SON XƏBƏRLƏR

Fransa parlamentinin yuxarı palatası erməniləri məyus edib

2021.10.20, 07:36
Fransa parlamentinin yuxarı palatası erməniləri məyus edib

Gunaz.tv
Fransa parlamentinin yuxarı palatası erməniləri məyus edib 20080702095753_1.jpg Fransa parlamentinin yuxarı palatası Türkiyənin Avropa Birliyinə daxil olması ilə bağlı referendum keçirilməsini dəstəkləməyib. Xatırladaq ki, ermənipərəst deputatların təkidi ilə Fransanın aşağı palatası - Milli Assambleya Türkiyənin Avropa Birliyinə daxil olması ilə bağlı ölkədə referendum keçirilməsi barədə qərar çıxarmışdı. Qərar təsdiqlənmək üçün yuxarı palataya - Senata göndərilmişdi. Senat Milli Assambleyada səs çoxluğu ilə qəbul edilmiş qərarın təsdiqindən imtina edib. Parisdən sonra ermənilərin daha sıx yaşadıqları Marsel şəhərinin meri Jan-Klod Qoden Senatın imtinasına qarşı etirazını bildirib və Senatın qəbul etdiyi qərarın əleyhinə səs verib. Jan-Klod Qoden Buş-dü-Ron departamentindən yeganə senatordur ki, prezident seçkiləri kampaniyası zamanı Nikola Sarkozinin Türkiyə barəsindəki mövqeyini dəstəkləyən deputat Rolan Blyümdən sonra Türkiyənin Avropa Birliyinə daxil olması ilə bağlı referendim keçirilməsinin tərəfdarıdır. ANS PRESS

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar