Biləsuvarda daşqın səkkiz kəndə ziyan vurdu
Ərdəbilli fəal həbs edilib
İranda iki Litva vətəndaşı həbs edilib
ABŞ İrana qarşı mümkün hərbi əməliyyat barədə Körfəz ölkələrini xəbərdar edib
İraqlı etirazçılar: “İran, itlərini geri çək!” (Video)
Cənubi Qafqazda regional təhlükəsizlik sisteminin yaradılması ideyası ilk dəfə 1999-cu ilin aprelində Vaşinqtonda NATO-nun yubiley sammitində səsləndirildi. 2008-ci ilin avqust ayının 11-də Gürcüstanda baş vermiş hərbi-siyasi böhranın ən qızğın çağında Türkiyənin baş naziri Recep Tayyip Ərdoğan ATƏT-in prinsipləri əsasında Qafqaz sabitlik və əməkdaşlıq platformasının yaradılması təşəbbüsü ilə çıxış etdi. Həmin təşəbbüs çərçivəsində Türkiyənin hökumət başçısı Moskva, Tiflis və Bakıya qısamüddətli fövri səfərlər etdi. O, həmçinin bu ideya ilə İranın prezidenti Əhmədinijadı, Türkiyənin prezidenti Abdulla Gül isə İrəvana "futbol səfəri" zamanı Ermənistan prezidenti Serj Sərkisyanı tanış etdi. Ərdoğanın təşəbbüsü müxtəlif cür, əsasən, şəkk-şübhə ilə qiymətləndirildi. Vaşinqton isə Türkiyənin Qafqaz sabitlik və əməkdaşlıq platformasının yaradılması təşəbbüsünə hətta təəccüb etdiyini bildirdi. «Biz belə düşünürdük ki, Türkiyə və ABŞ Cənubi Qafqaz (CQ) bölgəsində razılaşdırılmış siyasət aparırlar. Lakin Ankara Vaşinqtonu bu məsələ barəsində xəbərdar etmədi və tərəfdaşımızın hərəkətləri bizi həqiqətən təəccübləndirdi», - deyə ABŞ dövlət katibi müavinin köməkçisi Metyu Brayza bic-bic bildirdi. Bu layihənin «ulu babası" olan amerikalıların hazırlanan təşəbbüsdən xəbərlərinin olmaması ağlabatmazdır. Cənubi Qafqazda regional təhlükəsizlik sisteminin yaradılması ideyası ilk dəfə 1999-cu ilin aprelində Vaşinqtonda NATO-nun yubiley sammitində səsləndirildi. ABŞ-ın nümayəndələri Qafqaz bölgəsində iqtisadi əməkdaşlıq vasitəsilə sülhün yaradılması lehinə çıxış etdilər və «Qafqaz Əməkdaşlıq Forumu»nun yaradılması təşəbbüsünü irəli sürdülər ki, həmin foruma, əlbəttə, ABŞ-ın himayəsi altında və Rusiya ilə İranın iştirakı olmadan CK-nın üç dövlətinə daxil olmaq təklif edildi. Elə həmin il ATƏT-in İstanbul sammitində prezident Heydər Əliyev həmin ideyanı inkişaf etdirərək Cənubi Qafqazda 3+2+2 (CQ+Türkiyə və Rusiya, Avropa İttifaqı və ABŞ) düsturu ilə Təhlükəsizlik Paktını imzalamağı təklif etdi. Buna oxşar təkliflə sammitdə Ermənistan prezidenti Robert Köçəryan çıxış etdi. O, 3+3+2 (CQ+ İran, Rusiya, Türkiyə + müşahidəçilər kimi Aİ və ABŞ nümayəndələri) formulu üzrə regional təhlükəsizlik sisteminin yaradılmasını təklif etdi. Əliyev və Köçəryanın irəli sürdükləri təşəbbüslər arasında fərq ondan ibarət idi ki, Azərbaycan prezidenti layihəyə avropasentrik himayədarlığın (Türkiyə-Rusiya -Aİ-ABŞ), erməni lideri isə Aİ və ABŞ-a müşahidəçi rolunu ayıraraq bölgə himayədarlığının (İran-Rusiya -Türkiyə) göstərilməsinə üstünlük verirdi. 2000-ci ildə Tiflisdə «CQ-da Sabitlik Paktı»nının imzalanması təklifini Türkiyənin prezidenti Süleyman Dəmirəl irəli sürdü. Pakt ATƏT-in himayəsi altında gerçəkləşməli idi ki, bu da İranı ondan kənarlaşdırırdı. Dəmirəlin planı artıq "Cənubi-Şərqi Avropa üçün Sabitlik Paktı"nın formalaşdırıldığı Balkanlara çıxışla Qara dəniz hövzəsini də nəzərdə tuturdu. İştirak edəcək ölkələr dairəsi və coğrafi əhatəsinə görə Dəmirəlin layihəsi daha geniş idi və avroatlantik himayəyə dayaqlanırdı. Son illər bu ideya intensiv surətdə Qərb siyasətçiləri tərəfindən irəli çəkilməyə başladı. ABŞ-ın keçmiş dövlət katibi Zbiqnev Bzejinski, bütün dünyanın sabitliyi və təhlükəsizliyinin təminatçısı ola bilən yeganə fövqəldövlət kimi ABŞ-ın ümumdünya rolu barəsində fikrini inkişaf etdirərək «Qafqazda Sabitlik Paktı»nın yaradılması lehinə çıxış etdi. 2004-cü ildə çap olunmuş «Seçim: Qlobal hökmranlıq və ya qlobal liderlik» kitabında Bzejinski yazırdı: «Onilliyin (XXI əsrin ilk 10 ili nəzərdə tutulur) əvvəli üçün aydın oldu ki, bir növ «Qafqazda Sabitlik Paktı» – «Cənubi-Şərqi Avropa üçün Sabitlik Paktı»na oxşar proqram - olmadan keçinmək mümkün olmayacaq. Və bir halda ki, vaxtı gəldikdə Rusiyadan dəstək almaq şansı artıb, onun Amerikanın başçılıq etdiyi alyansla koordinasiyada ümumi marağını və həmçinin Türkiyə ilə iqtisadi və siyasi əlaqələrinin genişləndiyini nəzərə alaraq, Qafqazın sabitləşdirilməsi getdikcə daha çox NATO-nun da vəzifəsi sayıla bilər və sayılmalıdır». Hələ o zaman Bzejinski artıq qeyd edirdi ki, NATO-nun keçmiş sovet məkanı dərinliklərinə irəliləməsi və Rusiyanın qlobal təhlükəsizlik sistemində atlantik birliyinin ali rolunu etiraf etməsi Türkiyə-Ermənistan və Ermənistan-Azərbaycan dialoqunun ikiqat enerji ilə yenidən başlanacağına gətirib çıxaracaq. 2004-cü ilin yanvar ayının 27-də Avropa Parlamentinin Xarici Əlaqələr üzrə Komitəsində İsveç nümayəndəsi Per Qartn tərəfindən təklif olunmuş "Aİ-nin Cənubi Qafqaz üzrə siyasəti" məruzəsi üzrə müzakirələr və səsvermə keçirildi. Hesabatda CQ ölkələrini "Genişləndirilmiş Avropa – Yeni Qonşular " layihəsinə cəlb etmək təklifi ilə bərabər o, həmçinin Balkanlar üçün mövcud olan "Cənubi-Şərqi Avropa üçün Sabitlik Paktı"na oxşar «CQ üçün Sabitlik Paktı» yaratmağa çağırdı. Məruzədə Dağlıq Qarabağ münaqişəsini kompromis – ərazi bütövlüyü prinsipinə və milli azlıqların təyini-müqəddərat hüququna hörmət – əsasında həll etmək təklif edilirdi. İlk addım kimi ermənilərin Dağlıq Qarabağ hüdudlarından kənarda işğal etdikləri torpaqların azad edilməsi və oraya azərbaycanlı əhalinin qayıtması təklif olunurdu. 2004-cü ilin sentyabrında AFR bundestaqında Sosial-Demokrat Partiyasının fraksiyası rəhbərliyinin üzvü Gernot Erler beynəlxalq "Qafqaz üçün Sabitlik Paktı"nı imzalamağı təklif etdi. O, Avropa İttifaqını Rusiyaya bu layihəyə qoşulmağı təklif etməyə çağırdı. Bundan başqa, Aİ ilə yanaşı və Qafqaz bölgəsi ölkələrinin və beynəlxalq maliyyə təşkilatlarının iştirakı ilə Rusiyaya layihədə aparıcı rol ayrılırdı. Rusiya isə 1996-cı ildən özünün «Qafqaz dördlüyü» (CQ+Rusiya) adını almış sabitlik layihəsini irəli çəkirdi. O, həmin layihədə hər hansı digər regional qonşuların, Aİ və ABŞ-ın iştirakını istisna edirdi. Qabaqlar Qafqaz ittifaqının yaradılması üzrə Qərbin bütün təşəbbüslərini Moskva müxtəlif bəhanələrlə rədd edirdi. Sonuncu bu cür bəhanə Kremlin Ərdoğanın təşəbbüsü çərçivəsində Saakaşvili rejimi ilə əməkdaşlıqdan imtina etməsi oldu. Müxtəlif sammit və görüşlərin keçirilməsinə baxmayaraq Rusiya özünün Qafqazda sabitlik layihəsini işə sala bilmədi. Bu, onunla bağlı idi ki, Kreml bu ideyadan yalnız bölgəni öz təsir dairəsində saxlamaq və oraya amerikalıları buraxmamaq üçün istifadə edirdi. Moskva bölgə ölkələri arasında əməkdaşlığın yaradılması və onların mövqelərinin yaxınlaşdırılması üzrə heç bir real addımlar atmırdı və yalnız dağıdıcılıq fəaliyyətini həyata keçirirdi, məsələn, Bakı-Tiflis-Supsa layihəsi ilə olduğu kimi. Qərbin bölgəyə sürətlə daxil olmasınının qarşısını almaq üzrə sonuncu uğursuz cəhddən (Gürcüstana soxulma) sonra Moskva özünün dağıdıcı təsir vasitələrini bir qədər yumşaldıb və bu, öz növbəsində, sülh, sabitlik və tərəqqinin bərqərar olacağı «qurum» kimi nəzərdə tutulan Qafqaz Evi ideyasının gerçəkləşdirilməsi üçün əlverişli ilkin şərtlər yaradıb. Həmin ilkin şərtlər bunlardır: beynəlxalq demokratik birliyin Qafqazda siyasət üzrə həmrəyləşməsi, Rusiyanın təcridolunma təhlükəsi və onun iqtisadi böhranı, NATO-nun hərbi-dəniz qüvvələrinin Qara dənizə daxil olması, Aİ-nin sülhyaratma qüvvələrinin Gürcüstana daxil edilməsi, Abxaziya və Cənubi Osetiya münaqişələrinin beynəlxalq himayə altına keçməsi, Türkiyə-Ermənistan və Ermənistan-Azərbaycan sülh proseslərinin başlanması. Mühüm ilkin şərtlərdən biri həm də ondan ibarətdir ki, münaqişələrin (məsələn, Qarabağ münaqişəsinin) Sabitlik Paktı çərçivəsində dinc yolla tənzimlənməsi planı ATƏT-in Minsk Qrupunun (Rusiyanın iştirakı ilə) hazırladığı və problemin mərhələli həllini – işğal olunmuş ərazilərin azad edilməsi, qaçqınların öz yurdlarına qayıtması, bölgədə bütün əməkdaşlıq formalarının yaradılması və gələcəkdə, tamamilə yeni və əlverişli şəraitdə status məsələsinə qayıdılmasını – nəzərdə tutan təkliflərə uyğundur. Həmin təkliflərin sonuncuları azad və ədalətli seçkilər yolu ilə seçilmiş demokratik idarəetmə formalarının təsis edilməsi, bölgə ölkələrinin NATO, Aİ və s. təşkilatlara daxil olmasını nəzərdə tutur. Yəni bu, danışıqlar prosesinin etimadsızlıq və inciklik platformasından etimad və qarşılıqlı hörmət platformasına keçməsi deməkdir. Pakt bölgədəki bütün tərəflərə Gürcüstan böhranından sonra yaranmış mürəkəb və təhlükəli vəziyyətdən çıxmaq üçün nadir imkanlar yaradır. İlk növbədə, söz əsas regional oyunçudan – avroatlantik əməkdaşlıq prosesindən onun üçün ağır nəticələrlə müvəqqəti olaraq kənarda qalmış Rusiyadan gedir. Bununla belə, Rusiyanın Qafqaz sabitlik platformasında Aİ-ABŞ ilə həmrəylik şəklində iştirakı yalnız Cənubi Qafqazın yox, narahat Şimali Qafqazın da sakitləşməsinə səbəb olardı. Təəssüf ki, nüfuzlu regional oyunçulardan biri– İran, prosesə qoşulmaq arzusuna baxmayaraq, hələlik Cənubi Qafqaz sülh layihəsindən kənarda qalacaq. Bu, əsas etibarilə, klerikal Tehranın nüvə iddiaları və ABŞ-ın qlobal liderliyinə açıq ədavəti ilə bağlıdır. BMT Təhlükəsizlik Şurasının İranın nüvə iddiaları xüsusunda vahid mövqeyindən çıxış edərək Rusiya və Qafqazda sabitlik layihəsinin digər potensial iştirakçıları İran İslam Respublikasının Qafqaz sülh prosesinə Ərdoğanın planı çərçivəsində cəlb edilməsində israrlı olmayacaqlar. Lakin perspektivdə, demokratik islahatlar keçirdikdən sonra, İranın sabitlik layihəsinə qoşulması qaçılmaz olacaq. butovaz
Küveyt İran səfirini Xarici İşlər Nazirliyinə çağırdı
İran edam və repressiyaları dərhal dayandırmalıdır- Hollandiya
Türkiyədə Cümhuriyyət Günü qeyd olunur
İran polisi daha bir bəlucu öldürdü
İsrail və ABŞ razılaşıb: İrana genişmiqyaslı hücum bərpa ediləcək
Türkiyədə ABŞ İran arasında görüş keçirilməsi təklif edilib
Iranda daha altı məhbus edam edilib
Netanyahu: İran heç vaxt olmadığı qədər zəifdir
İranın şəhər bələdiyyə sədri silahlı hücum nəticəsində öldürülüb
Biləsuvarda daşqın səkkiz kəndə ziyan vurdu
İranda iki Litva vətəndaşı həbs edilib
ABŞ İrana qarşı mümkün hərbi əməliyyat barədə Körfəz ölkələrini xəbərdar edib
Dövlət Bağçalı: Azərbaycan-Türkiyə qardaşlığı siyasi məsələlərdən üstündür
Culfalı müəllim kəşfiyyat idarəsində dindirilib
Misir husilərin hücumlarına qarşı Səudiyyə Ərəbistanına hərbi dəstək göstərilməsinə icazə verib
Küveyt Baş nazir müavininə sui-qəsd planı ittihamı ilə Iranla əlaqəli üç nəfəri edama məhkum edib – AFP
İranla atəşkəs vaxt itkisi idi - Tramp
Təbrizsə təqaüdçülər yenidən aksiya keçirdilər
Dəniz blokadası İranın ixracatını 23% azaldıb
Ocanda əfqanistanlılar həbs edilib
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
ABŞ diplomatlarını regiondan çıxarır
İranda daha səkkiz məhbus edam edildi
Türkiyədə 13 ölkədən 33 şair və yazıçının iştirakı ilə görüş keçirilib: Güney Azərbaycanı təmsil edən şairlər Talasda
İranla bağlı Çin və Rusiya ilə əməkdaşlıq edirik- Tramp
Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə hörmət etməyə çağırıb
Kürd partiyasının düşərgəsi vuruldu- SEPAH
İranın dəstəklədiyi terrorçuların Məkkə və Mədinəyə raket hücumu
ABŞ Türkiyə-Livan təklifinin mövcudluğunu təkzib edib: İranın dəstəklədiyi Hizbullah tərksilah olunmalıdır
Səkkiz aydır görüntü və səs yoxdur; İran rəsmiləri Müctəba Xamenei ilə görüşdüklərini bildirirlər
Iranda daha altı məhbus edam edilib
Reuters: Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır, İrandan on milyonlarla dollar alıb
BMT-nin İrandakı xüsusi məruzəçisi: Müharibə ölkədə repressiyaları daha da gücləndirib
İran agentlərinin ABŞ ərazisində olması ehtimalı yüksəkdir- New York Times
İranda hicaba görə daha on səkkiz iaşə obyekti bağlandı
Urmiya gölünün son vəziyyəti açıqlandı
Rusiyalı nüvə alimləri İrandan təxliyə edilib?
İranda daxili təyyarə biletləri 45 faiz bahalaşıb