SON XƏBƏRLƏR

Regionda yeni nüvə enerjisi reallığı yaranır . Ermənistan yeni AES tikmək üçün tender keçirəcək

2021.10.20, 07:36
Regionda yeni nüvə enerjisi reallığı yaranır . Ermənistan yeni AES tikmək üçün tender keçirəcək

Gunaz.tv
Regionda yeni nüvə enerjisi reallığı yaranır aes.jpg Ermənistan yeni AES tikmək üçün tender keçirəcək Bu ilin iyun ayına olan məlumatlara görə, 31 ölkədəki 439 nüvə reaktorunun toplam gücü 372 GW-dur. Dünyada hasil olunan elektrik enerjisinin pay bölgüsü aşağıdakı kimidir. Hazırda dünyada elektrik istehsalının 46,1%-i təbii qazın payına düşür. Daha sonra nüvə enerjisi 20,9%, su 19,2%, idxal kömür 6%, dizel yanacağı 4,6%, daş kömürü 1,6%, külək 0,5%, motorin 0,3%, qeyzerlər (jeotermal) 0,1%, digərləri 0,7% gəlir. Göründüyü kimi ən çox elektrik enerjisi təbii qaz və sudan alınır ki, Allaha şükür ki, hər ikisi Azərbaycanda kifayət qədərdir. Amma nə vaxtsa, qurtara bilər, azala bilər. Unutmaq olmaz ki, indi regiondakı siyasi, iqtisadi və s. prosesləri neft və qaz hərəkətə gətirirsə, gələcəkdə uran ehtiyatları hərəkətə gətirəcək. Onu da yaddan çıxarmaq olmaz ki, quzeyli, güneyli Azərbaycan uran yataqları ilə zəngindir. Göytürk Sözümüz odur ki, yaxın gələcəkdə yeni enerji reallıqlarının şahidi olacağıq və bu və ya digər bəyanatlarda özünü göstərən gələcəyə indidən hazırlaşmaq lazımdır. Son dövrlər regionumuzda nüvə enerjisi sahəsində maraqlı proseslər baş verir. Bu faktlar Azərbaycan üçün də maraqlıdır. Qarabağ münaqişəsi başlayandan bəri blokadaya aldığımızı düşündüyümüz Ermənistanın özünü enerji ilə necə təchiz etdiyini öyrənəndə ciddi reallıqlarla qarşılaşırsan. Ağlaşmalarına baxmayaraq, Ermənistan bütün dünyada özünü nüvə elektrik enerjisilə təmin edən yeddinci ölkədir. İşğalçı ölkədə fəaliyyət göstərən "Metsamor" AES Ermənistanın enerji tələbatını 43,5 faiz təmin edir. Ondan əvvəl Fransa (76,9%), Litva (64,4%), Slovakiya (54,3%), Belçika (54,1%), Ukrayna (48,1%), İsveç (46,1%) vardır. Hətta ABŞ (19,4%), Rusiya (16%), İngiltərə (15,1%) özünü nüvə enerjisilə təmin etməkdə Ermənistandan geridə qalır. Ermənilər "Çernobıl" AES-in oxşarı olan "Metsamor" Atom Elektrik Stansiyasını istismar müddəti başa çatanadək, yəni 2016-cı ilədək işlətməyi planlaşdırırlar. Halbuki 1989-cü ildən sonra Çernobıl AES-də baş verən qəzanın Ermənistanda da təkrarlanacağından ehtiyatlanan hökumət AES-in işini dayandırmışdı. Amma 1995-cı ildə işğalçı Ermənistan Avropa Birliyinin, ABŞ-ın çağırışlarına baxmayaraq AES-in işini yenidən bərpa etdi. Xatırladaq ki, AB Ermənistana AES-in bağlanması üçün milyonlarla dollar vəsait ayırsa da, rəsmi İrəvan hələ kifayət qədər təhlükəli olan AES-in bağlanmasından imtina edir. Xatırladaq ki, "Metsamor" AES-də Rusiya istehsalı olan VVGR-440 markalı, gücü 815 MVt olan iki enerji bloku qurulub. AES-in birinci bloku 1976-cı ildə, ikinci blok isə 1980-ci ildə istismara buraxılıb, 1989-cu ildən siyasi yanaşmalardan irəli gələrək AES-in fəaliyyəti dayandırılıb, 1995-ci ildən isə AES-in 407,5 MVT gücündə olan ikinci bloku yenidən işə salınıb. ABŞ 1996-cı ildə "Metsamor" AES-də təhlükəsizlik səviyyəsinin artırılması üçün 55 milyon dollar maliyyə yardımı ayırıb. Hazırda AES-də yalnız gücü 407,5 MVt olan ikinci enerji bloku işləyir. Sentyabrın 9-da İrəvanda Rusiyanın "Rosatom" Dövlət Korporasiyasının sədri Sergey Kriyenko deyib ki, Ermənistan AES 2016-cı ilədək elektrik enerjisi hasil edə biləcək. Yeri gəlmişkən,"Rosatom" Ermənistanda uran yataqları axtarır. Hazırda erməni hökuməti "Metsamor" AES-in yaxınlığında gücü 1000 MVt olan yeni atom enerji bloku tikməyi planlaşdırır. Bundan başqa, ilin axırında ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi, MAQATE-nin dəstəyilə yeni AES-in tikintisi üzrə texniki-iqtisadi əsaslandırma hazırlanacaq. ABŞ yeni yeni AES-in ətraf aləmə təsirini öyrənmək üçün Ermənistana texniki-iqttisadi əsaslandırmanını hazırlanması məqsədilə 2 milyon dollar ayırıb. İlkin qiymətləndirmələrə görə, 2010-cu ildə yeni AES-in tikintisi başlayacaq, işlər 5 il davam edəcək. Yeni AES-in tikintisinə 5,2-7,2 milyard dollar vəsait xərclənməsi gözlənilir. Bu günlərdə "ArmRosQazprom" kampaniyasına baş çəkən Ermənistan prezidenti Serj Sərkisyan isə bildirib ki, tezliklə hökumət yeni AES-in tikintisi üçün məsləhətçinin müəyyənləşdirilməsi məqsədilə tender elan edəcək. Növbəti tender isə operatorun müəyyənləşdirilməsilə bağlı olacaq. Onun sözlərinə görə, hazırda, yeni AES-in texniki-iqtisadi əsaslandırılma sənədləri hazırlanır: "Biz gücü 1000-1200 MVt olan blokun tikintisinə də başlayırıq. Bu yolla da ölkənin enerji təhlükəsizliyinin keyfiyyəti dəyişəcək". "Metsamor" AES-də beşinci enerji blokunun tikilməsi haqqında danışan Sərkisyan söyləyib ki, yeni AES-in tikintisi getdiyi dövrdə beşinci blok və Razdan HES, İrəvan İES alternativ enerjidə bərabər paylara sahib olacaq: "Əgər biz istilik və hidroenergetikanı inkişaf etdirə bilməsək, əksəriyyəti atom enerjisi olsa, onda iqtisadiyyat ciddi böhranla üzləşəcək". "Metsamor" AES-in ərazisində beşinci enerji blokunun tikilməsi 4 milyard dollara başa gələcək. Artıq platforması hazırlanan blokun nə vaxta tikilib qurtaracağı bilinmir. Dünən yayılan məlumata görə isə, Ermənistan bu ilin sonunadək Dünya Nüvə Assosiasiyasına (World Nuclear Assosiation) üzv olmağa çalışır. Ermənistanın təbii sərvətlər və energetika naziri Armen Movsesyan "Metsamor" AES-in yeni, beşinci enerji blokunun texniki-iqtisadi əsaslandırmasının təqdimatı zamanı deyib ki, erməni hökuməti Parisə "World Nuclear Assosiation"un konfransına dəvət olunub. ABŞ-ın Ermənistana təyin olunmuş yeni səfiri Mari Yovanoviç təqdimat mərasimi zamanı bildirib ki, Vaşinqton Ermənistanda yeni AES-in tikilməsi qərarını dəstəkləyir. Onun sözlərinə görə, beşinci enerji blokunun tikilməsi üzrə tədqiqatlar erməni xalqının təhlükəsizliyini və uzun illər Ermənistanın enerji tələbatını ödəmək üçün yeni AES-in tikintisi üçün yolların müəyyənləşdirilməsinə kömək edəcək. Türkiyədə "görünməz əl" sindromu Türkiyənin nüvə axtarışları isə 1960-cı illərdən başlayıb. İlk addım İstanbul Kiçikçəkməcədə ABŞ-ın dəstəyilə qurulan tədqiqat reaktoruyla atılıb. Sonra Türkiyənin nüvə stansiyası tikməsi gündəmə gəlib. Kifayət qədər yavaş gedən çalışmalar 1970-ci illərdə təxirə salınıb, 1983, 1992 və 1998-ci ildə gündəmə gətirilsə də yenə bir nəticə əldə olunmayıb. "Koç Holding" İdarə Heyətinin rəh əbirincə desək, "Hər dəfə tam tender mərhələsində gəlinən nüvə stansiyasının tikilməz əl" dayandırıb". Amma Türkiyə qanunlarda dəyişiklər edib, bundan sonra tender prosesinə başladıb. Sentyabrın 24-də Türkiyənin Mersin vilayətinin Akkuyu bölgəsində ilk nüvə stansiyasının tikilməsi üzrə tender elan olunub. Təbii Sərvətlər və Enerji Nazirliyinin Elektrik Ticarət Səhmdar Cəmiyyətinin iki mərhələdə, yarışma şəklində keçirdiyi tender iki mərhələdə reallaşdırılacaq. Qapalı təklif üsulu ilə keçirilən tenderdə qiymət təklifi üçün 15 gün gözləniləcək. Tenderdə qatılanların üz zərfindən birincisi dünən açıqlanıb. Bundan sonra təkliflərin Türkiyə Atom Enerjisi Qurumunun tələblərinə uyğunluğu haqqında ikinci zərf, AES-i tikənin təklif etdiyi elektrik enerjisinin qiymətlərilə bağlı üçüncü zərf açılacaq. Tenderə 13 şirkət "AECL Atomic Energy Of Canada Limited" (Kanada), "Itochu Corporation" (Yaponiya), "Vinci Construction Grand Projets" (Fransa), "Suez Tractebel" (Fransa-Belçika), "Atomstroyexport" (Rusiya), KEPCO (Güney Kore-Türkiye), "China Nuclear Power Components Co" (Çin), "Unit Investment N.V." ("Hollandiya), "Hacı Ömer Sabancı Holding" (Türkiyə), "Alsim-Alarko Sanayi Tesisleri" (Türkiyə), "Hattat Holding" (Türkiyə), RWE (Almaniya), "Ak Enerji" (Türkiyə) qatılıb. Türk mətbuatı ölkədə 50 ildən bəri müzakirə olunan AES tikintisilə bağlı layihənin reallaşmaq üzrə olduğunu vurğulayır. Əvvəllər 4 dəfə gündəmə gəlməsinə baxmayaraq AES tenderi hər dəfə ləğv olunub. Layihədə Mərsinin Akkuyu bölgəsində 3000-5000 MVt gücündə bloklar tikməyi nəzərdə tutulur. Hökumətin planına görə, AES-də enerji istehsalı 2015-ci ildə başlayacaq. İstanbul Texniki Universiteti Enerji İnstitutunun nüvə reaktoru şöbəsinin müdiri professor Əhməd Bayülken bildirib ki, zənginləşdirilmiş uran əvəzinə təbii urana üstünlük verilsə, Türkiyə öz yanacağını istehsal edə bilər, xaricdən asılı olmaz. İlk Türk AES-in tikintisinin 5-10 milyard dollara başa gələcəyi bildirilir. Ancaq tenderin dünyadakı maliyyə böhranı ilə eyni vaxta düşməsi sərmayəçiləri əndişələndirir. Nüvə stansiyası elektrik istehsal etməklə yanaşı, tibbi araşdırmalardan tutmuş inarkotik maddənin müəyyənləşdirilməsinə qədər sahələrdə xidmət verə bilir. Nüvə enerjisi istehsal edlən stansiyalarda nüvə silahı yaratmaq praktiki cəhətdən mümkün deyil. Çünki elektrik hasilatı üçün 5 faizlik uran zənginləşdirilməsinə ehtiyac var. Nüvə silahı üçün uran zənginləşdirilməsi 90 faizdən çox olmalıdır. Türkiyə bir yandan nüvə stansiyası tikmək həyəcanı yaşayarkən digər tərəfdən, AES-in insan və ətraf mühitə zərərlərilə bağlı qeyri-hökumət təşkilatları hay-küy qaldırıblar. Mütəxəssislər nüvə stansiyasının tikilməsilə bağlı məsələləri "bəli" və "xeyr" olmaqla iki yerə ayırırlar. Nüvə stansiyasına bəli, çünki Türkiyənin enerji çatışmazlığını yalnız nüvə stansiyası ilə bağlamaq mümkündür; nüvə stansiyaları üçün xam maddə problemi yaşanmır; Ətrafa mənfi təsiri yoxdur, stansiya ətrafında təbii həyat davam edir; Stansiyalar zəlzələr də daxil olmaqla hər cür fəlakətlərə dayanacaq şəkildə inşa edilir; Dünya yenidən nüvə enerjisinə maraq göstərməyə başlayıb; stansiyaların məhsuldarlığı yüksək, istehsal maliyəsi azdır; nüvə stansiyalarının inşasında ən son texnologiyadan istifadə olunur; Dünyada nüvə tullantısı problemi yaşanmır, bu işə təlabatı olan ölkələr var; Tikilməsinin xərci çoxdur, amma enerji istehsalı xərcləri azdır, İnşa edildikdən sonra Türkiyənin xaricdən enerji asılılığı azalır. Nüvə stansiyasına xeyr, çünki quruluş və işlətmə xərcləri çoxdur; Nüvə stansiyası Türkiyənin elektrik problemini çözməz; İnsan və təbiət üçün ciddi təhlükə yaradır; Xam maddə problemi var, xam maddə məhduddur; Zəlzələ, sel kimi fəlakətlərdə böyük risq yaradır; Nüvə tullantılarının saxlanılması çox ciddi problemdir; Dünya nüvə stansiyalarından imtina edir; Türkiyənin nüvə texnologiyası və təcrübəsi yoxdur; Yanacaq xaricdən alındığı üçün enerjidə xaricə bağlılıq davam edəcək. "Financial Times" qəzeti Türkiyənin nüvə stansiyası tenderinin faskoya uğradığını yazıb. Nüvə Enerjisi Agentliyinin direktoru Luis Echevarrinin "Nüvə enerjisi Türkiyə üçün yaxşı seçimdir" sözünə toxunan qəzet vurğulayır ki, AKP hökuməti bəzi şirkətlərin hazırlıq üçün tenderin vaxtının dəyişdirilməsi barədə tələbini qəbul etməyib. Nüvə stansiyası layihəsində tələsmənin problem yaratdığını vurğulayan qəzet ABŞ-ın "Westinghouse", Fransanın "Areva" kimi şirkətlərin tenderə maraq göstərmədiyini, başqa qrupların da tender hissələrini satın aldıqlarını, amma təklif vermədiklərini yazıb. "Financial Times"a danışa mütəxəssis "Nüvə sahəsində 2015-ci il sabah deməkdir, tədarükçülər daha çox vaxt tələb etsə, onlara qulaq asmaq lazımdır"-söyləyib. Qəzet faktiki rəqabət olmadığına görə, tenderin təxirə salınacağını və ya ləğv olunacağını açıqlayıb. Ola bilsin ki, "Financial Times" hansısa nüvə şirkətinin maraqlarından çıxış edir. Amma qardaş Türkiyənin AES tikmək planı reallaşmaq üzrədir. Bu AES-in Türk millətinin rifahına, Türkiyənin enerji təhlükəsizliyinə uzun illər xidmət etməsini arzulayırıq. Azərbaycan hökuməti də Beynəlxaq Nüvə Agentiliyi ilə əməkdaşlıq edir, ölkəmizdə nüvə reaktoru reaktorunun tikiləcəyilə bağlı xəbərlər mətbuat səhifələrində əksini tapıb. Ötən aylarda BAXCP Azərbaycanda Atom Elektrik Stansiyasının tikintisinin məqsədəuyğun olması haqqında bəyanat verib. Həqiqətən də Azərbaycanın neft pullarının gələcək nəsillərin enerji təhlükəsizliyinə də qoymaq lazımdır. Bu neft və qaz resurslarından insafsızcasına istifadənin qarşısını alar. Təhlükəyə gəldikdə isə, unutmaq olmaz ki, işğalçı Ermənistanda, Rusiyada, İranda artıq nüvə stansiyaları var, ümumiyyətlə dünyada 400-ə yaxın nüvə stansiyası fəaliyyət göstərir. xalqcebhesi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar