Məqsəd Tehranın nüvə və raket proqramının məhvı olmalıdır- Eisenkot
Culfalı müəllim kəşfiyyat idarəsində dindirilib
İDDİA: Tehran görüşündən öncə zalda dinləmə cihazı tapılıb
Misir husilərin hücumlarına qarşı Səudiyyə Ərəbistanına hərbi dəstək göstərilməsinə icazə verib
Yəmən qüvvələri: 24 saat ərzində İranın dəstəklədiyi husilərin 382 üzvü öldürülüb
Küveyt Baş nazir müavininə sui-qəsd planı ittihamı ilə Iranla əlaqəli üç nəfəri edama məhkum edib – AFP
İranla atəşkəs vaxt itkisi idi - Tramp
Fevralın 28-dən mayın 9-dək 4 mindən çox şəxs həbs edilib, yanvar etirazları ilə bağlı 29 nəfər edam olunub
Azərbaycan Prezidenti: Özümüzü yarana biləcək istənilən çətinlikdən qorumaq üçün lazımi tədbirlər görməliyik
Prezident: Kiminsə bizə nəyisə diktə edə biləcəyi barədə əsassız düşüncələr bundan sonra da qətiyyətli mövqeyimizlə qarşılanacaq
Azərbaycan lideri: Dövlətçiliyimizi, müstəqilliyimizi və həyat tərzimizi qorumaq üçün qətiyyətli olmalıyıq
Təbrizsə təqaüdçülər yenidən aksiya keçirdilər
Qərbi Azərbaycanda bu qədər mədən ehtyatı var- Rəsmi
Dəniz blokadası İranın ixracatını 23% azaldıb
Pezeşkian Moskvadadır
KİV: Yəməndə SEPAH-ın Qüds Qüvvələri komandiri öldürülüb
Reuters: Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır, İrandan on milyonlarla dollar alıb
“Məkkə Sazişi” ölkələrinin yüksək səviyyəli rəsmiləri İranda səfərdədir
Səudiyyə Ərəbistanı təyyarəsi Tehran hava limanına eniş edib
Müharibə repressiyaları gücləndirib- Mai Sato
Şəbistərdə silahlı insident- Ölən var
SEPAH İraqın şimalında kürd bazalarını vurdu
Ərəb koalisiyası Husilərin raket anbarlarını məhv etdi
Prezident İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib
Azərbaycan sülh sazişi məsələsində son nöqtəni qoymağa hər zaman hazırdır
Azərbaycan QHT-ləri Pezeşkiana müraciət etdi
Azərbaycanla Özbəkistan arasında iki saziş təsdiqlənib
İranın birinci vitse-prezidenti azərbaycanlı qızlarla bağlı fərman verdi
Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib
Ocanda əfqanistanlılar həbs edilib
ETN: İranlı nazirin Azərbaycanda təhsillə bağlı açıqlaması tamamilə yersizdir, ölkəmizin daxili işlərinə müdaxilə cəhdidir
Nazirlik: İranda Azərbaycan dilində məktəb yoxdur, azərbaycanlılar öz ana dillərində təhsil almaq hüququndan məhrum edilirlər
ABŞ qüvvələri İrana hücum üçün Trampın əmrini gözləyir- CNN
Müharibəyə görə İranda daha dörd nəfər həbs edildi
Zəncanda iş qəzası- Bir nəfər həlak oldu
İbrahim Kalın İrana səfər edəcək
İran ABŞ-yə Pakistan vasitəsilə yeni təklif göndərib
Səmərqənd ətrafında diplomatik gərginlik: Özbəkistan İrana rəsmi etiraz notası verdi
Tahir Nəqəvi məcburi etiraf üçün təzyiqlərlə üzləşir
Salar Taher Əfşarın ikinci doğum günü həbsxanada keçir
Pezeşkian: “Nə müharibə, nə sülh” vəziyyəti insanları çörək dərdinə salıb
Təbriz meriyasının sürücüləri maaş əvəzinə işdən çıxarılmaqla hədələnirlər
Tramp: Ya İran razılaşacaq, ya da işi bitirəcəyəm
Vəfa Quluzadə: «Amerika heç zaman Irana qoşun yürütməyəcək, amma bu ölkəyə qarşı hava zərbələrinin endirilməsi realdır» Hikmət Hacızadə: «Buşun Iranla bağlı bəyanatları psixoloji xarakter daşısa da, Amerika problemin hərbi yolla həllini hələ istisna etmir» Iranın nüvə proqramı ətrafındakı Vaşınqton-Tehran qarşıdurması yenidən qızışmaqdadır. Irana qarşı yaxın zamanlarda sərt sanksiyaların tətbiq olunacağı daha tez-tez gündəmə gəlməkdədir. Eyni zamanda ABŞ-ın Irana qarşı hərbi əməliyyatlara başlama ehtimallarıyla bağlı da müxtəlif fikirlər səslənməkdədir. Demək olar ki, prezidentliyinin ilk günlərindən Iranın nüvə layihəsini gündəmə gətirən Corc Buşun bir sıra son addımları da birmənalı qiymətləndirilmir. Qərb mətbuatı belə hesab edir ki, ABŞ prezidenti Corc Buş və vitse-prezident Dik Çeyni səlahiyyətlərinin bitiminə kimi Iranla olan problemi həll etmək istəyir. Mövzuyla bağlı suallarımızı politoloqlar - Vəfa Quluzadə və Hikmət Hacızadəyə ünvanladıq. “BTC Tehranın hədəfinə çevrilə bilər” V.Quluzadə: - ABŞ artıq uzun müddətdir ki, Irana qarşı psixoloji müharibə aparır. Hazırda da Irana münasibətdə səslənən bir sıra fikirləri mən məhz bu cür qiymətləndirməyin tərəfdarıyam. O da nəzərə alınmalıdır ki, hazırda Iran ona qarşı tətbiq olunan bir sıra sanksiyalardan çox ciddi əziyyət çəkir. Və ABŞ administrasiyasının Iran rəhbərliyinə qarşı yönəlik bir sıra siyasi addımları situasiyanı bir qədər də qəlizləşdirməyə xidmət edir. Iran cəmiyyətinə qarşı yönəlik psixoloji hücum bir neçə məqsəd daşıya bilər. Təbii ki, onlardan biri Iran toplumunu daxildən parçalamaqdır. Amma eyni zamanda o da nəzərə alınmalıdır ki, ABŞ Iraqa hərbi zərbə endirməmişdən öncə bu məsələ ətrafında çox düşündü. Və Amerikanın Irana qarşı da bu cür addım atacağı istisna deyil. Lakin o da şübhəsizdir ki, ABŞ Iraqa qarşı etdiklərini tam şəkildə Irana edə bilməz. Amerika heç zaman Irana qoşun yeritməyəcək. Amma Amerika hava zərbələri ilə Iranın infrastrukturunu dağıda bilər. ABŞ bunu bir neçə savaşda artıq sınaqdan çıxarıb. Lakin bu vasitə də düşməni tam çökdürməyə bəs etmir. Çünki Amerika yalnız hava zərbələriylə Iranın bütün infrastrukturunu, müqavimət qüvvəsini dağıda bilməyəcək. Amma ilk zərbələrdən sonra Iran özünü Amerika ilə müharibədə hiss edəcək və bundan sonra Amerikanın regiondakı maraqları üçün ciddi təhlükə yarana bilər. Nəticədə fars körfəzindəki, Xəzər dənizindəki bir çox obyektlər, BTC belə Tehranın hədəfinə çevrilə bilər. Eyni zamanda nəzərə almaq lazımdır ki, Iranın potensialı Iraqınkından genişdir. Və Iranın sahib olduğu raketlər sistemi də regionda yerləşən və birbaşa Amerika ilə bağlılığı olan bütün obyektlərə zərbə endirə bilər. Ona görə situasiya olduqca ciddidir və ABŞ Irana qarşı hər hansı radikal addım atmamışdan öncə bunun nəticələrini gözünün qarşısına gətirməlidir. H.Hacızadə: - Həqiqətən də prezident Corc Buşun səlahiyyətlərinin sonuna qədər Iranla bağlı problemi həll etməyə çalışacağı barədə fikirlər dolaşır. Amma bu həll mütləq deyil ki, müharibə yoluyla olacaq. Irana qarşı yeni sanksiyaların tətbiqi, təzyiq formalarından istifadə oluna bilər. Amma hazırda dünyada cərəyan edən digər proseslərə də diqqət yetirilməlidir. Bu yaxınlarda Şimali Koreya öz nüvə reaktorunun soyuducu sistemini jurnalistlərin gözü önündə məhv etdi. Yəni ABŞ-la Şimali Koreya arasında uzun müddət gərginlik olsa da, bu gərginliyi danışıqlar yoluyla aradan qaldırmaq mümkün oldu. Bu baxımdan Qərb ümid edir ki, Iranla da olan problemi danışıqlar və ya təzyiq yoluyla həll etməyə nəsib olacaq. Son zamanlar Buşun Iranla bağlı bəyanatlarına gəlincə isə bu daha çox psixoloji xarakter daşısa da, Amerika problemin hərbi yolla həllini istisna etmir. “ABŞ Iranda daxili sabitliyi pozmaq istəyir” - Qərb mətbuatının yazdığına görə, bu yaxınlarda ABŞ Konqresi prezident Buşun xahişiylə Iranda kəşfiyyat əməliyyatlarına 400 milyon dollar ayırıb. Sizcə, bu nəyin görsənişidir? V.Quluzadə: - Əslində ABŞ-ın bu addımı gözlənilən idi. Məsələn, Azərbaycanla bağlı bir neçə məqama nəzər salaq. Amma bu addımı müharibənin başlanğıcı kimi qiymətləndirmək olmaz. Azərbaycan müstəqillik qazanan gündən ölkəmizdə xeyli diversiya əməliyyatı olub. Metro partlayışını, müxtəlif dövlət çevrilişlərini, sərhədlərin bağlanmasıyla bağlı müxtəlif qərarları buna misal olaraq göstərmək olar. Bütün bu əməliyyatların müəllifi Rusiyadır. H.Hacızadə: - Amerikanın bu addımı diqqətdən qaçmamalıdır. Çünki adətən bu tipli addımlar hər hansı bir ciddi kampaniyaya hazırlıq kimi dəyərləndirilir. Konqresin bu məbləğdə vəsaiti ayırması Iranın nüvə proqramını dayandırması istiqamətində ABŞ-ın növbəti bir xəbərdarlığıdır. Və belə görünür ki, Amerika Iranla bu qarşıdurmasında sona qədər getməyə hazırdır. - Verilən məlumatlara görə, hazırda ABŞ-ın əsas hədəfi Iranda daxili sabitliyi pozmağa yönəlib. Necə düşünürsünüz Iranda hazırda belə bir addımın atılması üçün zəmin varmı? V.Quluzadə: - Avtoritar rejimin olduğu dövlətdə çevriliş etmək olduqca müşkül məsələdir. Tarixdə bu istiqamətdə kifayət qədər faktlar var. SSRI 70 il ömür sürdü. Stalinin rejimi ömrünün sonuna qədər sərtliyini qoruyub saxladı. Kommunist rejimi özü-özünü çökürtdü. Amma Irandakı vəziyyət təbii ki, Sovet Ittifaqından fərqlidir. Sovet imperiyası nüvə silahına malik, müxtəlif xalqları itaəti altına almış nəhəng bir imperiya idi. Iran da hazırda nüvə silahına sahib olmağa çalışır. Amerika Iranın nüvə silahına sahib olmasını bütün dünyaya faciə kimi təqdim edir. Və Amerikada Iranın nüvə proyektini dayandırmaq üçün ona zərbə endirə bilər. Amma bunun nəticəsi nə olacaq? Əsas sual doğuran məsələ məhz budur. H.Hacızadə: - Iranın daxilində hazırda hakimiyyətdə olan rejimdən böyük narazılıq var. Eyni zamanda nəzərə almaq lazımdır ki, Irandan xaricdə də molla rejiminin əleyhinə olan diaspora fəaliyyət göstərir. ABŞ-ın bütün bu vasitələrdən istifadə edəcəyi gözləniləndir. Eyni zamanda Iranda milli zəmində də vəziyyət ürəkaçan deyil. Bu baxımdan Iranın daxilində vəziyyəti qarışdırmaq və yaranan yeni situasiyadan hakimiyyəti devirmək üçün istifadə etmək tamamilə mümkündür və bunun üçün zəmin var. Amma o da şübhə doğurmur ki, ABŞ bütün bu məsələləri tam öyrənməmiş, Irana yönəlik ciddi addım atmayacaq. “Iranın dünya həqiqətlərini qəbul etməməsi toqquşmaya aparır” - Öz növbəsində Iran rəhbərliyi də ABŞ-ın bu addımlarını cavabsız buraxmır. Iran Silahlı Qüvvələrinin rəhbərliyi ehtimal olunan müharibədə düşmən əsgərlərini dəfn etmək üçün 320 min məzar qazmağa qərar verib. Bu addımı necə qiymətləndirmək olar? V.Quluzadə: - Əslində Iranın bu addımını yalnız bir cür izah etmək olar. Bu daha çox psixoloji addımdır və bir növ Iranın tutduğu yoldan dönmək fikrində olmadığını nümayiş etdirir. Yəni Iran ona qarşı Amerikanın yürütdüyü psixoloji siyasətə bununla cavab vermək istəyir. H.Hacızadə: - Bu psixoloji müharibənin təzahürüdür. Iran öz potensialı çərçivəsində ABŞ-la ideoloji müstəvidə savaş aparmağa çalışır. Və bu tamamilə normal haldır. - Sizcə, Iranla-ABŞ arasında uzun müddətdir gedən bu əsəb müharibəsinin sonu necə olacaq? Qarşıdurma hərbi əməliyyatların başlanmasıyla, yoxsa sülhlə bitəcək? V.Quluzadə: - Düşünürəm ki, ABŞ-Iran qarşıdurmasının yekunlaşması üçün Tehran tutduğu yoldan əl çəkməlidir. Məsələni qəlizləşdirən cəhət də budur. Iran özünün nüvə proyektlərindən əl çəkmək istəmir. Eyni zamanda o da nəzərə alınmalıdır ki, ABŞ-la Iran bir-birinə zidd paralel aləmlərdə yaşayırlar. Bir-birindən köklü surətdə fərqlənən sivilizasiyaların qarşıdurması isə həmişə gərginliyi ilə yadda qalır. Bu anlaşmazlıq isə çox təəssüf ki, bir çox hallarda toqquşmanı qaçılmaz edir. Amerika Iranın həqiqətlərini anlamır və anlamaq istəmir. Iran da Amerikanın və müasir dünyanın bir çox həqiqətlərini qəbul etmək istəmir. Bu isə heç şübhəsiz toqquşmaya aparıb çıxaracaq. H.Hacızadə: - Bu əsəb müharibəsinin sonunu mən Iranın müxtəlif yollarla nüvə layihəsini dayandırmağa məcbur edilməsində görürəm. Iranın nüvə layihəsini dayandırması sülh yolu ilə də ola bilər, hərbi yolla da. Çünki hazırda Iranın vəziyyəti olduqca qəlizdir. - Bəzi ekspertlərin fikrincə, ABŞ-da qarşıdan gələn prezident seçkisindən sonra Irana olan münasibət dəyişəcək. Bu nə dərəcədə realdır? V.Quluzadə: - ABŞ-Iran münasibətləri Klintonun vaxtında da çox gərgin idi. Buşun dövründə isə pik həddinə çatdı. Düşünmürəm ki, ABŞ-dakı prezident seçkisindən sonra bu dövlətin Irana qarşı münasibəti dəyişsin. Bu münasibət, yenə də deyirəm, Iranın nüvə proqramından əl çəkməsindən sonra dəyişə bilər. H.Hacızadə: - Inanmıram ki, ABŞ-dakı seçkidən sonra Tehrana yönəlik fərqli siyasət yürüdülsün. Düzdür, Obama bəyan edir ki, o hakimiyyətə gələcəyi təqdirdə Iranla danışıqlara başlayacaq. Bu çıxış yolu deyil. Buş da səkkiz ildir ki, Iranla danışıqlar aparır. Yeni hakimiyyətin də danışıqlarının başqa cür nəticələnəcəyinə heç kim zəmanət vermir. Xəyal Şahinoğlu azadliq
Culfalı müəllim kəşfiyyat idarəsində dindirilib
Misir husilərin hücumlarına qarşı Səudiyyə Ərəbistanına hərbi dəstək göstərilməsinə icazə verib
Küveyt Baş nazir müavininə sui-qəsd planı ittihamı ilə Iranla əlaqəli üç nəfəri edama məhkum edib – AFP
İranla atəşkəs vaxt itkisi idi - Tramp
Təbrizsə təqaüdçülər yenidən aksiya keçirdilər
Dəniz blokadası İranın ixracatını 23% azaldıb
Ocanda əfqanistanlılar həbs edilib
ABŞ qüvvələri İrana hücum üçün Trampın əmrini gözləyir- CNN
Zəncanda iş qəzası- Bir nəfər həlak oldu
İbrahim Kalın İrana səfər edəcək
Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə hörmət etməyə çağırıb
Kürd partiyasının düşərgəsi vuruldu- SEPAH
BMT-nin İrandakı xüsusi məruzəçisi: Müharibə ölkədə repressiyaları daha da gücləndirib
İranda bir ayda 79 məhbus edam edilib
Əhvaz ərəblərinin təşkilatı Azərbaycana dəstək bəyanatı yaydı
Pezeşkian Moskvaya gedir
ABŞ Türkiyə-Livan təklifinin mövcudluğunu təkzib edib: İranın dəstəklədiyi Hizbullah tərksilah olunmalıdır
Urmiya gölünün son vəziyyəti açıqlandı
İranda hicaba görə daha on səkkiz iaşə obyekti bağlandı
İranda daha səkkiz məhbus edam edildi
Qəzvin əyalətində daha 39 nəfər həbs edildi
Beynəlxlq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yaydı
Sualtı internet kabelləri İranın hədəfinə çevrilə bilər- SEPAH
Həmədanda iş qəzaları- 327 nəfər...
İran aviasiyası iflic olub- Səbəb
Traxtur klubundan federasiyaya təcili məktub: Etnik şüarlara və futbolçuların ailələrinə qarşı təhqirlərə baxılsın
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
Təbrizdə iki hüquqşünas həbs edilib
İraq da İranla sərhəddi bağladı
ABŞ diplomatlarını regiondan çıxarır
İranda daha səkkiz məhbus edam edildi
İranla bağlı Çin və Rusiya ilə əməkdaşlıq edirik- Tramp
Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib
İranda dollar yenidən bahalaşmağa başladı
Türkiyədə 13 ölkədən 33 şair və yazıçının iştirakı ilə görüş keçirilib: Güney Azərbaycanı təmsil edən şairlər Talasda
TƏCİLİ | İranın cənubunda bir neçə partlayışın baş verdiyi bildirilir
İranın dəstəklədiyi terrorçuların Məkkə və Mədinəyə raket hücumu