SON XƏBƏRLƏR

Monqollar da küçəyə çıxdı

2021.10.20, 07:36
Monqollar da küçəyə çıxdı

Gunaz.tv
Monqollar da küçəyə çıxdı 20080701184346_1.jpg Monqolustan paytaxtı Ulan-Batorda iğtişaşlar başlayıb. Hakim Monqolustan Xalq-İnqilab Partiyasının (MXİP) seçkilərdə qələbə çalmasından narazı qalan əhali küçələrə çıxıb. İnsanlar nəticələrin saxtalaşdırıldığını bildirərək MXİP-in mənzil qərargahını yandırıblar. Qərargah yandırılan zaman baş nazir Sanjaqiyn Bayar binada olub. Nümayişçilər yanğınsöndürənləri və polis əməkdaşlarını daş atəşinə tutublar. Bundan sonra polis nümayişçilərin başü üzərindən atəş açaraq kütləyə qarşı gözyaşardıcı qazdan istifadə edib. Son məlumatlara görə, yanğını söndürmək mümkün olsa da, iğtişaşlar davam edir. Monqolustanda parlament seçkiləri iyunun 29-da keçirilib. Qeyri-rəsmi məlumatlara görə, hakim MXİP 76 yerlik Böyük Xalq Xuralında 45 deputat kreslosuna sahib olub. Müxalifətdəki Demokrat Partiyasının isə 21 yer qazandığı bildirilir. Hələlik rəsmi nəticələr açıqlanmayıb. Nümayişçilər müasir Monqolustanda demokratiya olmadığını və insan haqlarına riyaət edilmədiyini bildirərək kommunistlərin hakimiyyətdən getməsini tələb edirlər. Qeyd edək ki, MXİP 1921-ci ildən Monqolustana rəhbərlik edir. SSRİ-nin dağılmasından sonra partiya marksizm-leninizm prinsiplərindən imtina edərək ölkədə məhdud islahatlar keçirib LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar