SON XƏBƏRLƏR

Atatürkçülərə qarşı səlib yürüşü

2021.10.20, 07:36
Atatürkçülərə qarşı səlib yürüşü

Gunaz.tv
Atatürkçülərə qarşı səlib yürüşü AKP atatürkçü və demokratları həbs etməklə qorxudan qurtulmaq istəyir Ötən bazar günü Türkiyənin "Avrasiya TV" telekanalındakı "Ankara Rüzgarı" proqramının aparıcısı Mustafa Balbayın qonağı ölkənin məşhur yazarı Emin Çölaşan idi. 30 ildən artıq "Hürriyət" qəzetində çalışan və Türkiyənin ən məşhur köşə yazarlarından biri olan Emin əfəndi atatürkçü, dünyəvi və demokrat insan, ən başlıcası isə iqtidarda olan Ədalət və İnkişaf Partiyasının sərt müxalifi kimi tanınır. Məhz buna görə də o "Hürriyət"də dəyişən "oyun qaydaları"na, qəzetin AKP-nin mollagünə, din alverçisi, saxtakar mediasının cızdığı çərçivədə fəaliyyət göstərməsinə razılaşmasının şərtlərinə boyun əymədiyinə görə işdən çıxarılmışdı. Balbayla Çölaşan baş nazir Rəcəb Tayyib Ərdoğanı sərt tənqid etdilər. Əslinə baxsaq, onların dediklərində yeni və qeyri adi heç nə yoxdu. Hakimiyyətə gəldiyi ilk gündən bəri onu iqtidara yüksəldənlərin şərt və tələblərini birbəbir yerinə yetirən AKP ölkədəki dünyəvi, demokrat və atatürkçü düzəni darmadağın edərək onun yerində "elmli İslam" adlandırdığı, əslində isə İslamın eybəcər şəklə salaraq pozulmuş Şəriət qaydaları əsasında idarə ediləcək anormal idarəetmə və sistem yaratmağa çalışırlar. Türkiyəni zəiflətmək, ordunu çalxalamaq, dövlətin regionda oynadığı rolu heçə endirmək istəyənlərə qarşı çıxanlar təbii ki, bu biabırçılığa dözməyərək "Tayyib, istefa et!" deyirlər. Fəqət baş nazir Rəcəb Tayyib Ərdoğan deyilənləri eyninə almır, səslər bir qədər sərt çıxanda isə "Atatürk Cümhuriyyətini saqqallıların idarə etdiyi eybəcər dövlətə döndərməyin" deyənləri min bəhanə ilə cəzalandırmağa başlayır. Əvvəldən sonadək uydurma və əsassız məsələ olan "Ərgənəkon" əməliyyatı da bunun bir timsalıdır. AKP mediası bildirir ki, bəs "Ərgənəkon" ölkədəki dövlət idarəetmə sistemini dəyişməyi qarşısına məqsəd qoyan, hədəfə çatmaq üçün sui-qəsdlərdən çəkinməyən teror təşkilatıdır. Bu qurum tanınmış siyasətçilər, media mənsubları və qeyri-hökumət təşkilatlarının nüfuzlu rəhbərlərini ələ alaraq "iqtidarda olan və xalqın seçdiyi AKP-yə qarşı çirkin əməliyyatlar"ı həyata keçiribmiş. Və sonra da vurğulanır ki, "Ərgənəkon" Türkiyə üçün ən böyük təhlükələrdən biridir. Bu uydurma ittihamlar əslində AKP-yə müxalifləri, Rəcəb Tayyib Ərdoğanın lider olduğu islamçı düşərgənin atatürkçülük, demokratiya və dünyəviliyə qarşı yürüşünün qarşısını almağa çalışanları həbsə atmaq, zərərsizləşdirmək üçün dəstəvuzdu. İstefada olan general Vəli Küçük "Ərgənəkon"un lideri kimi tutulandan sonra İşçi Partiyasının baş katibi Doğu Perincek həbsə atıldı. Bundan sonra isə həbslər başladı. Sami Hoştan, Kamal Kerinçsiz, Müzəffər Təkin, Oktay Yıldırım, Mahmud Öztürk, Fikrək Əmək, Zazi Güdər, Mehmet Demirtaş, Müzəffər Şənocaq, Aydın Yüksək, Kuddisi Okkır, Bəkir Öztürk, İsmayıl Yıldız, Ərgün Poyraz, Asuman Özdəmir, Mete Yalazangil, Zəkəriyyə Öztürk, Məhəmməd Yücə, Kahraman Şahin, Erol Ölməz, Erkut Ersoy, Mehmet Fikri Karadağ, Hüseyn Görüm, Oğuz Alparslan, Əbdülqadir Hüseyn, Qazi Oğuz, Sevgi Erenerol, Abdulla Arapoğlu, Ymid Oğuztan, Vatan Bölükbaşı, Habip Ymit Sayın, Emin Gursəs, Orhan Tunc, Hayrettin Ertekin, Vedat Yerener, Müəmmər Qarabulut, Əbdülmütəllib Tonqar, Səlim Akkurt, Serhan Bolluk, Ferit İlsever, Adnan Akfırat, Hayati Özcan, Nüsrət Senem, Hikmət Çiçək, Rasim Görüm, Behic Gurcihan və Murat Çağlar. Onları bilərəkdən sadaladım. Ki, bu şəxslərin heç biri nə terrorçudur, nə kimisə pulla ələ alan, nə də dövlətə zərər vurmaq insan deyil. Adlarını çəkdiyim insanların yeganə günahı Mustafa Kamal Atatürkü və onun mirasını, demokratiyanı, dünyəviliyi, türk ulusunu, türkçülüyü və Türkiyəni sevmələridir. Dünən isə Türkiyə Jandarma Qüvvələrinin keçmiş komandanı, istefa olan ordu generalı Şənər Əruyğur və I Ordunun sabiq komandanı, istefada olan ordu generalı Xurşid Tolon, habelə Ankara Ticarət Palatasının sədri Sinan Aygün, "Cümhuriyət" qəzetinin Ankara bürosunun rəhbəri və məşhur жurnalist Mustafa Balbay həbs olundular. Onlarla birlikdə daha 17 nəfər tutulub. Atatürkçü Düşüncə Dərnəyinin rəhbəri olan Şənər paşa ilə digər yaxalananlar da "Ərgənəkon"la bağlı suçlanır. AKP-nin klounadası isə davam edir. Türkiyənin titrədən Cümhuriyyət mitinqlərinin təşkilatçısı olan Atatürkçü Düşüncə Dərnəyini başsız qoyub darmadağın etməyə çalışan və bununla əndişələrinə son qoymağa çalışan "Lampa Partiyası" dünən nəzarətindəki Türkiyə Böyük Millət Məclisində daha iki uydurma əməliyyatla bağlı planları müzakirəyə çıxarmağa hazırlaşır. Bu dəfə atatürkçülər "Sarıkız" və "Ay işığı" adlı əməliyyatda suçlanasıdır. AKP mənsubları göz qırpmadan yalan danışır və deyirlər ki, bəs həmin planlar Türkiyədə iqtidarda olan qüvvəyə qarşı yönəlib, ssenarisi də hərbi-dəniz qüvvələrinin sabiq komandanı Özdən Örnəkin gündəliklərində olub. AKP-nin kölgəsində yallananlardan biri, Müstəqil Demokrat Partiyasının sədri Uğur Uras isə ona tapşırılan rolu yerinə yetirərək "Sarıkız" və "Ay işığı" ilə bağlı müraciəti parlamentin müzakirsinə verərək, "təhlükəli elementlər"ə qarşı aparılan təhqiqata tam dəstək istəyir. "Başqa ölkələrdə belə işləri görməyə çalışanlara 20 il həbs verirlər: biz niyə çəkinməliyik?!" - deyən Uras əslində AKP-nin suçladığı adamlarla necə davranmaq istədiyini ortaya qoyur. Türkiyə bəlalı günlərini yaşayır, AKP xaricdən aldığı dəstəklə ölkənin içində onun kimi düşünməyən, ölkəni hicaba bürümək istəməyənləri əzməyə çalışır. Alınarmı? Əsla. Çünki Türkiyə Cümhuriyyətinin əsasını Atatürk qoyub. Kölgəsinin bir payı belə, yüzlərlə AKP liderinə yetəcək şəxs... Həsən AĞACAN [email protected]/* */ express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar