SON XƏBƏRLƏR

Türkiyənin baş prokuroru: “AKP qapadılmalıdır!”

2021.10.20, 07:36
Türkiyənin baş prokuroru: “AKP qapadılmalıdır!”

Gunaz.tv
Türkiyənin baş prokuroru: “AKP qapadılmalıdır!” yalcinkaya.jpg Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) fəaliyyətinin dayandırılması tələbi ilə ittiham aktı hazırlayan baş prokuror Əbdürrəhman Yalçınkaya bu gün Konstitusiya Məhkəməsində çıxış edib. Lent.az-ın Türkiyə KİV-lərinə istinadən xəbərinə görə, iddiasını şifahi şəkildə əsaslandıran Ə.Yalçınkaya saat yarım davam edən çıxışında AKP-nin ünvanına bir sıra sərt ittihamlar səsləndirərək, hakim partiyanın bağlanması tələbini bir daha təkrarlayıb. O, AKP-nin şəriət rejimi qurmaq istədiyini, bu təhlükənin açıq-aşkar göründüyünü və yaxınlaşdığını bildirib. Baş prokuror AKP-nin yaxın əlaqədə olduğu “nurçular”ın lideri Fətullah Gülənə məhkəmə tərəfindən bəraət verilməsinin bu şəxsin dini təriqət lideri olması gerçəkliyini dəyişdirmədiyini söyləyib. Ə.Yalçınkaya Konstitusiya Məhkəməsinin ali məktəblərdə baş örtüyündən istifadəyə icazə verən Konstitusiya dəyişikliklərini ləğv etməsi ilə AKP-nin qapadılması üçün daha bir əsas yarandığını vurğulayıb. O, AKP lideri və baş nazir Rəcəb Tayyib Ərdoğanın BMT tərəfindən adı “terror təşkilatlarına dəstək verməsindən şübhə duyulan şəxslər” siyahısına salınmış Səudiyyə Ərəbistanından olan işi adamı Yasin Əl-Kadı ilə yaxınlığını da sübut kimi göstərib. Baş prokuror AKP-nin ikinci adamı Dengir Mir Mehmet Fıratın “Atatürkün inqilabi dəyişiklikləri cəmiyyətdə travma yaradıb” sözlərini də xatırladıb, amma bunu əlavə sübut kimi ittiham aktına daxil etməyib. Çıxış bitdikdən sonra Konstitusiya Məhkəməsi üzvlərindən heç kim Ə.Yalçınkayaya hər hansı sual ünvanlamayıb. İyulun 3-də baş nazirin müavini, hökumət sözçüsü Cəmil Çiçək və AKP parlament qrupunun həmsədri Bəkir Bozdağ Konstitusiya Məhkəməsində müdafiə çıxışı edəcəklər. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar