SON XƏBƏRLƏR

ERMƏNİ MÜXALİFƏTİNDƏN "1997-ci il" MESAJLARI

2021.10.20, 07:36
ERMƏNİ MÜXALİFƏTİNDƏN "1997-ci il" MESAJLARI

Gunaz.tv
ERMƏNİ MÜXALİFƏTİNDƏN "1997-ci il" MESAJLARI 36133_1 Ehtimali sülhü pozmaq üçün İrəvandan hansı ssenarini desən gözləmək olar İ.UMUDLU Qarabağ məsələsinin hansı bir formadasa həllində münaqişə tərəflərinin konsensusa gəlmək istəklərinin işartıları hiss olunduğu, diplomatik təmasların intensivləşdiyinə paralel İrəvanda erməni müxalifətinin də fəallaşdığı gözdən qaçmır. Daha doğrusu, onlar fəallaşma mesajları verməyə başlamışlar. Sentyabrın 26-da müxalifətin yeni bir mitinqinin olacağı və iqtidarın davranışlarından asılı olaraq müxalifətin bundan sonrakı hərəkətlərini razılaşdıracağı xəbər verilir. TƏNQİD YAĞMURU GÜCLƏNİR Prezident Serj Sarqsyanın ünvanına tənqidlər güclənmişdir. Tənqid edənlər arasında aparıcı sima keçmiş prezident və indi müxalifətin lideri sayılan Levon Ter-Petrosyandır. Və maraqlı budur ki, onun indiki hakimiyyətə qarşı çevrilmiş tənqidi arqumentləri 1997-ci ildə onun hakimiyyətdən kənarlaşdırılmasını şərtləndirmiş arqumentlərdir. Erməni Milli Konqresinin sədri olaraq Levon Ter-Petrosyanın bu həftənin əvvəlində və dünən səsləndirdiyi kifayət qədər sərt tənqidlərdəki nüanslara diqqət edək: "kleptokratik hakimiyyətin mahiyyəti dəyişməyib, Serj Sarqsyan ölkəni oğru qanunları ilə idarə edir", "hərəkətlərində əndazə tanımır", "ölkədə talançılıq geniş miqyas alıb, iqtisadiyyat və siyasət sferasında hər hansı irəliləyiş yoxdur", "dövlət reketi hakimiyyətin əsas hərəkət obrazıdır". Normal cəmiyyətlərdə bunlar kifayət qədər ağır ittihamlardır və onu eşidən iqtidar dərhal istefa verməlidir. Eks-prezident öz ermənilərini bununla qorxudur ki, bu cinayətkar iqtisadi siyasət üzündən qış ağır keçəcək, yazda isə dərin böhran baş verəcək. Levon Ter-Petrosyan xələfi Serj Sarqsyanın Türkiyə prezidenti ilə təmaslarına hücumlar edir. L.Ter-Petrosyana görə, hakimiyyət çat verib, buna sübut qismində onu göstərir ki, iqtidar Abdulla Gülü Ermənistan paytaxtına dəvət edir, iqtidar koalisiyasına daxil olan Daşnaksütyun isə etiraz aksiyaları keçirir. Keçmiş prezidentə görə, Serj Sarqsyan legitimləşmək üçün ölkənin milli maraqlarını qurban verir, məsələn, soyqırımın tanınması məsələsində güzəştə getməyə hazır olduğunu nümayiş etdirir. GÜZƏŞT MÜMKÜN DEYİL Erməni ictimai fikrinə dayanan xəbərlərdən belə görünür ki, Qarabağ məsələsində konstruktiv mövqe nümayiş etdirilməsi, Azərbaycanla sülhə nail olunması, Türkiyə ilə münasibətlər qurulmasının lüzumu, "soyqırım" iddialarının əsassızlığı erməni toplumunda məişət səviyyəsindən o yana qalxmır. Əqidəsindən asılı olmayaraq bütün siyasi çevrələr üçün "Qarabağ" və "soyqırım" manipulyasiya mövzuları olaraq qalır və hansı birininsə ondan əl çəkməsi həmin qruplaşma və ya cərəyan üçün siyasi ölümə bərabərdir. Erməni müxalifətinin lideri, hakimiyyətə bir saylı iddiaçı və məsələnin anatomiyasına yaxşı bələd olan eks-prezident də bu ovqatdadır. "Qarabağ məsələsində güzəştə getməyə hazırdır, milli maraqlara zidd hərəkət edir" ittihamı ilə on il öncə hakimiyyətdən kənarlaşdırılmış Ter-Petrosyan indi siyasi rəqiblərini eyni "günah"larda təqsirləndirir. "Mən elə bir ölkə görmürəm ki, Dağlıq Qarabağın müstəqilliyini tanımağa hazır olsun, bu bir yana, Rusiyanın acığına Qərb Dağlıq Qarabağ probleminin həllinə daha fəallıqla qoşulmaq istəyir, Serj Sarqsyan isə sanki hipnoz altındaymış kimi bu təzyiqə uyur". Ter-Petrosyana BMT çərçivəsində qarşıdakı üçtərəfli Ermənistan - Türkiyə - Azərbaycan görüşünü son dərəcə təhlükəli sayır, onun təsəvvürüncə bu görüş ATƏT Minsk Qrupu formatını təhlükə altında qoya bilər. "Bu reveransları ilə Serj Sarqsyan Dağlıq Qarabağ probleminin həllini çox ağır vəziyyətdə qoya bilər. Öz eqoistik yanaşmaları ilə o, Dağlıq Qarabağ probleminin həllini hərraca çıxarmışdır. Bir vaxt mən bu formatda ("Ermənistan - Türkiyə - Azərbaycan") görüş keçirməkdən dəfələrlə imtina etmişdim", - deyə bir vaxt hakimiyyət kreslosundan faktik olaraq qovulmuş və sonrakı qayıdış cəhdi boşa çıxarılmış keçmiş prezident düşüncələrini mətbuatla bölüşmüşdür. Levon Ter-Petrosyan vəziyyəti elə şərh edir ki, Ermənistan sanki vəziyyətin ağasıymış və istədiyini diktə etmək iqtidarındadır. Sanki o, hakimiyyətdə qalsaymış, nikahdankənar doğulmuş "DQR"i kimsə qanuni övlad kimi tanıyacaqmış. Özü hakimiyyətdə olanda bu addımda bir addım belə irəliləyə bilmədiyini nədənsə unudur. Dünən onun mətbuat katibi Arman Musinyan eks-prezidentin bir neçə gün əvəəl söyləmiş olduqlarını bir daha təkrarladı. "Bölgədə və Ermənistanın ətrafında xarici-siyasi proseslər indiki rejimin nəzarətindən çıxmaqdadır. Görünür, məhz bu, indiki iqtidarı Qarabağ problemində və erməni soyqırımının dünya tərəfindən tanınması məsələsində beynəlxalq ictimaiyyətlə sövdəyə girməyə məcbur edir", - Arman Musinyan belə deyir. Serj Sarqsyanın işğal edilmiş torpaqları Azərbaycana qaytarmağa hazır olduğu barədə Türkiyə prezidenti Abdulla Gülün açıqlamasından Levon Ter-Petrosyanın sözçüsü "dərin narahatlıq ifadə edib". Bu "narahatlıq"ına "soyqırım" barədə məsələyə baxacaq olan alimlərdən ibarət erməni-türk komissiyasının yaradılması haqqında təkzibedilməyən söhbətləri də əlavə edir. "RUSİYA VARİANTI" Son günlər keçmiş prezident Robert Köçəryanın baş nazir postuna gətirilməsinin lüzumu barədə fikirlər səsləndirilməyə başlamışdır. Bu fikir "Daşnaksütyun" partiyasına bağlı çevrələrdən irəli atılır. Belə güman etmək olar ki, onlar Serj Sarqsyanın Qarabağ məsələsinin həllində, eləcə də Türkiyə ilə münasibətlərin normallaşması yönündəki səylərində daşnaklar üçün prinsipial sayılan məqamlarda güzəştə gedə biləcəyindən narahatdırlar və İrəvanın yuxarı hakimiyyət eşelonunda bu siyasi istiqamətlərdəki mövqeləri "möhkəm", "müqavimət qabiliyyətli" bildikləri Köçəryanın hesabına bərkitməyi lazım bilirlər. Bizə tanış olan bu "Rusiya variantı" İrəvanın siyasətini müəyyən edən çevrənin dərinliklərində hazırlanmış bir ehtiyat ssenari də ola bilər. SERJ SARQSYAN MESAJLARINDA NƏ DƏRƏCƏDƏ SƏMİMİDİR? Təbii ki, Ermənistan rəhbərliyi xarici siyasi addımlarında müstəqil deyil, atdığı və ya atacağı hər bir addımı bir neçə parametrdə xarici havadarları ilə razılaşdırmalı, yaxud ona əvvəlcədən məsləhət görülən addımı atmalıdır. Ermənistanda daxili iqtisadi və maliyyə vəziyyətinin ağır olmasına baxmayaraq Qarabağ məsələsində bu bir önəmli təsir vasitəsi olmadı. Serj Sarqsyanın son addımları və ya mesajları zorən yaxud ona təlqin edilmiş də ola bilər. Onlar nəzarətlərində olan Azərbaycan torpaqlarını Ermənistanın hesabına qanuniləşdirmək arzusunu - 18 ildir baş tutmayan bu arzunu gerçəkləşdirməyə ümidlərini itirməyərək daha bir on il vaxt qazanmaq, daha doğrusu, vaxtı uzatmaq naminə "1997-ci il" ssenarisini yenidən hansı bir formadasa təkrarlaya bilərlər. Bu baş tutmasa yaxud mümkün sayılmadığı halda isə, diqqəti Qarabağ məsələsi ətrafındakı gəlişmələrdən yayındırmaq məqsədilə parlamentin gülləbaran edilməsi yaxud iri bir siyasi fiqurun öldürülməsi (məsələn, Robert Köçəryanın aradan götürülməsi) sayaq sanballı bir terakt törətmələri də ehtimaldan kənar deyil. Bizə görə, Qarabağ məsələsinin hansı bir şəkildəsə həlli yönündə özünü hiss etdirən müsbət tendensiyaları pozmaq üçün onların başqa variantları tükənmişdir. ayna

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar