SON XƏBƏRLƏR

ENN DÖRSİ: «AMERİKA AZƏRBAYCANA DEMOKRATİYANI DƏSTƏKLƏMƏK ÜÇÜN TƏKLİFLƏR VERİB»

2021.10.20, 07:36
ENN DÖRSİ: «AMERİKA AZƏRBAYCANA DEMOKRATİYANI DƏSTƏKLƏMƏK ÜÇÜN TƏKLİFLƏR VERİB»

Gunaz.tv
ENN DÖRSİ: «AMERİKA AZƏRBAYCANA DEMOKRATİYANI DƏSTƏKLƏMƏK ÜÇÜN TƏKLİFLƏR VERİB» «Amerika Azərbaycana demokratiya proseslərini dəstəkləmək üçün təkliflər verib». Bunu ABŞ-ın Azərbaycandakı səfiri Enn Dörsi iyulun 1-də bəyan edib. th123544957.jpg Enn Dörsi «Azadlıq» radiosunun məlumatına görə, səfir deyib ki, ötən həftə Bakıda keçirilmiş Amerika-Azərbaycan demokratiya dialoqu açıq olub. Danışıqlarda seçkilər, media azadlığı daxil olmaqla müxtəlif məsələlərə toxunulub: «Azərbaycan tərəfinin nəzərinə bir daha çatdırdıq ki, ümumiyyətlə bizim ən gözəl tərəfdaşlarımız birgə paylaşdığımız dəyərləri bizimlə bölüşənlərdir». Səfir bildirib ki, xüsusilə mediaya qorxusuz və təhlükəsiz şəkildə fəaliyyət imkanı verilməlidir: «Jurnalistlərə qarşı zorakılıq çox ciddi şəkildə nəzərdən keçirilməli və zorakılığa yol verənlər mühakimə olunmalıdır. Jurnalistlər yazdıqlarına görə məhkəmədə vaxt keçirməməli, həbsxanaya getməməlidirlər. Ümumiyyətlə bu məsələlər cinayət məsuliyyətindən çıxarılmalıdır». E.Dörsinin sözlərinə görə, Azərbaycan hökuməti seçkiləri azad və ədalətli şəkildə keçirəcəyinə vəd verib. Amerika hesab edir ki, bunun üçün seçkiqabağı mühit yaxşılaşdırılmalı, namizədlərin mediaya çıxışı olmalı və seçicilərə sərbəst seçim imkanı verilməlidir. Habelə seçkiöncəsi azad toplaşma şəraiti yaradılmalıdır: «Bu yaxınlarda Azərbaycan Seçki Məcəlləsinə və sərbəst toplaşma haqqında qanuna dəyişikliklər edib və indi görək bu dəyişikliklər necə işləyəcək». Amerika-Azərbaycan demokratiya dialoqu 2006-cı ilin dekabrından keçirilir. Növbəti dialoq bu ilin payızında olacaq. mediaforum

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar