SON XƏBƏRLƏR

GUAM-ın Batumi Bəyannaməsi qəbul edildi

2021.10.20, 07:36
GUAM-ın Batumi Bəyannaməsi qəbul edildi

Gunaz.tv
GUAM-ın Batumi Bəyannaməsi qəbul edildi 20080702110740_1.jpg GUAM dövlət başçılarının Batumidə keçirilən üçüncü iclasının yekununda Batumi Bəyannaməsi qəbul edilib. Lent.az-ın məlumatına görə, “GUAM – Avropanın Şərqini birləşdirir” adlanan sənədi Ukrayna prezidenti Viktor Yuşşenko, Gürcüstan prezidenti Mixail Saakaşvili, Azərbaycan prezidenti İlham Əliyev, Litva prezidenti Valdas Adamkus, Polşa prezidenti Lex kaçinski imzalayıblar. Bəyannamədə üzv dövlətlərin demokratik dəyərlərə, insan haqları və azadlıqlarına, qanunun aliliyinə hörmətə, xalqların mənəvi və mədəni irsinin qorunub saxlanması və dözümlülük ruhunun möhkəmləndirilməsinə sadiq olduqları vurğulanıb. Tərəflər Ümumi Avropa və Asiya inteqrasiya prosesinin tərkib hissəsi kimi regional əməkdaşlığın inkişafı kursunun dəyişməyəcəyini, GUAM-ın ABŞ, Polşa, Yaponiya və digər dövlətlərlə, eləcə də beynəlxalq təşkilatlarla beynəlxalq partnyor əlaqələrinin möhkəmlənəcəyini xüsusi vurğulayıblar. Sənəddə iqtisadi, humanitar və hüquq-mühafizə sahələrində qarşılıqlı münasibətlərin dərinləşməsi üçün sahə əməkdaşlığının inkişaf strategiyasının həyata keçməsinin vacibliyi də qeyd olunub. Deklarasiyada davam edən münaqişələr, aqressiv separatçılıq, ekstremizm, beynəlxalq terrorçuluqdan yaranan təhlükələrdən narahatlıq ifadə edilərək GUAM-ın bu təhlükələrlə mübarizəyə hazır olduğu vurğulanıb. Bundan əlavə, dövlət başçıları Şurası GUAM-ın nəqliyyat potensialından istifadə və nəqliyyat dəhlizinin inkişafı barədə bəyanat imzalayıb. lent.az

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar