İranda daha üç iaşə obyekti bağlandı
Urmiya komandası İran Voleybol Premyer Liqasında daha üç xal qazandı
Azərbaycan və Türkiyə XİN rəhbərləri görüşüb
Küveyt İran səfirini Xarici İşlər Nazirliyinə çağırdı
İranda daha 9 məhbus edam edildi
Ceyhun Bayramov Ankarada TDT XİN Şurasının iclasında iştirak edib
İran edam və repressiyaları dərhal dayandırmalıdır- Hollandiya
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana təbrik ünvanlayıb
Rəsmi Seul Hörmüz boğazına hərbi qüvvə göndərməklə bağlı ABŞ-la danışıqlar aparır
Ceyhun Bayramov Türkiyəyə səfər edib
Qəzvinli fəal həbs edildi
Türkiyədə Cümhuriyyət Günü qeyd olunur
Tramp İranla müharibəni çox qısa müddətdə başa çatdırmaq niyyətindədir
İran polisi daha bir bəlucu öldürdü
İran məhkəməsi daha bir bəhaiyə ağır həbs cəzası verdi
İsrail və ABŞ razılaşıb: İrana genişmiqyaslı hücum bərpa ediləcək
Türkiyədə ABŞ İran arasında görüş keçirilməsi təklif edilib
İran Əmək Nazirliyinin rəsmisi ilin sonunadək 1 milyon 400 min iş yerinin itirilməsi təhlükəsi barədə xəbərdarlıq edib
Əmirhüseyn Ağayi Təbrizdə həbs edilib
Güneyli fəal Mehrdad Qaderi Təbriz həbsxanasına köçürülüb
İranda illik inflyasiya 76,8 faizə çatıb: ərzaq məhsullarında kəskin bahalaşma
Küveyt İran səfirini çağırıb
Ramil Həsən Cevdet Yılmazla Azərbaycan-Türkiyə münasibətlərini müzakirə edib
ABŞ İsrailə daha çox “Patriot” hava hücumundan müdafiə sistemi göndərir
Sabah Ankarada TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək
Ermənistan parlamenti TRIPP layihəsi üzrə sazişi təsdiqləyib
Allahşükür Paşazadə: Dindarlar hər zaman dövlətimizin yanındadırlar, xaricdən gələcək hər bir təxribata cavab verməyə hazırıq
Iranda daha altı məhbus edam edilib
İrandan Azərbaycana külli miqdarda narkotik vasitənin keçirilməsinin qarşısı alınıb
Sulduzlu sosial media fəalı müvəqqəti olaraq sərbəst buraxılıb
Netanyahu: İran heç vaxt olmadığı qədər zəifdir
Tramp seçkilərdən sonra İrana zərbə endirilməsinin mümkün olduğunu bildirib
İranın şəhər bələdiyyə sədri silahlı hücum nəticəsində öldürülüb
ABŞ İranın Amerika hərbi gəmilərinin Hörmüzdən çıxması barədə bəyanatını təkzib edib
CNN: ABŞ İrana genişmiqyaslı hərbi zərbələr endirməyə hazırlaşır
Biləsuvarda daşqın səkkiz kəndə ziyan vurdu
Ərdəbilli fəal həbs edilib
İranda iki Litva vətəndaşı həbs edilib
ABŞ İrana qarşı mümkün hərbi əməliyyat barədə Körfəz ölkələrini xəbərdar edib
İraqlı etirazçılar: “İran, itlərini geri çək!” (Video)
İran işğalçı rejiminin Azərbaycan Respublikasında din və hicabı müdafiə etməsi, işğal altındakı Əhvazda isə sünnilərin və vilayəti-fəqihə tabe olmayan şiələrin toplantılarını qadağan etməsi və onları həbs etməsi arasındakı ziddiyyət!!
İranda Güneyli rejissor həbs və əmlakının müsadirəsi cəzasına məhkum edilib
Dövlət Bağçalı: Azərbaycan-Türkiyə qardaşlığı siyasi məsələlərdən üstündür
Ermənistan prezidenti Serj Sərkisyanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı son açıqlaması kifayət qədər rezonans doğurub. Erməni prezidentin özünü konstruktiv göstərməyə çalışması, üstəlik, bu istiqamətdə azərbaycanlı həmkarına təkliflər verdiyini bildirməsi təbii ki, diqqətdən qaça bilməzdi. Düzdür, dünən Sərkisyanın mətbuat katibi “Əgər Azərbaycan Dağlıq Qarabağa investisiya qoymağa çalışsa, o zaman bəlkə oranın əhalisi Azərbaycanın tərkibində qalmaq perspektivinə öz münasibətini dəyişər” şəklində gedən açıqlamanın erməni prezidentə məxsus olmadığı, fikirlərinin təhrif olunduğu barədə açıqlama yayıb. Ancaq bir qrup xarici jurnalistlə İrəvanda keçirdiyi görüşdə iştirakçı olan BBC-nin Moskva müxbirinin S.Sərkisyanın fikirlərini kontekstdən çıxarması bir o qədər də inandırıcı görünmür. Müşahidəçilər hesab edirlər ki, bu fikirləri dilə gətirməklə Sərkisyan həm öz ölkəsinin, həm də Azərbaycanın rəyini öyrənmək istəyib. Müsavat Partiyası başqanının müavini Qabil Hüseynli bildirdi ki, Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsi olduğundan Azərbaycanın büdcəsində Dağlıq Qarabağ üçün də ayırmalar öz əksini tapmalıdır: “Hesab edirəm ki, büdcədə Bakının sosial iqtisadi inkişafı üçün hansı müddəalar öz əksini tapırsa, Xankəndinin və eləcə də Dağlıq Qarabağın digər bölgələrinin sosial iqtisadi inkişafı üçün büdcə ayırmaları proparsional şəkildə, eynilə əksini tapmalıdır. Yəni bütün regionların bərabər inkişafı Dağlıq Qarabağın inkişafına da şamil edilməlidir. Sözsüz ki, neftdən gələn gəlirlərin Dağlıq Qarabağa da yönəldilməsi çox təbii bir prosesdir. Orada yaşayan və Azərbaycan vətəndaşı olan ermənilər də Azərbaycanın bu ümummilli sərvətindən istifadə etmək haqlarına sahib olmalıdırlar”. Amma Q.Hüseynli burada bir məqamı da nəzərə almağı vacib sayır: “Bunun üçün Dağlıq Qarabağ ətrafındakı bütün anlaşılmazlıqlar aradan qaldırılmalıdır. Yəni Dağlıq Qarabağ və onun ətrafındakı işğal edilmiş rayonlar tezliklə işğaldan azad edilməli, Dağlıq Qarabağın beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycan sərhədləri hüdudunda statusu müəyyənləşdirilməlidir”. Bununla belə, Q.Hüseynli Sərkisyanın dediklərinin ciddilik yükünün olmadığı qənaətindədir: “Çünki Dağlıq Qarabağ məsələsində öz müqəddəratını təyinetmə hüququnun əsas olduğunu söyləyən, ”biz tələblərimizdə bir addım da olsun geri çəkilməyəcəyik" deyən adamın indi başqa bir avaz səsləndirməsi, ayrı bir təkliflə çıxış etməsi sözsüz ki, nə bugünədək deyilənlərlə, nə də danışıqlar prosesinin məntiqiylə üst-üstə düşür. Ona görə də hesab edirəm ki, bu, ictimai rəyi azdırmağa xidmət edir və təbliğati xarakter daşıyır. Digər tərəfdən, siyasi manevr nümunəsidir". Sabiq dövlət müşaviri, politoloq Vəfa Quluzadə isə Sərkisyanın bir gün sonra öz dediklərindən imtina etməsini təsadüfi saymır: “Yəqin ki, Sərkisyan bu açıqlamanı Moskvadan icazəsiz verib. Bundan sonra Moskvadan deyiblər ki, sən Dağlıq Qarabağ haqqında heç bir təşəbbüs irəli sürə bilməzsən, otur yerində. Ona görə də məcbur olub dediklərini təkzib edib. Çox güman ki, Moskvadan ona bu fikirlərə görə qulaqburması veriblər. Ancaq Qarabağa Azərbaycanın yatırım qoyması haqda təklif tamamilə avantüra, Azərbaycanı ələ salmaqdır. Təsəvvür edin ki, Azərbaycan investisiya qoyur, əvəzində isə ermənilər orda referendum keçirir və istədiyinə nail olur. Yəni biz Qarabağ ermənilərinə referendum keçirmək hüququ vermiş oluruq. Bu hüququ alandan sonra onlar qanuni şəkildə Azərbaycandan ayrılıb Ermənistana birləşə biləcək. Əgər Sərkisyan Qarabağı satmaq istəyirsə, bunu başqa cür etmək olar. O zaman desin ki, məsələn, Qarabağın 20 milyard dollar qiyməti var, pulu verin, Qarabağı qaytaraq. Bu pula onlar Qarabağdakı erməniləri də boşalmış Ermənistana köçürə bilərlər”. V.Quluzadəyə görə, əgər Sərkisyanın mövqeyində ciddi dəyişikliklər olsa belə, bunun arxasında hansısa tələ axtarmaq lazımdır: “Bu gün Moskvanın ən böyük arzu-istəyi Azərbaycanı tələyə salmaqdır. Rusiya yalnız özünün hərbi bazasını yerləşdirməyin əvəzində Azərbaycana hansısa priz verə bilər”. Cavid TURAN musavat
Küveyt İran səfirini Xarici İşlər Nazirliyinə çağırdı
İran edam və repressiyaları dərhal dayandırmalıdır- Hollandiya
Türkiyədə Cümhuriyyət Günü qeyd olunur
İran polisi daha bir bəlucu öldürdü
İsrail və ABŞ razılaşıb: İrana genişmiqyaslı hücum bərpa ediləcək
Türkiyədə ABŞ İran arasında görüş keçirilməsi təklif edilib
Iranda daha altı məhbus edam edilib
Netanyahu: İran heç vaxt olmadığı qədər zəifdir
İranın şəhər bələdiyyə sədri silahlı hücum nəticəsində öldürülüb
Biləsuvarda daşqın səkkiz kəndə ziyan vurdu
İranda iki Litva vətəndaşı həbs edilib
ABŞ İrana qarşı mümkün hərbi əməliyyat barədə Körfəz ölkələrini xəbərdar edib
Dövlət Bağçalı: Azərbaycan-Türkiyə qardaşlığı siyasi məsələlərdən üstündür
Culfalı müəllim kəşfiyyat idarəsində dindirilib
Misir husilərin hücumlarına qarşı Səudiyyə Ərəbistanına hərbi dəstək göstərilməsinə icazə verib
Küveyt Baş nazir müavininə sui-qəsd planı ittihamı ilə Iranla əlaqəli üç nəfəri edama məhkum edib – AFP
İranla atəşkəs vaxt itkisi idi - Tramp
Təbrizsə təqaüdçülər yenidən aksiya keçirdilər
Dəniz blokadası İranın ixracatını 23% azaldıb
Ocanda əfqanistanlılar həbs edilib
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
ABŞ diplomatlarını regiondan çıxarır
İranda daha səkkiz məhbus edam edildi
İranla bağlı Çin və Rusiya ilə əməkdaşlıq edirik- Tramp
Türkiyədə 13 ölkədən 33 şair və yazıçının iştirakı ilə görüş keçirilib: Güney Azərbaycanı təmsil edən şairlər Talasda
Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə hörmət etməyə çağırıb
Kürd partiyasının düşərgəsi vuruldu- SEPAH
İranın dəstəklədiyi terrorçuların Məkkə və Mədinəyə raket hücumu
ABŞ Türkiyə-Livan təklifinin mövcudluğunu təkzib edib: İranın dəstəklədiyi Hizbullah tərksilah olunmalıdır
Səkkiz aydır görüntü və səs yoxdur; İran rəsmiləri Müctəba Xamenei ilə görüşdüklərini bildirirlər
Iranda daha altı məhbus edam edilib
Reuters: Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır, İrandan on milyonlarla dollar alıb
BMT-nin İrandakı xüsusi məruzəçisi: Müharibə ölkədə repressiyaları daha da gücləndirib
İran agentlərinin ABŞ ərazisində olması ehtimalı yüksəkdir- New York Times
İranda hicaba görə daha on səkkiz iaşə obyekti bağlandı
Rusiyalı nüvə alimləri İrandan təxliyə edilib?
Urmiya gölünün son vəziyyəti açıqlandı
İranda daxili təyyarə biletləri 45 faiz bahalaşıb