SON XƏBƏRLƏR

DEPUTATLAR RƏSMİ TEHRANIN 5+1 QRUPU İLƏ MÜZAKİRƏ APARMAĞA RAZILAŞDIĞINI DEYİRLƏR

2021.10.20, 07:36
DEPUTATLAR RƏSMİ TEHRANIN 5+1 QRUPU İLƏ MÜZAKİRƏ APARMAĞA RAZILAŞDIĞINI DEYİRLƏR

Gunaz.tv
DEPUTATLAR RƏSMİ TEHRANIN 5+1 QRUPU İLƏ MÜZAKİRƏ APARMAĞA RAZILAŞDIĞINI DEYİRLƏR «Media forum» saytının məlumatına görə, İran parlamentinin enerji komissiyasının üzvü Emad Hüseyni iyunun 30-da İran Atom Enerjisi Təşkilatının rəhbəri Qulamrza Ağazadə ilə komissiyada keçirilən görüşdən sonra jurnalistlərə açıqlamasında deyib ki, ölkə rəsmiləri gələn həftə 5+1 qrupu (BMT Təhlükəsizlik Şurasının üzvləri ABŞ, Rusiya, Çin, Fransa, Böyük Britaniya və Almaniya) ilə müzakirə aparmağa razılaşıb. Ağazadənin açıqlamasını enerji komissiyasının daha iki üzvü də təsdiqləyib. Parlamentin milli təhlükəsizlik komissiyasının sədri Hüseyn Sübhani Niya da deyib ki, rəsmi Tehran gələcəkdə sözügedən müzakirələri aparmağa razıdır. Bir neçə ay əvvəl İran prezidenti Mahmud Əhmədinejad İranın nüvə məsələsini Beynəlxalq Atom Enerjisi Agentliyi çərçivəsindən kənar heç kimlə müzakirə etməyəcəklərini demişdi. İyunun 14-də Tehrana səfər etmiş Avropa Birliyinin xarici siyasət məsələləri üzrə komissarı Havyer Solana uranı zənginləşdirməyi dayandırması müqabilində İrana çoxlu imtiyazı nəzərdə tutan təkliflər paketi təqdim etsə də, rəsmi Tehran bundan imtina edib. «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar