SON XƏBƏRLƏR

İran “Total hucuma” qarşı “Qazprom müdafiəsi” qurur

2021.10.20, 07:36
İran “Total hucuma” qarşı “Qazprom müdafiəsi” qurur

Gunaz.tv
Fransanın beynəlxalq miqyaslı enerji şirkəti “Total”ın icraçı direktoru Kristofer de Marjeri 10 iyulda Faynenşl Tayms qəzetinə müsahibəsində bildirib ki, onun rəhbərlik etdiyi şirkət İrandakı “Cənubi Fars” qaz yatağının 11-ci fazasında öz fəaliyyətini dayandırır. O, Fransız şirkətinin bundan sonra bu lahiyə üçün sərmayə qoymayacağını elan edib. “Total” rəsmisi bunu İrana yeni sərmayə qoyulmasının böyük siyasi risk olması ilə izah edib. Xatırladaq ki, 1300 km2 sahəyə malik “Cənubi Fars” qaz yatağını İran qaz ehtiyatlarının 50 faizini, dünya qazının isə 8 faizini təşkil edir. Fransız “Total” şirkəti 24 fazadan ibarət bu yatağın istismarını nəzərdə tutan lahiyələrdən ikisində iştirak etməkdəydi. 1997-ci ildə imzalanan “Cənubi Fars” yatağının 2 və 3-cü fazasının istismarını nəzərdə tutan ilk lahiyədə “Total” şirkəti (40%), Malaziyanın “Petronas” (30%) və Rusiyanın “Qazprom” (30 %) şirkətiylə birgə faaliyyət göstərməkdədir. 2006-cı ildə imzalanan və “Cənubi Fars” yatağının 11-ci fazasının istismarını nəzərdə tutan ikinci lahiyədə isə “Total” (60 %) və “Petronas” (40 %) şirkəti iştirak etməkdəydi. Marjerinin açıklaması “Total”ın “Cənubi Fars”-ın 11-ci fazasının istismarından imtina etməsi mənasını daşımaqdadır. May ayında Holland-İngilis şirkəti “Royal Datç-Şell”-lə İspaniya şirkəti “Repsol YPF”-nin “Cənubi Fars” yatağının 13-cü fazasında iştirakdan imtina etməsindən sonra, İranda qalan son Qərb şirkəti “Total”ın da bu addımı atması “Cənubi Fars” yatağının istismarında ləngimə yarada bilər. “Total”ın bu layihədən geri çəkilməsi qərarını iki tərəfli təzyiq altında verdi. Belə ki, İran “Total”ın 2006-cı ildə imzalanan razılaşmaya uyğun hərəkət edərək yatağa sərmayə qoyuluşuna dair qərarını bir an öncə verilməsini tələb etməktəydi. O bir yandan da İrana və bu ölkəyə sərmayə qoyan şirkətlərə qarşı beynləxalq təzyiq getdikcə güclənməkdəydi. Bu sırada Fransa hokuməti də “Total”ın İrana sərmayə qoymaqdan vaz keçməsini istəmişdi. Elə “Total” yetkililəri də bu layihədən vaz keçmələrini beynəlxalq embarqonun və ABŞ təzyiqlərinin artması ilə əlaqələndirirlər. Xatırladaq ki, başta “Total” olmaq üzrə müxtəlif Fransız şirkətləri embarqonun olduğu daha əvvəlki illərdə də İrana sərmayə qoymaqdadıydılar. Hətta Fransa dövləti onları bu sərmayə qoyuluşlarına təşviq edir və beynəlxalq arenada bu şirkətləri ABŞ-a qarşı ciddi cəhdlə müdafiə edirdi. Ancaq son dövrdə bu vəziyyətdə ciddi mahiyət dəyişiklikləri meydana gəlib. Birincisi, İranın nüvə faaliyyətlərini davam etdirmədəki təkidi bu ölkənin nüvə silahına malik olması risqini gücləndirib. İkincisi, bu risqə paralel olaraq ABŞ-ın İrana və onunla əməkdaşlıq edən ölkələrə və şirkətlərə təzyiqi də artıp. Üçüncüsü, İranla problemin müzakirələr yoluyla həll edilməsi üçün Fransanın Almanya və İngiltərə ilə bərabər göstərdiyi səylər hələ də səmərəsiz qalmaqdadır. Dördüncüsü, Fransada ABŞ-dan daha müstəqil xarici siyasət kursu yürüdən və bu mənada Şarl de Qolun mirasına sahip cıxan prezident Jak Şirakı, rəsmi Vaşinqtonla daha yaxın münasibətlər qurmayı amaclayan Nikola Sarkozi əvəzləyip. Elə, Fransa Xarici İşlər Nazirliyinin İranın Şəhab-3 raketlərini sınaqdan keçirməsi ilə əlaqədar verdiyi bəyanatda Şəhab-3 raketlərinin sınaqdan keçirlməsini kəsgin tənqid etməsini də Fransanın İran siyasətini ABŞ-la yaxınlaşdırmasında yeni bir cəhdi kimi görmək olar. Bəyənatda sınaqın İranın nüvə məsəsləsi ilə bağlı aparılan danışıqlar sırasında baş verməsi beynəlxalq nigarançılığı artıran amil kimi xaraterizə edilərək, rəsmi Tehranın nüvə silahlarına yiyələnmək istəyində olduğu şübhəsini yaratdığı bildirilib. Bu baxımdan İrana embarqonun gücləndıyi, Vaşinqtonun müharibəyə başlayacağına dair iddiaların geniş yayıldığı və Fransız prezidenti Sarkozinin də ABŞ-ı güclü şəkildə dəstəklədiyi bir şəraitdə “Total”ın İranda qalması, üstəlik buraya büyük miqdarda sərmayə qoyması doğrudan da cox risqli olardı. Hətta “Total”ın uzun müddətdən bəri ABŞ-la yanaşı, Fransız hökümətinin təzyiqlərinə məruz qaldığını ya da ən azından İrana sərmayə qoyuluşu məsələsində əvvəlki kimi dəstəklənmədiyini və bu ölkədən çıxmaq üçün bəhanə axtardığını belə iddia etmək olar. Bu çərçivədə, “Total”ın bu qərarı İranın iyulun 9-da körfəzdəki “Böyük Peyğəmbər-3” adlı hərbi manevralarında 2 min km mənzilli Şəhab-3 raketini sınaqdan keçirməsindən sonra alması da diqqəti xüsusiylə cəlb etməkdədir. Belecə İranın son hərbi manevraları “Total” şirkətinə axtradığı bu bəhanəyi vermiş və şirkət bu fürsətdən istifadə edərək imtina qərarını açıqlamışdır. Bundan başqa, “Total”ın dünya qaz ehtiyatlarının 8 faizini təşkil edən “Cənubi Fars” kimi böyük bir yatağa sərmayə qoymaqdan vaz keçməsini onun ABŞ-ın İrana hücum edəcəyi ehtimalını cox ciddiyə alması kimi də yozmaq olar. Hətta “Total”ın bu imtinanı ABŞ və Fransa dövlətindən enerji yatırımları üçün bəzi güzəştlər alması nəticəsində əldə etdiyi də iddia edilə bilər. Mövcud vəziyyətdə bu güzəştin veriləbiləcəyi yer kimi isə İraq neft ehtiyatları önə çıxmaqdadır. Bu baxımdan “Total” neft şirkətinin önümüzdəki dövrdə İraqdakı enerji ehtiyatlarından önəmli bir pay alması sürpriz olmaz. Iranda fəaliyyət göstərən sonuncu böyük Qərb şirkəti “Total”ın yeni sərmayə qoyuluşundan imtina etməsi İranı “Cənubi Fars” qaz yatağının istismarını həyata keçirmədə böyük çətinliklərlə qarşı-qarşıya qoysa da, Tehran rəsmiləri bu yataqda işlərin davam etdiriləcəyini bildiriblər. Ancaq İranın işləri davam etdirmək üçün lazımı maddi, texniki və elmi bazasının zəifliyi xarici dəstəyi zəruri etməkdədir. Belə bir şəraiti fürsət bilən Rusiyanın Qazprom şırkəti “Total”ın yerini tutmağa çalışır. Bu zəmində 13 iyulda Tehrana səfər edən Qazprom prezidenti Aleksey Miller İran prezidenti Mahmud Əhmədinejadla görüşərək qaz əməkdaşlığını genişlətmək barədə razılığa gəlib. Görüşdə “Qaz İxrac Eden Ölkələr Formu”nun növbəti zirvə toplantısına hazırlıq məsələsi müzakirə olunaraq, dünyadakı qaz tarazlığının qorunması və forumun daimi fəaliyət göstərən beynəlxalq quruma çevrilməsinin zəruriliyi vurğulanıb. Miller Tehran səfərində İranın neft naziri Qulamırza Nozari və “İran Milli Neft Şirkəti”nin icraçı direktoru Seyfulla Caşnsaz əməkdaşlığın genişləndirilməsinə dair görüşlər keçirib. Müzakirələrin sonunda “Qazprom” və “İran Milli Neft Şirkəti” arasında əməkdaşlığa dair bir bəyannamə imzalanmışdır. Bəyannaməyə görə, tərəflər enerji sektorunda kəşfiyat, istehsal, istismar və neft ayırmada əməkdaşlıq etmək, həmçinin Rusiya, İran və üçüncü ölkələrin də enerji lahiyələrində iştirak etmək üçün ortaq bir şirkət qurma qərarı almışlar. Bundan başqa tərəflər arasında Rusiyanın İranın şimalına qaz verməsini bunun əvəzində isə İranın Körfəzdə eyni miqdarda qaz alması haqqında razılıq əldə etmişlər. “Total”ın İrana yeni sərmayə qoyuluşundan imtina etməsində ABŞ və Fransa dövlətinin təzyiqlərinin əsas rolu oynadığı şübhə doğurmur. Ancaq Rusiya-İran əməkdaşlığı davam etdiyi müddətcə Qərbin Irana iqtisadi təzyiqlərinin istənilən nəticəni verməyəcəyi də aşkar görünməkdədir. Bu prosesdə İran beynəlxalq təzyiqləri zərərsizdirmək üçün Rusiya amilini irəli sürərkən, rəsmi Moskva da fürsətdən istifadə edərək dünya enerji bazarındakı yerini daha da gücləndirməkdədir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar