SON XƏBƏRLƏR

Ahıska türklərinin Gürcüstanda toplantısı keçiriləcək

2021.10.20, 07:36
Ahıska türklərinin Gürcüstanda toplantısı keçiriləcək

Gunaz.tv
Ahıska türklərinin Gürcüstanda toplantısı keçiriləcək kisi.jpg Ahıska türklərinin "Vətən" Cəmiyyəti sədrlərinin növbəti toplantısı keçiriləcək. Bu barədə məlumat verən Ahıska türklərinin "Vətən" Cəmiyyətinin sədri İbrahim Burxanov bildirib ki, Gürcüstanda keçirilməsi nəzərdə tutulan toplantıda bir sıra ölkələrdə fəaliyyət göstərən "Vətən" cəmiyyətlərinin sədrləri iştirak edəcək: "İyulun 11-12-də keçirilməsi nəzərdə tutulan görüşdə Ahıska türklərinin geriyə qayıtması istiqamətində həyata keçirilən tədbirlər, görülən işlər, bu sahədə ortaya çıxan problemlər və onların həlli yoları ilə bağlı fikir mübadiləsi aparılacaq". İbrahim Burhanov cəmiyyət sədrlərinin tarixi ərazilərə də baş çəkəcəklərini deyib. vhp

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar