SON XƏBƏRLƏR

İORDANİYANIN TEHRANDAKI SƏFİRİ XARİCİ İŞLƏR NAZİRLİYİNƏ ÇAĞIRILIB

2021.10.20, 07:36
İORDANİYANIN TEHRANDAKI SƏFİRİ XARİCİ İŞLƏR NAZİRLİYİNƏ ÇAĞIRILIB

Gunaz.tv
İORDANİYANIN TEHRANDAKI SƏFİRİ XARİCİ İŞLƏR NAZİRLİYİNƏ ÇAĞIRILIB İordaniyanın Tehrandakı səfiri Calal Əhməd Mofləhi İranın Xarici İşlər Nazirliyinə çağırılıb. Səfirə onun ölkəsinin İran rejiminə müxalif Xalq Mücahidlər Təşkilatına dəstək verməsinə görə rəsmi etiraz bildirilib. İran agentliklikləri iyunun 28-də Xalq Mücahidlər Təşkilatının siyasi qanadı sayılan İran Milli Müqavimət Şurasının minlərlə tərəfdarının iştirakı ilə Parisdə keçirilən aksiyada İordaniya parlamentinin bir neçə deputatının, həmçinin bir sıra rəsmilərin iştirak etdiyi barədə məlumat yayıb. Aksiyaçılar ABŞ və Avropa ölkələrindən təşkilatı terrorçular siyahısından çıxarmağı tələb ediblər. «Media forum» saytının məlumatına görə, İran Xarici İşlər Nazirliyinin idarə rəisi ilə görüşdə İordaniyanın Tehrandakı səfiri ölkəsinin Xalq Mücahidlər Təşkilatını dəstəkləmədiyini bildirib. İordaniya hökuməti məsələyə rəsmi münasibət bildirməyib. İyunun 23-də Böyük Britaniya parlamenti İran Xalq Mücahidlər Təşkilatının adını terrorçu qurumlar siyahısından çıxarıb. Böyük Britaniya bu təşkilatı terrorçu qurumlar siyahısına 2001-ci ildə daxil etmişdi. ABŞ-ın 2003-cü ildə İraqa hərbi hücumundan əvvəl İran rejiminə qarşı silahlı mübarizə aparan Xalq Mücahidlər Təşkilatının 1981-ci ildən bu günə qədər minlərlə üzvü edam olunub. «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar