SON XƏBƏRLƏR

Medvedyevin enerji həmləsi

2021.10.20, 07:36
Medvedyevin enerji həmləsi

Gunaz.tv
Medvedyevin enerji həmləsi medvedev.jpg "Nəzərə almaq lazımdır ki, Rusiya kimi bir dövlətin başçısı Azərbaycana tək bir məsələnin müzakirəsi üçün gəlməz" Sabah Rusiya prezidenti Dmitri Medvedyev Azərbaycana səfərə gəlir. İyulun 1-də Ukrayna dövlət başçısı Viktor Yuşşenkonun Bakıya təşrif buyurması, bir müddət əvvəl isə "Qazprom"un prezidenti Aleksey Millerin Azərbaycanın bütün ixrac qazını almağa hazır olduqları barədə təklifi irəli sürməsi, "Trans-Xəzər" qaz kəməri və "Nabucco" layihəsi ətrafında Qərbin diplomatik səylərinin aktivləşməsi fonunda Dmitri Medvedyevin gəlişi maraq doğurmaya bilməz. Onu da deyək ki, şimal qonşumuzun dövlət başçısı Azərbaycandan sonra Qazaxıstan və Türkmənistana təşrif buyuracaq. Ramiz Mikayıloğlu Qazaxıstan Orta Asiyanın neft, Türkmənistansa qaz nəhəngidir. "Trans-Xəzər" qaz və neft kəmərlərinin taleyi də məhz Astana və Aşqabaddan asılıdır. Hələ ki, Türkmənistan qaz, Qazaxıstan isə neft resurslarını əsasən Rusiya ərazisindən keçməklə Avropa bazarına çıxarır. Yeri gəlmişkən, Azərbaycan prezidenti İlham Əliyev ukraynalı həmkarıyla keçirdiyi birgə mətbuat konfransında yaxın vaxtlarda Odessa-Brodı kəmərinin yaxın vaxtlarda texnoloji neftlə doldurulacağını bəyanlayıb. Məhz bu səbəbdən də ekspertlər Dmitri Medvedyevi qabaqlayan Viktor Yuşşenkonun istəyinə çatdığı qənaətindədirlər. Rusiya prezidentinin gəlişinin məqsədiylə bağlı fikirlərini öyrəndiyimiz Azərbaycanın bu ölkədəki sabiq səfiri Hikmət Hacızadə deyir ki, iki ölkə arasında müzakirə edilməli məsələlərin spektri genişdir. Bura neft-qaz resursları və onların marşurutları, Xəzərin statusu, inkişaf etməkdə olan Azərbaycan-Türkmənistan münasibətlərinin xarakteri və digər məsələlər daxildir. İran ətrafında gərginləşməkdə olan durum da hər iki ölkə üçün diqqət çəkən məqamdır: "Sözsüz ki, "Qazprom"un Azərbaycanın bütün ixrac qazını almasıyla bağlı təklifi də xüsusi müzakirə mövzusu ola bilər. Ancaq onu da nəzərə almaq lazımdır ki, Rusiya kimi bir dövlətin başçısı Azərbaycana tək bir məsələnin müzakirəsi üçün gəlməz. Yalnız qaz məsələsi aktual olardısa, Dmitri Medvedyev qaz nazirini Bakıya göndərərdi. Bu görüşdə yuxarıda sadaladığım beş-altı mühüm məsələ müzakirə olunacaq". xalqcebhesi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar