Ceyhun Bayramov Türkiyəyə səfər edib
Qəzvinli fəal həbs edildi
Türkiyədə Cümhuriyyət Günü qeyd olunur
Tramp İranla müharibəni çox qısa müddətdə başa çatdırmaq niyyətindədir
İran polisi daha bir bəlucu öldürdü
İran məhkəməsi daha bir bəhaiyə ağır həbs cəzası verdi
İsrail və ABŞ razılaşıb: İrana genişmiqyaslı hücum bərpa ediləcək
Türkiyədə ABŞ İran arasında görüş keçirilməsi təklif edilib
İran Əmək Nazirliyinin rəsmisi ilin sonunadək 1 milyon 400 min iş yerinin itirilməsi təhlükəsi barədə xəbərdarlıq edib
Əmirhüseyn Ağayi Təbrizdə həbs edilib
Güneyli fəal Mehrdad Qaderi Təbriz həbsxanasına köçürülüb
İranda illik inflyasiya 76,8 faizə çatıb: ərzaq məhsullarında kəskin bahalaşma
Küveyt İran səfirini çağırıb
Ramil Həsən Cevdet Yılmazla Azərbaycan-Türkiyə münasibətlərini müzakirə edib
ABŞ İsrailə daha çox “Patriot” hava hücumundan müdafiə sistemi göndərir
Sabah Ankarada TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək
Ermənistan parlamenti TRIPP layihəsi üzrə sazişi təsdiqləyib
Allahşükür Paşazadə: Dindarlar hər zaman dövlətimizin yanındadırlar, xaricdən gələcək hər bir təxribata cavab verməyə hazırıq
Iranda daha altı məhbus edam edilib
İrandan Azərbaycana külli miqdarda narkotik vasitənin keçirilməsinin qarşısı alınıb
Sulduzlu sosial media fəalı müvəqqəti olaraq sərbəst buraxılıb
Netanyahu: İran heç vaxt olmadığı qədər zəifdir
Tramp seçkilərdən sonra İrana zərbə endirilməsinin mümkün olduğunu bildirib
İranın şəhər bələdiyyə sədri silahlı hücum nəticəsində öldürülüb
ABŞ İranın Amerika hərbi gəmilərinin Hörmüzdən çıxması barədə bəyanatını təkzib edib
CNN: ABŞ İrana genişmiqyaslı hərbi zərbələr endirməyə hazırlaşır
Biləsuvarda daşqın səkkiz kəndə ziyan vurdu
Ərdəbilli fəal həbs edilib
İranda iki Litva vətəndaşı həbs edilib
ABŞ İrana qarşı mümkün hərbi əməliyyat barədə Körfəz ölkələrini xəbərdar edib
İraqlı etirazçılar: “İran, itlərini geri çək!” (Video)
İran işğalçı rejiminin Azərbaycan Respublikasında din və hicabı müdafiə etməsi, işğal altındakı Əhvazda isə sünnilərin və vilayəti-fəqihə tabe olmayan şiələrin toplantılarını qadağan etməsi və onları həbs etməsi arasındakı ziddiyyət!!
İranda Güneyli rejissor həbs və əmlakının müsadirəsi cəzasına məhkum edilib
Dövlət Bağçalı: Azərbaycan-Türkiyə qardaşlığı siyasi məsələlərdən üstündür
Traxtur “Malavan”a qarşı 3:0 hesabı ilə məğlub elan edildi
Məkkə Sazişi Türkiyə parlamentinin komissiyasında qəbul edilib
Əhməd Xatəmi: Müctəba Xameneinin seçilməsi Allahın işi idi! Onu cəmi bir dəqiqəyə seçdik!
Həmədanda iş qəzası- Daha bir nəfər həlak oldu
Sistan və Bəlucistanda daha bir neçə nəfər həbs edildi
Məqsəd Tehranın nüvə və raket proqramının məhvı olmalıdır- Eisenkot
Culfalı müəllim kəşfiyyat idarəsində dindirilib
İDDİA: Tehran görüşündən öncə zalda dinləmə cihazı tapılıb
Misir husilərin hücumlarına qarşı Səudiyyə Ərəbistanına hərbi dəstək göstərilməsinə icazə verib
Vahid Əhmədov neftin qiymətinin artacağını proqnozlaşdırır "Azərbaycanın 2009-cu il üçün dövlət büdcəsi təxminən 15-16 milyard dollar olacaq". Bu barədə Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının üzvü, millət vəkili Vahid Əhmədov məlumat verdi. Onun sözlərinə görə, büdcə artımının əsas səbəbi dünya bazarında neftin bahalaşmasıdır. Millət vəkili dedi ki, son aylar dünya bazarında neftin 1 barelinin qiyməti 100 dollardan aşağı düşmür. İlin sonuna qədər qiymətin 150 dolları da ötəcəyi gözlənilir. Bundan əlavə, bu il ölkə prezidentinin sərəncamı ilə minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artırılıb. Bu prosesin gələn il də davam etdirilməsi gözlənilir. Bütün bunlar isə gələn ilin dövlət büdcəsində də əksini tapacaq və nəticədə büdcə artacaq. V.Əhmədovun proqnozlarına görə, hətta gələn ilin büdcəsinin 20 milyard dollar olması da istisna edilmir. Millət vəkili onu da bildirdi ki, son illər ərzində aparılan iqtisadi siyasət, neft gəlirlərinin artması nəticəsində Azərbaycanın dövlət büdcəsi ildən-ilə artır. Burada yeganə narahatedici məqam büdcənin neft gəlirlərindən asılılığının hələ də böyük olmasıdır. Proqnozlara görə, 2009-cu ildə də dövlət büdcəsinin gəlirlərinin 60 faizə yaxın hissəsi neft sektorunun payına düşəcək. V.Əhmədovun fikrincə, gələn il hökumət qeyri-neft sektorunun inkişafı istiqamətindəki addımlarını daha da gücləndirməlidir. Artıq dövlət başçısı tərəfindən bu istiqamətdə bir sıra qərarlar verilib. Hazırda sənayenin inkişafı ilə bağlı dövlət proqramı hazırlanmaqdadır. Bu yaxınlarda aqrar sektorun inkişafı ilə bağlı 2008-2015-ci illəri əhatə edən dövlət proqramı təsdiq olunub. Amma bütün bunlara baxmayaraq, qeyri-neft sektorunda arzulanan irəliləyişə nail olmaq mümkün olmur. Bununla belə, millət vəkili gələcəyə nikbin baxır. Onun sözlərinə görə, son vaxtlar ölkədə qeyri-neft sektoruna aid zavodların, fabriklərin sayı artır. Gəncə şəhərində alüminium istehsal edəcək zavodun inşasına başlanılıb. Bütün bunlar qarşıdakı illərdə öz nəticəsini verməlidir. V.Əhmədov Milli Məclisin payız sessiyası ilə bağlı planlarını da açıqladı. Onun sözlərinə görə, adətən payız sessiyası büdcə zərfinin müzakirəsinə həsr olunur. Budəfəki sessiyada da əsasən 2009-cu ilin dövlət büdcəsi müzakirə olunacaq. Çox güman ki, sentyabrın sonu-oktyabrın əvvəllərində büdcə layihəsi Milli Məclisə daxil olacaq. Bundan sonra Milli Məclisin daimi komissiyalarında büdcə zərfinə daxil olan sənədlərin geniş müzakirəsi keçiriləcək. Bu prosedur başa çatdıqdan sonra büdcə zərfinə daxil olan qanun layihələrinin Milli Məclisin plenar iclasında müzakirəsi baş tutacaq. V.Əhmədov dedi ki, parlamentin yaz sessiyasında qəbulu ləngiyən bir sıra önəmli qanun layihələrinin də payız sessiyasında müzakirəyə çıxarılmasına çalışacaq. Millət vəkili buna misal olaraq Rəqabət Məcəlləsini, "Tikinti fəaliyyəti haqqında", "İnvestisiya fəaliyyəti haqqında" qanun layihələrini göstərdi. Onun sözlərinə görə, hazırda adıçəkilən qanun layihələri üzərində təkmilləşdirmə işləri aparılır. Bundan əlavə, millət vəkili Əli Məsimli tərəfindən təklif edilən "Təhsil krediti haqqında" qanun layihəsi üzərində iş davam etdirilir. Layihə tamamlandıqdan sonra parlamentə təqdim olunacaq. V.Əhmədov dedi ki, büdcə vəsaitlərinin xərclənməsinə nəzarəti nəzərdə tutan "Maliyyə nəzarəti haqqında" qanunun qəbulu da çox vacibdir. Onun sözlərinə görə, bu qanunun hazırlanması ilə Milli Məclis deyil, Maliyyə Nazirliyi məşğul olur: "Bizim bu qanuna çox ehtiyacımız var. Çünki hazırda Azərbaycanda böyük investisiya layihələri həyata keçirilir. Bu layihələrin əksəriyyəti dövlət büdcəsində maliyyələşdirilir. Buna görə də büdcə vəsaitlərinin xərclənməsinə vahid nəzarət forması işlənib hazırlanmalıdır. Əgər bunu edəriksə, korrupsiya hallarının qarşısı alınar". V.Əhmədovun fikrincə, Milli Məclisin payız sessiyasında çoxdandır gözlənilən "Təhsil haqqında" qanunun qəbul edilməsi də vacibdir. Onun sözlərinə görə, bu qanunun qəbul edilməsi "Təhsil krediti haqqında" qanunun yolunu da açacaq. İqtisadi siyasət daimi komissiyasının üzvü onu da bildirdi ki, qəbulu səbrsizliklə gözlənilən Rəqabət Məcəlləsi ilə bağlı fikir ayrılıqları yaranıb. Bəzi komissiya üzvləri hesab edirlər ki, bu qanunun qəbulu heç nəyi dəyişməyəcək. Onların fikrincə, qanun qəbul olunduqdan sonra da iqtisadiyyatdakı inhisarçılığın qarşısını almaq mümkün olmayacaq. Bir qrup millət vəkili isə hesab edir ki, bütün çətinliklərə baxmayaraq, Rəqabət Məcəlləsi tezliklə qəbul olunmalıdır. V.Əhmədovun fikrincə, qanunun qəbulu Azərbaycan iqtisadiyyatının xeyrinə olacaq. Amma bu qanunun qəbulu ilə bütün problemlərin dərhal aradan qalxacağını gözləmək də düzgün deyil. Millət vəkilinin fikrincə, qanun layihəsi qəbul olunarsa, onun tətbiqi ilə problemləri tədricən həll etmək mümkün olacaq. V.Əhmədov dedi ki, Rəqabət Məcəlləsi ilə bağlı fikir ayrılığına səbəb olan məqamlardan biri də yeni orqanın yaradılması və həmin rəqabət orqanının tabeçiliyi ilə bağlıdır. Bəziləri bu orqanın yaradılmasına ehtiyac görmürlər. Bəzi ekspertlər isə qanunun işləməsi üçün xüsusi orqanın yaradılmasını vacib hesab edirlər. V.Əhmədovun fikrincə, rəqabət orqanı yaradılmalı və birbaşa ölkə prezidentinə tabe olmalıdır. "Amma hələlik bu barədə yekdil bir fikir yoxdur. Çox güman ki, bütün məsələlər Rəqabət Məcəlləsinin üçüncü oxunuş müzakirələri zamanı dəqiqləşdiriləcək" - deyə o bildirdi. V.Əhmədov dedi ki, parlamentin payız sessiyasının iş planına əhalinin sovet dövründən banklarda batan əmanətlərinin qaytarılması ilə bağlı məsələnin daxil edilməsinə çalışacaq. Onun sözlərinə görə, hazırda 1 milyon 400 min insanın banklarda əmanətlərinin batdığı müəyyənləşdirilib. Batan əmanətlərin ümumi məbləği isə təxminən 1 milyard ABŞ dollarıdır. Millət vəkilinin fikrincə, Azərbaycanın indiki iqtisadi durumunda bu vəsaitin bir neçə il ərzində vətəndaşlara qaytarılması mümkündür. Onun sözlərinə görə, indiyədək Milli Məclisdə əmanətlərin qaytarılması ilə bağlı bir neçə qanun layihəsi hazırlanıb. Həmin qanun layihələrində əmanətlərin qaytarılması ilə bağlı müxtəlif variantlar təklif olunur. V.Əhmədov dedi ki, artıq əmanətlərin qaytarılması ilə bağlı yekun qərar verməyin vaxtı çatıb. İlham QULİYEV kaspi
Türkiyədə Cümhuriyyət Günü qeyd olunur
İran polisi daha bir bəlucu öldürdü
İsrail və ABŞ razılaşıb: İrana genişmiqyaslı hücum bərpa ediləcək
Türkiyədə ABŞ İran arasında görüş keçirilməsi təklif edilib
Iranda daha altı məhbus edam edilib
Netanyahu: İran heç vaxt olmadığı qədər zəifdir
İranın şəhər bələdiyyə sədri silahlı hücum nəticəsində öldürülüb
Biləsuvarda daşqın səkkiz kəndə ziyan vurdu
İranda iki Litva vətəndaşı həbs edilib
ABŞ İrana qarşı mümkün hərbi əməliyyat barədə Körfəz ölkələrini xəbərdar edib
Dövlət Bağçalı: Azərbaycan-Türkiyə qardaşlığı siyasi məsələlərdən üstündür
Culfalı müəllim kəşfiyyat idarəsində dindirilib
Misir husilərin hücumlarına qarşı Səudiyyə Ərəbistanına hərbi dəstək göstərilməsinə icazə verib
Küveyt Baş nazir müavininə sui-qəsd planı ittihamı ilə Iranla əlaqəli üç nəfəri edama məhkum edib – AFP
İranla atəşkəs vaxt itkisi idi - Tramp
Təbrizsə təqaüdçülər yenidən aksiya keçirdilər
Dəniz blokadası İranın ixracatını 23% azaldıb
Ocanda əfqanistanlılar həbs edilib
ABŞ qüvvələri İrana hücum üçün Trampın əmrini gözləyir- CNN
Zəncanda iş qəzası- Bir nəfər həlak oldu
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
ABŞ diplomatlarını regiondan çıxarır
İranda daha səkkiz məhbus edam edildi
İranla bağlı Çin və Rusiya ilə əməkdaşlıq edirik- Tramp
Türkiyədə 13 ölkədən 33 şair və yazıçının iştirakı ilə görüş keçirilib: Güney Azərbaycanı təmsil edən şairlər Talasda
Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə hörmət etməyə çağırıb
Kürd partiyasının düşərgəsi vuruldu- SEPAH
İranın dəstəklədiyi terrorçuların Məkkə və Mədinəyə raket hücumu
ABŞ Türkiyə-Livan təklifinin mövcudluğunu təkzib edib: İranın dəstəklədiyi Hizbullah tərksilah olunmalıdır
Səkkiz aydır görüntü və səs yoxdur; İran rəsmiləri Müctəba Xamenei ilə görüşdüklərini bildirirlər
Iranda daha altı məhbus edam edilib
Reuters: Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır, İrandan on milyonlarla dollar alıb
BMT-nin İrandakı xüsusi məruzəçisi: Müharibə ölkədə repressiyaları daha da gücləndirib
İran agentlərinin ABŞ ərazisində olması ehtimalı yüksəkdir- New York Times
İranda hicaba görə daha on səkkiz iaşə obyekti bağlandı
Urmiya gölünün son vəziyyəti açıqlandı
Rusiyalı nüvə alimləri İrandan təxliyə edilib?
İranda daxili təyyarə biletləri 45 faiz bahalaşıb