SON XƏBƏRLƏR

“Traxtur” superliqa müsabiqələrində ikinci oldu

2021.10.20, 07:36
“Traxtur” superliqa müsabiqələrində ikinci oldu

Gunaz.tv

GünAz TV: Təbrizin “Traxtur” futbol takımı ilə Ənzəlinin “Mələvan” takımı arasında keçirilən müsabiqə “Traxtur”un qələbəsi ilə sona çatdı.

 

İran üzrə superliqa rəqabətlərinin son həftəsində keçirilən müsabiqədə “Traxtur” tərəfindən 2 qol vuruldu. Qarşı takım isə qol vurmağa nail olmadı.

 

Bununlada “Traxtur-Mələvan” müsabiqəsi (2 – 0) hesabı ilə “Traxtur”un xeyirinə yekunlaşıb.

 

Məhz bu nəticədən sonra “Traxtur” takımı bu ilki superliqa rəqabətlərində ikinci yeri tutmuş oldu. Birinci və üçüncü yerlər isə “Sepahan” və “İstiqlal” takımlarına aiddir. Həmçinin  “Traxtur” takımı Asiya liqa çempionatına (qıhrəmani) yol tapdı.

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar