SON XƏBƏRLƏR

Edvard Nalbandyan: "Ermənistan bu dəfə çox güzəştlərə gedib"

2021.10.20, 07:36
Edvard Nalbandyan: "Ermənistan bu dəfə çox güzəştlərə gedib"

Gunaz.tv
Edvard Nalbandyan: "Ermənistan bu dəfə çox güzəştlərə gedib" Bu günlərdə bir qrup xarici jurnalist Ermənistana yollanıb onun ali rəhbərləri ilə görüşmək imkanı qazanıb. Yerevanda jurnalistlərlə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan da görüşüb. Nazirlə görüşdə ona öz suallarını verən jurnalistlərdən biri də Moskva müxbirimiz Eldar İsmayılzadə olub. Ermənistanın xarici işlər nazirinə verilən ilk sullardan biri Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqların çərçivəsi və prosesdə Türkiyənin son zamanlar fəallıq göstərmək cəhdləri ilə bağlı olub. E. Nalbandyan: Ümumən əgər Türkiyə Qarabağ münaqişəsinin nizamlanmasına kömək edə bilsə, bunu ancaq alğışlamaq olar. Ancaq nəzərə almaq lazımdır ki, danışıqlar ATƏT-in Minsk qrupu çərçivəsində gedir və Minsk qrupunun həmsədrlərinin vasitəçiliyiylə gedir. Danışıqlar keçən ilin noyabrında həmsədrlərin Madriddə etdikləri təkliflər əsasında gedir. Zənnimcə, danışıqlar məhz Minsk qrupu çərçivəsində aparılmalıdır. İndi guya Gürcüstandakı hadisələrdən sonra bu çərçivənin işlək olmaması haqda söz-söhbətlər, məncə, əsassızdır. Biz Qarabağ danışıqlarını Cəbubi Osetiya ətrafındakı hadisələrlə bağlamamalıyıq. Sual: Sizin bu yaxınlarda Türkiyənin xarici işlər naziri Əli Babacanla görüşünüzdə Türkiyə-Ermənistan-Azərbaycan arasında kommunikasiyaların açılması, gələcəkdə neft, qaz, dəmir yol layihələrinə Ermənistanın qoşulması məsələsi müzakirə edilibmi? Özünüz başa düşürsünüz ki, iki nazir təkbətək görüşəndən sonra mətbuata deyə bildikləri şeyləri deyə bilirlər. Ancaq öz tərəfimdən deməliyəm ki, münasibətlərin normallaşdırılması bütün bölgə üçün, o cümlədən daha yaxşı nəqliyyət imkanları yaradacaq. Cənubi Osetiya ətrafındakı hadisələr bölgədə sabitlik və təhlükəsizliyin nə qədər kövrək olduğunu və nəqliyyat, enerji, kommunikasiya işində alternativlərin zəruri olduğunu göstərdi. Bu baxımdan məsuliyyətli siyasətçilər başa düşməlidirlər ki, bu onların öz xalqları, bölgənin maraqlarına cavab verir və bu işi inkişaf etdirməlidirlər. Sual: Aydındır ki, burada hər şey Qarabağ münaqişəsinə ilişib. Son zamanlar tez-tez deyilir ki, işdə irəliləyiş var, siz konkret olaraq deyə bilərsinizmi, yolun hansı hissəsi arxadadır və hansı hissəsi uzlaşdırılmamış qalır? Mən sizin diqqətinizi yaxınlarda prezident Əliyevin etdiyi bəyənatlara yönəltmək istəyirəm. Məncə, Azərbaycan rəhbərliyinin mövqeyində də nə isə dəyişikliklər baş verib, bəlkə buna Cənubi Osetiya ətrafındakı hadisələr təsir edib. Beləki, əgər Azərbaycandan əvvələr münaqişənin hərb yolu ilə həll edilməsi haqda xeyli bəyanatlar səslənirdisə, indi belə bayanatlar eşidilmir və bu müsbət haldır. Hərb yolu ilə həll, həll deyil. Ona görə ki, istənilən müharibədən sonra dipomatlar yenidən danışıqlara başlamalıdırlar. Biz indi danışıqlar aparırıq, ancaq müharibə olsa, biz sonra yenə də danışıqlara qayıdacağıq, ancaq daha pis şəraitdə. Əgər siz Ki-Uestdə olanla indiki müzakirə edilən təklifləri müqayisə etsəniz, böyük fərqi görəcəksiniz. Məhz Ermənistan bir sıra güzəştlərə gedib. İndi o vəziyyətdir ki, tərəflərin birinə dayanmaq lazımıdır. Edvard Nalbandyan, Ermənistanın xarici işlər naziri Hazırda çox ciddi daqnışıqlar gedir, açıq deməliyəm ki, biz xeyli irəliləmişik və biz nizamlanmaya çıxa bilərik. Sadəcə hər iki ölkənin siyasi rəhbərliyinin siyasi iradəsi lazımdır. Biz nizamlanmaya hələ 2001-ci ildə çox yaxın idik, o zaman Parisdə iki ölkə lideri müəyyən razılığa gəlmişdilər və bu razılaşma Ki-Uestdə kağıza qoyulmuşdu. Sonra isə Azərbaycan tərəfi dedi ki, hələ hazır deyil, ona görə ki, ictimai fikir hazır deyil. Hal hazırda bir xarici işlər naziri kimi deyirəm ki, danışıqlar Helsinki aktının 3 prinsipi əsasında gedir - bu güc işlədilməməsi, ərazi bütövlüyü və xalqların öz müqəddarıtını təyin etməsidir. Minsk qrupunun təkliflərində də bu prinsipləri uyuşdurmaq cəhdi edilir. Sual: Bəs bu prinsipləri necə bir yerdə uyuşdurmaq olar? Axı onlar bir-birini faktiki istisna edir? Xeyr, onlar birini istisna etsəydi, onlar beynəlxalq hüquqün əsas sənədlərinə qoyulmazdı. Hər şeyi danışıqlar yoluyla həll etmək lazımdır. Məhz buna görə də Ermənistan Cənubi Osetiyadakı vəziyyətdən istifadə edib Qarabağı tanımaq yolu ilə getmədi. Biz danışıqların qarşılıqlı güzəştlərə gətirməsinin tərəfdarıyıq. Sual: Yaxşı, bəs Ermənistan konkret olaraq hansı güzəştlərə gedib? Əgər siz Ki-Uestdə olanla indiki müzakirə edilən təklifləri müqayisə etsəniz, böyük fərqi görəcəksiniz. Məhz Ermənistan bir sıra güzəştlərə gedib. İndi o vəziyyətdir ki, tərəflərin birinə dayanmaq lazımıdır. Ona görə ki, həmişə nə isə yenə tələb etməklə itirə də bilərsən. Bu çox məxfi, həssas danışıqlardı, mən onların məğzini aça bilmərəm. Ancaq nizamlanma işində əsas məsələ Qarabağın statusudur. Status həll olunsa, bütün başqa məsələlər həll oluna bilər. Məncə, mən hər şeyi dedim. express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar