SON XƏBƏRLƏR

Türkiyə Silahlı Qüvvələrindən həbslərə ilk reaksiya

2021.10.20, 07:36
Türkiyə Silahlı Qüvvələrindən həbslərə ilk reaksiya

Gunaz.tv
Türkiyə Silahlı Qüvvələrindən həbslərə ilk reaksiya ilker-bashbug.jpg Türkiyə hüquq-mühafizə orqanlarının “Ergenekon” əməliyyatı çərçivəsində keçirdiyi həbslərə ölkənin Silahlı Qüvvələrindən ilk reaksiya verilib. Lent.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, Türkiyə Quru Qoşunlarının komandanı, ordu generalı İlkər Başbuğ mətbuata açıqlamasında ölkənin çətin günlər keçirdiyini bildirib: “Bu ağır günlərdə hamımız sayğılı və soyuqqanlı davranmaq zorundayıq”. Iyunun 24-də baş nazir Rəcəb Tayyib Ərdoğanla görüşən İ.Başbuğ “bu həbslərə Silahlı Qüvvələrin razılığı həmin görüşdəmi verilib” sualını qəzəblə qarşılayaraq, bu cür dezinformasiyaların Türk ordusunun nüfuzuna zərbə vurmaq istəyənlərin təxəyyülünün məhsulu adlandırıb: “Bütün bunlar gerçəklikdən çox-çox uzaqdır”. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar