SON XƏBƏRLƏR

Lex Kaçinskiy: “Dağlıq Qarabağa yad imperialist qüvvələr daxil olub”

2021.10.20, 07:36
Lex Kaçinskiy: “Dağlıq Qarabağa yad imperialist qüvvələr daxil olub”

Gunaz.tv
Lex Kaçinskiy: “Dağlıq Qarabağa yad imperialist qüvvələr daxil olub” sekil2.jpg Polşa Gürcüstanın və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. «Mən Azərbaycanın və Gürcüstanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ, Abxasiya və Cənubi Osetiyadan danışıram», GUAM Batumidə keçirilən sammitin yekun mətbuat konfransında Polşanın prezidenti Lex Kaçinskiy deyib. Polşa prezidenti Azərbaycan və Gürcüstan xalqlarının onların ərazisində yad qüvvələrin olması ilə barışa bilməyəcəklərini başa düşdüyünü bildirdi. «Dağlıq Qarabağa beynəlxaq hüquq normalarını pozan yad imperialist qüvvələr daxil olub, bu vəziyyət dəişməlidir», Kaçinskiy bildirib. O həmçinin Rusiyanın Gürcüstanın ərazisində apartığı fitnələrə qarşı münasibət bildirdi. «Biz hər zaman Azərbaycana və Gürcüstana köməklik göstərəcəyik», - dedi o. Bununla belə o bir daha qeyd etdi ki, Gürcüstan və Ukrayna mütləq NATO-nun üzvü olacaqlar. vhp

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar