SON XƏBƏRLƏR

Da­hi və sa­də Azər­bay­can­lı - Lüt­fi Za­də

2021.10.20, 07:36
Da­hi və sa­də Azər­bay­can­lı - Lüt­fi Za­də

Gunaz.tv
Da­hi və sa­də Azər­bay­can­lı - Lüt­fi Za­də 7260908.jpg Onun haq­qın­da çox oxu­muş­dum. El­mə gə­tir­di­yi ye­ni­lik­lər, dün­ya­nın bu ye­ni­lik­lər­dən əl­də et­di­yi bö­yük nə­ti­cə­lər və qa­zanc­lar içim­də bu da­hi alim­lə gö­rüş­mək, onun­la nə­zə­riy­yə­lə­ri ilə bağ­lı fi­kir mü­ba­di­lə­si apar­maq, çox­lu su­al­la­rı­ma ca­vab al­maq is­tə­yi do­ğur­muş­du. Çün­ki bir azər­bay­can­lı ola­raq, bu da­hi azər­bay­can­lı ilə sö­zün əsil mə­na­sın­da fəxr edir­dim! Hər bir mil­lət dün­ya­ya, bə­şər ta­ri­xi­nə bəxş et­di­yi bö­yük in­san­la­rı ilə fəxr edir. Bü cür in­san­lar tək­cə öz mil­lə­ti üçün de­yil, bü­tün dün­ya və in­san­lıq üçün bö­yük iş­lər gö­rür və öz adı ki­mi, mil­lə­ti­nin də adı­nı ta­ri­xə ya­zır. Bə­zən bir in­san bir mil­lə­tin dün­ya­ya ta­nı­dıl­ma­sın­da çox bö­yük rol oy­na­yır və ya oy­na­ya bi­lər. Meh­ri­ban və sa­də in­san Həm­yer­li­miz O.Ba­ba­za­də­nin və M.Sə­mə­din çək­di­yi çox gö­zəl bir film "Uzaq və ya­xın Lüt­fi Za­də" fil­mi­ni seyr et­dik­dən son­ra onun­la tək­cə da­hi alim ki­mi el­mi iş­lə­rin­dən de­yil, bir azər­bay­can­lı ki­mi də sə­mi­mi söh­bət et­mək is­tə­yir­dim. Onun­la uzun il­lər­dir ya­şa­dı­ğı və fəa­liy­yət gös­tər­di­yi ABŞ-ın Ka­li­for­ni­ya Şta­tın­da ta­nış ol­duq. Qar­şım­da bə­zi­lə­ri­nin dü­şün­dü­yü ki­mi so­yuq və uzaq ame­ri­ka­lı alim L.Za­də yox, meh­ri­ban və ya­xın, sa­də azər­bay­can­lı L.Za­də da­yan­mış­dı. Bu in­san­da mə­ni ilk hey­rət­lən­di­rən həd­dən ar­tıq sa­də­lik və meh­ri­ban­lıq idi. Bir ne­çə də­qi­qə ər­zin­də dost­la­şıb çox meh­ri­ban­ca­sı­na söh­bə­tə baş­la­dı­ğı­mız bu in­san adı dün­ya el­mi­nin nə­həng­lə­ri ilə bir sı­ra­da çə­ki­lən bir alim, qey­ri-sə­lis mən­ti­qin ata­sı he­sab olu­nan Lüt­fi Za­də idi. Həd­dən ar­tıq sə­mi­mi və meh­ri­ban Lüt­fi Za­də... Dün­ya el­min­də in­qi­lab edən da­hi azər­bay­can­lı Ma­raq­lı­dır ki, uzaq San-Fran­sis­ko­da mil­li mət­bə­xi­mi­zin ən gö­zəl tə­am­la­rı­nın ol­du­ğu bir res­to­ran­da ma­sa ar­xa­sın­da Azər­bay­can­dan gəl­miş mil­lət və­kil­lə­ri, Los-An­ce­les­də­ki baş kon­su­lu­muz və kon­sul­lu­ğun əmək­daş­la­rı, bir söz­lə, soy­daş­la­rı ara­sın­da ol­maq­dan və söh­bət­lər­dən çox ra­zı gö­rü­nür­dü. Elə biz də... Bu bi­zim üçün Ka­li­for­ni­ya­da ke­çir­di­yi­miz gö­rüş­lə­rin bəl­kə də ən ma­raq­lı­sı idi. Azər­bay­can­la bağ­lı çox­lu su­al­lar ve­rir­di. Azər­bay­ca­nın Er­mə­nis­tan tə­rə­fin­dən iş­ğal olun­muş əra­zi­lə­ri, Dağ­lıq Qa­ra­bağ mü­na­qi­şə­si­nin həl­li is­ti­qa­mə­tin­də və­ziy­yə­tin nə yer­də ol­ma­sı, Azər­bay­ca­nın in­ki­şa­fı, iq­ti­sa­di po­ten­sia­lı, öl­kə­mi­zin keç­di­yi yol, elm, mə­də­niy­yət və bir çox sa­hə­lər­də mü­za­ki­rə­lər edir­dik. Gö­rüş sa­at­lar­la da­vam et­di. Heç kəs ay­rı­lıb get­mək is­tə­mir­di. Bi­zim üçün də onun­la söh­bət çox ma­raq­lı idi. Ma­sa­da ye­ri­miz ya­na­şı ol­du­ğun­dan onun­la da­ha çox söh­bət et­mək im­ka­nım var­dı və bu da­hi ali­mi, azər­bay­can­lı­nı da­ha ya­xın­dan ta­nı­maq is­tə­yir­dim. Qu­ra­ni-Kə­rim və qey­ri-sə­lis mən­tiq nə­zə­riy­yə­si Lüt­fi Za­də­nin ən bö­yük xid­mə­ti klas­sik ri­ya­ziy­ya­tın əsa­sı olan iki­li çox­luq an­la­yı­şı­na ye­ni ifa­də ver­mə­si­dir - qey­ri-sə­lis çox­luq­la­rı tək­lif et­mə­si­dir. Elm­də qey­ri-sə­lis öl­çü­nün da­xil edil­mə­si tə­bi­ət­də və cə­miy­yət­də ge­dən pro­ses­lə­rin qey­ri-mü­əy­yən­li­yi­ni da­ha adek­vat nə­zə­rə al­ma­ğa im­kan ya­ra­dıb. Lüt­fi Za­də al­ter­na­tiv ri­ya­ziy­yat (qey­ri-sə­lis ri­ya­ziy­yat) ya­rat­dı! El­min di­li, qey­ri-mü­əy­yən­lik öl­çü­sü də­yiş­di­yin­dən qey­ri-sə­lis fi­zi­ka, qey­ri-sə­lis kim­ya, qey­ri-sə­lis ri­ya­ziy­yat və baş­qa qey­ri-sə­lis elm­lər ya­ran­dı. Onun­la bağ­lı oxu­du­ğum ya­zı­lar­da ma­raq­lı bir ifa­də var­dı. "O, elm­də elə bö­yük bir in­qi­lab et­di ki, bu nə­zə­riy­yə ya­yıl­ma su­rə­ti­nə və əha­tə dai­rə­si­nə gö­rə elm­dən çox di­ni xa­tır­la­dır". Ra­zı­laş­ma­maq müm­kün de­yil. Çün­ki bu gün dün­ya­da be­lə bir elm sa­hə­si yox­dur ki, hər il 10-lar­ca bey­nəl­xalq konf­rans­lar təş­kil olun­sun, 50-dən çox el­mi jur­nal nəşr olun­sun. Bu, Lüt­fi Za­də­nin ya­rat­dı­ğı qey­ri-sə­lis mən­tiq sa­hə­si­dir! Fəxr ət­mə­yə də­yər! Al­lah kai­nat­la zər oy­na­mır və ya hə­yat­la vi­da­la­şan Eyn­ştey­nin eti­ra­fı Ai­lə­sin­dən da­nı­şı­rıq. Hə­yat yol­da­şı Fey xa­nım de­yir ki, Nə­ri­man ad­lı bir oğul­la­rı və Stel­la adın­da bir qız­la­rı var. Hə­yat yol­da­şı onu bü­tün təd­bir­lə­rin­də, sə­fər­lə­rin­də mü­şayi­ət edir. Çox meh­ri­ban bir cüt­lük­dür, sö­zün hə­qi­qi mə­na­sın­da hə­yat dos­tu. Lüt­fi Za­də haq­qın­da bir ya­zı yaz­maq niy­yə­ti­mi de­yi­rəm. Fey xa­nım mə­nə is­ti­fa­də edə bi­lə­cə­yim mən­bə­lər­dən da­nı­şır. Mən­bə­lər isə say­sız-he­sab­sız... Söh­bə­ti ye­ni­dən Lüt­fi Za­də­nin dün­ya­ya səs sa­lan el­mi ye­ni­lik­lə­ri­nin üzə­ri­nə qay­ta­rı­rıq. Lut­fi Za­də dün­ya el­mi­nə 5 fun­da­men­tal nə­zə­riy­yə bəxş edib. "Tə­əs­sü­rat­lar nə­zə­riy­yə­si", "Fə­za və­ziy­yət­lə­ri nə­zə­riy­yə­si", "Söz­lə he­sab­la­ma nə­zə­riy­yə­si", "Soft Kom­pü­ting nə­zə­riy­yə­si", "Qey­ri-sə­lis mən­tiq və çox­luq­lar nə­zə­riy­yə­si" ki­mi el­mi kəşf­lər dün­ya el­mi­nin in­ki­şa­fın­da bö­yük rol oy­na­yıb. Ey­ni za­man­da, bu gün bu nə­zə­riy­yə­lər hə­ya­tı­mı­zın bü­tün sa­hə­lə­rin­də çox ge­niş tət­biq olu­nur. İn­san ki­mi dü­şün­mək qa­bi­liy­yə­ti­nə ma­lik kom­pyu­ter­lə­rin, yə­ni təc­rü­bə­yə və el­mi bi­lik­lə­rə yi­yə­lən­miş ma­şın­la­rın- sü­ni in­tel­lek­tin ya­ra­dıl­ma­sın­da bö­yük ali­min el­mi nə­ti­cə­lə­ri bö­yük rol oy­na­yıb Ya­şın fər­qi yox­dur 87 ya­şı­nın ol­ma­sı­na bax­ma­ya­raq, ya­şın­dan çox ca­van gö­rü­nür. Bu ba­rə­də komp­li­ment­lə­ri­mi­zi mə­mu­niy­yət­lə qə­bul edir. Sə­bə­bi­ni düz­gün hə­yat tər­zi, düz­gün qi­da­lan­ma, id­man­la bağ­la­yır. Əla­və edi­rik ki, özü­nün nə­zə­riy­yə­lə­rin­dən yə­qin bir in­san ki­mi özü də bəh­rə­lə­nib. Qey­ri-sə­lis mən­tiq nə­zə­riy­yə­si onun hə­ya­ta ba­xı­şı, hə­yat fəl­sə­fə­si ki­mi onun bu yaş­la­ra ki­mi sağ­lam, güm­rah və hə­yat eş­qi ilə do­lu ya­şa­ma­sı­nın əsas sə­bəb­lə­rin­dən­dir. O, bu gün dün­ya­da ori­ji­nal ide­ya­lar irə­li sü­rən və ye­ni el­mi is­ti­qa­mət­lə­ri mü­əy­yən edən na­dir alim­lər­dən­dir. Onun hər bir əsə­ri elm alə­min­də ha­di­sə­yə çev­ri­lir. Am­ma vaxt ta­pıb Ka­li­for­ni­ya­da­kı Azər­bay­can di­as­po­ru­nun təd­bir­lə­ri­nə də qa­tıl­ma­ğa baş­la­yıb. Mə­sə­lən, Ka­li­for­ni­ya­da fəa­liy­yət gös­tə­rən Ame­ri­ka­lı Azər­bay­can­lı­lar Şu­ra­sı­nın Berk­li Uni­ver­si­te­tin­də təş­kil et­di­yi gənc­lə­rin 2-ci aka­de­mik fo­ru­mun­da iş­ti­rak və çı­xış edib. Tə­bii ki, Berk­li­nin if­ti­xa­rı olan L.Za­də­nin bir azər­bay­can­lı ola­raq azər­bay­can­lı­la­rın təd­bi­rin­də iş­ti­ra­kı çox va­cib və əhə­miy­yət­li­dir. Ona ba­xa­raq baş­qa mil­lət­lə­rin nü­ma­yən­də­lə­rin­də azər­bay­can­lı­lar haq­qın­da han­sı yük­sək təs­sü­rat­la­rın ya­ran­ma­sı­nı izah et­mə­yə, mən­cə, eh­ti­yac yox­dur. Ey­ni za­man­da, onun bu cür təd­bir­lər­də iş­ti­ra­kı­nın Ame­ri­ka­da ya­şa­yan və ya təh­sil alan azər­bay­can­lı­lar, azər­bay­can­lı gənc­lər üçün bö­yük bir sti­mul ol­ma­sı­nı da... Tə­va­zö­kar Lüt­fi Za­də İn­san ki­mi çox sa­də olan Lüt­fi Za­də­yə ba­xan­da ya­dı­ma bir ata­lar mi­sa­lı­mız dü­şür­dü: "Bar ve­rən ağac ba­şı­nı aşa­ğı di­kər". San­ki ya­rat­dı­ğı el­mi nə­zə­riy­yə­lər­lə dün­ya el­min­də in­qi­la­bi çev­ri­liş edib onun ümu­mi mən­zə­rə­si­ni də­yiş­dir­miş in­san o de­yil. San­ki ABŞ-ın Berk­li şə­hə­rin­də­ki İn­for­ma­si­ya Tex­no­lo­gi­ya­la­rı üz­rə Za­də ins­ti­tu­tu-ZİFT ins­ti­tu­tu onun şə­rə­fi­nə ya­ra­dıl­ma­yıb, Ya­po­ni­ya elm adam­la­rı­na ver­di­yi ən yük­sək mü­ka­fat - "Hon­da"-nın sa­hi­bi o de­yil. O, bu ada qey­ri-sə­lis mən­tiq nə­zə­riy­yə­si­nin sə­na­ye­də­ki uğur­la­rı­na gö­rə la­yiq go­rü­lüb. Lüt­fi Za­də bu gün dün­ya­da əsər­lə­ri­nə ən çox is­ti­nad edi­lən alim sa­yı­lır. O, bir çox aka­de­mi­ya­la­rın fəx­ri aka­de­mi­ki, uni­ver­si­tet­lə­rin fəx­ri pro­fes­so­ru­dur. Çox­lu say­da cə­miy­yət və fond­la­rın mü­ka­fat­la­rı­na la­yiq gö­rül­müş, me­dal­lar­la təl­tif edi­lib. Əs­lin­də onun al­dı­ğı mü­ka­fat­la­rın və la­yiq gö­rül­dü­yü me­dal­la­rın tam si­ya­hı­sı­nı ver­mək çox çə­tin­dir. Çün­ki bu­nun üçün sə­hi­fə­lər la­zım gə­lər. Bir azər­bay­can­lı­nın dün­ya­nın elm sa­hə­sin­də ən yük­sək sə­viy­yə­də qə­bul olun­ma­sı və qiy­mət­lən­di­ril­mə­sin­dən gö­zəl nə ola bi­lər? Bu gün dün­ya­da məi­şət tex­ni­ka­sın­dan tut­muş-qey­ri-sə­lis mən­tiq­li toz­so­ran­lar, pal­tar­yu­yan­lar, dom­na so­ba­la­rı, atom ener­ji blok­la­rı ki­mi mü­rək­kəb tex­no­lo­ji pro­ses­lə­rə, met­ro qa­tar­la­rı, av­to­mo­bil­lər, ver­tol­yot­lar, ro­bot­lar ki­mi di­na­mik ob­yekt­lə­rin ida­rə olun­ma­sın­da qey­ri-sə­lis ida­rə­et­mə mo­de­li tət­biq olu­nur. Yə­ni Lüt­fi Za­də nə­zə­riy­yə­si məi­şə­ti­miz­dən tut­muş hə­ya­tı­mı­zın bü­tün sa­hə­lə­ri­nə qə­dər nü­fuz edir. Fəxr et­mə­yə də­yər! O, Azər­bay­can Mil­li Elm­lər Aka­de­mi­ya­sı­nın üz­vü, Ba­kı Döv­lət Uni­ver­si­te­ti də da­xil ol­maq­la bir ne­çə uni­ver­si­te­tin fəx­ri dok­to­ru­dur. Söh­bət ara­sı da­vam­çı­la­rın­dan da da­nı­şı­rıq. Azər­bay­ca­nın məh­şur alim­lə­rin­dən bi­ri, aka­de­mik, zi­ya­lı Ra­fiq Əli­ye­vin adı­nı çə­kib, haq­qın­da çox yük­sək fi­kir­lər söy­lə­di. Xa­nı­mı isə əla­və et­di ki, on­lar həm də ai­lə dos­tu­dur­lar, çox yax­şı mü­na­si­bət­lə­ri var və vax­ta­şı­rı gö­rü­şür­lər. Ra­fiq mü­əl­li­min bey­nəl­xalq sə­viy­yə­də qə­bul edi­lən bir alim ol­du­ğu­nu bi­lir­dik, am­ma da­hi alim Lüt­fi Za­də­nin bu cür qiy­mə­ti bi­zi də se­vin­dir­di (Ye­ri gəl­miş­kən, bu ya­zı­nın ha­zır­lan­ma­sın­da Ra­fiq Əli­ye­vin Lüt­fi Za­də ilə bağ­lı mü­əy­yən fi­kir­lə­rin­dən qay­naq ki­mi is­ti­fa­də olu­nub). Unu­dul­maz ax­şam Çay­la­rı­mı­zı içib qur­tar­saq da sa­at­lar­la da­vam edən və ge­cə ya­rı­sı­na qə­dər uza­nan söh­bə­ti­mi­zi heç kəs tərk et­mək is­tə­mir­di. Ma­sa­mı­za bir nə­fər xa­ri­ci və­tən­daş ya­xın­la­şır. Lüt­fi Za­də­nin əli­ni sı­xa­raq, onun­la gö­rüş­mək­dən şə­rəf duy­du­ğu­nu de­yir. Ma­sa­ya ya­xın­la­şan in­san ali­min onu ta­nı­ma­dı­ğı­nı gö­rüb, "siz mə­ni ta­nı­mır­sı­nız, am­ma biz si­zi çox yax­şı ta­nı­yı­rıq və qiy­mət­lən­di­ri­rik" de­yir. Bir in­san üçün bun­dan bö­yük nə xoş­bəx­lik ola bi­lər! Xa­ti­rə şə­kil­lə­ri çək­dir­dik. Ona həd­di­yə edi­lən Azər­bay­can mu­si­qi­si disk­lə­ri­nə çox se­vin­di. Mu­si­qi­mi­zi çox sev­di­yi­ni və da­im qəl­bin­də və evin­də ya­şat­dı­ğı­nı de­di. Ay­rıl­maq vax­tı­dır. Am­ma söh­bə­ti­mi­zi kü­çə­də də da­vam et­di­ri­rik. Gö­zəl bir av­qust ge­cə­si idi. "İn­di Ba­kı­da gö­zəl ha­va var, lap bu­ra­nın ha­va­sı ki­mi, Ba­kı üçün ya­man da­rıx­dım" de­yi­rəm. Ba­xıb gü­lüm­sə­yir. Ha­mı­mız bir ağız­dan "Ba­kı­da gö­rü­şə­nə­dək" de­yi­rik. Və son... Mən da­hi azər­bay­can­lı alim Lüt­fi Za­də ilə fəxr edir­dim, onun­la gö­rüş­dən son­ra isə həm də qü­rur duy­dum. Mən­cə, siz də. İna­nı­ram ki, bu gün in­for­ma­si­ya tex­no­lo­gi­ya­la­rı sa­hə­si­ni özü­nün prio­ri­tet­lə­rin­dən bi­ri he­sab edən Azər­bay­can, onun elm alə­mi, bü­tün və­tən­daş­la­rı üçün bö­yük ali­min töv­si­yə və məs­lə­hət­lə­ri çox əhə­miy­yət­li olar­dı. Elə onun Azər­bay­ca­na sə­fər­lə­ri də... Ay­rı­lan­da "Azər­bay­can­da gö­rü­şə­nə­dək" de­miş­dik. Azər­bay­can­da gö­rü­şə­nə­dək, da­hi və sa­də azər­bay­can­lı Lüt­fi Za­də! PS. Məqalə ixtirasla verilib və Lent.az saytından götürülüb. Qə­ni­rə PA­ŞA­YE­VA, Millət Vəkili

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar