SON XƏBƏRLƏR

ERMƏNİSTAN XARİCİ İŞLƏR, MÜDAFİƏ NAZİRLƏRİ, BAŞ NAZİRİNİN AZƏRBAYCANLI JURNALİSTİN İŞTİRAKIYLA MÜSAHİBƏLƏRİ

2021.10.20, 07:36
ERMƏNİSTAN XARİCİ İŞLƏR, MÜDAFİƏ NAZİRLƏRİ, BAŞ NAZİRİNİN AZƏRBAYCANLI JURNALİSTİN İŞTİRAKIYLA MÜSAHİBƏLƏRİ

Gunaz.tv
ERMƏNİSTAN XARİCİ İŞLƏR, MÜDAFİƏ NAZİRLƏRİ, BAŞ NAZİRİNİN AZƏRBAYCANLI JURNALİSTİN İŞTİRAKIYLA MÜSAHİBƏLƏRİ Bugünlərdə Ermənistana səfər edən bir qrup xarici jurnalist arasında «Bi-Bi-Si» radiosunun Moskva müxbiri Eldar İsmayılzadə də olub. Ermənistan prezidenti Serj Sərkisyanın jurnalistlərin suallarına verdiyi cavablar «Media forum» saytında yerləşdirilmişdi. «Bi-Bi-Si»nin Azərbaycan xidmətinin saytı E.İsmayılzadənin imzasıyla digər Ermənistan rəsmilərinin müsahibələrini verib. Həmin yazıları diqqətinizə çatdırırıq. eldarismayilzade_jurnalist_1-1.jpg Eldar İsmayılzadə Xarici işlər naziri Edvard Nalbandyan: «Biz nizamlanmaya hələ 2001-ci ildə çox yaxın idik» Ermənistanın xarici işlər nazirinə verilən ilk suallardan biri Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqların çərçivəsi və prosesdə Türkiyənin son zamanlar fəallıq göstərmək cəhdləri ilə bağlı olub. - Ümumən əgər Türkiyə Qarabağ münaqişəsinin nizamlanmasına kömək edə bilsə, bunu ancaq alğışlamaq olar. Ancaq nəzərə almaq lazımdır ki, danışıqlar ATƏT-in Minsk qrupu çərçivəsində və Minsk qrupu həmsədrlərinin vasitəçiliyilə gedir. Danışıqlar ötən ilin noyabrında həmsədrlərin Madriddə etdikləri təkliflər əsasında aparılır. Zənnimcə, danışıqlar məhz Minsk qrupu çərçivəsində aparılmalıdır. İndi guya Gürcüstandakı hadisələrdən sonra bu çərçivənin işlək olmaması haqda söz-söhbətlər, məncə, əsassızdır. Biz Qarabağ danışıqlarını Cəbubi Osetiya ətrafındakı hadisələrlə bağlamamalıyıq. - Sizin bu yaxınlarda Türkiyənin xarici işlər naziri Əli Babacanla görüşünüzdə Türkiyə-Ermənistan-Azərbaycan arasında kommunikasiyaların açılması, gələcəkdə neft, qaz, dəmir yol layihələrinə Ermənistanın qoşulması məsələsi müzakirə edilibmi? - Özünüz başa düşürsünüz ki, iki nazir təkbətək görüşəndən sonra mətbuata deyə bildikləri şeyləri deyə bilirlər. Ancaq öz tərəfimdən deməliyəm ki, münasibətlərin normallaşdırılması bütün bölgə üçün o cümlədən daha yaxşı nəqliyyat imkanları yaradacaq. Cənubi Osetiya ətrafındakı hadisələr bölgədə sabitlik və təhlükəsizliyin nə qədər kövrək olduğunu və nəqliyyat, enerji, kommunikasiya işində alternativlərin zəruri olduğunu göstərdi. Bu baxımdan məsuliyyətli siyasətçilər başa düşməlidirlər ki, bu onların öz xalqları, bölgənin maraqlarına cavab verir və bu işi inkişaf etdirməlidirlər. - Aydındır ki, burada hər şey Qarabağ münaqişəsinə ilişib. Son zamanlar tez-tez deyilir ki, işdə irəliləyiş var, siz konkret olaraq deyə bilərsinizmi, yolun hansı hissəsi arxadadır və hansı hissəsi uzlaşdırılmamış qalır? - Mən sizin diqqətinizi yaxınlarda prezident Əliyevin etdiyi bəyanatlara yönəltmək istəyirəm. Məncə, Azərbaycan rəhbərliyinin mövqeyində də nə isə dəyişikliklər baş verib, bəlkə buna Cənubi Osetiya ətrafındakı hadisələr təsir edib. Belə ki, əgər Azərbaycandan əvvələr münaqişənin hərb yolu ilə həll edilməsi haqda xeyli bəyanatlar səslənirdisə, indi belə bayanatlar eşidilmir və bu, müsbət haldır. Hərb yolu ilə həll, həll deyil. Ona görə ki, istənilən müharibədən sonra diplomatlar yenidən danışıqlara başlamalıdır. Biz indi danışıqlar aparırıq, ancaq müharibə olsa, biz sonra yenə də danışıqlara qayıdacağıq, ancaq daha pis şəraitdə. Hazırda çox ciddi daqnışıqlar gedir, açıq deməliyəm ki, biz xeyli irəliləmişik və biz nizamlanmaya çıxa bilərik. Sadəcə hər iki ölkənin siyasi rəhbərliyinin siyasi iradəsi lazımdır. Biz nizamlanmaya hələ 2001-ci ildə çox yaxın idik, o zaman Parisdə iki ölkə lideri müəyyən razılığa gəlmişdilər və bu razılaşma Ki-Uestdə kağıza qoyulmuşdu. Sonra isə Azərbaycan tərəfi dedi ki, hələ hazır deyil, ona görə ki, ictimai fikir hazır deyil. Hazırda bir xarici işlər naziri kimi deyirəm ki, danışıqlar Helsinki aktının 3 prinsipi əsasında gedir – bu, güc işlədilməməsi, ərazi bütövlüyü və xalqların öz müqəddarıtını təyin etməsidir. Minsk qrupunun təkliflərində də bu prinsipləri uyuşdurmaq cəhdi edilir. - Bəs bu prinsipləri necə bir yerdə uyuşdurmaq olar? Axı onlar bir-birini faktiki istisna edir... - Xeyr, onlar birini istisna etsəydi, onlar beynəlxalq hüquqün əsas sənədlərinə qoyulmazdı. Hər şeyi danışıqlar yoluyla həll etmək lazımdır. Məhz buna görə də Ermənistan Cənubi Osetiyadakı vəziyyətdən istifadə edib Qarabağı tanımaq yolu ilə getmədi. Biz danışıqların qarşılıqlı güzəştlərə gətirməsinin tərəfdarıyıq. - Yaxşı, bəs Ermənistan konkret olaraq hansı güzəştlərə gedib? Əgər siz Ki-Uestdə olanla indiki müzakirə edilən təklifləri müqayisə etsəniz, böyük fərqi görəcəksiniz. Məhz Ermənistan bir sıra güzəştlərə gedib. İndi o vəziyyətdir ki, tərəflərin birinə dayanmaq lazımıdır. Ona görə ki, həmişə nə isə yenə tələb etməklə itirə də bilərsən. Bu, çox məxfi, həssas danışıqlardı, mən onların məğzini aça bilmərəm. Ancaq nizamlanma işində əsas məsələ Qarabağın statusudur. Status həll olunsa, bütün başqa məsələlər həll oluna bilər. Məncə, mən hər şeyi dedim. Müdafiə naziri Seyran Ohanyan: «Bizim silah yarışına qoşulmaq niyyətlərimiz yoxdur» Ermənistanın müdafiə naziri Seyran Ohanyana verilən ilk suallardan biri Azərbaycanın silahlanması və bunun müqabilində Ermənistanın necə davranacağı olub. - Azərbaycanın surətlə silahlanması haqda məlumatımız var, bunu elə Azərbaycanın öz siyasi rəhbərliyi də bəyan edir. Bizim silah yarışına qoşulmaq niyyətlərimiz yoxdur. Ancaq əlbəttə ki, biz öz ordumuzun yüksək hazırlıq vəziyyətində saxlanılması üçün tədbirlər görürük. Ordumuz dövlətin təyin etdiyi templərlə silahla təhciz edilir, modernləşmə gedir. Elə bir yeni silah növləri yoxdur, biz sadəcə əlimizdə olan silahları modernləşdirməyə çalışırıq. - Əgər Qarabağda silahlı qarşıdurma başlasa, Azərbaycan ordusuna qarşı Ermənistan Respublikasının rəsmi silahlı qüvvələri istifadə ediləcəkmi? - Hazırda Azərbaycan qüvvələriylə təmas xəttində Qarabağ silahli qüvvələri yerləşir və onlar bu illər ərzində balansı saxlaya bilirlər. Onlar qarşılarına qoyduqları məqsədləri həyata keçirməyə qabildir, ancaq eyni zamanda Ermənistan Respublikası həmişə deyib ki, o, Qarabağın erməni əhalisinin təhlükəsizliyinə təminatçı olacaq. Bu, Ermənistanın milli təhlükəsizlik konsepsiyasında əks olunub. - Bəs Ermənistanın hərbi doktrinasında Türkiya haqda nə deyilir, o, təhlükə, yaxud potensial düşmən kimi göstərilirmi? Bizim doktrina göstərilir ki, Türkiyə tərəfindən təhlükə var. Ancaq bu kəlmə daşda həkk olunmayıb, biz əgər qarşılıqlı surətdə onu dəyişmək istəsək, dəyişə bilərik. - Əgər Gürcüstan NATO-nun üzvü olsa, bu Ermənistana necə təsir edə bilər? Aydındır ki, belə vəziyyətdə Qərblə Rusiya arasında qarşıdurma qüclənəcək... - Əlbəttə, Gürcüstan NATO-ya daxil olsa, biz siyasətimizi elə qurmalıyıq ki, həmin vəziyyətdə də erməni dövlətinin təhlükəsizliyini təmin etməyə imkan olsun. Biz həm NATO-la həm Rusiyayla münasibətlərə malik olmalıyıq. Amma bildirməliyəm ki, Gürcüstanın NATO-da üzvlüyü bizə elə bir təhlükə kəsb etmir. - Hazırda Qafqazda vəziyyətin gərginləşməsi üzündən Ermənistanda yerləşən Rusiyanın 102-ci bazasının qücləndirilməsi nəzərdə tutulurmu? - Bizim məlumatlara görə, Rusiya Silahlı Qüvvələrində müəyyən islahatlar gedir. Ola bilsin ki, bu iş çərçivəsində onların məhz 102-ci bazanın optimallaşdırılması haqda müəyyən planları var. Baş nazir Tiqran Sərkisyan: «Bizim cəmiyyətdə hələ 18-ci əsrdə olan zümrələr var» Ermənistanın baş naziri Tiqran Sarkisyana jurnalistlərin verdiyi ilk sual Türkiyə-Ermənistan münasibətləri ilə bağlı olub. - Ermənistanda Türkiyə ilə sərhədin açılmasının hansı mümkün effekti olacağı hesablanıbmı? - Sözsüz ki, dənizə çıxış və nəqliyyat kommunikasıyalarının şaxələndirilməsi çox vacibdir. Ona görə ki, bu iqtisadiyyatın daha davamlı inkişafını təmin edir. İqtisadiyyatda risklər azalır, etibarlılıq artır. Ona görə biz problemlərin həll olunması və dəmir yolunun açılmasında maraqlıyıq. Bunun konkret hansı iqtisadi təsiri olması haqda müxtəlif fərziyyələr var. Ümumən sərhədin bağlı olmasının nəticəsi odur ki, Ermənistan elmyönlü iqtisadiyyata daha çox diqqət verir. Bu bizi iqtisadiyyatın səmərəliliyini qaldırmağa daha çox enerji və güc sərf etməyə məcbur edir. Bu bizim üçün postindustrial iqtisadiyyat, elm və yeni texnologiyalara söykənən iqtisadiyyat qurmağa bir stimuldur. - Ermənistan iqtisadiyyatının strukturunda hərbi xərclər hansı yeri tutur? - Bu xərclər bizim ümumi daxili məhsulumuzun 3 faizini təşkil edir. Keçən ilə ümumi daxili məhsulumuz 10 milyard dollar olub, deməli hərbi xərclər 300 milyon dollar təşkil edib. Tamamilə açıq və rəsmi məlumatdır. Bu faiz Gürcüstan və Azərbaycandakı rəqəmlərdən bir qədər aşağıdır. - Bəs Dağlıq Qarabağa Ermənistan rəsmi komək edirmi? - Ermənistan Qarabağa rəsmi iqtisadi kömək göstərir. Bu birbaşa maliyyə köməyidir və vasitəli köməkdir. Qarabağın iqtisadiyyatı Ermənistan iqtisadiyyatına inteqrasiya olunub, bu vahiq iqtisadi məkan, vahid valyuta, vahid maliyyə sistemidir. Bu baxımdan köməyin konkret həcmlərini hesablamaq çətindir. İqtisadi baxımdan Qarabağ Ermənistanın kiçik rayonlarından biridir. Ermənistanın ümumi daxili məhsulunun təxminən 4-5 faizi Qarabağa düşür. Qarabağa xarici investiyilar çox gedir. Xaricdəki qarabağlılar öz vətənlərinə yatırımlar edirlər. Qarabağ Ermənistana nisbətən daha mütəşəkkildir. Orada qayda-qanun daha qüclüdür, orada kölgə iqtisadiyyatı da daha azdır, korrupsiyanın səviyyəsi də daha aşağıdır, bu baxımdan Ermənistanın özü onlardan bir çox şeyi öyrənməlidir. - Ümumən Azərbaycanla iqtisadi münasibətlərin bərpası Ermənistan iqtisadiyyatına hansı təsiri göstərə biləcəyi hesablanıbmı? - Bizim xarici siyasət doktrinamızda göstərilir ki, biz öz qonşularımız, o cümlədən Azərbaycanla xoş münasibətlərin qurulmasında maraqlıyıq. Ona görə biz tezliklə Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasını istəyirik. Bu məsələ cəmiyyətin nə qədər inkişaf etdiyindən asılıdır. Müəyyən iqtisadi, siyasi artım olanda qonşular üçün bir-biri ilə dil tapmaq daha asan olacaq. Avropa İkinci Dünya müharibəsindən sonra bu yolla gedib, birinci iqtisadi inteqrasiya olub, sonra isə siyasi məsələlər həll olunub. Məncə, bizi də eyni şey gözləyir. Və bu Avropadakından xeyli tez baş verəcək, indi sosial vaxt çox sıxılıb, biz 1 ilə o zamankı Avropanın 10 ilə yaşadığını yaşayırıq. Bu baxımdan, zənnimcə, yaxın 5 il ərzində biz münaqişəni həll edə biləcəyik. - Cənab baş nazir, Ermənistan rəhbərliyi Türkiyə və Azərbaycanla xoş münasibətlərdən danışır, burada küçədə adi insanlarla danışanda məlum olur ki, adamlar xoş münasibətlərin tərəfdarıdır, ancaq deyək Azərbaycan və Türkiyə ilə olan ərazi problemlərində güzəştə getmək istəmir? - Biz işə gələcəkdən baxmalıyıq, keçmişdən yox. Biz dünyanı gələcəkdə necə görürük və Ermənistanın bu dünyada yeri nə olacaq. Dünya dəyişir və biz onun hansı istiqamətdə dəyişməsi, burada hansı dəyərlərin olmasını müəyyənləşdirməliyik. Bu baxımdan milli ərazilər nədir, bu məhfum varmı, yoxsa haradasa yaşayan insanlar məhfumu var. Məncə, məhz bu dəyərlər qalib gələcək. Bu isə ərazinin 21-ci əsrdə heç bir əhəmiyyətə malik olmaması deməkdir. Bu o deməkdir ki, biz insanların rahat yaşaması üçün şərait yaratmalıyıq. İnsanlar onlar üçün rahat yaşayışı verən yeri seçmək hüququna malik olmalıdırlar. Bu azad seçim insanların vətəninin harda olmasını təyin edəcək. Məhz bu rakursdan Ermənistanla Türkiyə və Ermənistanla Azərbaycan arasında olan problemləri həll etmək lazımdır. - Siz intellektual elita nöqteyi nəzərindən danışırsınız, amma adi insanlarla danışanda elə təəssürat yaranır ki, onlar sizinlə razı deyillər. - Bizim cəmiyyətdə hələ 18-ci əsrdə olan zümrələr var, 20-ci əsrdə olanlar var, artıq 21-ci əsrdə olan insanlar var. Sual ondadır ki, bu cəmiyyəti kim irəli aparacaq. Elita aparmalıdır, elita isə keçmiş əsr yox, 21-ci əsrin kateqoriyaları ilə fikirləşməlidir. Əgər bizim cəmiyyətdə hələ 18-ci əsrdən qalmışlar varsa, bu, bizim problemimizdir və onu həll etməliyik. Biz onları irəli aparmalıyıq, geri getməməliyik.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar