Ceyhun Bayramov Türkiyəyə səfər edib
Qəzvinli fəal həbs edildi
Türkiyədə Cümhuriyyət Günü qeyd olunur
Tramp İranla müharibəni çox qısa müddətdə başa çatdırmaq niyyətindədir
İran polisi daha bir bəlucu öldürdü
İran məhkəməsi daha bir bəhaiyə ağır həbs cəzası verdi
İsrail və ABŞ razılaşıb: İrana genişmiqyaslı hücum bərpa ediləcək
Türkiyədə ABŞ İran arasında görüş keçirilməsi təklif edilib
İran Əmək Nazirliyinin rəsmisi ilin sonunadək 1 milyon 400 min iş yerinin itirilməsi təhlükəsi barədə xəbərdarlıq edib
Əmirhüseyn Ağayi Təbrizdə həbs edilib
Güneyli fəal Mehrdad Qaderi Təbriz həbsxanasına köçürülüb
İranda illik inflyasiya 76,8 faizə çatıb: ərzaq məhsullarında kəskin bahalaşma
Küveyt İran səfirini çağırıb
Ramil Həsən Cevdet Yılmazla Azərbaycan-Türkiyə münasibətlərini müzakirə edib
ABŞ İsrailə daha çox “Patriot” hava hücumundan müdafiə sistemi göndərir
Sabah Ankarada TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək
Ermənistan parlamenti TRIPP layihəsi üzrə sazişi təsdiqləyib
Allahşükür Paşazadə: Dindarlar hər zaman dövlətimizin yanındadırlar, xaricdən gələcək hər bir təxribata cavab verməyə hazırıq
Iranda daha altı məhbus edam edilib
İrandan Azərbaycana külli miqdarda narkotik vasitənin keçirilməsinin qarşısı alınıb
Sulduzlu sosial media fəalı müvəqqəti olaraq sərbəst buraxılıb
Netanyahu: İran heç vaxt olmadığı qədər zəifdir
Tramp seçkilərdən sonra İrana zərbə endirilməsinin mümkün olduğunu bildirib
İranın şəhər bələdiyyə sədri silahlı hücum nəticəsində öldürülüb
ABŞ İranın Amerika hərbi gəmilərinin Hörmüzdən çıxması barədə bəyanatını təkzib edib
CNN: ABŞ İrana genişmiqyaslı hərbi zərbələr endirməyə hazırlaşır
Biləsuvarda daşqın səkkiz kəndə ziyan vurdu
Ərdəbilli fəal həbs edilib
İranda iki Litva vətəndaşı həbs edilib
ABŞ İrana qarşı mümkün hərbi əməliyyat barədə Körfəz ölkələrini xəbərdar edib
İraqlı etirazçılar: “İran, itlərini geri çək!” (Video)
İran işğalçı rejiminin Azərbaycan Respublikasında din və hicabı müdafiə etməsi, işğal altındakı Əhvazda isə sünnilərin və vilayəti-fəqihə tabe olmayan şiələrin toplantılarını qadağan etməsi və onları həbs etməsi arasındakı ziddiyyət!!
İranda Güneyli rejissor həbs və əmlakının müsadirəsi cəzasına məhkum edilib
Dövlət Bağçalı: Azərbaycan-Türkiyə qardaşlığı siyasi məsələlərdən üstündür
Traxtur “Malavan”a qarşı 3:0 hesabı ilə məğlub elan edildi
Məkkə Sazişi Türkiyə parlamentinin komissiyasında qəbul edilib
Əhməd Xatəmi: Müctəba Xameneinin seçilməsi Allahın işi idi! Onu cəmi bir dəqiqəyə seçdik!
Həmədanda iş qəzası- Daha bir nəfər həlak oldu
Sistan və Bəlucistanda daha bir neçə nəfər həbs edildi
Məqsəd Tehranın nüvə və raket proqramının məhvı olmalıdır- Eisenkot
Culfalı müəllim kəşfiyyat idarəsində dindirilib
İDDİA: Tehran görüşündən öncə zalda dinləmə cihazı tapılıb
Misir husilərin hücumlarına qarşı Səudiyyə Ərəbistanına hərbi dəstək göstərilməsinə icazə verib
Azərbaycan hərbi və müdafiə xərclərini artırdığına görə Ermənistan başda olmaqla, bir çox dövlətlər tərəfindən "Dağlıq Qarabağ problemini silahlı yolla həll etməyə hazırlaşmaq"da və yeni müharibəyə hazırlaşmaqda suçlanır. Bundan başqa, rəsmi Bakının dövlət büdcəsindən militarist məqsədlərlə ayırmaları artırmaqla "Avropada Adi Silahların Məhdudlaşdırılması haqqında" cinah sazişini də pozduğu bildirilir. Fəqət statistika göstərir ki, bu iddialar əsasızdır və hərbi xərclər baxımından ölkəmizi xeyli qabaqlayan dövlətlər az deyil. Rusiyanın Xarici İşlər Nazirliyinin dünən yaydığı bəyanatda da "Cənubi Qafqaz ölkələrinin, xüsusilə də Gürcüstan və Azərbaycanın dövlət büdcəsindən müdafiə məqsədilə ayırmalar, xüsusilə də hərbi texnika, silah və sursatın alınmasına yönələn pullar müəyyən narahatlıq doğurmaya bilməz". Belarus və Qırğızıstan da Şanxay Əməkdaşlıq Təşkilatının son zirvə toplantısında Azərbaycanın hərbi xərclərinin artmasından narahat olduqlarını vurğulayıblar. "Qayğılananlar" arasında ATƏT, Avropa Şurası, Avropa Parlamenti də var. Rəqəmlər isə bu iddiaların əsassız olduğunu göstərir. Stokholmdakı nüfuzlu Beynəlxalq Stokholm Sülh Problemlərinin Tədqiqatı İnstitutunun (SİPRİ) araşdırmalarına görə, Cənubi Qafqazda hərbi xərclərini ən böyük sürətlə artıran ölkə Ermənistandır. Son iki il ərzində bu dövlətin rəsmi xərcləri 90% artıbsa, silah və hərbi texnika alınmasına yönəlmiş vəsaitin real artımı 230%-dən artıqdır. Rəsmi və qeyri-rəsmi xərclər arasındakı fərqin iki səbəbi var. Hərbi ekspert Saleh Məcidovun dediyinə görə, Ermənistanı silahlandıran yeganə dövlət Rusiyadır. "2006-cı ilin may ayından bəri Moskva Ermənistana bir diviziyanı tam formalaşdırıb silahlandırmağa yetəcək qədər silah, sursat və hərbi texnika yollayıb. Ermənilər real hərbi xərcləri ilə ölkəyə gətirilən texnikanın əksəriyyətinin rəsmi statistikada göstərilməməsinin bir səbəbi də həmin silahların Ermənistana Gümrüdəki 102-ci hərbi bazaya göndərilən texnika təki rəsmiləşdirilməsidir. Rusiyanın Gürcüstanın Batum və Axalkalakidəki hərbi bazaları ləğv olunanda oradakı silahlarla hərbi texnikanın təxminən 74%-i Ermənistana daşındı. Sonradan həmin silahlar Rusiyanın 102-ci bazasına aparıldı və onların bir qismi Ermənistan ordusu ilə Dağlıq Qarabağdakı separatçı rejimin silahlı qüvvələrinə verildi", - S.Məcidov "Ekspress" əməkdaşına söylədi. Onun dediyinə görə, Ermənilərinr quru qoşunlarında silah və hərbi texnika ilə təminatı 2006-cı illə müqayisədə 38%, hərbi-hava qüvvələrində 45%, hava hücumundan müdafiə qüvvələrində isə 27% intensivləşib. Hərbi xərclərin artımı baxımından regionda Ermənistandan sonra ikinci yeri Gürcüstan tutur. 2001-ci ildə, Eduard Şevardnadzenin prezident olduğu dönəmdə bu artım 27% idisə, 2005-ci ildə 165,5% təşkil edib. 2006-cı ildə zhərbi xərclərə ayrılan pulların həcmində azalma başlayıb və yüksəliş "cəmi" 69%, 2007-ci ildə isə 63% olub. Bu isə Gürcüstanın hərbi büdcəsinin son 10 il ərzində 1300% artması deməkdir. Rəsmi Tiflis müdafiə xərcləri və satın aldığı hərbi texnikanın həcminin dövlət büdcəsinə olan müqayisəli nisbəti baxımından dünyada birinci yeri tutur. İkinci pillədə isə 50 ildən bəri fasiləsiz savaş vəziyyətində yaşayan Konqo Demokratik Respublikası tutub. Son 10 ildə konqolular hərbi xərclərini 633,7% artırıblar. Yçüncü yerdəki Latviyada isə analoji rəqəm 594% təşkil edib. Azərbaycana gəldikdə isə, hərbi xərclərin artımı baxımından ölkəmiz sadalananan dövlətlərdən sonra dünyada 5-ci yeri tutaraq 553,9%-lik artım nümayiş etdirib. İlk onluqda sonrakı yerlərdə Qazaxıstan, Estoniya, Belarus, Qvineya-Bissau, Çin və Sudan gəlir. Ekspertlər isə hesab edirlər ki, müxtəlif ölkələrin hərbi xərclərinin artım faizini avtomatik olaraq onların müdafiə qüdrətinin yüksəliş göstəricisi kimi qəbul etmək olmaz. Əvvəla, dövlətlər ərazi, əhalinin sayı, iqtisadi inkişaf səviyyəsi baxımından çox fərqlidir. Məsələn, Afrikadakı San-Tome və Prinsipi ada dövlətinin dövlət büdcəsində hərbi xərclər cəmi $342 mindirsə, ABŞ-da yüz milyardlarla dollara bərabərdir. "Bundan başqa, Azərbaycanın hərbi büdcəsinin artımından danışırıqsa, son illərdə dövlət büdcəsində digər ayırma və xərcləri də nəzərə almalıyıq. Məsələn, son 3 ildə səhiyyə və təhsilə ayrılan vəsaitdə 17 dəfəlik artım var. Eyni zamanda, Ermənistan və Gürcüstandan fərqli olaraq, Azərbaycan müdafiə xərclərinin istisnasız olaraq hamısıı özü ödəyir. Əgər Gürcüstan ordusunun qurulması və güclənməsinə, habelə təminatının ən müasir səviyyəyə cavab verməsinə yönələn səylərin təxminən 84%-i ABŞ və Avropa Birliyi, habelə Türkiyə tərəfindən maliyyələşdirilibsə, Ermənistanın silahlı qüvvələri demək olar ki, bütünlüklə Rusiyadan asılıdır. Bu baxımdan da region dövlətlərinin hərbi xərclərini olduğu kimi müqayisə etmək bir qədər yanlış olardı", - Qafqaz Hərbi və Ordu Tədqiqatları Mərkəzinin direktoru Vaxtanq Alasaniya "Ekspress" əməkdaşına bildirdi. O, hərbi xərclərin real həcmini dəyərləndirmək üçün onların ölkənin ümumdaxili məhsuluna olan müqayisəli nisbətini nəzərə almağı təklif edir. Əhalinin alıcılıq qabiliyyətinin pariteti də yada salınarsa, ölkə iqtisadiyyatında hərbi xərclərin tutduğu yer baxımından dünyada lider mövqe yenə də Gürcüstana məxsusdur. İlk onluqda sonrakı yerləri İndoneziya, Botsvana, Makedoniya, Svazilend, Burundi, Mavritaniya, Tacikistan və Nigeriya tuturlar. ABŞ Müdafiə Nazirliyinin postsovet ölkələrinə silah, sursat, hərbi avadanlıq və texnika satışı, habelə Pentaqonun MDB dövlətlərinə birbaşa maliyyə yardımları ilə bağlı son hesabatında bildirilir ki, postsovet məkanında Rusiya və Belarus istisna olmaqla bütün ölkələrə dəstək verilib. Həmin dövlətlər arasında ABŞ-dan alınan hərbi yardımlar ($25,1 milyon) baxımından birinci yeri Gürcüstan tutur. Litva $23,4 milyon, Ukrayna $10,1 milyon, Özbəkistan - $8,2 milyon, Qırğızıstan - $5,7 milyon, Qazaxıstan - $5,3 milyon alıb. Azərbaycana gəldikdə isə, Pentaqon Bakıya $4,86 milyon dəyərində rabitə və təlim vasitələri verib. Ermənistan $3,1 milyon (ehtiyat hissələr), Tacikistan - $0,128 milyon (ehtiyat hissələr), Türkmənistan isə $850 min (texniki yardım) alıb. ABŞ Dövlət Departamentinin 2007-ci ildə ölkə şirkətlərinin xarici dövlətlərə satdığı silah, hərbi avadanlıq və texnika ilə bağlı hesabatında (Direct Commersial Sales Export Authorizations for Fiscal Year) hesabatında da bildirilir ki, postsovet məkanı ölkələri arasında ABŞ istehsalı olan hərbi texnika və silahları yalnız Belarus və Moldova almayıblar. Həmin sənəddə bildirilir ki, Gürcüstana $25 milyon dəyərində atıcı silahlar, sursat, zirehli texnika, elektronika, aviasiya texnikası və avadanlığı, fərdi müdafiə vasitələri verilib. Azərbaycan isə Pentaqondan yardım qismində $2,5 milyonluq raket texnikası, torpedolar, gəmi avadanlığı və elektronika alıb. Həsən AĞACAN express
Türkiyədə Cümhuriyyət Günü qeyd olunur
İran polisi daha bir bəlucu öldürdü
İsrail və ABŞ razılaşıb: İrana genişmiqyaslı hücum bərpa ediləcək
Türkiyədə ABŞ İran arasında görüş keçirilməsi təklif edilib
Iranda daha altı məhbus edam edilib
Netanyahu: İran heç vaxt olmadığı qədər zəifdir
İranın şəhər bələdiyyə sədri silahlı hücum nəticəsində öldürülüb
Biləsuvarda daşqın səkkiz kəndə ziyan vurdu
İranda iki Litva vətəndaşı həbs edilib
ABŞ İrana qarşı mümkün hərbi əməliyyat barədə Körfəz ölkələrini xəbərdar edib
Dövlət Bağçalı: Azərbaycan-Türkiyə qardaşlığı siyasi məsələlərdən üstündür
Culfalı müəllim kəşfiyyat idarəsində dindirilib
Misir husilərin hücumlarına qarşı Səudiyyə Ərəbistanına hərbi dəstək göstərilməsinə icazə verib
Küveyt Baş nazir müavininə sui-qəsd planı ittihamı ilə Iranla əlaqəli üç nəfəri edama məhkum edib – AFP
İranla atəşkəs vaxt itkisi idi - Tramp
Təbrizsə təqaüdçülər yenidən aksiya keçirdilər
Dəniz blokadası İranın ixracatını 23% azaldıb
Ocanda əfqanistanlılar həbs edilib
ABŞ qüvvələri İrana hücum üçün Trampın əmrini gözləyir- CNN
Zəncanda iş qəzası- Bir nəfər həlak oldu
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
ABŞ diplomatlarını regiondan çıxarır
İranda daha səkkiz məhbus edam edildi
İranla bağlı Çin və Rusiya ilə əməkdaşlıq edirik- Tramp
Türkiyədə 13 ölkədən 33 şair və yazıçının iştirakı ilə görüş keçirilib: Güney Azərbaycanı təmsil edən şairlər Talasda
Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə hörmət etməyə çağırıb
Kürd partiyasının düşərgəsi vuruldu- SEPAH
İranın dəstəklədiyi terrorçuların Məkkə və Mədinəyə raket hücumu
ABŞ Türkiyə-Livan təklifinin mövcudluğunu təkzib edib: İranın dəstəklədiyi Hizbullah tərksilah olunmalıdır
Səkkiz aydır görüntü və səs yoxdur; İran rəsmiləri Müctəba Xamenei ilə görüşdüklərini bildirirlər
Iranda daha altı məhbus edam edilib
Reuters: Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır, İrandan on milyonlarla dollar alıb
BMT-nin İrandakı xüsusi məruzəçisi: Müharibə ölkədə repressiyaları daha da gücləndirib
İran agentlərinin ABŞ ərazisində olması ehtimalı yüksəkdir- New York Times
İranda hicaba görə daha on səkkiz iaşə obyekti bağlandı
Urmiya gölünün son vəziyyəti açıqlandı
Rusiyalı nüvə alimləri İrandan təxliyə edilib?
İranda daxili təyyarə biletləri 45 faiz bahalaşıb